QHT-lər hansı çətinliklərlə üzləşir?

 

Hökumət problemlərin müzakirəsinə açıqdır

 

Azərbaycan hökuməti ölkədə vətəndaş cəmiyyətinin inkişafında həmişə maraqlı olub. Qeyri-hökumət təşkilatlarının üzləşdikləri problemlərin həlli istiqamətində atılan addımlar da göz qabağındadır. III sektorun problemlərinin həlli yolları Açıq Hökumətin Təşviqinə Dair Hökumət - Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının növbəti toplantısında da müzakirə olunub.

 

QHT-lərin üzləşdikləri problemlərin müzakirəsinə həsr olunan toplantıda Platforma üzvü olmayan QHT-lər və beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri də iştirak ediblər. Platformanın koordinatoru Əliməmməd Nuriyev bildirib ki, tədbirin təşkilində əsas məqsəd mövcud problemlər, onların həlli yolları ilə bağlı fikir mübadiləsi aparılması və hökumətə müvafiq təkliflərin hazırlanıb verilməsidir.

 

Onun sözlərinə görə, hökumət QHT-lərin üzləşdikləri problemlərin müzakirəsinə açıqdır və Platformadan konkret təkliflər gözləyir. Nuriyev deyib ki, 2014-cü ilin sonunda və 2015-ci ildə QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi praktikada problemlər yaradıb və vətəndaş cəmiyyətinin səmərəli fəaliyyətinə nail olunması üçünyol xəritəsi” hazırlanması çox vacibdir. Buyol xəritəsi”nin əsasını isə məhz QHT-lərin təklifləri təşkil etməlidir.

 

Dediyinə görə, vəziyyətin yaxşılaşdırılması üçün bütün maraqlı tərəflərin təşəbbüslərinə ehtiyac var. O, toplantıda dövlət qurumlarını Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının iki nümayəndəsi - Fərasət QurbanovSahib Məmmədov təmsil edir: “Xatırladım ki, Platformada 10 dövlət qurumunun, parlamentin nümayəndələri təmsil olunur. Bugünkü tədbirin formatı elə seçilib ki, məhz QHT-lər öz fikirlərini bölüşsünlər. Bundan sonra isə növbəti toplantılarda dövlət qurumlarının iştirakı ilə müzakirələr aparılacaq”.

 

Müzakirələr zamanı QHT-lərin üzləşdikləri müxtəlif problemlər qaldırılıb, onların həlli yolları, normativ-hüquqi bazada dəyişiklikləri nəzərdə tutan təkliflər irəli sürülüb. Ümumilikdə, müzakirələr zamanı 27 QHT nümayəndəsi çıxış edərək, buya digər məsələlərlə bağlı rəylərini bölüşüblər.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov səslənən təkliflərə münasibət bildiriböz fikirlərini bölüşüb. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu məsələlərin həlli ilə bağlı mütəmadi olaraq QHT-lər və dövlət orqanları ilə müzakirələr aparır, təkliflərini verir: “Şura bu istiqamətdə təşəbbüslərə dəstək verməyə hazırdır. Açıq Hökumətin Təşviqinə Dair Hökumət - Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının yaranması isə bu istiqamətdə yeni imkanlar yaradıb”.

 

Sualları cavablandıran Ə.Nuriyev qeyd edib ki, Platforma peşəkarlar, ixtisaslaşmış QHT-lər üçün açıqdır. Platformada Azərbaycan vətəndaş cəmiyyətinin bütün spektrini əhatə edən aparıcı QHT-lər təmsil olunub. Onun sözlərinə görə, toplantıda səslənmiş fikirlərin hamısı qeydə alınıb və sistemləşdirilərək, Platforma adından hökumətə təqdim ediləcək. Eyni zamanda təkliflərin, konkret məsələlərin dövlət qurumları ilə birgə peşəkar müzakirəsi üçün İşçi Qrup yaradılması təklifi də müzakirə ediləcək.

 

O, Platformanın məqsədi, fəaliyyəti, prinsipləri ilə bağlı bəyanat layihəsini müzakirəyə təqdim edib. Platforma üzvlərinin təklifləri nəzərə alınmaqla Açıq Hökumətin Təşviqinə Dair Hökumət -Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının Bəyanatı qəbul olunub. Bəyanatda qeyd olunur ki, Platformada birləşən QHT-lər Açıq Hökumət Tərəfdaşlığı təşəbbüsünün Azərbaycanda tətbiqinə ictimai nəzarətin gücləndirilməsinin vacib olduğunu bəyan edirPlatformaya Hökumətlə davamlı və səmərəli dialoq imkanı kimi baxır: Hesab edirik ki, ölkədə vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətinə dair hüquqi mühitin təkmilləşdirilməsinə və bu qurumların fəaliyyəti üzrə praktiki çətinliklərin aradan qaldırılmasına, dövlət orqanlarının fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılmasına, habelə idarəetmədə ictimai iştirakçılığın və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsinə Platforma çərçivəsində hökumətlə uğurlu nəticələrə nail ola biləcəyik.

 

Bu Platforma üzrə səmərəli və pozitiv dialoq prosesində mandatları çərçivəsində ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlar və diplomatik missiyaların iştirakına ümid edirik. Bir daha bəyan edirik ki, Platformaya üzvlük açıqdır və onun fəaliyyəti demokratik prinsiplərə əsaslanır. Platforma, onu məqsədləri və fəaliyyət istiqamətləri ilə uyğunluq təşkil edən bütün yerlixarici (beynəlxalq) təşkilatlarla əməkdaşlığa hazırdır”, - deyə bəyanatda vurğulanır.

 

Yeri gəlmişkən, Açıq Hökumətin təşviqinə dair daha bir tədbiri “Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyi təşkil edib. QHT Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “”Açıq Hökumət”in təşviqinə vətəndaş dəstəyi” layihəsinin məqsədi “Açıq Hökumət” ideyasının təbliği, Açıq Hökumət Təşəbbüsləri istiqamətində tədbirlərin daha səmərli həyata keçirilməsinə ictimai dəstək verilməsidir. Layihə çərçivəsində Azərbaycanda Açıq Hökumət Təşəbbüsləri, həyata keçirilən tədbirlər, əldə olunan naliyyətlər barədə KİV-də maarifləndirici məqalələr dərc olunub. “Facebooksosial şəbəkəsində “Açıq Hökumətə Vətəndaş Dəstəyi” adlı qrup yaradılıb. Bu qrup vasitəsilə də maarifləndirici materiallar istifadəçilər arasında yayılır.

 

Qeyd edək ki, “Açıq Hökumətin Təşviqinə Dair Hökumət - Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” bu il sentyabrın 9-da təsis olunub. Platforma dövlət qurumlarının vətəndaş cəmiyyəti ilə münasibətlərinin tənzimlənməsinə xidmət edir. Platforma informasiya əldə etmək, fiksal şəffaflıq ictimai iştirakçılıq üzrə Azərbaycan hökuməti və Milli Məclislə əməkdaşlı etmək, bu məsələlərlə bağlı hökumətin apardığı islahatlar üzrə tövsiyələr vermək, “Açıq Hökumət” Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində Azərbaycan hökumətinin hazırladığı Fəaliyyət Planının həyata keçirilməsinin monitorinqini aparmaq, “Açıq Hökumət” Tərəfdaşlığı Təşəbbüsündə Azərbaycanın vətəndaş cəmiyyətini təmsil etmək, təşəbbüsdə maraqlı olan dövlət orqanları, yerli vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlarla, özəl sektor təmsilçiləri ilə əməkdaşlıq və məsləhətləşmələr aparmaqelektron hökuməti təşviq etmək istiqamətlərində fəaliyyət göstərir. Platformaya üzvlük bu təşəbbüsü dəstəkləyən hər bir vətəndaş cəmiyyəti, parlament və hökumət təmsilçiləri üçün açıq olacaq.

Ölkənin üzləşdiyi yeni iqtisadi şəraitdə bu cür platformanın, dialoqun mühüm əhəmiyyət kəsb etdiyini deyən ekspertlər bildirirlər ki, hökumət və vətəndaş cəmiyyəti arasında dialoq Milli Fəaliyyət Planında da əksini tapıb. Bu platforma ölkədə aparılan islahatlarda vətəndaş cəmiyyətinin rolunu önə çəkir, işgüzar mezxanizmin qurulmasına xidmət edir.

 

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 aprel 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda “Açıq hökumət tərəfdaşlığı” vətəndaş cəmiyyəti platformasının yaradılmasının və fəaliyyətinin dəstəklənməsinin icrası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına həvalə edilib.

 

Milli Fəaliyyət Planına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, mərkəzi və yerli icra hakimiyyəti orqanları 2016-cı ildə “Açıq hökumət tərəfdaşlığı” vətəndaş cəmiyyəti platformasının yaradılması və fəaliyyətinin dəstəklənməsini təmin etməlidir.

 

Onu da deyək ki, “Açıq hökumət tərəfdaşlığı” təşəbbüsü 2011-ci ildə ABŞ-ın liderliyilə aparıcı dövlətlərin birgə səyi ilə yaranıb. Platforma hökumətləri daha şəffaf, daha hesabatlı və vətəndaşlara qarşı daha məsuliyyətli etmək missiyasını daşıyır. 2011-ci ilin sentyabrında 69 dövlətin imzaladığı “Açıq Hökumət Bəyannaməsi”ndə qeyd edilir ki, bütün dünyada getdikcə xalqlar daha açıq, effektiv, məsuliyyətli və şəffaf idarəetməyə sahib olmaq, vətəndaş iştirakçılığının genişləndiyi, vətəndaşın görəvləndirlidiyi, korrupsiya ilə effektiv mübarizə aparıldığı sistem qurmaq istəyirlər.

 

Azərbaycan “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə 2011-ci ildə qoşulub. Məqsəd şəffaflığın artırılması və “Açıq Hökumət” sahəsində fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və ən yaxşı praktikanın formalaşmasıdır.

 

Murad MƏMMƏDLİ

Ekspress.-2016.-5 oktyabr.-S.10.