9 Noyabr - Dövlət Bayrağı günüdür

 

Bayrağa sayğı demokratik dövlətə sayğıdır...

 

Başımızın üstündə dalğalanan üçrəngli Azərbaycan bayrağı çox sınaqlardan keçib. XX əsrin sonlarında yenidən müstəqilliyini qazananonu qoruyub möhkəmləndirmək yolunda çarpışan bir dövlət və xalq üçün bayrağa müqəddəs münasibət olmalıdır.

 

Azərbaycan Respublikasının Dövlət gerbi və Dövlət himni kimi, Dövlət bayrağı da Azərbaycan Respublikasının müstəqilliyini təcəssüm etdirən rəsmi dövlət rəmzidir. Dövlət atributu olaraq Azərbaycan bayrağına ehtiram göstərilməsi ölkə vətəndaşlarının müqəddəs borcudur. Azərbaycan əsgəri Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən dövlət bayrağına and içir. Dövlət bayrağının Azərbaycan Respublikasının dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində dalğalanması, ən mötəbər məclislərdə və mərasimlərdə, rəsmi tədbirlərdə və yarışlarda qaldırılması hər bir azərbaycanlının qəlbini qürur hissi ilə doldurur.

 

Azərbaycanın ilk Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Demokratik Cümhuriyyəti (AXC) parlamentinin qərarı ilə qəbul edilib. Üçrəngli bayraq ideyasını Azərbaycan istiqlalının ideoloqlarından olan Əli bəy Hüseynzadə gündəmə gətirib. AXC hökuməti Gəncədə fəaliyyət göstərdiyi zaman istifadə olunan bayraq ozamankı Osmanlı bayrağına oxşar qırmızı rəngdə olub.

 

Azərbaycan Xalq Cümhuriyyətinin Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə Azərbaycan parlamentinin yığıncağında demişdi: “Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur”.

Azərbaycan Respublikasının rəsmi dövlət himninin müəllifi Üzeyir Hacıbəyli yazırdı: “Azərbaycan Respublikası sağlam milli özül üzərində və türk düşüncəsi ilə yaradılıb... Eyni zamanda, Azərbaycan yeni cəmiyyət formalaşdırmağa, Avropa düşüncəsi ilə hərəkət etməyə çalışırdı. Bayrağımızdakı üç rəng bu elementləri özündə əks etdirir”.

 

Bayraqda əks olunan rənglərin mənası məlum olsa da, rəngli aypara və səkkizgüşəli ulduzun mənası barədə yekdil fikir yoxdur. Qırmızı zolaq üstündəki bu rəmzlər Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Gəncədə qəbul etdiyi (21 iyun 1918-ci il) qırmızı rəngli, üstündə rəngli aypara və səkkizguşəli ulduz təsviri olan dövlət bayrağının (bu XIX əsrin ortalarınadək Osmanlı İmperatorluğunun milli bayrağı olub) üçrəngli milli bayraqda kiçildilmiş formasından ibarətdir. Başqa sözlə, ağrəngli aypara və səkkizguşəli ulduz simvolu Azərbaycan bayrağına əski Osmanlı İmperatorluğunun bayrağından hazır şəkildə keçib.

 

Fətəli xan Xoyski öz nitqində ulduzun güşələrinin sayının 1918-ci ildə əski əlifba ilə yazılan Azərbaycan sözünə işarə olduğunu bildirib. Bəzi iddealara görə, 8 oğuz tayfasının birləşməsi (azərbaycanlılar, osmanlılar, zarataylar, tatarlar, qazaxlar, qıpçaqlar, səlcuqlular və türkmənlər) ulduzun 8 guşəsində əks edilib.

 

Demokratik Cümhuriyyətin süqutundanSovet Hakimiyyəti qurulduqdan sonra Azərbaycanın bayrağı dəfələrlə dəyişdirilib. Belə ki, Azərbaycan SSR-in 1920-21-ci illərdəki bayrağı qırmızı rəngli, yuxarı sol güncündə ay və beşguşəli ulduzdan ibarət olub. 1921-22-ci illərdə ay və beşguşəli ulduz bayraqdan yığışdırılaraq, onun yerində yaşıl fonda kirill əlifbası ilə “ASSR” sözləri yazılıb. Növbəti iki il - 1922-23-cü illər ərzində də eyni bayraq olub, sadəcə “ASSR”in yazıldığı yaşıl fon yığışdırılmaq şərtilə. Azərbaycan bayrağının növbəti dəfə dəyişdirilməsi 1937-39-cu illərə təsadüf edir. Bu dəfə sol güncdə olan “ASSR” sözləri latın qrafikalı əlifbayla “AzSSR” sözləri və oraq-çəkiclə əvəz olunur. Çox çəkmir ki, latın qrafikası ilə yazılmış “AzSSRsözünün yerini kirill əlifbasıyla yazılmış “AzSSR” sözləri tutur. Bu bayrağın ömrü 1939-cu ildən 52-ci ilədək sürür. Növbəti, bu dəfə sonuncu bayraq dəyişdirilməsi 1952-ci ildə baş verir. Belə ki, həmin il dəyişdirilən oraq-çəkicli qırmızı rəngli parçadan, aşağı hissəsində göy zolaq olan Azərbaycan bayrağı 1991-ci ilədək qüvvədə olur.

 

Üç rəngli bayrağımız ikinci dəfə 1990-cı il noyabrın 17-də  o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü isə MR-in Dövlət bayrağı kimi qəbul edildi. Eyni zamanda, Naxçıvan MR Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. Və 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti bu bayrağın Azərbaycan Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etdi.

 

Üçrəngli bayraqla bağlı sovet illərində də müəyyən faktlara rast gəlinir. 1956-cı ildə yaşadığı siyasi quruluşa nifrətini açıq şəkildə bildirən Cahid Hilaloğlu adlı vətəndaş üçrəngli bayrağı Qız qalasının üzərinə qaldırılır və bu hərəkətinə görə, o, 4 il azadlıqdan məhrum edilir. Ona na bu işdə yardım edən Çingiz Abdullayevsə ruhi xəstəliklər dispanserinə salınır.

 

1952-ci il mayın 28-də isə mühacirətdə olan azərbaycanlıların Almaniyada keçirdiyi Respublika Günündə Məmməd Əmin Rəsulzadə üçrəngli bayrağı başı üzərinə qaldırıb onu Azərbaycana aparmaq üçün kimə etibar etməli olduğunu soruşur. Zaldakılardan Gülmirzə Bağırov bu əmanəti götürür və 70-ci illərdə həyat yoldaşının bədəninə sarıyıb Vətənə gətirir. 90-cı ilin 20 Yanvarında bu bayraq onun Maştağadakı evinin damından asılıb.

Azərbaycan Respublikasının Konstitusiyasının 23-cü maddəsində Dövlət Bayrağının təsviri verilib: Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

 

Rəmzlərin mənasına gəlincə, göy rəng - türklük, qırmızı rəng - müasirlikdemokratiya, yaşıl rəng - islam mənasını verir. Bəs bayrağımızın üzərindəki ay-ulduzun mənası nədir? Tarixçilər bildirirlər ki, Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb. Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər mövcuddur və hətta bu məsələdə alimlərin, tədqiqatçıların fikirləri toqquşur. Belə ki, aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstontinopolun gerbi olub. Türklər 1453-cü ildə həmin şəhəri aldıqdan sonra həmin gerb Osmanlı İmperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilib həmin dində olan başqa xalqlara da keçib.

 

Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında  Əsasnamədə göstərilir ki, Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.

 

Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqındaqanunda Dövlət bayrağına hörmət göstərilməsi ilə bağlı vəzifələr qoyulub. Belə ki, qanuna görə, Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar. Azərbaycan Respublikası onun ərazisindən kənarda Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlərin qarşısının alınması məqsədilə beynəlxalq hüquq normalarına uyğun olaraq tədbirlər görür. Azərbaycan Respublikası əhali arasında Azərbaycan Respublikası Dövlət bayrağının mahiyyətinin əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət ruhunda tərbiyə edilməsi məqsədilə tədbirlər görür.

 

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının Prezident Administrasiyasının dövlət iqamətgahlarının üzərində, Milli Məclisin, Nazirlər Kabinetinin, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, Məhkəmə-Hüquq Şurasının, mərkəzi icra hakimiyyəti orqanlarının, Baş Prokurorluğun, Mərkəzi Bankın, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan MR Nazirlər Kabinetinin, Naxçıvan MR Ali Məhkəməsinin, Naxçıvan MR mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti orqanlarının binaları, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin yerləşdiyi binanın üzərində daimi qaldırılır.

 

Dərs ilinin birinci günü təhsil müəssisələrində Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılır (asılır) ya yerləşdirilir. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Dövlət bayrağının Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşmələrinin başlıca amillərindən biri olduğunu nəzərə alaraq onun təbliğinin daim diqqət mərkəzində saxlanılmasını təmin etmək məqsədi ilə 2007-ci ildə Bakı şəhərində Dövlət bayrağı meydanı yaradılması barədə sərəncam imzaladı. Elə həmin ilin dekabrında tikintisinə başlanılan Bayraq Meydanı 2010-cu il sentyabrın 1-də istifadəyə verildi. Bu gün qürurla deyə bilərik ki, hündürlüyünə görə (162 m), dünyanın ən uca bayrağı da məhz Azərbaycandadır.

 

2009-cu ildə isə İ.Əliyev Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bu gün qeyri-rəsmi günü sayılır.

 

Bir millətin bayrağı, o millətin azadlıq müstəqillik simvoludur. Bayraq millətin şüurunun göstəricisi, şərəfi qürurudur. Bayraq siyasətdir, bayraq iqtisadiyyatdır, bayraq ordudur, bayraq mədəniyyətdir. Bu bütünləşməni təmin edən millətlər böyükdürlər. Bayrağa sayğı milli kimliyimizin qızıl açarı, şəhidlərimizə sayğıdır. Bayrağa sayğı dövlətə sayğıdır, respublikaya sayğıdır. Bayrağa sayğı, bu ölkənin sərhədlərinə, dağlarına, çaylarına, neftinə, bütün yeraltı yerüstü sərvətlərinə sahib olma sayğısıdır. Bu sayğı, bu qaynaqların bu xalqın yararına istifadə edilməsinə  sayğıdır. Bayrağa sayğı, demokratik, ağıl elmə söykənən çağdaş təhsilə sayğıdır...

 

Dövlətimizə, respublikamıza sayğı duyaq. Azadlığımıza, müstəqilliyimizə, ordumuza, mədəniyyətimizə, iqtisadiyyatımıza, milli kimliyimizə, şəhidlərimizə sayğı duyaq. Üç rəngli bayrağımıza sayğı duyaq!

 

Murad MƏMMƏDLİ

Ekspress.-2016.-9-10 noyabr.-S.10.