Vətəndaş cəmiyyətində vergi islahatları
Ulu öndər Heydər Əliyev deyirdi ki, “əgər biz müstəqil dövlətiksə, müstəqil inkişaf etmək istəyiriksə, o zaman bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik. Buna görə də vergi orqanlannın işinə daha çox diqqət yetirməliyik”.
Və 90-cı illərinin ikinci yarısından başlayaraq umummilli liderin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən əsaslı islahatlar vergi sistemində də köklü dəyişikliklərə gətirib çıxardı. 2001-ci ildə qüvvəyə minən Vergi Məcəlləsi ölkənin vergi siyasətində əhəmiyyətli dəyişiklik edərək, vergi münasibətlərinin tənzimlənməsi sahəsində islahatların aparılmasına imkan verməklə yanaşı, eyni zamanda çevik maliyyə siyasətinin həyata keçirilməsinə də şərait yaratdı.
Qeyd edək ki, dünya ölkələrində vergi sistemlərinin öyrənilməsi bu ölkələrin vergitutma təcrübəsini, vergitutma mexanizmlərinin inkişafının ümumi qanunauyğunluqlarını nəzərə almağa imkan verir. Ekspertlərin fikrincə, bazar iqtisadiyyatına xas olan ölkələrin vergi sistemləri müxtəlif iqtisadi, siyasi və sosial amillərin təsiri nəticəsində təşəkkül tapıb. Bu da o deməkdir ki, vergilərin strukturuna, yığılma üsullarına, dərəcələrinə və digər əlamətlərinə görə ölkələrin vergi sistemləri bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. O da qeyd olunur ki, inkişaf etmiş ölkələrdə ən xarakterik cəhət iqtisadi həyatın müxtəlif sahələrinə dövlət müdaxiləsinin səviyyəsidir. Belə ki, ABŞ-da bu müdaxilənin səviyyəsi aşağı, İsveçdə yüksək, Yaponiya və Almaniyada isə bu ölkələrlə müqayisədə nisbətən orta səviyyədədir. Bundan başqa, Almaniyada məqsədyönlü vergi islahatları həyata keçirilir ki, bu da iqtisadi artımın stimullaşdırılması, bazar mexanizminin fəallaşdırılması aparılan islahatların məqsədini təşkil edir.
Qeyd edək ki, vergitutmanın təkmilləşdirilməsi möhkəm iqtisadi bazisin yaradılması və stabil ictimai inkişafa nail olunması ilə sıx surətdə bağlıdır. Bu baxımdan Finlandiyada həyata keçirilən vergi islahatlarının əsas istiqamətlərinə və bu ölkədə vergi sisteminin spesifik xüsusiyyətləri bir qədər fərqlidir. Yeri gəlmişkən, 2009-cu ildə Azərbaycan Respublikasının Finlandiya ilə ümumi ticarət dövriyyəsinin həcmi 75,58 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 75,29 mln. ABŞ dolları, ixracın həcmi isə 0,29 mln. ABŞ dolları təşkil edib. 2009-cu ildə Finlandiya Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 0,36% təşkil edib. Azərbaycan və Finlandiya arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında 29 sentyabr 2005-ci il tarixdə imzalanan saziş 29 noyabr 2006-cı il tarixdən qüvvədədir. Vergi ödənişinə nəzarət sahəsində sınaqdan çıxmış mexanizmlərin tətbiqi (mövcudluğu) və stabillik Finlandiyanın vergi sisteminin fərqli, yəni spesifik xüsusiyyətlərini təşkil edir.
Ölkəmizdə iqtisadi siyasətin tərkib hissəsi olan vergi islahatları aşağıdakı başlıca prinsiplərə əsaslanır:
- Ümumi məqsədyönlük, yəni vergi sisteminin qurulmasında və səmərəliliyin artırılmasında onun iqtisadi inkişafa məcmu təsirindən çıxış edilməsi
- Sadəlik, yəni vergilərin müəyyən edilməsi və onların yığılması sahəsində hər cür bürokratik maneələrin aradan qaldırılması
- Fiskal səmərəlilik, yəni dövlətin və vergi ödəyicilərinin vergilərin yığılması ilə bağlı xərclərinin vergi daxilolmalarından dəfələrlə az olması
- Vergiləri ödəməkdən yayınma meyllərinə sədd çəkilməsi, yəni bu və ya digər verginin tədbiqi və onun yığılması qaydalarının müəyyən edilməsi - Universallıq, yəni vergi dərəcələrinin və gəlirlərin bölüşdürülmə normativlərinin maksimum universallığının təmin edilməsi
- İctimai faydalı fəaliyyət növlərini inkişafının stimullaşdırılması və zərərli fəaliyyət növlərinin qarşısının alınması.
İqtisad elmləri doktoru Fikrət Yusifov prezidentin imzaladığı “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncamın əsas hədəflərindən bəhs edərərk qeyd edir ki, Vergilər Nazirliyinin rəhbərliyi ölkə başçısının imzaladığı bu sərəncamla nəzərdə tutulan tədbirlərin icrasına maraqlı bir yanaşım edib: “Aparılacaq islahatların səmərəliliyini maksimumtəmin etmək, qəbul ediləcək qərarların düzgünlüyünə tam əmin olmaq məqsədilə dəyirmi masa arxasında ətraflı müzakirələr təşkil edildi. Bu addım Vergilər Nazirliyinin sərgilədiyi çox yaxşı bir nümunədir. Ölkə başçısının vergi xidmətlərinin sayının və keyfiyyətinin artırılmasını, sahibkar və vergi məmuru arasındakı münasibətlərin mümkün qədər elektron formatının tətbiqini, iş adamlarının tək vergilərlə bağlı deyil, başqa hesabatlarla bağlı vaxtına maksimum qənaət edilməsini nəzərdə tutan bu islahatlar, ölkədə real sektorun inkişafına dövlət səviyyəsində göstərilən diqqətin nəticəsidir. Hökumət post-neft dövründə qeyri-neft sektorunun sürətli inkişafına maneə ola biləcək bütün məqamların aradan qaldırılması istiqamətində ciddi addımlar atır. Keçən ilin sonlarından başlayan və getdikcə dərinləşən iqtisadi islahatlar sahibkarlığın inkişafı üçün münbit bir şəraitin formalaşmasını hədəfləyib. Bu gün aparılan vergi islahatları da məhz haqqında bəhs etdiyimiz hədəflərə çatılmaq yolunda atılan addımların davamıdır”.
Ekspertlər qeyd edirlər ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar dövlət büdcəsində də kəmiyyət və keyfiyyət dəyişikliyinə səbəb olub. Bu baxımdan büdcənin gəlirlərdən ibarət olan hissəsi cəmiyyət üçün maliyyə-pul vəsaiti bazasıdırsa, xərclər bölməsi ümumdövlət ehtiyaclarının ödənilməsi üçün vasitədir. Yəni, büdcə vergilərdən və qeyri-vergi ödənişlərindən təşkil olunur ki, burada da vergilərin xüsusi çəkisi üstünlük təşkil edir.
İqtisad elmləri doktoru Arif Şəkərəliyev qeyd edir ki, son dövrdə Azərbaycan Respublikasının vergi və gömrük sisteminin tam təkmilləşdirmək, dünya standartlarına uyğunlaşdırmaq və dünya təsərrüfatına inteqrasiyadan irəli gələn tələb və normalara cavab verməsi üçün böyük işlər görülür: “Məhz bu baxımdan vergi sisteminin təşkilində inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə edilməsi çox vacibdir. Vergi dərəcələri sahəsindəki ümumi qanunauyğunluqlara baxmayaraq, dünya ölkələri arasında bu dərəcələr müxtəlifdir. Bu müxtəliflik, ilk növbədə, ondan irəli gəlir ki, vergi dərəcələri əslində dövlət büdcəsinin xeyrinə ayrılan vəsaitin miqdarını, kəmiyyət misbətini göstərir. Vergi dərəcələrindəki ümumi qanunauyğunluq ilk növbədə, bütün ölkələrdəki mənfəət vergisindəki güzəştlərlə bağlıdır. Bu güzəştlərin məqsədi elmitexniki tərəqinin, sahibkarlığın inkişaf etdirilməsidir. Bəzən isə əksər ölkələrdə vergi stimul rolunu oynayır. Belə ki, amortizasiya xərcləri vergidən azad edilməklə mənfəətin bir hissəsi istehsal xərclərinə daxil olur”.
Yeri gəlmişkən, bir çox ölkələrdə - İngiltərə, Fransa- vergi və investisiya krediti adlanan güzəştlər tətbiq edilir. Ümumilikdə inkişaf etmiş ölkələrdə vergi dərəcələrinin aşağı səviyyəsi xarakterikdir. Bu, ilk növbədə gömrük vergilərində özünü daha qabarıq götərir.
A.Şəkərəliyev deyir ki, inkişaf etmiş ölkələrdə büdcə gəlirləri kifayət qədər olduğundan gömrük vergiləri hesabına doldurmağa ehtiyac yoxdur: “Lakin fərdi gömrük-gəlir vergisi inkişaf etmiş ölkələrdə inkişaf etməkdə olan iş ölkələrdə IEÖ-də IEOÖ-yə nisbətən daha yüksəkdir.
Xarici ticarətin tənzimlənməsi üçün bütün dünya ölkələri həm tarif, həm də qeyri-tarif metodlarından istifadə edir. Lakin Ümumdünya Ticarət Təşkilatının tələblərinə görə, tarif tənzimlənməsi XIF-in əsas tənzimləmə vasitəsi olmalıdır. Qeyd etmək vacibdir ki, gömrük idaxal rüsumlarının aşağı salınması yolu ilə dünya ticarətinin maksimum liberallaşdırılması bu təşkilatın əsas prinsipidir. Həmçinin bunu da qeyd etmək vacibdir ki, dünyanın ən inkişaf etmiş ölkələri - ABŞ, Yaponiya - bu prinsiplər əsasında öz gömrük vergi siyasətini həyata keçirir. Bu ölkələrin dünya ticarət dövriyyəsində əsas paya malik olduqlarını nəzərə alsaq onların vergi və gömrük sisteminə nəzər salmağa dəyər. ABŞ-ın idxal gömrük tarifi Ahəngdar Sistemin bazasında qurulmuş səkkiz mövqeli əmtəə nomenklaturasına əsaslanır. Bu nomenklatura ikisütunludur. Birinci sütun 1930 cu ildə qəbul olunmuş və bugünə qədər də dəyişməyən Tarif Qanununda əks olunan stavkalar (dərəcələr) ilə müəyyən olunur. Bu stavkalar ABŞ-la əlverişli ticarət sazişi olmayan ölkələrdən idxal olunan mallar üçün tətbiq olunur”.
Qeyd edək ki, bəhs olunan sistem əvvəllər keçmiş sovet ölkələrinə, 1992-ci ilə qədər Rusiyaya, eləcə də Əfqanıstan, Albamiya, Kuba və s. kimi ölkələr üçün qüvvədə idi. Bu sistemdə spesifik rüsumlar 25-60 %, bəzi mallara isə 90%-ə qədər çatır.
İqtisad elmləri onu da qeyd edir ki, birinci sütun özü də iki altsütundan ibarətdir: 1. Ümumi stavkalar - bu əlverişli ticarət sazişinin nəzərdə tutulduğu ölkələr üçün tətbiq olunur: “Burada kənd təsərrüfatı məhsullarına 3%, sənaye mallarına 5% stavka tətbiq olunur. Belə ki, həmin ölkələrdə hər hansı xüsusi saziş və ya anlaşma yoxdur. Bəzi mallara isə yüksək spesifik rüsumlar tətbiq olunur (20%-ə qədər). Belə mallara tütün, tərəvəz, keramika, tekstil və s. göstərmək olar.
2. Preferensial stavkalar - bu Ümumi Preferensiya
Sistemi (ÜPS) adlanır
və ABŞ-da 1976 -cı ildən tətbiq olunur. 1993 -cü ildən isə təxminən
ABŞ nomenklaturasının 4100 mal mövqeyini əhatə edir və 131 nisbətən inkişaf etmiş ölkələrə
tətbiq olunur. İkinci sütun - ABŞ-ın Əlverişli Ticarət Sazişi baladığı
ölkələrlə və
ÜTT - in üzvlərinə tətbiq olunur. Bu sütun demək
olar ki, bütün mallara aid edilir. Bu sistemdə
ərzaq və kənd təsərrüfatı
maları üçün
10-13% (orta göstərici
12.5%), qalan məhsullar
üçün isə
25-70% (orta göstərici
47%) həcmində rüsum
tutulur”.
Rəşid
RƏŞAD
Ekspress.-2016.-15-17 oktyabr.-S.10.