Vətəndaş
cəmiyyətində bazar iqtisadiyyatına keçid
Bazar bəşər cəmiyyətinin tarixi inkişafının
törəməsi olaraq xalqların çoxəsrlik,
birgə ənənələrinin milli, mədəni, dini, psixoloji xüsusiyyətlərini
özündə ifadə etmək iqtidarında olan kateqoriyadır. Bu baxımdan bazar əmtəə-pul
münasibətlərinin tarixi inkişafı
nəticəsində müasir tərəqqi dərəcəsinə
çatıb.
Vətəndaş
cəmiyyətində bazar və ticarət
anlayışları bir-birilə ən yaxın olan,
bəzən identetik mənada ifadə edilən iqtisadi kateqoriyalar olaraq qalır.
Ekspertlər qeyd edirlər ki, keçid iqtisadiyyatı
2 iqtisadi sistemin ünsürlərini
özündə birləşdirən və bir iqtisadi sistemdən
digərinə keçid funksiyasını yerinə
yetirən spesifik bir iqtisadi sistem kimi xarakterizə olunur. Bu da o deməkdir ki, keçid iqtisadiyyatında
əsas məqsəd yeni iqtisadi sistemi formalaşdırmaq
və onun iqtisadi əsaslarını yaratmaqdan ibarətdir. Bundan başqa, keçid iqtisadi münasibətləri üçün ümumi bir hal xarakter olduğu üçün, o,
həm köhnə, həm də yeni yaranmaqda olan cəmiyyətin iqtisadimünasibətlərinin
əsas cəhətlərini və xassələrini
özündə birləşdirir.
Keçid dövründə 2 iqtisadi sistemin ünsürləri
fəaliyyət göstərdiyindən, eyni bir mərhələdə
iqtisadiyyatın sabitləşdirilməsi və
tənzimlənməsi mexanizmi də müxtəlif olur.
Ekspertlərin qeyd etdiyi kimi, bir iqtisadi sistemdən
digərinə keçid 2 formada təzahür edir:
I Təkamül yolu-
ardıcıl. Yəni bazar elementlərinin
tədricən yaradılması. Təkamül yolunda ilk mərhələ
kənd təsərrüfatında islahatların
aparılmasından başlanır. Kənd
təsərrüfatında keçmiş adət-ənənə, kustar,
fərdi istehsal mövcuddur ki, bu sahələrin
inkişafı digər sahələrin inkişafını
sürətləndirir.
II Şok terapiyası
(inqilabi)- islahatların intensiv, az vaxta həyata
keçirilməsi. Şok terapiyası əsasən 2
istiqamətdə həyata keçirilir: a) stabil antiinfilyasiya proqramının
hazırlanması; b) geniş institusional islahatların
aparılması.
Bazar iqtisadiyyatına keçidin qarşısında duran əsas
vəzifələr isə aşağıdakılardan
ibarətdir:
-
Dövlətsizləşdirmə və
özəlləşdirmə;
- Bazar infrastrukturunun formalaşması;
- İqtisadiyyatın
inhisarsızlaşdırılması;
- Qiymətin
sərbəstləşdirilməsi;
- Maliyyənin
stabilləşdirilməsi;
- Bazar iqtisadiyyatına uyğunlaşmaq üçün əhalinin sosial dəstəklənməsi.
İqtisad elmləri doktoru Vahid Novruzov qeyd edir ki, dünya iqtisadiyyatında bazar iqtisadiyyatına keçidin 2
əsas yolu mövcuddur: liberal-monetarist və sosial təmayüllü
modellər. Liberal-monetarist doktrinaya əsaslanan keçid modelində xüsusi mülkiyyətin
şəriksiz, mütləq hökmranlığı,
işgüzarlığın tam azadlığı, keçid dövründə
əhalinin minimal sosial təminatı
nəzərdə tutulur. İkinci variant isə bazar mexanizmlərinə
əsaslanan qarışıq, səmərəli iqtisadiyyata keçilməsini
nəzərdə tutur: “Dövlətin keçid dövründə güclütənzimləmə roluna üstünlük verilir,
mülkiyyət formaları - xüsusi və
dövlət mülkiyyəti formaları bir-birini tamamlayır,
onların hüquqlarının bərabərliyi qəbul edilir.
Dövlət əhalinin gəlirləri,
məşğuliyyət, səhiyyə, təhsil,
mədəniyyət və iqtisadiyyatın sosial müdafiəsi
zəifolan digər sahələrində güclü sosial təminat
siyasətini yeridir. Avropa dövlətlərinin iqtisadi tarixindən
fərqli olaraq, Şərqdə iqtisadi quruculuq siyasətində
dövlətin tənzimləyici roluna həmişə üstünlük verilib. Avropa dövlətlərindən Fransa,
İsveçrə və digər ölkələr
Şərqüsulunu mənimsəyərək qabaqcıl iqtisadi sistem yarada bilmişlər. Ulu öndər Heydər Əliyev ərazi və
sahələrarası baxımdan
balanslaşdırılmış iqtisadiyyatın
yaradılmasını hələ ötən əsrin 70-80-ci
illərində - milli iqtisadiyyatımızın
əsaslarının yaradılması dövründə olduğukimi, ikinci hakimiyyəti
dövründə də mühüm sayıb”.
İqtisadçının
fikrincə, hazırda iqtisadiyyatın bütün sahələrinə
dövlət himayəsi əslində, mümkün deyil: “Dövlət müxtəlif mülkiyyət və
təsərrüfat formalarına bərabər rəqabət mühiti formalaşdırmaqla
yanaşı, respublikanın cari vəziyyəti və perspektivi üçün sondərəcə
əhəmiyyətli olan iqtisadiyyatın üstün sahələrini
müəyyənləşdirməli və onları himayə
etməlidir. O, haqlı olaraq bu fikirdə idi ki, üstün sahələrin düzgün müəyyən
edilməsindən Azərbaycanın dövlətçiliyi, iqtisadi müstəqilliyi, suverenliyi çox asılıdır. Ulu öndəriniqtisadi siyasət
proqramında neft amilinin aparıcı rolu təmin olunmaqla,
digər təbii ehtiyatlardan səmərəli
istifadə edilməsi bir daha göstərdi ki,
ölkənin inkişafı üçün sistemli bir proqram mövcuddur. Buna görə ikinci sistemli addım
- neftlə birlikdə ölkənin digər təbii
ehtiyatlarının iqtisadi inkişafa xidməti
strategiyası həyata keçirildi: ölkənin
qızıl, mis və gümüş ehtiyatlarının xarici investorlarla birlikdə
istismarı haqqında qərar verildi. Beləliklə, makroiqtisadi sabitliyin dayanıqlığı üçün neftdən başqa,
ölkənin digər qiymətli təbii
sərvətlərindən səmərəli istifadə
olunması zərurəti yarandı”.
İqtisadi inkişafın bu amillərinin
Azərbaycanda çoxdan mövcud olmasına baxmayaraq,
bəzi obyektiv və subyektiv səbəblərə
görə onlardan iqtisadi inkişaf üçün maksimum istifadə
edilməsinə müəyyən məhdudiyyətlər qoyulurdu:
“Çünki bu amillərdən düzgünbəhrələnib
ölkə iqtisadiyyatının inkişafına təkan verəcək
şəxsiyyət yox idi. Siyasi aləmə
Heydər Əliyevin gəlişi isə bu problemin həlli üçün böyük imkanlar açdı.
Azərbaycanda aparılan investisiya siyasəti spesifik xüsusiyyətlərə malikdir. Bunun mahiyyəti ondanibarətdir ki, xarici investisiyaların
cəlb olunmasında səmərəli iqtisadi mühitin yaradılmasından başqa,
həm də Heydər Əliyevin dünya şöhrətinin
yüksək rolu olub. Belə yanaşma investisiyaların
təkanverici qüvvəsini artırmaqla onlardan iqtisadi səmərənin
əldə olunması müddətini
yaxınlaşdırdı. Beləliklə, Heydər Əliyev
islahatları dünya təcrübəsində
müşahidə etdiyimiz bütün proqramlardan əsas bir əlaməti
ilə fərqlənir: onun islahatlar keçirdiyi ölkə dörd bir tərəfdən blokada,
müharibə və sosial sarsıntılar
(qaçqınlarproblemi) içərisində olmasına baxmayaraq,
Azərbaycanı 1993-cü ildən 1997-ci ilin iqtisadi artımına ardıcıl siyasi və iqtisadi addımlar
həyata keçirməklə gətirdi”.
V.Novruzov onu da qeyd edir ki, 1993-cü
ildə ölkədə sosial-siyasi vəziyyətin
ağır olmasına baxmayaraq, ölkə prezidenti tərəfindən
nəticəsi sonralar bilinəcək tədbirlər
görülməyə başlandı. Məhz həmin il iqtisadiyyata investisiyaqoyuluşunun azalma sürətində
dəyişikliklər yarandı: “Tənəzzülün sürətini
aşağı salmaq üçün Heydər
Əliyev böyük səy göstərmiş və
nəticədə ölkə iqtisadiyyatına 1994-cü
ildə əvvəlki ildəkinə nisbətən 1,89
dəfə çox investisiya cəlb edildi ki, bunun da 48 faizi xarici investisiyalar olub. İqtisadiislahatların son nəticədə nəyə xidmət etməsi
məsələsi barədə Heydər Əliyevin
çoxsaylı dərin fikirlərini
ümumiləşdirərkən belə bir qənaətə
gəlmək olar ki, islahatların nəticələri özünü daha çox respublikanın mövcud iri istehsal müəssisələrində
zəruri struktur-profildəyişiklikləri
aparılmasında, daxili bazarın ən zəruri
məhsullarla doldurulmasında və ixracat potensialının
artırılmasına xidmət edən yeni istehsalatların
yaradılmasında, müəssisələrin
modernləşdirilməsində və yenidən
qurulmasında büruzə verməlidir”.
Yeri gəlmişkən, müasir bazar iqtisadiyyatına xas olan başlıca
əlamətlərdən biri əhalinin hər cür gözlənilməz
və pis vəziyyətdən müdafiə vasitələrinin
olmasıdır. Bu baxımdan sosial mühafizə
dedikdə, insanların yerindən, milliyyətindən,
cinsindən, yaşından və digər
cəhətlərdən asıllı olmayaraq, onların sosial-iqtisadi hüquq və
zəmanətlərinin yəni əhalinin, əsasəndə
ağır vəziyyətdə olan təbəqlərinin infilyasiyadan,
işsizlikdən mühafizəsinə
yönəldilən dövlət siyasəti nəzərdə tutulur.
İqtisadçı Rasim Nəbiyev qeyd edir ki,
Azərbaycan dünya miqyasında iqtisadi artım
sürətinə görə ön sıralarda
gedərək islahatçı ölkə kimi tanınır
və ölkəmizdə ümumi daxili məhsul,
büdcə və valyuta ehtiyatları ildən-ilə
artmaqdadır: “Güclü sahibkarlar sinfi vəorta təbəqə
yaranır. Azərbaycanın enerji təhlükəsizliyi
təmin olunub. Yeni infrastruktur formalaşır,
beynəlxalq aeroportlar istismara verilir,
minlərlə kilometr yol və müasir körpülər
salınır. Yəni, göründüyü kimi,
əsası ulu öndər Heydər Əliyev
tərəfindən qoyulandavamlı inkişaf və
tərəqqi kursu bu gün bütövlükdə
müstəqil Azərbaycanın siyasi simasını
müəyyən edir”.
Nəbiyevin
fikrincə, ölkədə bazar münasibətlərinə
söykənən liberal iqtisadi sistemin qurulmasının,
vətəndaşların iqtisadi azadlığına,
təşəbbüskarlığına geniş meydan verilməsinin,
Azərbaycanın zəngin təbii
sərvətlərindən səmərəli istifadə
edilməsinin, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsinin
və digər tədbirlərin nəticəsi olaraq Azərbaycan
iqtisadiyyatı sürətli inkişafla deyil, eyni zamanda yeni keyfiyyət
parametrləri ilə də özünü təsdiqləyib:
“”Əsrin müqaviləsi”nin bağlanması ilə
Azərbaycan tezzamanda iqtisadi böhrandan çıxdığını qeyd edən iqtisad elmləri doktoru, onu da qeyd edir ki,
2001-ci ilə qədər dünyanın 15 ölkəsinin 33
şirkəti ilə 23 beynəlxalq müqavilə
imzalandı, bunun nəticəsində 6 il yarım ərzində Azərbaycan
iqtisadiyyatına 11,4 milyard dollarinvestisiya qoyuldu. Bunun da 8,3 milyard dolları xarici investisiyalar idi. Keçid dövrünün sonuncu -
2009-cu ilini nəzərdən
keçirsək görərik ki, bir ildə
Azərbaycana qoyulmuş 9,2 milyard dollar investisiyanın
1,9 milyard dolları xarici, 7,3 milyard dolları isə daxiliinvestisiyalardır. Halbuki,
2001-ci ilə qədər ölkə iqtisadiyyatına
yatırılan investisiyaların 72,8 faizini xarici, 27,2 faizini daxili investisiyalar təşkil edirdi.
Azərbaycanın iqtisadi qüdrətinin
yüksək dinamizmlə artmasının nəticəsidir ki,
2009-cu ildə daxili sərmayələr 79,3, xarici sərmayələr 20,7 faiz təşkil edib. 2010-cu ildə
isə respublika iqtisadiyyatına 13,9 milyard və ya əvvəlki
ildəkindən 32,4 faiz çox investisiyaqoyulub.
Əsas kapitala yönəldilmiş sərmayələrin
məbləği 21,2 faiz artaraq 9,7 milyard manata çatmışdır və onun da 75,2 faizi daxili investisiyalar olub”.
Ümumiyyətlə
isə investisiyaların 70 faizi qeyri-neft sektorunun və infrastruktur sahələrin
inkişafına sərf edildiyi üçün ölkəyə qoyulan investisiyaların
tərkibində daxili investisiyaların xüsusi çəkisinin
belə sürətlə artması Azərbaycan
iqtisadiyyatının yüksək sürətli
inkişafını və onun iqtisadi qüdrətinin
artmasını göstərir.
Rəşid RƏŞAD
Ekspress.-2016.-4 oktyabr.-S.10.