Hüquqi dövlətdə sosial təminat hüququ

 

Hüquqi dövlətdə bütün münasibətlər kimi sosial təminat məsələləri də qanunvericiliklə tənzimlənir. Azad bazar iqtisadiyyatı şəraitində münasibətlər kifayət qədər müstəqil, dövlətin müdaxiləsi olmadan inkişaf etsə də sosial təminat məsələləri birbaşa dövlətin nəzarəti altındadır və sosial baxımdan qayğıya ehtiyacı olan insanları dövlət himayə edir.

 

Bununla bərabər, dövlət insanların daha ağır sosial vəziyyətlə üzləşməməsi üçün onların əmək, əmək haqqı, minimum pensiya kimi həyatı vacib olan şərtlərinin gözlənilməsini də nəzarət altında saxlayır. Bu baxımdan dövlət insanların sosial təminat hüququnu tanıyır.

Sosial təminat hüququnun tanınması dünyanın bütün hüquqi dövlətlərində mövcuddur. Azərbaycanda da hüquqi dövlət sistemi təsis edildiyindən ölkəmizdə də sosial təminat hüququ tanınır.

 

Sosial təminat hüququ Konstitusiyamızda təsbit edilib. Əsas qanunun 38-ci maddəsində qeyd edilir ki, hər kəsin sosial təminat hüququ var. Bu o anlamı verir ki, yardıma möhtac olanlara kömək etmək, ilk növbədə, onların ailə üzvlərinin borcudur. Hər kəs qanunla müəyyən edilən yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə qanunla nəzərdə tutulan digər hallarda sosial təminat almaq hüququna malikdir.

 

Qanunun bu tələbinə əməl etməyə dövlət birbaşa nəzarət edir. Bununla bağlı şikayətlərə dövlət daha həssaslıqıa yanaşır.

Təqaüdlərin sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın sosial təminatın başqa növlərinin inkişafı üçün imkanlar yaradır. Sosial təminat hüququnun digər hüquqlardan fərqləndirən xüsusiyyətlər var.

 

Bu hüquq insan həyatının müəyyən-sosial-iqtisadi sahəsinə şamil edilir bəzi hallarda əsas müddəalarda məsləhətverici xüsusiyyətə sahib olur. Sosial təminat hüququnun yaratdığı imkanlardan isə bütün ölkələrdə eyni səviyyədə istifadə etmək mümkün olmur. Bu, ölkənin iqtisadi vəziyyətindən asılıdır.

Bir qayda olaraq sosial təminat hüququ əmək qabiliyyətini tam ya qismən itirən vətəndaşların maddi tələbatının ödənilməsi üçün onlara dövlət tərərfindən müvafiq müavinətlərin ödənilməsindən təşkilati-hüquqi digər tədbirlərin həyata keçirilməsindən ibarətdir.

 

Ümumiyyətlə bu hüquqdan yararlanmaq üçün müəyyən şərtlərin ödənilməsi vacibdir. Qanunla müəyyən edilən yaş həddinə çatdıqda, xəstəlik olduqda, əlillik yarandıqda, ailə başçısını itirdikdə, əmək qabiliyyətini itirdikdə ya işsiz olduqda sosial təminat hüququndan istifadəyə əsas yaranır.

Azərbaycan qanunvericiliyinə əsasən, hər bir kəs əmək pensiyası almaq hüququna sahibdir. Əmək pensiyaları 3 növ olur: yaşa görə, əlilliyə görə ailə başçısını itirməyə görə əmək pensiyası. Vətəndaşlar 3 səbəbdən birinin hesabına əmək pensiyası ala bilər.

 

Yaşa görə əmək pensiyası almaq üçün kişilərin yaşı 63-ə, qadınların yaşı 60-a çatmalıdır. Eyni zamanda kişi qadınların ən azı 12 il sığorta stacı olmalıdır.

Bir şəxsin əlilliyə görə əmək pensiyası alması üçün onun əlil olması təsdiqini tapmalıdır ən azı 5 il əmək stacı olmalıdır. Əgər müvafiq stac yoxdursa əlil olan şəxs sosial müavinət alır.

 

İnsanların konstitusiya ilə müəyyən olunan sosial təminatının əsas hüquqlarından biri sosial müavinət almaq hüququdur. Sosial müavinətlər qanunvericiliklə müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq ya birdəfəlik ödənilən pul vəsaitidir. 2006-cı ilə qədər respublikamızda sosial müavinətlərlə bağlı vahid normativ akt mövcud olmayıb, bu məsələ müxtəlif qanunvericilik aktları ilə tənzimlənmişdir. Həmin ildəSosial müavinətlər haqqındaAzərbaycan Qanunu qəbul olunduqdan sonra, sosial müavinətlərin təyin olunması verilməsinin hüquqi əsasları, eləcə , bu sahədə yaranan digər münasibətlər bu Qanunla tənzimlənməyə başlanıb. İnsanlar müxtəlif səbəblərdən (əlillik s.) sosial müavinət ala bilər.

 

Əlilliklə bərabər, işsizlik sosial təminat sisteminə qoşulmaq üçün əsasdır. Burada sosial təminat hüququnun həyata keçirilməsi səbəbi şəxsin obyektiv səbəblərdən özünün qüvvəsini sərf etmək üçün tapa bilməməsidir. Bu zaman işsiz qalan vətəndaşa dövlət öz maliyyə imkanları çərçivəsində işsizlik müavinəti ödəyir.

 

Hazırda 360 mindən mindən artıq insan müavinət, 1,3 milyon insan isə pensiya alır. Pensiya, müavinət, kompensasiya sosial təminat sistemi üzrə pul ödəmələri ilə bağlı yaranan münasibətlərə aiddir.

 

Pulla yanaşı sosial təminatın “natural” növləri ilə bağlı münasibətlər yaranır. Bura tibbi yardım müalicə, pulsuz ya gözəştli dərman yardımı, sanatoriya- kurort müalicəsi, tam yarımstasionar sosial xidmət, uşaqların internatlarda ya uşaq müəssisələrində saxlanması, əlillərin peşə hazırlığı işə düzəldilməsi, əlillərin nəqliyyat vasitələri ilə təmin edilməsi, protez- ortopedik yardım, əlillərə pulsuz mənzil verilməsi, sosial təminat sistemi üzrə güzəştlər s. daxildir.

 

Sosial təminat sistemi üzrə pul ödəmələri sosial təminatın “natural” növləri ilə bağlı yaranan münasibətlərin normal fəaliyyət göstərmərsi üçün obyektiv surətdə zəruri olan prosedur prosessual xarakterli köməkçi münasibətlər olur. Buna hüquqi faktların müəyyən edilməsi , sosial təminatın bu ya digər növünə olan hüququn reallaşdırılması, pozulmuş hüquqların müdafiəsi s. aiddir.

 

Hər il dövlət büdcəsindən sosial təminata pul ayrılır xərclənir. Bu hüquq dövlətin iqtisadi inkişafından asılı olduğundan, hər dövlətdə fərqli xarakter daşıyır.

Rəsmi məlumata əsasən, bu ilin 9 ayında dövlət büdcəsindən sosial təminat sosial müdafiəyə 1,63 milyard manat xərclənib. Ötən ilin yanvar-sentyabr dövründə eyni məqsədlə 1,434 milyard manat xərclənmişdi. Bu il sosial təminat sosial müdafiə xərclərində 13,7 faiz artım qeydə alınıb.

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xətti ilə isə, 2016-cı ilin yanvar-sentyabr aylarında pensiya müavinətlərin maliyyələşdirilməsinə 2,3271 milyard manat vəsait yönəldilib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 174,1 milyon manat ya 8,1 faiz çoxdur. Vəsaitin 97,2 faizini pensiya xərcləri təşkil edib.

 

2016-cı ilin doqquz ayı ərzində əhaliyə 66,1 milyon manat məbləğində müavinət ödənilib ki, bunun da 28,1 faizi hamiləliyə doğuma görə, 23,8 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 13,9 faizi dəfn üçün, 34,2 faizi isə digər məqsədlər üçün ödənilən müavinətlərin payına düşür.

2016-cı il oktyabrın 1-i vəziyyətinə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1,3114 milyon nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 13,6 faizini təşkil edir. Onların 59,6 faizi yaşa, 29,1 faizi əlilliyə, 11,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

 

Təyin olunan aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz artaraq 191,2 manat təşkil edib orta aylıq əmək haqqının 39 faizinə bərabər olub.

 

2016-cı il oktyabrın 1-i vəziyyətinə 363 min nəfərə sosial müavinətlər təyin edilib. Yaşa görə müavinət alanların sayı 16 min nəfər, əlilliyə görə 150,2 min nəfər, ailə başçısını itirməyə görə 39,7 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 71,6 min nəfər olub.

 

Əmək pensiyası almaq hüququ olmayan 54,3 min nəfərə kommunal, nəqliyyat digər xidmətlər üçün müavinət verilib.

Valideynlərini itirən valideyn himayəsindən məhrum olan uşaqların 445 nəfər qəyyumuna aylıq müavinət verilib. Bununla yanaşı, şəhid ailələrinin, müharibə əlillərinin, I II qrup Çernobıl AES əlillərinin müddətli hərbi xidmət qulluqçularının 9 min ailəsinə 16,7 min uşaq üçün aylıq müavinət ayrılıb.

 

Bundan əlavə, 3694 nəfər bir yaşadək uşağa görə 3631 ailəyə beşdən çox uşağı olan 3,1 min qadına 8,9 min uşaq üçün sosial müavinət verilib.

2016-cı ilin doqquz ayı ərzində Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 85987 nəfərə, o cümlədən 72691 uşağın doğulmasına görə, 4520 nəfərə radiasiya qəzası nəticəsində əlil olan şəxslərin müalicəsi üçün, 6681 nəfərə penitensiar müəssisələrində cəza çəkməkdən azad edilən şəxslərə həyatını itirən 2095 nəfərin dəfni üçün birdəfəlik müavinətlər verilib.

 

Cari ilin oktyabrın 1-i vəziyyətinə əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 456 nəfər zərərçəkən kompensasiya alıb.

Ölkəmizdə 143,8 min aztəminatlı ailənin 609,9 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 35,6 manat təşkil edib.

 

Azərbaycan Prezidentinin təqaüdünü alan şəxslərin sayı 57,2 min nəfər olub.

 

Azərbaycan Prezidentinin “Azərbaycanın Milli Qəhrəmanı adı verilən şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması haqqında” 2016-cı il 11 oktyabr tarixli Fərmanlarına əsasən Azərbaycanın Milli Qəhrəmanı adı verilən şəxslərə, onların dul arvadlarına və 18 yaşına çatmamış uşaqlarına təsis edilən Azərbaycan Prezidentinin təqaüdünün və müxtəlif sahələrdə xidmətlərə görə təsis edilən fərdi təqaüdün məbləğləri 2016-cı il noyabr ayının 1-dən 30 faiz artırılaraq 1300 manata çatdırılıb.

 

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun maliyyə dəstəyi ilə çap olunur

 

Vasif CƏFƏROV

Ekspress.-2016.-29 noyabr.-S.10.