Parlamentin hüquqi
dövlətdə yeri
Hakimiyyət bölgüsü hüquqi dövlətin əsas əlamətlərindən sayılır. Hüquqi dövlətlərdə hakimiyyətin 3 qolu - icraedici, qanunverici və məhkəmə hakimiyyəti mövcuddur. Hakimiyyətin hər 3 qolu dövlət üçün əhəmiyyətlidir. Amma bu qollar arasında birbaşa seçkili orqan olan parlamentin əhəmiyyəti daha böyükdür.
Parlament xalqın mandatını almış nümayəndələrdən ibarətdir və xalqın mənafelərini ifadə edir. Bəşəriyyət hüquqi dövlət ideyası ilə yanaşı, onun demokratik idarəçilik forması haqqında da düşünüb. Demokratik respublika idarəçilik formasında dövlət hakimiyyəti azadlığı qanunla qoruyur, nizamlayır və inkişaf etdirir, eləcə də icra, qanunverici və məhkəmə hakimiyyəti konstitusiyaya, hüquqa əsaslanır, xalq bu idarəetmədə fəal iştirak edir, vətəndaşın ləyaqəti, hüquq və azadlıqları təmin olunur.
Parlament xalq tərəfindən seçilir və xalqın adından idarə edir. Öz növbəsində, xalq suveren kimi seçkilər vasitəsilə öz nümayəndələri üzərində nəzarəti həyata keçirir. Seçilən deputatların hakimiyyət səlahiyyətləri özündə ümumxalq konsensusunu əks etdirən konstitusiya ilə müəyyən edilir və məhdudlaşdırılır.
Parlament özündə əhalinin bütün sosial əhəmiyyətli təbəqəsinin çoxluğunu əks etdirir; bununla yanaşı, qərarların qəbulu mexanizmi də “çoxluq” prinsipi ilə qəbul edilir (azlığın fikrinə hörmət etməklə yanaşı); müxalifət - parlametarizmin zəruri institutudur.
Parlamentarizmin funksiya göstərməsi siyasi təcrübədə plüralizm prinsipinin real tərzdə həyata keçirilməsidir. Parlamentarilərin partiya siyahısı üzrə seçilməsi, partiya fraksiyalarının, o cümlədən, müxalifət fraksiyalarının fəaliyyəti, müxtəlif siyasi qruplaşmaların seçicilərin maraqları və ideyalarının spektrini ifadə edən proqram baxışlarının və konsepsiyalarının, siyasi görüşlərinin və mövqelərinin qarşılaşdırılması, müqayisəsi, fraksiyaların açıq rəqabəti - parlament demokratiyası sistemində siyasi plüralizmin reallaşmasının konkret formaları bunlardır.
Parlamentin hakimiyyət funksiyası xalqın suverenliyinin törəməsidir və konstitusion təminatı vardır. Onun ən mühüm fəaliyyəti qanunverici fəaliyyətdir. Hakimiyyət funksiyasının tərkibinə, habelə, siyasi nəzarət və konstitusion prinsip və normaları pozan idarəetmə subyektlərinin məsuliyyətə cəlb edilməsi daxildir.
Parlament cəmiyyətin çoxluğunu təmsil etdiyindən və onun iradəsini həyata keçirdiyindən dövlət hakimiyyətinin legitimləşdirilməsinin ən mühüm institutudur. Siyasi legitimlik cəmiyyətin marağında olduğu siyasi qərarların qəbul edilməsi ilə reallaşır. Xalqın nümayəndələri tərəfindən qəbul edilən qərarlar bütün dövlət və ictimai institutlar üçün zəruridir və idarə edənlərlə idarə edilənlər üçün qanun əsasdır.
Parlament demokratiyası, eyni zamanda, ictimai konfliktləri institusionallaşdırır. Xalq tərəfindən seçilmişlər
aşkar surətdə,
legitim olaraq, ümumi qəbul edilmiş normalar və “oyun qaydaları”
əsasında cəmiyyətdə
yaranmış konfliktləri
- sosial və etnik qruplar arasında
yaranmış, regional və
başqa konfliktləri
müzakirə edir və həll edir. Parlament konfliktləri həll
etməyin açıq
formasıdır.
Lakin qeyd etmək lazımdır ki, parlamentarizm institutunun qeyd edilən funksiyaları heç də hər bir ölkədə
reallığa çevrilmir. Bu funksiyaların canlı siyasətə çevrilməsi
konkret-siyasi şəraitdən,
dövlətin konstitusion
əsaslarının xarakterindən
asılıdır. Bir çox
hallarda parlamentin konstitusion səlahiyyətləri
icra hakimiyyətinin aqressivliyi üzündən
və ya parlamentarilərin siyasi iradəsizliyi ucbatından
reallaşmamış qalır.
Ümumdövlət əhəmiyyətli nümayəndəli
orqan olmaqla, müasir parlamentlərin hakimiyyətin bölüşdürülməsi
sistemində əsas funksiyası qanunvericilik hakimiyyətinin həyata keçirilməsidir. Parlament, həmçinin, dövlət xəzinəsinə
də nəzarət edir. Yəni dövlət büdcəsini
qəbul edir və onun icrasına
nəzarəti həyata
keçirir. İdarəetmə
formasından asılı
olaraq parlament az və
ya çox dərəcədə icra
hakimiyyəti üzərində
də nəzarəti həyata keçirir.
Parlamentarizm, daha çox dövlətlərin fəaliyyətində
özünü göstərir. Bu, parlamentə üstünlük
verməklə qanunverici
və icra funksiyalarının bölüşdürülməsi
ilə səciyyələnir.
Parlamentarizm dövlət reciminin
mövcud olduğu zaman hökumət parlamentdə çoxluq qazanmış partiyanın
üzvlərindən təşkil
edilir və onun qarşısında məsuldur. Belə ki, dövlət
hakimiyyəti və idarəetməsi mexanizmində
parlamentarizm seçkili
orqanın aparıcı
rolunun olmasını bildirir. Parlamentarizm və parlament,
üzvi surətdə
bağlı, qarşılıqlı
anlayışlardır. Parlamentarizm parlamentin hökumətdən
asılılığını azaldır. Parlamentin hökumətə nəzarət etməsi, bəzi hallarda isə etimadsızlıq votumu çıxarmaqla onu dəyişməsi parlamentin keyfiyyətidir.
Parlament hər şeydən əvvəl nümayəndəli
xarakterə malikdir. Bu parlamentin xalqın, yəni dövlətin bütün vətəndaşlarının
cəminin maraq və iradəsinin ifadəçisi olmasını
ehtiva edir. Buradan da onun milli
və ya xalq nümayəndəliyi
olması xüsusiyyəti
irəli gəlir.
Belə hesab olunur ki,
parlament özü xalqın (millətin) dəqiq nə istədiyini bilir və onun iradəsini
qanunlarda və digər aktlarda ifadə edir. O, bu münasibətlərdə
heç kimin tərəfindən nəzarət
altında deyil.
Dünya təcrübəsi göstərir
ki, parlament o zaman xalqın, millətin əsl nümayəndəli orqanı
olur ki, onun tərkibinə cəmiyyətin mühüm
təbəqələrinin maraqlarını
ifadə edən deputatların iri siyasi birlikləri daxil olsun.
Parlament nümayəndəli orqan kimi dövlət hakimiyyət orqanları sistemində çox mühüm yer tutur. Parlamentin əsas funksiyası
qanunvericilik fəaliyyətidir.
Bu onun, qanunverici
hakimiyyətin daşıyıcısı
olmasından irəli gəlir. Cəmiyyət həyatının bütün sahələrinə
aid qanunlar parlament tərəfindən qəbul
olunur.
Parlamentin qanunvericilik səlahiyyətləri
dedikdə bu qanunların qəbulu sahəsindəki səlahiyyətlərin
məcmusu başa düşülür, hansı
ki, parlamentin səlahiyyətlərinin əsas
hissəsini təşkil
edir və parlamentin fəaliyyətində
çox böyük yer tutur. Qanunların qəbulundan
söhbət getdikdə
qeyd etmək lazımdır ki, bu prosesdə ilk növbədə dövlət
başçısı da
daxil olmaqla tez-tez parlamentdənkənar
orqanlar iştirak edir.
Azərbaycanda parlament ənənəsi Demortak Respublikanın yaradıldığı 1918-ci ildən
formalaşıb. Mövcud olduğu 23 ay ərzində,
yəni 28 may 1918-ci ildən
28 aprel 1920-ci ilədək
olan qısa bir dövrdə milli parlamentin formalaşdırılması və
həmin dövr üçün ən demokratik prinsiplərə əsaslanan 21 iyul 1919-cu il tarixli parlamentə
seçkilər haqqında
qanunun qəbul edilməsi Azərbaycan tarixində parlamentarizmin formalaşması və inkişafı üçün
hüquqi irs qoyub.
Azərbaycanın tarixində yeni
dövr 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası
Ali Soveti tərəfindən
“Azərbaycan Respublikasının
Dövlət Müstəqilliyinin
bərpası haqqında”
Bəyannaməsi ilə
başladı. Bu Bəyannamənin
ardınca 1991-ci il 18 oktyabr tarixində “Azərbaycan Respublikasının Dövlət
Müstəqilliyi haqqında”
Konstitusiya Aktı qəbul edildi. Məhz bu Konstitusiya Aktında ilk dəfə olaraq respublikamızda hakimiyyətin bölünməsi
prinsipi tanındı.
“Dövlət müstəqilliyi
haqqında” Konstitusiya
aktının 13-cü maddəsində
deyilir ki, Azərbaycan Respublikasında
dövlət hakimiyyəti
hakimiyyətin bölünməsi
prinsipinə əsaslanır:
qanunvericilik hakimiyyəti
Azərbaycan Respublikasının
Parlamenti tərəfindən
həyata keçirilir.
Yeri gəlmişkən
qeyd edək ki, “parlament” termini bizim qanunvericilikdə ilk dəfə məhz bu Konstitusiya aktında işlədilib. Bu aktın
ardınca keçid dövrü elan olunması ilə və Ali Sovetin (qanunverici orqanın) fəaliyyətinin yaxşılaşdırılması
məqsədilə 1991-ci il oktyabrın 30-da Azərbaycan Respublikasının
Ali Soveti tərəfindən
“Azərbaycan Respublikasının
Milli Məclisi haqqında” Azərbaycan Respublikasının Konstitusiya
Qanunu qəbul edildi.
Hakimiyyətin bölgüsü prinsipi
ilk dəfə “Dövlət
müstəqilliyi haqqında”
Konstitusiya aktında təsbit olunsa da, bu akt
heç də tam olaraq ali
dövlət hakimiyyəti
orqanlarının təşkili
və fəaliyyətinin
konstitusion əsaslarını
əhatə etmir, hakimiyyət budaqları arasında konstitusion münasibətləri tam ifadə
etmirdi.
Bütövlükdə, ali dövlət hakimiyyəti
orqanlarının təşkili
və fəaliyyətinin
bütün konstitusion
səlahiyyətlərini, hakimiyyətin
bölgüsü prinsipi
baxımından tənzimləyən
ilk mühüm sənəd,
1995-ci il 12 noyabrda
referendum (ümumxalq səsverməsi)
yolu ilə qəbul edilən Azərbaycan Respublikasının
Konstitusiyası hesab olunur. Məhz 12 noyabr 1995-ci il
Konstitusiyası respublikamızda
konstitusionalizmin inkişaf
dinamikasını müəyyən
etdi.
Konstitusiya dövlət hakimiyyətinin
hakimiyyətlərin bölünməsi
prinsipinə əsaslandığını
göstərməklə, qanunvericilik
hakimiyyətinin Azərbaycan
Respublikasının parlamenti
- Milli Məclisi tərəfindən həyata
keçirildiyini təsdiqlədi.
Dünya parlamentlərinin başlıca
xüsusiyyətlərini özündə
ehtiva edən Azərbaycan parlamentini - Milli Məclisi digər dövlət hakimiyyəti orqanlarından
fərqləndirən başlıca
xüsusiyyət, məhz
onun nümayəndəlik
xarakterinin olması və qanunvericilik hakimiyyətinin yalnız bu orqan tərəfindən
həyata keçirilməsidir.
Prezidentli respublika olan Azərbaycan Respublikasında
parlamentin qanunverici hakimiyyətin öz yeri, öz rolu
vardır. Bu rol
daim öz əhəmiyyətini qoruyacaq.
Qeyd edə bilərik ki, respublikamızda demokratik, dünyəvi və hüquqi dövlət quruculuğunun
qanunvericilik bazasının
yaradılmasında Azərbaycan
parlamenti - Milli Məclisi öz töhvələrini verib.
Vasif CƏFƏROV
Ekspress.-2016.-14 oktyabr.-S.10.