Siyasi münasibətlər sistemi
Vətəndaş cəmiyyətinin inkişafı üçün insan həyatının bütün sahələrində faliyyət sisteminin düzgün qurulması və düzgün tənzimlənməsinin vacib olduğunu bilirik. Bu sahələrin hər birində münasibətlərin inkişafi vətəndaş cəmiyyətinin daha təkmil olmasına xidmət edir.
Ancaq hansısa sahənin inkişafı üçün yalnız bu sahəyə aid şərtlərin təmin edilməsi kifayət deyil. Təcrübə göstərir ki, ümumi münasibətlər sistemi düzgün olmadıqda iqtisadiyyatın, təhsilin, idmanın, yaxud digər sahələrin ayrılıqda inkişafı baş vermir. Bunun üçün vahid sistem üzrə bütün münasibətlər düzgün qurulmalı və hər bir sahə bu münasibətlərdən faydalanmalıdır. Yalnız bu halda vətəndaş cəmiyyətinin inkişafına imkan yaradan mühüt formalaşa bilir.
Böyük inkişaf yolu keçən ölkələrin təcrübəsinə əsasən qeyd etmək olar ki, cəmiyyətin bütün sahələrini əhatə edən dəyişikliklər əsasən siyasi sahədə mövcud olan vəziyyətdən daha çox asılıdır. Yəni, cəmiyyətin siyasi həyatı təkmil olduqda, burada münsaibətlər sistemi ədalətli olduqda insan həyatının bütün sahələrində inkişaf baş verir və bu inkişafdan ümumi cəmiyyət faydalanır.
Siyasi münasibətlər sistemi elə bir mühitdir ki, o hakimiyyətindən tutmuş şəxsiyyətin problemlərinə qədər ictimai həyatın bütün sferalarına təsir göstərərək insanlar, təşkilatlar arasında əməkdaşlıq və ya düşmənçilik yaradır. Eyni zamanda qeyd edilməlidir ki, siyasət dövlətə, hüquqa, partiyaya, seçki sferalarına, iqtisadiyyatda, öz təsirini göstərir. Siyasi sfera siyasi proseslərin rəngarəngliyi ilə seçilərək yeni məna kəsb edir.
Dar mənada siyasi sistem cəmiyyətin siyasi həyatında iştirak edən dövlət təsisatlarını, siyasi partiyaları və ictimai təşkilatları, kütləvi informasiya vasitələrini əhatə edir. Geniş mənada siyasi sistem siyasi münasibətləri, siyasi şüuru və cəmiyyətin siyasi təşkilatlarını özündə birləşdirir. Siyasi sistem siyasi hakimiyyətin təşkili, cəmiyyətlə dövlət arasındakı münasibətləri formalaşdırır və ictimai sistemin digər hissələri ilə - sosial, iqtisadi, ideoloji, etik, hüquqi, mədəni sistemlərlə qarşılıqlı əlaqədədir.
Siyasi sistemin elementlərindən danışarkən, siyasi hakimiyyət, siyasi struktur və siyasi təşkilat, siyasi hüquqi normalar, siyasi münasibətlər, siyasi şüur və mədəniyyəti qeyd etmək lazımdır. Dövlət siyasi sisteminin əsas ünsürüdür. Siyasi sistemdə dövlətin mərkəzi yer tutması xüsusi olaraq qeyd olunmalıdır. Bu, hər şeydən əvvəl onunla əlaqədardır ki, dövlət siyasi hakimiyyətin xüsusi təşkilatıdır. Siyasi hakimiyyət insanların birgə fəaliyyətinin təşkili və tənziminin mühüm amili, onların qarşılıqlı münasibətlərinin qaydaya salınmasının , cəmiyyətdə nizam- intizamın və sabitliyin təmini vasitəsidir.
Dövlətin məcbur etmə, zor tətbiq etmək hüququ, suverenlik, ümumilik, hüquq, əhalidən vergi və mükəlləfiyyətlər toplamaq kimi əlamətləri var. Həmçinin, dövlətin daxili və xarici funksiyaları olur. Dövlətin daxili funksiyasına vətəndaşların və cəmiyyətin təhlükəsizliyi, qanunçuluğun və hüquq qaydalarının təmin edilməsi, fərdlərin və sosial qrupların mənafe və tələbatlarının əlaqələndirilməsi, təbii ehtiyatlardan səmərəli istifadə olunması və s. təmin edilməsi daxildir. Dövlət cəmiyyətdə birləşdirən, təşkil edən və nizama salan başlıca qüvvədir.
Siyasi münasibətlər
sisteminin digər elementi siyasi partiyalardır. Siyasi partiya cəmiyyətin
müəyyən bir sosial təbəqəsinin
maraqlarını ifadə
edən, eyni zamanda mənafeyini müdafiə edən və həmçinin hakimiyyət uğrunda mübarizə aparan təşkilatdır.
Demokratiya yolunu seçmiş müasir çəmiyyətdə
siyasi struktur prosesinin inkişafı daha intensiv gedir. Müxtəlif siyasi partiyalar, ittifaqlar, hərəkatlar yaranır və inkişaf edir. Onların arasında siyasi maraqlardan asılı olaraq müəyyən siyasi münasibətlər
yaranır, bu da qarşıdurma və ya əməkdaşlıq
yollarının axtarışlarında
özünü göstərir.
Beləliklə, siyasi əlaqələrin
forması kimi insanların siyasi birliyi çəmiyyətin
siyasi həyatının
vaçib bir təzahürü kimi cıxış edir.
Siyasi münasibətlərin daha
mürəkkəb forması
isə çəmiyyətin
siyasi sistemidir.
Cəmiyyətin siyasi sisteminin bütün ünsürləri
sıx, üzvi vəhdətdə olur və bir-biri ilə qarşılıqlı
əlaqədə fəaliyyət
göstərirlər. Siyasi sistemin
bütün ünsürləri
cəmiyyətin və
dövlətin hüquqi
əsasını təşkil
edən qanunlar əsasında və çərçivəsində fəaliyyət göstərirlər.
Azərbaycanda siyasi sistem milli
və tarixi şəraitin xüsusiyyətlərini
əks etdirməsi ilə səciyyəvidir. Onun meydana
gəlməsində və
fəaliyyətində çox
müxtəlif amillər
rol oynayıb və oynamaqdadır.
Siyasi münasibətlər sisteminin
fəaliyyətinin formalaşmasına
əhalinin siyasi mədəniyyətinin xüsusiyyətləri
mühüm təsir göstərir. Ümumiyyətlə,
Azərbaycan Respublikasının
siyasi sisteminin struktur formalaşması əsasən 1995-ci il noyabrın 12-də
ölkənin yeni Konstitusiyasının qəbul
edilməsi ilə başa çatmış
oldu. Konstitusiyaya uyğun olaraq
Azərbaycan dövləti
demokratik, hüquqi, dünyəvi, unitar respublika kimi müəyyənləşib. Azərbaycanda dövlət hakimiyyətinin
yeganə mənbəyi
xalqdır. Sərbəst və müstəqil öz müqəddəratını
həll etmək və öz idarəetmə formasını
müəyyən etmək
Azərbaycan xalqının
suveren hüququdur.
Azərbaycan siyasi sistemində dövlət hakimiyyətinin
həyata keçirilməsi
formasına görə
prezident üsul-idarəsinə
əsaslanan respublika parametrlərinə uyğundur. Hakimiyyətin
bölünməsi prinsipinə
uyğun olaraq Azərbaycanda müstəqil
şəkildə formalaşan
və fəaliyyət
göstərən üç
hakimiyyət qolu qərarlaşmışdır: qanunvericilik, icra və məhkəmə hakimiyyəti. Bu hakimiyyət
orqanlarından hər
birinin fəaliyyəti
Konstitusiya və qanunvericilik aktları ilə tənzimlənir.
Azərbaycanda qanunvericilik hakimiyyətini
həyata keçirən
orqan Milli Məclis, icra hakimiyyətini həyata keçirən Prezident, Məhkəmə hakimiyyətini
həyata keçirən
orqan Azərbaycan Respublikasının məhkəmələridir.
Azərbaycanın siyasi sistemində yerli ozunuidarəetmə orqanı olan bələdiyyələr də
mühüm yer tutur. Bu institut yeni yaranmasına baxmayaraq böyük perspektivə malikdir.
Siyasi münasibətlər
sisteminin demokratik olması vacib şərtlərdəndir. Çünki demokratik recimlərə xas olan xüsusiyyət
vətəndaş cəmiyyəti
və hüquqi dövlət formalaşdırmaqdır.
Demokratiya çoxluğun hakimiyyətinə
əsaslanan bir recimdir. Demokratiyanın mənbəyi xalqın
hakimiyyətidir, hakimiyyət
orqanlarının seçkili
olmasıdır, söz
və mətbuat azadlığının hökm
sürməsidir, cəmiyyət
üzvlərinin hər
birininin hüquq və azadlıqlarının
qorunması, qərarların
çoxluq tərəfindən
qəbul edilməsi vacib şərtləridir.
Çoxpartiyalı sistemin mövcud olması cəmiyyətdə
rəqabətin güclənməsinə
təsir göstərir
ki, bu da
hakimiyyətdə olan
partiyanın fəaliyyətinə
mühüm təsir edir. Bunun nəticəsi olaraq
cəmiyyət də tərəqqiyə doğru
inkişaf edir. Demokratik cəmiyyətdə müxalifət
mövcud olmalıdır.
Sağlam müxalifət hakimiyyətdəki
nöqsanları tənqid
etməli və konstruktiv davranmalıdır.
Demokratiya cəmiyyətin idarə
olunmasında vətəndaşların
iştirakını həyata
keçirmiş olur.
Müasir dövrdə Azərbaycanda
çoxpartiyalı siyasi
sistem mövcuddur. Onlar cəmiyyətdə
müəyyən aktivliyə
malikdirlər. Hazırda 100-ə yaxın siyasi partiya fəaliyyət göstərir. Bu partiyalardan 53-ü Ədliyyə
Nazirliyinin qeydiyyatından
keçib. Bu gün Azərbaycanda siyasi hakimiyyətdə iştirakına görə
iqtidar və müxalifət partiyaları
vardır. Təşkilatı
cəhətdən formalaşan
partiyaların sayının
az olmasına
baxmayaraq, dövlət
orqanlarına seçkilərdə
partiyalar fəal iştirak edirlər. Həmçinin ölkədə fəaliyyət göstərən
partiyaların orqan və təşkilatlarını
birləşdirən daxili
bazası da bir-birindən fərqlənir.
Demokratik dövlətin idarə olunmasında demokratik prinsiplər olan pluralizm, hakimiyyət bölgüsü, insanların
azadlığı və
bərabərliyi, ictimai
rəyin nəzərə
alınması, aşkarlıq,
qanunların aliliyinə
riayət edilməsinə
diqqət yetirlir.
Demokratiyanın birbaşa və nümayəndəli olmaqla
2 forması olur. Birbaşa demokratiya
referendum, toplantı və
s. şəklindədir. Nümayəndəli demokratiyada vətəndaşlar
siyasi qərarların
qəbul edilməsində
birbaşa deyil, hakimiyyət orqanlarına seçdikləri nümayəndələr
vasitəsilə iştirak
edirlər. Birbaşa demokratiyanın
tətbiq edilməsi müəyyən çətinlik
törətdiyindən, nümayəndəli
demokratiyaya dünya dövlətləri üstünlük
verirlər.
Vacib demokratik
prinsiplər vətəndaşların
hüquqları və
azadlıqlarının qorunmasıdır. Hər bir
insan irqindən, milliyyətindən, dinindən,
cinsindən mənşəyindən,
əmlak vəziyyətindən,
qulluq mövqeyindən,
əqidəsindən asılı
olmayaraq doğulduğu
gündən toxunulmaz,
pozulmaz hüquqları
və azadlıqları
vardır. Dövlətində hər kəsin hüquq və azadlıqlarına təminat
verilməsi vacib şərtdir. Söz və
mətbuat azadlığı
vacib demokratik şərtlərdəndir.
Demokratik mühitdə cəmiyyət
üzvlərinin sosial-siyasi
hadisələrə, müxtəlif
sosial qrupların fəaliyyətinə münasibətin
ifadə olunması siyasi təsisatların aktivləşməsinə, cəmiyyətin
inkişafına müsbət
təsir göstərir.
Bütün siyasi münasibətlər
sistemində insan mərkəzdə dayanır. İnsan siyasi
fəaliyyətin həm
obyekti, həm də subyektidir. Müasir dövrdə elm və texnikanın inkişafı
insan problemlərini aradan qaldırmaq üçün əhəmiyyətli
rol oynayır.
Siyasətin subyekti sosial qruplar, siyasi institutlardır. Siyasətin ən başlıca
subyekti isə şəxsiyyət hesab edilir. Nəzərə alınmalıdır ki, şəxsiyyəti siyasət özü yetişdirir və şəxsiyyət siyasətin
həm obyekti eyni zamanda subyektidir.
Şəxsiyyətin siyasi fəallığına
təsir göstərən
partiyalar, ictimai təşkilatlar, nümayiş
və mitinqlərdə
onun iştirakı qeyd edilir. Şəxsiyyət
və siyasətin qarşılıqlı əlaqəsi
var və bu özünü hakimiyyət orqanlarına keçirilən seçkilərdə,
siyasi partiya, ictimai təşkilat və hərəkatlarda fəaliyyətlərdə, müxtəlif
siyasi aksiyalarda iştirak, kütləvi informasiya vasitələri ilə təbliğat və təşviqat iş aparmaq və s. şəklində
göstərir.
Vasif CƏFƏROV
Ekspress.-2016.-5-7 noyabr.-S.10.