Hüquqi dövlətdə liberal iqtisadiyyat

 

Vətəndaş cəmiyyəti bütün münasibətlərdə, o cümlədən iqtisadi münasibətlərdə dövlətin iştirakının mümkün qədərt az olmasını vacib hesab etsə də, dövlətin münasibətlər sistemindən tamamilə kənarda dayanmasını da arzulamır. Dövlətin azad münasibətlərdə tərəf kimi yox, yalnız bu münasibətlərin ədalətli inkişafı üçün vacib tənzimləyici rolunda çıxış etməsinin əhəmiyyəti başa düşülür.

 

Vətəndaş cəmiyyətində dövlətin iqtisadi münasibətlərdən uzaq dayanması arzu edilsə də onun bu münasibətlərdə iştirakının zəruri olduğu təcrübədə öz təsdiqini tapıb. Qeyd edilən prinsiplər liberal iqtisadiyyatın təzahürüdür.

 

Liberal iqtisadiyyatın mövcudluğu vətəndaş cəmiyyətinin əsas əlamətlərindən sayılır. Liberal iqtisadiyyat dövlətin bazardan mümkün olduğu qədər uzaqda dayanmasının tərəfdarıdır. Liberalizm dəyərlərinə görə, bazarda bütün münasibətlər sərbəst şəkildə inkişaf etməli, sahibkarlar qərar qəbul etdikdə müstəqil şəkildə davranmalı, tələb və təklifin səviyyəsi bazarın istəyi ilə tənzimlənməli, qiymətlər yalnız bazarlarda müəyyənləşdirilməlidir. Ən önəmlisi bazarda ticarət və sərbəst rəqabət təmin olunmalıdır. Bu şərtlərə cavab verən iqtisadi sistem haqqında liberal iqtisadiyyat ifadəsini işlətmək olur.

 

Lakin sadalananlar heço nəticəni vermir ki, dövlət bazar istisadiyyatında iştirak etməməli, müdaxilə göstərməməlidir. Liberal iqtisadçılar dövlətin istehsal və xidmət sahəsində aktiv iştirakını dəstəkləməsə də iqtisadiyyatın tənzimlənməsində, nəzarət işinin həyata keçirilməsində dövlətin roluna qarşı çıxmır. Son 100 illik təcrübə göstərdi ki, dövlətin bazar iqtisadiyyatının inkişafında xüsusi əhəmiyyətə malikdir və dövlətin müdaxiləsi olmadan ədalətli rəqabət və qiymət şəraitini yaratmaq mümkün deyil. Qısası müasir bazar iqtisadiyyatının inkişafını dövlətin iştirakı olmadan təsəvvür etmək mümkün deyil.

Liberal iqtisadiyyatla bağlı baxışlara görə bazar iqtisadiyyatı nə qədər təkmil olsa da, o da bütün tələbatları ödəməyə qadir deyil. Tələbatların qeyri-bərabər ödənməsi ona da xasdır. Buna görə də hər hansı bir iqstiadi sistemin normal fəaliyyətinin təmin edilməsində dövlətin rolu əvəzsizdir.

 

Liberalizmdə dövlətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsi əsas məsələlərdən biridir. Müasir şəraitdə dövlətlər iqtisadi sahənin dəqiqliklə öyrənilməsi, inkişaf istiqamətlərinin aşkar edilməsi, nəzərə çarpan mənfi meyillərin qarşısının alınması və s.-dən ibarət olan mexanizmlə iqtisadiyyata ümumi nəzarətini həyata keçirir. Buna görə də dövlətin fasiləsiz olaraq iqtisadiyyatın tənzimlənməsində iştirakı vacibdir.

 

Hələ XIX əsrin sonu, XX əsrin əvvəllərində bir çox Qərb dövlətləri “dövlətə müdaxiləsiz iqtisadiyyat”, “azad bazar iqtisadiyyatı” adı ilə məşhur olan prinsipə sözün əsl mənasında əməl etməyə çalışıblar. Bu prinsip dövlət müdaxiləsini minimuma endirməyi və iqtisadiyyatı qüvvələrin “azad oyunun” ixtiyarına buraxmağı əsas götürürdü. Ancaq qüvvələrin azad oyunu öz “bəhrəsini” verdi. Kapitalizmin təkrarlanan istehsal böhranları, eləcə də iqtisadiyyatda hərbiləşmə, müstəmləkəçilik və s. dünyəvi amillər dövlətin iqtisadiyyata yenidən, həm də daha ciddi şəkildə cəlb olunmasını zəruri etdi.

 

Bazar iqtsiadiyyatının yarandığı ilk dövrlərdə onun idarə edilməsinin qanunauyğun əsasları məlum olmadığından, tez-tez böhranlar baş verib, makroiqtisadi problemlər cəmiyyəti bürüyüb. Ancaq getdikcə idarəetmənin qanunları aşkar edilməyə başlandı və bazarın tənzimlənməsinin incə üsulları müəyyən edildi. Tələb və təklifin tənzim edilməsinin mümkünləşməsi bazarın həm makro, həm də mikro səviyyədə idarə edilməsini reallaşdırdı.

 

Yeni tənzim metodları bazarın formasını və ya məzmununu dəyişmədi. Əmtəə-pul münasibətləri azadlığı bazar mexanizminin bütün potensial stimullaşdırıcı vasitələrinin birgə mövcudluğuna təminat verir.

 

Dövlətin bazara müdaxiləsi rəqabət mexanizminin düzgün işini təmin etmək, qanunlara riayət olunmasına nəzarət, bazar subyektlərinin qanuni mənafelərini müdafiə məqsədilə edilir. İnkişaf etmiş ölkələrin hamısında hökumət nəzdində baş nəzarət idarələri var. Məsələn, 1980-cı illərdə ABŞ-da düzgünlük, doğruluq, namusluluq, səmimilik və səmərəlilik üzrə Prezident Şurası yaradılıb. Şura ölkənin federal proqramının həyata keçirilməsində hər cür sui-istfiadəyə, xəyanətə və cinayətə qarşı mübarizə aparan bütün nəzarət-təftiş orqanlarının işini əlaqələndirir.

 

Nəzarət-təftiş orqanları qanunu pozanları dövlət sifarişindən məhrum edir, normal işləməyən qaydalara yenidən baxır, qaydaları pozan şəxslərə və firmalara cərimələr tətbiq edirs. Bazar mexanizminin fəaliyyətini hər hansı bir formada ilk dəfə olaraq pozan hüquqiya fiziki şəxs bunun aşkar edildiyi halında böyük məbləğli cərimə ödəməli olur.

 

Bazar iqtisadiyyatında dövlət səmərəliliyin artırılması, bərabərliyin təmin olunması və makroiqtsiadi sabitliyin, artımın stimullaşdırılması yolu ilə iqtisadiyyatı tənzimləyir. Səmərəliliyin artırılması dedikdə, bazar iqtisadiyyatının təbii inkişafından doğulan mənfi təzahürlərin -ətraf mühitin çirklənməsinin, inhisarlaşmanın və s.-nin problem kimi həll edilməsi başa düşülür. Bazar mexanizminin üstünlükləri yalnız o vaxt reallaşır ki, mükəmməl rəqabət bərqərar olur. Belə bir şəraitin mövcudluğu bütün əmtəə və xidmətlərin bazarda öz həqiqi qiymətinə mübadilə olunmasını təmin edir və hər hansı alıcının, yaxud satıcının bazar qiymətlərinə və ümumiyyətlə, bazara təsir göstərməsini imkan xaricində qoyur. Rəqabətə əks olan prosesin, yəni inhisarın zühür etməsi iqtisadi səmərəyə kəskin mənfi təsir göstərdiyindən, onunla mübarizə müasir dövlət iqtisadi siyasətində mühüm əhəmiyyət kəsb edir. İlk dəfə ABŞ-da qəbul olunan antiinhisar qanunvericiliyi sonralar bütün ölkələrdə özünəməxsus formada qəbul olunub. Azərbaycanda antiinhisar qanunvericiliyi, eləcə də “Haqsız Rəqabət Haqqında” qanun mövcuddurbu qanunların həyata keçirilməsini təmin etmək üçün xüsusi qurum - Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (ASİHMK) fəaliyyət göstərir. Bu sahədə qanunvericiliyi təkmilləşdirmək üçün Rəqabət  Məcəlləsi də qəbul edilməlidir. Təssüflər olsun ki, Rəqabət Məəlləci 10 ilə yaxındır ki, qanun layihəsi şəklində qalıb, onun qəbulu ləngiyir.

 

ASİHMK əsas vəzifəsi təkmil rəqabəti möhkəmlətməklə, təsərrüfatda “gözəgörünməz əl”in fəaliyyətini təmin etməkdir. Dövlət bütün iqtisadi sahələrin təkmil rəqabət çərçivəsində işləməsini təmin etməklə, bazarların ən yüksək texnologiyaminimum miqdarlı resursların köməyilə cəmiyyətə lazım olan bütün nemətləri istehsal etməsinə şərait yaradır. Yalnız dövlətin qüdrəti bütün problemlərin eyni vaxtdaoptimal şəkildə həll edilməsinə təminat verir.

Qeyd etmək lazımdır ki, bazarın səmərəliliyini azaldan amillərdən ən birincisi qeyri-təkmil rəqabət və ya inhisardır. Təkmil rəqabət şəraitində heç bir firma bazar qiymətlərinə nəzərə çarpan mənfi təsir göstərə bilmədiyi halda, inhisarçılıq vəziyyəti bunun tam əksini diktə edir. Məsələn, telefon şirkəti telefon xidmətinə təsir etmək iqtidarındadırsa, deməli inhisarlaşma mövcuddur, baxmayaraq ki, o, müsbət, yaxud mənfi nəticələrlə müşayiət olunur. İnhisarçılığın labüd olduğu hallarda, yəni onu aradan qaldırmaq mümkün deyilsə, dövlət birbaşa təsir üsulu ilə mənfi nəticələri neytrallaşdırmağa çalışır. Dövlətlərin əksər hissəsi qeyri-təkmil rəqabətin nəticələrini zəiflətmək üçün ciddi müdaxilə siyasəti yürüdür. Ciddi müdaxilə qiymətlərin qəti olaraq tənzimlənməsində və inhisarların gəlirinə nəzarətdə özünü göstərib.

 

Dövlət üzərinə düşən mühüm vəzifələri yerinə yetirmək üçün böyük həcmdə vəsitələrə malik olmalıdır. Belə vəsaitlər üçün əsas mənbə rolunu vergilər oynayır. Dövlət bütün fizikihüquqi şəxsləri vergiyə cəlb etməklə daxili məhsulun yenidən bölgüsünü təmin edir. Müxtəlif gəlirlər üçün müəyyən edilən vergilərin səviyyəsini dəyişməklə, vergi güzəştləri etməklə, vergialmanın minimum səviyyəsini aşağı salmaqla dövlət iqtisadi tsiklə təsir etmək, yüksək inkişaf sürətini təmin etməyə çalışır.

 

Dövlət iqtisadiyyatı liberallaşdırmaqla yanaşı, iqtisadisosial inkişafın ahəngdar və sürətli olmasını, ictimai istehsalın məhsuldarlığını təmin etməli, mövcud ehtiyatların səmərəli istifadəsini reallığa çevirmək üçün planlaşdırmaya xüsusi diqqət yetirməlidir. Əsl bazar bütün qabiliyyətli insanlar üçün fəaliyyət imkanı təmin edən məkandır.

 

Azərbaycanda dövlətin bazar iqtisadiyyatının liberallaşması üçün qəti addımlar atdığı danılmazdır. Artıq iqtisadiyyatda özəl sektorun yaradılan əlavə dəyərdə (ÜDM) payı 83 faizdir.  Lakin bu hələ də aşağı göstərici sayılır. Bu səviyyənin aqrar sahədə olduğu kimi 99 faizə çatdırılması daha yaxşı olardı. Elə sahələr var ki, orada özəl bölmənin ÜDM-də payı 85 faizdən azdır. O cümlədən, tikintidə 71,5 faiz, nəqliyyatda 75,5 faiz, rabitədə 75,3 faiz, sosial xidmətlərdə 49 faizdir.

 

Bazarda qiymətlərin formalaşmasında dövlət hələ də önəmli təsir imkanlarına sahibdir. Hazırda 39 adda mal və xidmətlər var ki, onların qiymətlərini dövlət müəyyənləşdirilir. Eyni zamanda dövlət faktiki olaraq çörəyin də qiymətinə ciddi müdaxilə imkanına sahibdir.

İqtisadçıların fikrincə, bu siyahının əhatə dairəsi olduqca böyükdüronun yenidən işlənilməsi vacibdir. Liberal iqtisadiyyat güclü olan ölkələrdə dövlət tərəfindən tənzimlənən qiymətlər az olur.

 

Azərbaycanda dövlətin hələ də sənayenin hasilat bölməsində ciddi üstünlüyü var.  Bundan başqa “Azərenerji”,  Xəzər Dəniz Gəmiçiliyi,  Dövlət Dəmir Yolu İdarəsi, ARDNŞ, “Azərsu”, “AZAL”ın, “AztelekomİB-nin bir sıra müəssisələri hələ də dövlətin mülkiyyətindədir. Bura bank bazarının 40 faizinə sahib olan “Beynəlxalq Bank”ı da əlavə etmək olar.

 

Dövlət iqtisadiyyatda böyük iştirakçı olmaqla bərabər iqtisadiyyata böyük dəstək də verir. Buna misal kimi vergi güzəştlərini, subsidiyaları, ucuz kreditləri göstərmək olar. Aqrar sahə 2018-ci ilə qədər əmlak vergisi istisna olmaqla bütün növ vergilərdən azaddır. Nəzərə alsaq ki, kənd təsərrüfatı tamamilə özəl sektorun ixtiyarındadır deməli bu güzəştlərdən birmənalı olaraq xüsusi mülkiyyətçilər bəhrələnir. Eynilə aqrar sahəyə hər il 100 milyon manat həcmində subsidiya da verilir.

 

Dövlət Sahibkarlığa Kömək Milli Fondunu yaratmaqla kiçik orta sahibkarlıq subyektlərinin ucuz maliyyələşmə imkanlarının yaradıb. Bununla bərabər hazırda Azərbaycan itisadiyyatının ən böyük investisiya qaynağı rolunda məhz dövlət büdcəsi çıxış edir. Ötən-ci ildə 17 milyard manatlıq investisiyanın 10,2 milyard  manatı daxili mənbələr, yəni əsasən dövlət büdcəsi hesabına təmin olunub.

Qısası, dövlət istənilən vəziyyətdə iqtisadiyyatı başlı-başına buraxmaq fikrindən çox uzaqdır. Bu həm Azərbaycanda belədir, həm xarici ölkələrdə.

 

Vasif CƏFƏROV

Ekspress.-2016.-11 oktyabr.-S.10.