Yüngül sənaye: ixrac ümidimiz

 

Yüngül sənayenin inkişafı idxalın azaldılmasına, kənd təsərrüfatının və məşğulluğun da inkişafına təkan verəcək

 

Azərbaycan hökumətinin qarşısında duran əsas iqtisadi hədəflərdən biri qeyri-neft məhsullarının ixracını artırmaqdır. Bu məqsədlə hökumət müxtəlif həvəsləndirici tədbirlər görür, sahibkarlara vergi və digər güzəştlər verir. Görülən tədbirlərin səmərəliliyini artırmaq üçün sənaye parkları, sənaye məhəllələri, aqroparklar, xüsusi iqtisadi zonalar da yaradılır.

 

Qeyri-neft məhsullarının ixracı haqqında düşünərkən hökumət daha tez inkişaf imkanları olan sahələrin ayağa qaldırılmasına çalışır. Bu fikri başqa cür başa düşmək lazım deyil. Məsələ burasındadır ki, dünyanın bir neçə ölkəsini çıxmaq şərti ilə əksər ölkələr ixrac sahələri üzrə ixtisaslaşıb. Hər bir ölkə çalışır ki, istehsalı daha tezasan təşkil edilən, yerli xammala əsaslanan, məhsulları xarici bazarlarda rəqabətə davam gətirən, satış ehtimalı yüksək olan sahələri inkiş etdirsin. Bunun nəticəsidir ki, tanıdığımız ölkələrin hamısı müəyyən sahələrə aid məhsulların ixracı üzrə ixtisaslaşıb. Məsələn, Türkiyə yüngülyeyinti sənayesi, kənd təsərrüfatı, tikinti materialları, dərman vasitələri, Gürcüstan kənd təsərrüfatı, müxtəlif növ şərablar, Pakıstan yüngül sənaye və kənd təsərrüfatı mallarının ixracı üzrə ixtisaslaşıb.

 

Azərbaycan da ixrasını artırmaq haqqında düşünəndə ilk növbədə nə istehsal edib sata biləcəyini müəyyənləşdirməlidir. Ölkəmiz avtomobil, kompüter, telefon, televizors. kimi yüksək elm tutumlu məhsulları da istehsal edə bilər. Amma bu məhsulların ixracı nə dərəcədə mümkün olacaq? Razılaşaq ki, bizim adıçəkilən məhsulların istehsalı üzrə ixtisaslaşan ölkələrlə rəqabətə girmək imkanlarımız olduqca çətindir. Bəlkə 10-15 ildən sonra Azərbaycan da bu sahələrin inkişafı və məhsulların ixracına nail olacaq. Ancaq indi, 2-3 illik qısa müddətdə bu məhsulların ixracına nail olmağımız real görünmür.

 

Qısa müddətdə ölkəmizin ixrac imkanlarının artması üçün ənənəvi və ucuz başa gələn məhsulların istehsal sahələrinin inkişafına nail olmaq yaxşı olardı. Belə sahələrin başında isə yüngül sənaye gəlir.

 

Yüngül sənaye kənd təsərrüfatını gücləndirir

 

Yüngül sənaye dedikdə müxtəlif növ bitkiheyvan mənşəli xammaldan və bunların süni əvəzedicilərindən xalq istehlakı malları (paltar, ayaqqabı, çantas.) və digər istehsal sahələrində istifadə olunan parça, xəz, dəri və digər məhsulları istehsal edən sənaye sahəsi başa düşülür. Deməli, yüngül sənayeni inkişaf etdirməklə həm də kənd təsərrüfatını inkişaf etdirmək imkanı yaranır. Sənayenin bu qolu inkişaf etdikdə heyvandarlıqda yun və dəri istehsalına, bitkiçilikdə isə pambıq və barama istehsalına tələbat artacaq. Həmçinin, süni əvəzedicilərə ehtiyac olduğundan kimya sənayesinin bəzi sahələrinin də inkişafına təkan verəcək.

 

İndi kənd təsərrüfatında böyük məhsul istehsalının qarşısını alan əsas amillərdən biri həmin məhsulların alıcısının xaricdə olmasıdır. Kəndli fermer təsərrüfatlarının əksəriyyəti yüngül sənaye üçün xammal olan məhsulunu xaricə çıxarmaq imkanına sahib olmadığından bu növ məhsulların istehsalını azaldır. Bu hal həm heyvandarlıqda, həm də bitkiçilikdə müşahidə edilir. Yüngül sənayenin inkişaf etməməsi ucbatından dolayısı ilə kənd yerlərində əhalinin gəliri azalır, məşğulluq səviyyəsi aşağı düşür.

 

Yüngül sənaye elə bir sahədir ki, o, yerli məhsullara əsaslanmadan inkişaf edə bilmir. Buna görə də yüngül sənayeni inkişaf etdirmək istəyən ölkələr həm də kənd təsərrüfatını paralel şəkildə inkişaf etdirir.

 

Yüngül sənayenin inkişafı idxalı azaldacaq

 

Yüngül sənayenin alt bölmələrinə diqqət yetirdikdə görürük ki, bu sahənin inkişafı sadəcə Azərbaycandan ixracın artmasına deyil, həm də idxalın azalmasına kömək edərdi. Bu sahənin alt bölmələri kimi tekstil, geyim (paltar), xalçaçılıq, dəri və dəri məmulatları istehsalı, xəz və xəz məmulatları istehsalı, ayaqqabı istehsalı tanınır.

 

Hər il Azərbaycan əhalisi bu növ məhsulların alınmasına bir neçə milyard manat pul xərcləyir. 2015-ci ilin məlumatına əsasən, əhali paltara 2,582 milyard manat pul xərcləyib. Bundan başqa əhali tərəfindən bir ildə trikotac (maşınla toxunan parça) məmulatlarına xərclənən pul 651 milyon manat, baş geyimlərinə 14 milyon manat, xəz xəz məmulatlarına 19,5 milyon manat, coraba 83,2 milyon manat, ayaqqabıya 652 milyon manat, sair geyimlərə 451 milyon manat olub.

 

Ümumilikdə, əhali ayaqdan başa kimi üst alt geyimlərinə ötən il 4,191 milyard manat xərcləyib.

 

Maraqlı fakt odur ki, 2011-ci ildən bəri adıçəkilən malların alınmasına sərf edilən pul kəskin şəkildə artıb. Baş geyimlərinə xərclər 4 dəfə, trikotac məmulatlarına 1,65 dəfə, xəz xəz məmulatlarına 6 dəfə, coraba 1,55 dəfə, ayaqqabıya xərclər 1,7 dəfə artıb.

 

Göründüyü kimi, hər il yüngül sənaye mallarına tələb artır qarşıdakı illərdə tələb daha da böyüyəcək. Yerli istehsalın zəif olması səbəbindən hər il xaricdən yüz milyonlarla dollar dəyərində yüngül sənaye məhsulu gətirilir. Əgər istehsal artırılarsa keyfiyyətli məhsul buraxılarsa yüngül sənaye məhsullarının idxalı azalar.

 

Yüngül sənaye daha az sərmayə tələb edən sahədir. Ağır sənayedən fərqli olaraq yüngül sənaye daha kiçik sərmayə ilə inkişaf etdirmək mümkündür. Buna həmin sahənin xüsusiyyətləri imkan verir. Yüngül sənaye həm ilkin xammalın emalını, həm hazır məhsulun istehsalını həyata keçirir. Buraya qoyulan vəsaitlər tezliklə qayıdır, istehsal edilən məhsulun çeşidi az miqdarda vəsait qoyuluşu nəticəsində asanlıqla dəyişdirilə bilir, sənaye üzrə istehsal xərcləri aşağıdır.

 

Yüngül sənayedə yalnız tekstil sektoru böyük vəsait tələb edir. Adətən tekstil sektoru dövlət ya böyük şirkətlər tərəfindən qurulur. Böyük sərmayə tələb edir, böyük maşın avadanlığa ehtiyacı var, bazara giriş çıxış üzrə ciddi baryerlər mövcuddur.

 

Amma geyim sektoru üçün böyük vəsait lazım deyil. Geyim sənayesi ümumi tekstil sənayesi ilə müqayisədə əmək tutumludur, daha az vəsaitə ehtiyacı olur, maşın avadanlıqlar daha mobildir asanlıqla yerdəyişmə etmək olar, bazara giriş çıxış daha asandır.

 

Xarici ölkələrin sənayeləşmə təcrübəsi göstərir ki, məhsul istehsalının artırılması, sahibkarlıq fəaliyyətinin gücləndirilməsi, yeni çoxlu sahibkarlıq subyektlərinin yaradılmasının ən əlverişli yolu məhz yüngül sənaye sahələrinin inkişaf etdirilməsidir. Çünki adıçəkilən sənaye sahəsinin istehsal etdiyi məhsul gündəlik tələbatın ödənilməsi üçün nəzərdə tutulur, buna görə həmin sənaye müəssisələrinin işə salınması çətin deyil.

 

Bununla bərabər bu sahələrdə istehsal böyük kapital yüksək texnologiyaya bir o qədər ehtiyac olmayan kiçik müəssisələr tərəfindən həyata keçirilməkdədir.

 

Azərbaycanda yüngül sənayenin inkişaf etdirilməsi üçün yaxşı imkanlar var. İlk növbədə yüngül sənaye üçün bütün xammal ölkəmizdə mövcuddur. Deməli, ölkəmizdə yüngül sənaye mallarının istehsal edən müəssisələr yaradıldıqda onların məhsullarının maya dəyəri aşağı olacaq.

 

Digər tərəfdən, yuxarıda qeyd etdiyimiz kimi, yüngül sənaye mallarına tələb yüksəkdir həmin məhsulların həm ölkəmizdə, həm xaricdə satış imkanları genişdir. 2011-ci ilin məlumatına əsasən, dünyada yüngül sənayenin dövriyyəsi 3 trilyon dollar olub ki, bu da olduqca böyük məbləğdir.

 

Yüngül sənaye: ənənəvi sahə

 

Yüngül sənayenin inkişafı üçün digər vacib amil ixtisaslı kadrların olmasıdır. Ölkəmizdə tarixən yüngül sənaye müəssisələri olub bu sahə bizim üçün ənənəvi sahəyə çevrilib. Sovet İttifaqı dövründə respublikada pambığın ilkin emalından tutmuş, ondan hazır məhsul istehsalına qədər texnoloci prosesi özündə cəmləşdirən kompleks müəssisələr mövcud idi. Yüngül sənaye məhsullarının istehsalı üzrə ixtisaslaşan müəssisələr Bakı, Sumqayıt, Gəncə, Şəki, Yevlax, Xankəndi şəhərlərində, eləcə Ordubad rayonunda fəaliyyət göstərirdi.

 

Təəssüflər olsun ki, sonralar müstəqilliyin ilk dövründə bu sahədə aparılan iqtisadi islahatlar nəticəsində mövcud olan yüngül sənaye müəssisələrinin əksəriyyəti işini dayandırdı. Həmin müəssisələr özəlləşdirildikdən sonra əksəriyyəti yeni şəraitdə fəaliyyət göstərə bilmədi öz fəaliyyətlərini tam, yaxud qismən dayandırdı. 1990-2005-ci illərdə iqtisadiyyatımızda ən ciddi geriləmələr məhz yüngül sənayedə baş verdi. Qeyd edilən dövrdə yüngül sənaye məhsulu 10 dəfə bu sahədə çalışan işçilərin sayı isə 97,4 min nəfərdən 14 min nəfərə qədər azaldı. O cümlədən, toxuculuq sənayesində məhsul istehsalı 1990-2005-ci illərdə 10 dəfə, xəzin bəzədilməsi istehsalı sahəsində 11 dəfə, dəri, dəridən məmulatlar ayaqqabı istehsalı sahəsində 2 dəfə azalmışdır. Uzun illər ərzində yüngül sənaye müəssisələrinin xammalı olan kənd təsərrüfatı məhsulları qeyd olunan səbəblər ucbatından ilkin emal məhsulları şəklində ixrac edildi. Ölkə əhalisinin istehlak etdiyi geyim məmulatlarının əksər hissəsini isə idxal olunan hazır məhsullar yaxud idxal edilən parçalar əsasında ölkədə fəaliyyət göstərən kiçik sexlərdə tikilmiş məhsullar təşkil etmişdir.

 

Son illərdə yeni yüngül sənaye müəssisələri yaradılır. Bu müəssisələr hesabına yerli istehsal zəif olsa inkişaf edir. Hələlik yerli istehsal daxili ehtiyacı ödəmək üçün işləyir. İxrac isə olduqca azdır. Bu ilin 10 ayında cəmi 11,5 milyon dollar dəyərində yüngül sənaye malları ixrac edilib.

 

Yüngül sənayenin ixrac imkanlarının artırılması məqsədilə hökumət tərəfindən ciddi tədbirlər görülməyə başlanılıb. 2013-cü ildən başlayaraq Azərbaycanda 10-na yaxın yüngül sənaye müəssisi yardılıb.

 

2016-cı ildən isə pambıqçılığın inkişafına dövlət dəstəyi gücləndirilib. Bu da əbəs yerə deyil. Çünki pambıqçılıq yüngül sənayenin əsas xammal bazası sayılır. Pambıqçılıq inkişaf etdirilməklə yüngül sənayenin istehsal imkanları yaxşılaşacaq. Proqnozlara görə, Azərbaycan yaxın 3 ildə pambıq istehsalını 500 min tona çatdıra biləcək.

 

Müxtəlif qiymətləndirməyə əsasən, yügül sənaye müəssisələrinin yaradılması onun xammal bazasının inkişafı ölkəmizin ixrac potensialını nəzərəçarpacaq dərəcədə artıracaq. Güman edilir ki, nəzərdə tutulan ilkin tədbirlərin görülməsindən sonra yalnız yüngül sənaye üzrə ixrac indiki 15-20 milyon dollardan 500 milyon dollara qədər yüksələcək. Gələcəkdə bu istiqamətdə tədbirlərin davam etdirilməsi ixracın 1 milyard dollara qədər artırılmasına imkan verəcək.

 

Vasif CƏFƏROV

Ekspress.-2016.-30 noyabr.-S.10.