Vətəndaş cəmiyyətində ərzaq təhlükəsizliyi və onun təmin edilməsi

 

Vətəndaş cəmiyyəti vətəndaşların cəmiyyətdə öz şəxsiyyətini sərbəst ifadə etmək, cəmiyyəti təhdid edən problemlərin həllində əl-ələ verib birlikdə fəaliyyət göstərmək, vətəndaş təşəbbüslərini rəhbər tutmaq amalı ilə yaradır. Dünya təcrübəsinə əsaslanaraq qeyd etmək lazımdır ki, insanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Bu baxımdan təbiətin hər bir xalqa bəxş etdiyi ən qiymətli miras isə onun milli-mənəvi dəyərləridir.

 

Əslində vətəndaş cəmiyyəti ideyası tarix boyu bəşəriyyətin şahidi olduğu diktaturatotalitarizm kabusunun nəticəsi və insanların azad, sərbəst yaşamaq arzusu ilə meydana gəlib. Ekspertlər qeyd edirlər ki, dünya qloballaşması iqtisadiyyatın yenidən qurulması dövründə dünya təsərrüfat əlaqələri hesab olunan beynəlxalq münasibətlər sahəsinə aid edilir. Bu da o deməkdir ki, bu sahədə ticarət transaksiyası daxili iqtisadiyyat, istehsal, demoqrafiya, ekologiya, sosial münasibətlər, hüquq, siyasət və digər sahələrə toxunur. Hətta o da qeyd olunur ki, iqtisadiyyatın bu milli xüsusiyyətini respublika hökuməti radikal struktur dəyişiklikləri zamanı nəzərə almalıdır. İqtisadiyyatda struktur dəyişiklikləri qlobal məqsədə - bazar şəraitində iqtisadiyyatı işə hazırlamaq hesab olunur. Hətta struktur dəyişikliklərin ana xətti isə hökumət tərəfindən müəyyən sahəvi prioritetlər əsasında iqtisadiyyatın sahələrinin oyanması və inkişafı hesab olunur.

 

Qeyd etdiyimiz kimi, vətəndaş cəmiyyətinin əsas subyekti insan və dəyərlər sistemidir. Bu cəmiyyətin əsas məqsədi şəxsiyyətin tələbatlarını ödəmək, mənafeyini və hüquqlarını qorumaqdır. Vətəndaş cəmiyyətində ərzaq təhlükəsizliyi və onun təmin edilməsinə gəlincə, qeyd edək ki, ölkədə ərzaq təhlükəsizliyinin təmini dövlətin ən mühüm vəzifələrindən biridir. Bu işdə ərzaq məhsullarının keyfiyyəti və təhlükəsizliyinə nəzarət mühüm rol oynayır. Bu işdə gömrük orqanları müstəsna rol oynayır. Gömrük orqanlarında ərzaq mallarının ekspertizası QOST dövlət standartı əsasında aparılır. Bu standart MDB ölkələrinin xalq təsərrüfatının bütün sahələrində və müəssisələrində tətbiq olunan məcburi sənəddir.

 

İqtisad elmləri doktoru Arif Şəkərəliyev qeyd edir ki, ölkədə gömrük, inzibati, cinayət-prosessual, mülkiprosessualiqtisadiyyat məhkəməsi qanunvericiliyi tələblərinə müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi laboratoriyasında və təşkil olunacaq laboratoriyalarda gömrük ekspertizasının aparılması şəraiti və qaydaları bu təlimatla müəyyən olunur: “Gömrük ekspertizasının aparılması prosesində aşağıdakı məsələlərin müəyyən olunmasına icazə verilir: Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun malın kodunun təyini,  malın mənşə ölkəsinin təyini, malın gömrük dəyərinin təyini, malların, o cümlədən emal əməliyyatından sonra, identikləşdirilməsi (eyniləşdirilməsi), malların tərkibinin, fiziki və kimyəvi strukturunun təyini, malların çeşidi, sortunövünün təyini, “malların istehsal texnologiyasının təyini, malların istehsal olunduğu xammal mənbələrinin təyini, xammalın və digər malların emalı zamanı məhsul çıxımı normalarının (hasilat miqdarının) təyini, malların narkotik, güclü təsirə malik zəhərli, zəhərləyici maddələr qrupuna mənsubiyyətinin təyini, malların ekolojiistismar təhlükəsizliyinin təyini, malların Azərbaycan Respublikasının və xarici ölkə xalqlarının bədii, tarixiarxeoloci varidatına mənsubiyyətinin təyini, xüsusi tədqiqat metodubilik tələb edən digər məsələlərin həlli. Bununla əlaqədar gömrük laboratoriyaları aşağıdakı növ gömrük ekspertizaları aparır: sinifləşdirmə, materialşünaslıq, identikləşdirmə (eyniləşdirmə), kimyəvi, sortlaşdırma və çeşidləmə, texnoloci, əmtəəşünaslıq, “ incəsənətşünaslıq və s”.

 

Müasir şəraitdə ərzaq təhlükəsizliyinin təmin olunmasında beynəlxalq təcrübədən istifadə olunması mühüm rol oynayır.  Bu baxımdan da əhalinin yaşayışı üçün zəruri olan istehlak mallarının və müxtəlif xidmətlərin bahalaşması müasir dövrün ən böyük sosial çətinliklərindən biridir.

 

A.Şəkərəliyev onu da qeyd edir ki, işçilərin əmək haqqı, mənzil təminatı, istirahətinin səmərəli təşkili, sağlamlığın qorunması problemlərlə birbaşa əlaqədardır: “Odur ki, bahalıq anlayışının özü hər şeydən əvvəl insan həyatının, onun yaşayışının zəruri şərtlərinin bahalaşması kimi başa düşülməlidir. Ekoloji böhran yalnız konkret bir ərazi-dövlət çərçivəsi ilə məhdudlaşmayıb ümumdünya probleminə çevrildiyi kimi, bahalıq da, xüsusən ərzaq məhsullarının bahalaşması dünya ölkələrinin demək olar ki, əksəriyyətində baş verir. Bu, sənaye cəhətdən inkişaf etmiş ölkələrdə daha kəskin tərzdə formalaşır. İstehlak səbətinə daxil olan ən mühüm ərzaq, qeyri-ərzaq mallarının və xidmətlərin bahalaşması əhalini məcbur edir ki, gəlirlərin daha çox hissəsini ilk növbədə, vacib olan mal və xidmətlərin ödənilməsinə xərcləsinlər. Əks halda isə onların istehlakı sadəcə olaraq ixtisar olunmalıdır. Bahalaşma əsasən, inkişaf etmiş ölkələrin uzun müddət təsiri altında olan ölkələrdə geniş vüsət almışdır. Məhz buna görə də həmin ölkələrdə əhalinin orta həyat səviyyəsi inkişaf etmiş kapitalist ölkələrində olduğundan çox aşağıdır. Belə ki, həmin ölkələrdə orta ömür müddəti 30-50 faizdən az, ərzaq məhsullarının orta kaloriliyi isə 30-40 faizdən aşağıdır”.

 

Yeri gəlmişkən, BMT-nin FAO təşkilatı, BYI Bankının məlumatlarına əsasən dünyada son illərdə aclıqdan və doyunca yeməməkdən hər il 30-40 milyon adam ölür. Bu, II Dünya müharibəsi illərində hər il ölənlərə nisbətən 4-5 dəfə çoxdur: “Hazırda doyunca yeməməyin müxtəlif formalarından dünya əhalisinin 40 faizi əzab çəkir, hər gün orta hesabla 40 min uşaq acından ölür. Ərzaq böhranı xüsusilə, Afrikada daha kəskin xarakter alır. Son 10 il ərzində adambaşına düşən ərzaq istehsalı 10 faizdən çox azalıb və ərzaq məhsullarının bahalaşması isə daha sürətli olub. Dünya ölkələrində ərzaq problemi, ərzaq məhsullarının bahalaşması ümumi ekoloji çətinliklərlə əlaqələnsə də, hər halda ayrı-ayrı ölkələrin iqtisadi, demoqrafik, sosial-siyasi inkişaf amil və meyllərindən daha çox asılı olur. Yalnız ekoloji şəraitin pisləşməsi deyil, məhz göstərilən həmin amil və meyllərin mövcud vəziyyəti son anda hər bir ölkədə istehlak vasitələrinin bahalaşması səbəblərini doğurur. Bu baxımdan, dünya ölkələrinin təcrübəsində istehlak vasitələrinin bahalaşmasının İqtisadisosial səbəblərinin öyrənilməsinə daha çox yer ayrılır”.

 

Ekspertlərin fikrincə, bahalığın yaranmasının əsas səbəbləri siyahısına qiymətlərin qalxmasını, mal təklifi ilə əhalinin alıcılıq qabiliyyətli tələbi arasındakı uyğunsuzluğu, mal qalığını, manatın alıcılıq qabiliyyətinin qeyri-sabitliyinis. aid etmək olar. Yəni, həmin səbəblər özünü yaşayış vasitələrinin bahalaşmasında əks etdirir. Bahalıq - qiymətlərin qalxmasının aynasıdır. Qiymətlərin qalxması müxtəlif formalarda bahalığın yaranmasına təsir göstərərək əhalinin mövcud tələbatının səviyyəsi ilə onların faktiki istehlakı arasındakı uyğunsuzluğu gücləndirir. Bu da o deməkdir ki, mövcııd qiymətlərin səviyyəsi ilə bahalıq gözəgörünməz tellərlə bağlıdır.

 

Xatırladaq ki, dünyada ərzaq təhlükəsizliyi problemi hələ keçən əsrin 70-ci illərində FAO tərəfindən qaldırılıb və o vaxtdan etibarən bu təşkilatın daimi fəaliyyətdə olan Beynəlxalq Ərzaq Təhlükəsizliyi Komitəsi yaradılıb. Məhz bu Komitənin dəstəyi ilə dünya ölkələrinin əksəriyyətində “Milli ərzaq təhlükəsizliyi proqramı” işiənib hazırlanıb və həyata keçirilməkdədir.

 

İqtisad elmləri doktoru bildirir ki, ərzaq təhlükəsizliyi həm iqtisadi, həm də siyasi məna daşıyan kompleks anlayış olub, ölkənin bütün sakinlərinin fəal və sağlam dolanışıqları üçün zəruri miqdarda ərzaqla təminatı deməkdir: “Dünya təcrübəsində ərzaq təhlükəsinin xroniki və müvəqqəti ola bilməsi qənaətinə gəlinib. Bu təhlükə o zaman reallaşır ki, qida məhsullarını əldə etməyin mümkünsüzlüyü səbəbindən bu məhsulların istehlakı fizioloci tələbatı qane etmirya lazımi miqdarda ərzaq istehlakı baş vermir. Ərzaq mallarının qiymətlərinin vaxtaşırı olaraq artması, aqrar sektorda məhsul qıtlığı və ya gəlir səviyyəsinin aşağı düşməsi nəticəsində ərzaq mallarından istifadə imkanlarının sabitliyi pozulur ki. bu da əslində müvəqqəti ərzaq təhlükəsinin yaranmasına gətirib çıxarır”.

 

Qeyd edək ki, iqtisadi ədəbiyyatda xroniki və müvəqqəti ərzaq təhlükəsi ilə yanaşı, potensial ərzaq təhlükəsi vəziyyətinin də mövcudluğu qeyd olunaraq göstərilir ki, hər hansı dövlət baş verə biləcək beynəlxalq iqtisadi böhranlara, kənd təsərrüfatı bazarlarının konyunkturunun pisləşməsinə və ticarət müharibələrinə hazır olmadıqda potensial ərzaq təhlükəsi mürəkkəb və hətta xroniki təhlükəyə çevrilə bilər.

 

Ölkə iqtisadçılarının fikrincə, iqtisadi qloballaşma bir tərəfdən beynəlxalq əmək bölgüsünün üstünlüklərindən yararlanmaqla idxal hesabına ölkə daxilində əhalinin ərzaq təminatı məsələsinin həllinə imkanlar yaradırsa, digər tərəfdən ölkəyə ərzaq ekspansiyası və aşağı keyfiyyətli qida məhsullarının gətirilməsi nəticəsində daxili istehsalçı və istehlakçıların mənafelərinə ziyan vurulması təhlükəsi yaranır. Əslində bu təhlükə konkret olaraq özünü aşağıdakılarda göstərir: idxal ekspansiyası ilə bağlı ölkənin aqrar-sənaye sferası istehsalçılarının daxili bazardan sıxışdırılıb çıxarılması, kənd təsərrüfatında və onunla bağh sahələrdə çalışanların yerləri və gəlirlərindən məhrum olmaları, aqrar-ərzaq bazarı işçiləri üçün ərzaq məhsullarının əlyetərliliyinin çətinləşməsi, ölkənin keyfiyyətsiz ərzaq məhsullarının satış bazarma çevrilməsi.

 

Rəşid RƏŞAD

Ekspress.-2016.-21 oktyabr.-S.10.