Vətəndaş cəmiyyətində seçkinin əhəmiyyəti
Vətəndaş cəmiyyətində demokratiyanın bərqərar edilməsinin ən sağlam yolu seçkilərdir. Müasir demokratiyanın bərqərar olmasının təsirli mexanizmləri sırasında seçkilər həlledici rol oynayır. Xalq hakimiyyətinin həyata keçirilməsinin təmin edilməsi seçkilər nəticəsində meydana çıxır.
Seçkilər hakimiyyətin xalq etimadını və müdafiəsinin əldə etməsinin ən təsirli və sınanmış vasitəsidir. Seçkilər və referendum zamanı hakimiyyət faktiki olaraq, seçki məntəqələrinə gedərək hakimiyyət orqanlarının nümayəndələrinə səs verən xalqın əlinə keçir. Bu mühüm vasitə cəmiyyəti ədalətsizlikdən və diktatura təhlükəsindən qoruyur.
Vətəndaş cəmiyyəti quruculuğu yolunu seçən Azərbaycanda da seçki hüququ tanınır. Azərbaycan vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ var. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi -referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir. Seçkilər günü 18 yaşı tamam olan və ya yaşı 18-dən çox olan bütün Azərbaycan vətəndaşlarının seçmək hüququ vardır. 18 yaşına çatmış və fəaliyyət qabiliyyəti olan vətəndaşların hamısı seçki hüququna malikdirlər.
Mənşəyinə, siyasi baxışlarma, sosial və əmlak vəziyyətinə, irqi və milli mənsubiyyətinə, cinsinə, təhsilinə, dilinə, dinə münasibətinə, məşğuliyyət növünə və xarakterinə görə Azərbaycan vətəndaşlannm seçki hüquqlarının birbaşa, dolayısı ilə və ya başqa şəkildə məhdudlaşdırılması qadağan edilir. Ölkəmizdə yalnız məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunan şəxslərin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur.
Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilən şəxslərin bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər.
Seçkilərin təşkili məqsədilə Azərbaycan Seçki Məcəlləsi də qəbul olunub.
Seçki Məcəlləsində qeyd edilir ki, Azərbaycanın dövlət hakimiyyətinin əsasını Azərbaycan xalqının iradəsi təşkil edir. Azərbaycan xalqının iradəsi ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərdə, habelə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə keçirilən ümumxalq səsverməsində - referendumda öz təzahürünü tapır. Azərbaycan dövləti ölkə vətəndaşlarının iradəsinin azad ifadə edilməsinə seçki hüququnun prinsip və normalarının müdafiə edilməsi yolu ilə təminat verir. Bu Məcəllə Azərbaycan parlamentinin - Milli Məclisin deputatlarının, Azərbaycan Prezidentinin və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin - referendumun təşkili və keçirilməsi qaydalarını müəyyən edir.
Azərbaycan vətəndaşları seçkilərdə və referendumda ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə iştirak edirlər. Vətəndaşlarının seçkilərdə və referendumda iştirakı azad və könüllüdür. Seçkilərdə və ya referendumda iştirak edib-etməməyə məcbur etmək məqsədi ilə heç kəsin Azərbaycan vətəndaşına təzyiq göstərmək hüququ yoxdur və heç kəs onun öz iradəsini azad ifadə etməsinə mane ola bilməz.
Azərbaycanın diplomatik nümayəndəlikləri və konsul idarələri seçkilərin və referendumun keçirilməsi zamanı Azərbaycandan kənarda yaşayan vətəndaşlarının Azərbaycan Konstitusiyasının 3-cü və 56-cı maddələrində nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə kömək göstərməlidirlər. Seçkilər referendumla eyni gündə keçirilə bilməz. Həmçinin Milli Məclisinin deputatlarının seçkiləri, Azərbaycan Prezidentinin seçkiləri, bələdiyyə seçkiləri eyni gündə keçirilə bilməz.
Seçkilərin və referendumun hazırlanması və keçirilməsi, səslərin hesablanması, səsvermənin yekunlarının, seçkilərin və referendumun nəticələrinin müəyyən edilməsi açıq və aşkar həyata keçirilir. Məcəlləyə görə seçkilərdə (referendumda) iştirak edənlər müəyyən şərtlərə əməl etməlidir.
Qanunvericiliyə əsasən seçkilər zamanı mətbuat azadlığına hörmət bəslənməli, öz peşə fəaliyyəti ilə məşğul olan kütləvi informasiya vasitələri nümayəndələrinin işinə mane olunmamalı, namizədlərin, partiyaların (siyasi partiyalar bloklarının) seçki (referendum) kampaniyalarına müdaxilə edilməməlidir. Seçkiqabağı təşviqat materiallarının, referendumqabağı təşviqat materiallarının yayılmasına mane yaradılmamalı, təşviqat plakatlarını və digər bu cür təşviqat materiallarını məhv edilməməli və korlamamalı, seçkiqabağı (referendumqabağı) kütləvi tədbirlərin keçirilməsinə mane olunmamalıdır.
İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ var. Qanunvericiliyə əsasən, vətəndaşlar seçkilərdə və referendumda bərabər əsaslarla iştirak edirlər. Hər bir səsvermə zamanı hər bir vətəndaşın bir səsi vardır. Vətəndaşların hər bir səsi eyni hüquqi qüvvəyə malikdir.
Vətəndaşlar seçkilərdə namizədin lehinə, referenduma çıxarılan məsələnin lehinə və ya əleyhinə şəxsən səs verirlər. Başqa şəxslərin yerinə səs vermək qadağandır. Başqalarının əvəzinə səs verən və ya bunun üçün şərait yaradan vətəndaşlar Cinayət Məcəlləsində və ya İnzibati Xətalar Məcəlləsində göstərilən məsuliyyətə cəlb olunurlar.
Seçkilər və referendum zamanı səsvermə gizli olmalıdır, bu isə seçicilərin iradəsinin ifadəsi üzərində hər cür nəzarəti istisna etməlidir.
Seçkilərin hansı formada və şərtlərlə keçirilməsi seçki sistemində öz təzahürünü tapır. Beynəlxalq təcrübədə seçki sistemlərinin iki əsas forması - plüralist macoritar seçki sistemi və proporsional nümayəndəlik seçki sistemi fərqləndirilir. Lakin bəzi ölkələr seçkilər zamanı, əsasən də parlament seçkilərində hər iki sistemdən istifadə edirlər ki, bu da qarışıq sistem və ya yarıproporsional sistem adlandırılır.
Əsasında əksəriyyət prinsipinin
dayandığı macoritar
sistem tarixən formalaşan ilk seçki sistemi olub. Burada mahiyyət
ondan ibarətdir ki, səslərin əksəriyyətini qazanan
namizədlər seçilmiş
hesab olunurlar. Plüralist macoritar sistemin əsasında hamısı
qalibə çatır
prinsipi dayanır.
Macoritar sistem mahiyyətcə sadə və anlaşıqlı olsa da, siyasi partiyaların
güclü olduğu
dövlətlərdə bu
sistemdən bütün
siyasi qüvvələr
razı qalmır.
Çünki, səslərin
nisbi azlığını
alan namizəd
(seçicilərin qismən
az hissəsinin müdafiə etdiyi) namizədlər kənarda
qalırlar.
Macoritar seçki sisteminə birmandatlı seçki sistemi də deyilir. Yəni, ölkə ərazisi
müəyyən olunan
deputat yerlərinin sayına uyğun sayda dairələrə bölünür. Hər dairədən
isə yalnız bir mandat - daha
çox səs qazananlar qalib müəyyən edilir.
Macoritar seçki sisteminin az
hallarda çoxmandatlı
dairələr üzrə
tətbiqi hallarına
da təsadüf edilir.
Majoritar sistemə rəğbətin
köklərini yalnız
tarixdə axtarmaq düzgün olmazdı, bunun daha rasional
izahı var. Macoritar sistem parlamentdə çoxluq təşkil edən partiyaya öz proqramını həyata keçirməyə
imkan verir. Bu sistem hökumətin səmərəli fəaliyyət
göstərməsinə şərait
yaradır. Majoritar
sistemdə fərqli (nisbi, mütləq və ya ixtisaslı)
səslər çoxluğu
ola bilir
ki, bu da
macoritar sistemin növlərini təyin edir.
Bəzi ölkələrdə səsvermənin
baş tutmuş hesab edilməsi üçün səsvermədə
seçicilərin minimum iştirak
həddi müəyyən
edilir. Əgər həmin hədd
əldə olunmayıbsa
seçkilər etibarsız
və ya baş tutmamış sayılır. Bu, qeydə
alınan seçicilərin
yarısını, bir
çox hallarda isə daha az hissəsini əhatə edə bilər. Seçicilərin minimum iştirak həddi
qeydə alınan seçicilərin 50 faizini
təşkil edirsə,
verilən səslərin
ümumi sayının
mütləq əksəriyyəti
nəzəri cəhətdən
yuridik seçici korpusunun 25%+1 sayını
təşkil edəcək.
Bu sistemin nisbi çoxluqlu sistem ilə müqayisədə
üstünlüyü ondan
ibarətdir ki, səs verən seçicilərin mütləq
əksəriyyəti tərəfindən
müdafiə edilən
namizədlər seçilmiş
sayılırlar. Lakin nisbi əksəriyyət sisteminə xas olan qüsur burada da saxlanılır:
qalib gələn namizədlərin əleyhinə
verilmiş səslər
itib-batır.
Mütləq çoxluqlu majoritar sistemin tez-tez təkrar olunan nəticəsizlik kimi spesifik nöqsanı var. Həm də namizədlər arasında
rəqabət güclü
olduqca bu nöqsanın baş vermə ehtimalı da böyük olur. Belə ki, seçkidə
iştirak edən namizədlərdən (və
ya namizədlər siyahısından) heç
biri səslərin parçalanması ucbatından
tələb olunan əksəriyyəti qazana
bilmir. Tələb olunan mütləq
əksəriyyət verilən
səslərin ümumi
sayından hesablandıqda
həmin təhlükə
daha da artmış
olur. Hətta birmandatlı dairədə
iki namizədin seçkidə iştirakı
zamanı elə vəziyyət yarana bilər ki, seçicilər hər iki namizədin əleyhinə səs verdikləri və ya etibarsız qaydada səs verdikləri halda onların heç birisi mütləq əksəriyyətin səsini
əldə edə bilməsin.
Azərbaycanda majoritar seçki sistemi tətbiq edilir. Ölkəmizdə Milli Məclis
üzvlər ümumi,
bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi
və gizli səsvermə yolu ilə seçilirlər.
Milli Məclisinə birinci
(1995-ci il) və ikinci çağırışda (2000-ci ildə) seçkilər qarışıq sistem üzrə keçirilib. 125 deputatdan 100-ü macoritar sistem, 25-i isə proporsional nümayəndəlik sistemi
üzrə seçilib.
2002-ci ildə keçirilən ümumxalq
səsverməsində proporsional
sistem ləğv edildi. Əlbəttə, bu heç
də proporsional nümayəndəlik sistemindən
tamamilə birdəfəlik
imtina deyil. Hazırda siyasi partiyaların mövcud durumunda seçkilərin macoritar qaydada keçirilməsi məntiqlidir. Gələcəkdə siyasi partiyaların daha da inkişaf
edəcəyi və siyasi mədəniyyətin
daha da güclənəcəyi
bir zamanda proporsional sistemin bərpası məqsədəuyğun
hesab edilə bilər.
Vasif CƏFƏROV
Ekspress.-2016.-6 sentyabr.-S.10.