Vətəndaş cəmiyyətində dialoq
Vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları öz cəmiyyətləri daxilində siyasi yardımın təmin edilməsində, yeni təşəbbüslərin izlənməsində və hökumətlərin ictimaiyyətə hesabat vermə cavabdehliyinin təmin edilməsində mühüm rol oynayırlar. Onlar ümumi dəyərlər, yəni demokratiya və insan hüquqlarına hörmət, qanunun aliliyi, yaxşı idarəetmə, bazar iqtisadiyyatı prinsipləri və davamlı inkişafa əsaslanan demokratik və bazar yönümlü islahatların təşviq edilməsində fəal iştirakçılar ola bilərlər.
Bunlar həmçinin Avropa Qonşuluq Siyasətinin və Şərq Tərəfdaşlığının dəyər və məqsədləridir. Dekabr 2008-ci il tarixli Müraciətində Avropa Komissiyası “Vətəndaş Cəmiyyəti Təşkilatlarının (VCT) daha da inkişaf etməsini dəstəkləməyi” və xüsusilə “VCT-lər arasında əlaqələri təşviq etmək və onların dövlət orqanları ilə dialoquna kömək etmək məqsədilə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun yaradılmasını” təklif edib. 2009-cu ilin mayında Şərq Tərəfdaşlığının təsis edildiyi Praqa Sammitində Vətəndaş Cəmiyyəti Forumunu qurmaq təklifi təsdiq edilib. Birgə Bəyannamədə Sammit “Avropa Komissiyasını Şərq Tərəfdaşlığının Vətəndaş Cəmiyyəti Forumu”nun yaradılması üçün metodlar hazırlayıb, təklif etməyə dəvət edib. Birgə bəyannamədən sonra Avropa Komissiyası Konsepsiya sənədini təklif edib ki, burada da Vətəndaş Cəmiyyəti Forumunun əsas dörd məqsədi göstərilir - vətəndaş cəmiyyətinin Şərq Tərəfdaşlığına cəlb olunması, Şərq Tərəfdaşlığına daxil olan altı ölkədən olan VCT-lar arasında əməkdaşlığın olması, vətəndaş cəmiyyətinin hökumətlə dialoq, Aİ və altı tərəfdaş ölkədən olan VÇT-lar arasında əməkdaşlıq.
Şərq Tərəfdaşlığı çərçivəsində ilk Vətəndaş Cəmiyyəti Forumu 19-17 noyabr 2009-cu il tarixlərində Brüsseldə keçirilib. Forumda təxminən 200 vətəndaş cəmiyyəti təşkilatı iştirak etmiş, Şərq Tərəfdaşlığı çərçivəsində vətəndaş cəmiyyəti təşkilatlarının daha çox iştirak etməsi üçün daha böyük potensial aşkar edilib. İkinci Forum 18-19 noyabr 2010-cu ildə Berlində təxminən 230 vətəndaş cəmiyyəti təşkilatının iştirakı ilə keçirilib. Forumlar çərçivəsində vətəndaş cəmiyyəti təşkilatları təcrübə mübadiləsi aparmış, Şərq Tərəfdaşlığının icrasını müzakirə etmiş, Şərq Tərəfdaşlığı çərçivəsində Nazirlər səviyyəli Görüşlərdə Xarici İşlər Nazirlərinin təklif etdikləri tövsiyələri işləyiblər.
Avropa İttifaqı Azərbaycanda da vətəndaş cəmiyyətini konkret tematik alətlər vasitəsilə dəstəkləyir: DİHAA və Qeyri-Dövlət İştirakçıları Azərbaycanda insan hüquqları və demokratik islahatların təşviqində, qrup maraqlarının sülh yolu ilə razılaşdırılmasının dəstəklənməsində, siyasi iştirak və təmsilçiliyin qüvvətləndirilməsində vətəndaş cəmiyyətinin rolunu artırmaq DİHAA-nın məqsədidir.
Qeyri-Dövlət İştirakçıları proqramında yoxsulluğun azaldılması və davamlı inkişaf strategiyalarında qeyri-dövlət iştirakçıları və yerli qurumların iştirakını dəstəkləmək üçün inklüsiv və səlahiyyətli cəmiyyət təşviq edilir.
Avropa Qonşuluq Siyasətinin 2010-cu ilin iyul ayında başlanan icmalının nəticəsində Avropa Komissiyası və Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Avropa İttifaqının Ali Nümayəndəsi 25 may 2011-ci il tarixdə “Dəyişən Qonşuluğa Yeni Cavab” adlı birgə müraciətini qəbul edib. Burada nəzərdə tutulur ki, Aİ gələcəkdə cəmiyyətlərlə tərəfdaşlıq etməklə qeyri-dövlət iştirakçılarının siyasi rolunun daha da artmasını dəstəkləyəcək, VCT-na vəkillik sahəsindəki potensialını, onların islahatları yoxlamaq səriştəsini, Aİ proqramlarının icrasında və qiymətləndirilməsindəki rollarını artırmağa yardım edəcək. Müraciətə uyğun olaraq Vətəndaş Cəmiyyəti Mexanizminin təsis edilməsi, Demokratiya naminə Avropa Fondunun qurulması və media azadlığının təşviq edilməsilə Aİ vətəndaş cəmiyyəti təşkilatlarına daha çox yardım göstərməyə can atacaq, vətəndaş cəmiyyəti təşkilatlarının internetə və elektron kommunikasiya texnologiyalarına maneəsiz çıxışı məsələsinini diqqət mərkəzinə çevirəcək.
Avropa Qonşuluq Siyasətinin icmalından sonra Avropa Koissiyası 2011-2013-cü illər üzrə Qonşuluqda Vətəndaş Cəmiyyəti Mexanizminə dair 20 sentyabr 2011-ci il tarixində qərar qəbul edib. Mexanizm Aİ-nın şərq və cənubundakı qonşu ölkələrdə islahatların təşviqi və dövlətin cavabdehliyini artırmaq üçün vətəndaş cəmiyyətinin potensialının gücləndirilməsində ğöyük rol oynayıb.
Bu gün ölkəmizdə də vətəndaş cəmiyyətinin quruculuğu üçün hər bir şərait var və Azərbaycan dövləti də bu sahənin inkişafında maraqlıdır. Qeyd etmək yerinə düşər ki, Azərbaycanda müasir qeyri-hökumət təşkilatı sektorunun yaradılması 1980-ci illərin sonlarından başlanılıb. Belə ki, Sovet İmperiyasının təqibindən ehtiyat edən insanlar gizlicə bu fəaliyyətlə qoşulur, daha sonra ətraflarındakı eyni düşüncəli insanları cəlb edirdilər.
Bakıda yaşayan
ziyalılar sosial fəaliyyətlərlə
məşğul olmağa meylli
olan ilk şəxslər
idi. Dağlıq
Qarabağın erməni təcavüzü və
işğalı ilə xarakterizə olunan
faciəli dövrdən
xalqı xilas etməyə
çalışan ziyalılar öz siyasi iştirak dairələrini
genişləndirir, eləcə də müxtəlif sosial təşkilatlar və xeyriyyə cəmiyyətlərini
yaradırdılar. SSRİ-nın dağılmasından sonra vətəndaşları təsisatlarda
birləşdirən xeyriyyə və mədəniyyət mərkəzləri
yarandı. İlk təşəbbüslərdən
biri 15 avqust 1989-cu ildə
yaradılmış “Qarabağa Xalq Yardımı Komitəsi” oldu;
həmin ilin dekabrında isə
Azərbaycan Qaçqınlar Cəmiyyəti yaradıldı.
Hər iki təşkilat Dağlıq
Qarabağın müharibədən zərər çəkmiş
əhalisi və məcburi köçkün
düşənlər üçün
maliyyə dəstəyini təmin edirdi.
Eyni zamanda, bu Komitə Azərbaycan müstəqil mətbuatının
əsasını qoyan “Azərbaycan” qəzetini
nəşr edi. Hansı ki, bu qəzet
alternativ ictimai fikrin təbliğində müstəsna rol oynadı.
1991-ci ildə Azərbaycan
müstəqillik qazandıqdan
sonra, vətəndaş
cəmiyyəti daha əlverişli şəraitdə
inkişaf etmək imkanı əldə etdi. 1995-ci ildə Azərbaycan Respublikasının
Konstitusiyası qəbul
edildi. Konstitusiya həm dövlətçilik,
həm də vətəndaş cəmiyyəti
üçün mühüm
tarixi sənədə
çevrildi. Əslində müasir və beynəlxalq standartlara əsasən yaradılmış
və fəaliyyət
göstərən QHT-lər
yalnız Azərbaycanın
müstəqillik qazanmasından
sonra, əsasən
1995-ci ildə Konstitusiyanın
qəbulundan sonra yaradıldı.
2000-ci ildə Qeyri-Hökumət
Təşkilatları (ictimai
birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının
Qanunu qəbul edildi və bu qanunla milli
QHT platforması, Milli
QHT Forumu (MQF) yaradıldı. Azərbaycanda milli donor təsisatının
yaradılması üçün
hökumət, QHT-lər
və ekspertlərin səyləri gücləndirildi,
bu da Azərbaycan
Respublikasının Prezidenti
yanında QHT-lərə
Dövlət Dəstəyi
Şurası oldu.
Hansı ki, elə bununla
da QHT-lər istiqamətində münasibətlər
dəyişdi, vətəndaş
cəmiyyəti haqqında
yeni siyasi və hüquqi şərtlərin müəyyən
edilməsinin əsasını
qoyuldu. Azərbaycan hökuməti əhalinin
müdafiəyə daha
çox ehtiyacı olan qruplarına sosial xidmətlərin göstərilməsində və
yaxşı idarəçiliyin
inkişaf etdirilməsində
vətəndaş cəmiyyətinin
rolunun fəal olmasını nəzərdə
tutur.
Ümumiyyətlə, Azərbaycanda vətəndaş
cəmiyyəti quruculuğu
bugünkü dövlət
siyasətinin əsas prioritetlərindəndir. Dövlətin iqtisadi uğurları, dinamik inkişafını
siyasi islahatlarsız, vətəndaş cəmiyyəti
olmadan, daxili ictimai-siyasi proseslərdə
fəal vətəndaşların
iştirakı olmadan təsəvvür etmək
mümkün deyil.
Bu səbəbdən də Azərbaycan dövləti vətəndaş
cəmiyyətinin möhkəmləndirilməsində
həmişə QHT-hökumət
dialoquna böyük önəm verib. Dövlət
QHT-ləri özünə
tərəfdaş görür.
III sektorun məşğul
olduğu sahə onların fəaliyyətinin
əsasını təşkil
edən ictimai-siyasi, sosial-mədəni həyatın
müxtəlif sahələri,
eyni zamanda dövlət siyasətinin
prioritetlərini təşkil
edir.
Azərbaycan Prezidentinin köməkçisi
Əli Həsənov dövlətimizin ölkədə
fəaliyyət göstərən
vətəndaş cəmiyyəti
institutlarının, o cümlədən
qeyri-hökumət təşkilatlarının
formalaşmasına və
inkişafına daim ciddi önəm verdiyini deyərək, hazırda ölkədə
ictimai təşkilatların
fəaliyyətini tənzimləyən
əlverişli hüquqi
bazanın mövcud olduğunu bildirib. Onun sözlərinə
görə, Azərbaycan
dövləti hazırda
vətəndaş cəmiyyəti
təsisatları üçün
ən böyük
donor rolunda çıxış
edir. “Bu məqsədlə ictimai sektorun yaxından iştirakı ilə formalaşdırılmış Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi
Şurası və Azərbaycan Respublikasının
Prezidenti yanında Gənclər Fondu təsis olunub. Son üç il
yarımda yalnız bu iki təşkilatın
xətti ilə 5 mindən çox layihəyə 33 milyon manatdan artıq vəsait verilib”.
Azərbaycan dövləti yalnız yerli QHT-lərə qrant verməklə kifayətlənmir. 2012-ci ilin mayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Fərmanı ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Əsasnaməsinə müvafiq dəyişikliklər edilib, quruma xarici və beynəlxalq qeyri-hökumət təşkilatlarının hazırladıqları proqram və layihələri dəstəkləmək səlahiyyəti verilib. Elə dövlətin “Vətəndaş cəmiyyəti dialoqu” layihəsinə göstərdiyi dəstək də həmin siyasətə tamamilə uyğundur.
Yeri gəlmişkən, Avropa Şurasının 2014-2016-cı illər üzrə Azərbaycan üçün Fəaliyyət planının bir hissəsi olan “Vətəndaş cəmiyyəti dialoqu” layihəsi ilə bağlı ötən il Strasburqda maraqlı müzakirələr aparılıb. Azərbaycan hökuməti bu layihənin reallaşmasına dəstək göstərib.
Ümumiyyətlə, Azərbaycan Avropa Şurası və onun strukturları ilə səmərəli əməkdaşlıq edir və “Vətəndaş cəmiyyəti dialoqu” layihəsi də QHT və dövlət qurumları arasında dialoq və əməkdaşlığın möhkəmləndirilməsində böyük rol oynayır.
Sonda onu deyək ki, ölkəmizdə qeyri-hökumət təşkilatlarının fəaliyyəti ildən-ilə genişlənir. Son 10 il ərzində dövlət qeydiyyatına alınmış təşkilatların sayı 2 dəfə artaraq hazırda 3 mini ötüb. Onlardan 500-ə yaxını bilavasitə insan hüquqları və hüquq müdafiə fəaliyyəti ilə bağlıdır. Qeyri-hökumət təşkilatlarına təkcə son iki ildə 95 milyon manatdan çox vəsait ayrılıb. Ötən il qrantların təxminən 58 faizi məhz yerli donorlar tərəfindən verilib. Bu gün qeyri-hökumət təşkilatları ictimai həyatın müxtəlif sahələrində çox mühüm işlər görərək uğurlu proqram və layihələr həyata keçirirlər. Bununla da dövlətimizin və cəmiyyətimizin davamlı inkişafında onların rolu getdikcə artır.
Murad MƏMMƏDLİ
Ekspress.-2016.-8-10 oktyabr.-S.10.