Vətəndaş cəmiyyətində iqtisadi islahatlar

 

Milli iqtisadiyyat beynəlxalq iqtisadiyyatla qarşılıqlı əlaqə və asılılıqda olan, ayrı-ayrı ölkələrin inzibati sərhədləri üzrə, təbii-coğrafi, sosial-iqtisadi, siyasitexniki-texnoloji fərqlərə görə bölünən müstəqil təsərrüfat sistemi hesab olunur. Ümumiyyətlə götürdükdə isə hər bir ölkənin milli iqtisadiyyatı ümumdünya iqtisadiyyatının bir hissəsini təşkil edir.

 

Müstəqilliyini bərpa etdikdən indiyədək ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə ayırmaq olar. Birincisi, 1991-1995-ci illəri əhatə edən iqtisadi xaosya tənəzzül dövrü. İkincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlikdinamik iqtisadi inkişaf dövrü.

 

Birinci dövrdə Azərbaycan Respublikasının qarşılaşdığı misli görünməmiş siyasi (1991-1993-cü illərdə siyasi vəziyyətin qeyri-sabitliyi), hərbi (Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkə ərazisinin 20%-i indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. Ermənistandan və Azərbaycanın işğal olunan ərazilərindən qovulmuş 1 milyondan çox azərbaycanlıların əksəriyyəti hələ də çadırlarda və yaşayış üçün yararlı olmayan yerlərdə yaşayırlar. Bu qaçqınların və məcburi köçkünlərin əksəriyyəti əmək qabiliyyətli olsalar da, faktiki olaraq onların çoxunun daimi yeri yoxdur, təsadüfi qazanclar və hökumətin verdiyi cüzi müavinətlər hesabına yaşamağa məcburdurlar) və iqtisadi (bu dövrdə keçmiş müttəfiq respublikalar arasında onilliklər ərzində formalaşmış qarşılıqlı mübadilə və istehsal-kooperasiya əlaqələrinin birdən-birə kəskin şəkildə pozulması nəticəsində istehsalın səviyyəsi xeyli aşağı düşdü, müəssisələrin əksəriyyəti öz fəaliyyətlərini ya məhdudlaşdırmaq, ya da dayandırmaq məcburiyyətində qaldılar, işçilərin kütləvi surətdə işdən azad edilməsi və əhalinin gəlirlərinin əsas hissəsini təşkil edən əmək haqqının səviyyəsinin real ifadədə aşağı düşməsi başlandı, inflyasiya prosesi sürətləndi. O dövrdə sosial gərginliyi azaltmaq üçün ölkə iqtisadiyyatının real imkanları nəzərə alınmadan əmək haqqının və sosial ödənişlərin yüksəldilməsi cəhdləri və çoxsaylı güzəştlərin tətbiqi isə inflyasiya prosesinin daha da sürətlənməsinə və hiperinflyasiyaya çevrilməsinə səbəb oldu) problemlər vəziyyəti ağırlaşdırıb. Həmin dövrdə Azərbaycan Respublikasında iqtisadi islahatlara qiymətlərin və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasından başlanıldı. Və liberallaşdırma prosesi 1995-ci ilə kimi ölkədə qiymətlərin kəskin surətdə qalxması ilə müşaiyət olundu. Belə ki, 1991-ci ildə istehlak mallarının qiyməti 1990-cı ilə nisbətən 2,07 dəfə artdığı halda, növbəti illərdə bu artım bir neçə dəfə sürətlənmişdir. 1992-ci ildə istehlak qiymətləri 1991-ci ilə nisbətən 10,12 dəfə, 1993-cü ildə 1992-ci ilə nisbətən 12,3 dəfə, 1994-cü ildə 1993-cü ilə nisbətən 17,65 dəfə artdı.

 

Ekspertlər qeyd edirlər ki, həmin dövr ərzində həyata keçirilən iqtisadi islahatların rəsmiləşdirilməsi baxımdan digər bir istiqamət kimi 1993-cü ildə təsdiq edilən “Azərbaycanda Sahibkarlığın İnkişafı (1993-1995)” adlı Dövlət Proqramını qeyd etmək olar. Belə ki, 1993-cü ilə qədər ölkədə sahibkarlıq sektoru istiqamətində ciddi islahatların həyata keçirilməməsi və sistemsiz epizodik tədbirlərin ardınca belə bir proqramın qəbul edilməsi və onun həyata keçirilməsinə başlanması bu sahədə nisbi uğurların əldə edilməsinə imkan yaratdı.

 

Ümumiyyətlə, müstəqillik əldə etdikdən sonra ölkədə neft resursları iqtisadi inkişaf və ölkənin beynəlxalq əlaqələrində böyük rol oynayıb. Bu baxımdan 90-cı illərdə neft siyasətinin əsas fəaliyyət obyekti Qafqaz-Xəzər regionunu göstərmək olar. Çünki məhz Qafqaz-Xəzər regionunda “Əsrin müqaviləsi”nin imzalanması günündən neft uğrunda əsas mübarizə başlayıb. Qərb şirkətləri və hökuməti mövcud vəziyyəti qiymətləndirərək dərk edirdilər ki, Azərbaycan Mərkəzi Asiyanın digər nəhəng mineral ehtiyatlarına açardır. Neft geosiyasəti regionda investisiya şəraitini keyfiyyətcə dəyişdirərək, Azərbaycanı dünya qloballaşmasının inkişaf prosesinə cəlb edərək, özünə yeni addımlar üçün meydan yaratdı.

 

İqtisadçılar qeyd edirlər ki, yeni neft infrastrukturunun, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin meydana gəlməsi dəniz limanları arasında Ceyhanın iri tonnajlı tankerlərlə dünya okeanına çıxış əldə etməsinə imkan verir. Bu perspektivdə Azərbaycan iqtisadiyyatının inkişafını təcəssüm etdirən real neft amili oldu. BTC-nin işə salınması ilə Azərbaycan real olaraq, öz iqtisadisiyasi müstəqilliyini gücləndirir. İkincisi, BTC üçüncü Bosfordan keçərək, Aralıq dənizinə çıxışı əks etdirir. Nəhayət, BTC Rusiyaİran tərəfindən siyasi təzyiqlərdən uzaq olmağa kömək edir. Bundan başqa, BTC-nin boru kəmərlərinin istehsalı qloballaşma şəraitində Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası istiqamətində yalnız iqtisadi deyil, həm də siyasi əhəmiyyətə malikdir, belə ki, o Xəzər hovuzunun karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasında mühüm layihə hesab olunur.

 

İqtisad elmləri doktoru Vahid Novruzov qeyd edir ki, Heydər Əliyev iqtisadi platformasında iqtisadi islahatlar dedikdə, Azərbaycan iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə aparmaq, özəl bölmənin  fəaliyyətini genişləndirmək və özəlləşdirməni həyata keçirmək, sahibkarlığa, təşəbbüskarlığa geniş imkanlar yaratmaq, ölkə iqtisadiyyatını dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi sistemi əsasında qurmaqdünya iqtisadiyyatına inteqrasiya etmək nəzərdə tutulurdu: “İqtisadi islahatların zəruriliyindən bəhs edən ulu öndər tarixi faktlara  əsaslanmaqla qəti mövqeyini aşağıdakı fikri ilə əsaslandırırdı: “...sosializm quruluşunun ən yüksək bəhrələrini görmüşük. Onun verdiyi bəhrələri heç kəs, heç vaxt inkar edə bilməz. Xüsusən, bizim respublikamızda. Lakin o quruluş, iqtisadi sistem özünün son həddinə gəlib çatmışdı. Buna görə də onun sonrakı inkişafı  mümkün olmadı, iqtisadiyyat, ümumiyyətlə, inkişaf dayandı və geriləmə prosesi başlandı. Təsadüfi deyil ki, 1980-1985-ci illərdə yeni yollar axtarmağa başladılar. Bu da yeganə bir yola gətirib çıxardı: iqtisadi islahatlar aparmalı, bazar iqtisadiyyatı yolu ilə getməli, bazar iqtisadiyyatı prinsiplərini tətbiq etməli”. Heydər Əliyev idarəetmənin sosialist inzibati-amirlik sistemindən, sosialist iqtisadiyyatından bazar münasibətlərinə, inkişafın bazar qanunlarına, azad sahibkarlığa əsaslanan iqtisadiyyata keçirilməsinin nə demək olduğunu aydın dərk edirdi. Yəni, müstəqil dövlət kimi, Azərbaycan gələcəkdə də bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı iqtisadisiyasi münasibətlər əsasında dünya birliyinin fəal iştirakçısına çevrilməyi nəzərdə tutaraq, öz müstəqilliyini daha da möhkəmləndirmək və inkişaf etdirmək yolu ilə getdi. Eyni zamanda, xarici investorların, dünya maliyyə institutlarının, transmilli korporasiyaların, xarici şirkətlərin imkanlarından istifadə edilməklə iqtisadiyyatı bazar prinsipləri zəminində yenidən quraraq, iqtisadi yüksəlişə böyük təkan vermək üçün məqsədyönlü tədbirlər həyata keçirildi. Keçirdiyi müşavirələrdən birində ulu öndər bazar iqtisadiyyatının fəlsəfəsi barədə demişdir: “Bazar iqtisadiyyatı nədir? Məsələn, indi deyirlər ki, Azərbaycanda firmalar, assosiasiyalar, banklar, daha bilim, nələr var. Bəli, var. Amma bunların əksəriyyəti, təkrar edirəm, əksəriyyəti Azərbaycanın iqtisadiyyatına heç bir xeyir verməyib. Mən bunu tam cəsarətlə deyirəm. Bunların əksəriyyəti ayrı-ayrı adamların varlanmasına gətirib çıxarıb. Əgər onların iqtisadiyyata xeyri dəysəydi, bu müddətdə yeni-yeni müəssisələr tikilərdi. Bəlkə bir neçəsi olub. Amma bazar iqtisadiyyatı yolu ilə son illərdə  Azərbaycanda kapital qoyuluşu olmayıb, olubsa da, təəssüf ki, çox az miqdarda olub”.

 

Heydər Əliyev hesab edirdi ki, müstəqil Azərbaycan dövlətinin iqtisadiyyat sahəsində strateji xətti bundan ibarətdir ki, bizdə mülkiyyət forması tədricən dəyişdirilməli, iqtisadiyyatımız bazar iqtisadiyyatı əsasında qurulmalı, təşəbbüs-karlığa geniş meydan verilməlidir. Məhz bu, iqtisadiyyatımızın strateji yoludur”.

 

Ümumiyyətlə ulu öndər hər zaman nominal islahatların, yəni, islahat xatirinə islahatların aparılmasının əleyhinə olub. İslahatların keçirildiyi bir dövrdə mövcud iqtisadi strukturların inzibati-amirlik metodlarının olduğu kimi saxlanması onun iqtisadi baxışlar sistemində yolverilməz hesab edilirdi. Əksinə, iqtisadi islahatlar həyata keçirilərkən iqtisadi qanunların dünya təcrübəsinin əsas götürülməsini, islahatların sistemli, kompleks aparılmasını sosial yönümlü olmasının zəruriliyini vurğulayırdı.

 

Onu da qeyd edək ki, iqtisadi cəhətdən inkişaf etməyən ölkələrdə vətəndaş cəmiyyəti quruculuğuna istiqamətlənən cəhdlər daima uğursuzluqla nəticələnir. Əslində bunun əsas səbəbi odur ki, tətbiqinə cəhd göstərilən hər hansı bir yeniliklər vətəndaşların həyat tərzi ilə üst-üstə düşmür. Ölkə başçısı məhz bu reallıqdan çıxış edərək Azərbaycanın daimi inkişafını demokratik iqtisadi islahatların paralel şəkildə davam etdirilməsində görüb.

 

Yeri gəlmişkən, son illərdə həyata keçirilən sosialyönümlü iqtisadi siyasət vətəndaşların maddi rifahını yüksəldib, sosial infrastrukturun inkişafını təmin edib. Bu baxımdan ölkənin bugünkü gələcək inkişaf prioritetlərinin akademik Ramiz Mehdiyev tərəfindən elmi-nəzəri cəhətdən əsaslandırılıb. Akademik 2008-ci ildə dərc olunanGələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xəttiəsərində yazır: “Ümumiləşdirilmiş şəkildə keçid dövrü cəmiyyətlərində modernləşmənin funksionallığını: birincisi, siyasi mədəniyyətin inzibati idarəetmə şüurunun dəyişməsi təkmilləşdirilməsi; ikincisi, kütləvi şüurun korreksiyası, yəni cəmiyyətin lider qrupunun modernləşdirmə potensialının reallaşdırılmasına mane olan ideya davranış stereotiplərini tədricən aradan çıxarmaq məqsədilə liberal-demokratik dəyərləri kütləvi şüura yeritməsi; üçüncüsü, müəyyən ideoloji konstruksiyalara milli ideyalara uyğun olaraq modernləşdirmə siyasətinin həyata keçirilməsi kimi səciyyələndirmək olar”. Əsərdə elmi təməl üzərində reallaşdırılan iqtisadi, siyasi hüquqi islahatlar nəzəri cəhətdən əsaslandırılıb, bundan başqa  iqtisadi inkişafa adekvat olaraq həyata keçirilən demokratik təkamül konsepsiyasının mahiyyəti açıqlanır.

 

Ümumiyyətlə, dünya qloballaşması iqtisadiyyatın yenidən qurulması dövründə dünya təsərrüfat əlaqələri hesab olunan beynəlxalq münasibətlər sahəsinə aid edilir. Bu da o deməkdir ki, bu sahədə ticarət transaksiyası daxili iqtisadiyyat, istehsal, demoqrafiya, ekologiya, sosial münasibətlər, hüquq, siyasət digər sahələrə toxunur. İqtisadiyyatın bu milli xüsusiyyətini respublika hökuməti radikal struktur dəyişiklikləri zamanı nəzərə almalıdır. İqtisadiyyatda struktur dəyişiklikləri qlobal məqsədə - bazar şəraitində iqtisadiyyatı işə hazırlamaq hesab olunur.

 

Rəşid RƏŞAD

Ekspress.-2016.-7 oktyabr.-S.10.