Vətəndaş cəmiyyətində ekoloji tarazlığın təmin edilməsi

 

“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ətraf mühitin mühafizəsinin hüquqi, iqtisadisosial əsaslarını müəyyən edir. Qanunun məqsədi ətraf mühitin ekoloji tarazlığının mühafizəsi sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsindən, təbii ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli təsirinin qarşısının alınmasından, bioloji müxtəlifliyin qorunub saxlanılmasından və təbiətdən istifadənin səmərəli təşkilindən ibarətdir.

 

İqtisad elmləri doktoru Arif Şəkərəliyev qeyd edir ki, davamlı ekoloji tarazlığın təmin edilməsinin iqtisadi zəruriliyi və iqtisadi metodlardan istifadənin istiqamətləri dünya ölkələrində müxtəlif təyinatlı müəssisələrin tikintisinin genişlənməsi, əksər ölkələrdə nəqliyyat vasitələrinin sayının xeyli artması beynəlxalq səviyyədə ekosistemlərin tarazlığının pozulmasına, bitkiheyvanat aləminin ciddi təhlükəyə məruz qalmasına gətirib çıxarmış, atmosfer havası və torpaqlar çirklənmiş, içməli su azalmış, ayrı-ayrı təbii sərvət növləri, demək olar ki, tükənib: “Nəticədə insan sağlamlığının özü böyük təhlükə altında qalmaqla bəşəriyyətin genetik fonduna ciddi xələl gətirməyə başlayıb. Məhz bu səbəblərdən ətraf mühitin mühafizəsi, insan sağlamlığının qorunması dünya alimlərini və bütövlükdə bəşəriyyəti düşündürən ciddi problemə çevrilib. Hazırda dünyada daha çox qəbul və tətbiq edilən inkişaf konsepsiyalarından biri “Davamlı inkişaf” konsepsiyasıdır. Əslində bu konsepsiyanın meydana çıxması və qəbul edilməsi BMT-nin təbiəti mühafizə fəaliyyəti ilə bağlı olub”.

İqtisad elmləri doktoru onu da qeyd edir ki, “Davamlı inkişaf” konsepsiyasının mahiyyəti gələcək nəsillərin həyatını təhlükə altına qoymadan, indiki nəsillərin tələbatının sosial, iqtisadiekoloji cəhətdən normal ödənilməsindən ibarətdir: “1992-ci ildə Rio-de Caneyroda ətraf mühitinkişaf üzrə keçirilmiş BMT konfransında müasir cəmiyyətin davamlı inkişafa keçid strategiyası qəbul edildi. Qeyd edək ki, keçən əsrin sonlarında əsası qoyulan Davamlı İnkişaf Beynəlxalq İnstitutu (İNSD) davamlı inkişafa aşağıdakı tərifi verir- davamlı inkişaf vahid ətraf mühiti, İqtisadi səmərəliliyi və xalqların rifahının cəmləşməsi deməkdir”.

 

Mütəxəssislərin fikrincə, bu terminin məzmununda ekoloji davamlılıq imperativisosial-iqtisadi davamlılıq imperativi ayrılır. Ekoloji davamlılıq 390 imperativi ekoloji imkanlar çərçivəsində yaşamaq deməkdir, yəni bəşəriyyətin tələbləri təbiətin imkanları xaricində olduğuna görə, insanlar öz tələblərini və tullantılar istehsalını azaltmaqla təbii ehtiyatların vəhşicəsinə sərfinə son qoymalıdırlar.

 

Yeri gəlmişkən, ekoloji problemlərin həlli üçün BMT tərəfindən “davamlı inkişaf” konsepsiyası beynəlxalq və milli qurumlar vasitəsilə həyata keçirilməklə “gələcəksiz inkişaf”ın qarşısını almağa, ətraf mühiti, biomüxtəlifliyi, insanların sağlamlığını və uzunömürlülüyünü qorumağa yönəldilib.

Şəkərəliyevin bildirdiyinə görə, artıq uzun müddətdir ki, ölkəmizdə böyük iqtisadi, sosialsiyasi əhəmiyyəti olan ardıcıl neft startegiyası həyata keçirilir. “Əsrin müqaviləsi”nin imzalanmasından başlayaraq uğurla həyata keçirilən bu strateji xəttə uyğun olaraq dünyanın, o cümlədən ABŞ-ın, Böyük Britaniyanın, Norveçin, Rusiyanın, İtaliyanın, Türkiyənin, Yaponiyanın, Fransanın və bir sıra başqa ölkələrin aparıcı neft şirkətləri Azərbaycan İqtisadiyyatına sərmayə qoymuşlarburada müasir texnologiyalar tətbiq etməklə öz işlərini yüksək ekoloji standartlar səviyyəsində qurmağa çalışırlar. “Əsrin müqaviləsi” və ondan sonra imzalanmış müqavilələr regionda bir sıra ölkələrin strateji maraqlarını təmin etmiş, bu da Azərbaycan Respublikasının sərhədlərinin bərpa olunması və regionda sülhün bərqərar edilməsi üçün vacib bir amilə çevrilib. Beynəlxalq fəaliyyət istiqaməti kimi “davamlı inkişaf konsepsiyası” keçən əsrin 70-ci illərində bir sıra ölkələrdə iqtisadi inkişafın sabitləşdirilməsi və sosial vəziyyətin bərabərləşdirilməsi məqsədilə formalaşıb. “Davamlı inkişaf”ın əsasına təbii resurslardan istifadənin optimallaşdırılması, uzunmüddətli perspektivdə ətraf mühitin keyfiyyətinin qorunub saxlanılması və yaxşılaşdırılması prinsipi qoyulmuşdur. Keçid dövrünün son dərəcə ağır çətinliklərinə məruz qalan insanlar bəzi hallarda ekologiyanın, təbii resursların qorunmasını arxa plana keçirmək məcburiyyətində qalırlar”.

 

Ekspertlər bildirirlər ki, təbii resursların ölkənin milli sərvəti olduğunu nəzərə alsaq, onda onların özəlləşdirilməsi zamanı iqtisadi təhlükəsizlik kontekstində ekologiya probleminin həlli məsələsi də daim diqqət mərkəzində saxlanılmalıdır. Bu baxımdan da dünya təcrübəsində qlobal problem kimi ətraf mühitin qorunmasının aşağıdakı prinsipləri ön plana çəkilməlidir:

 

- Əgər təbii resursların qorunmasını özəl sektor öz üzərinə götürməyə qadirdisə, onda dövlətin bu sahəyə xərc çəkməsi istisnalıq təşkil etməlidir

- Ekoloji problemlərin həlli zamanı hər bir rayon ekolojiİqtisadi məsələlərin seçilməsində tam sərbəst olmalıdır

 - Müştərək təsərrüfat fəaliyyəti ilə digər yerdəki ekoloji ziyan arasındakı qarşılıqlı əlaqənin aşkara çıxarılmasına nail olunmalıdır

- Sağlam ekoloji mühitin yaradılması üçün mülkiyyət obyektlərinin sərhədləri müəyyənləşdirilməli və onların toxunulmazlığının təmin edilməsi məqsədilə işlər həyata keçirilməlidir.

 

Ətraf mühitin və suların çirklənməsində kənd təsərrüfatının da rolu az deyil. İqtisadi islahatların ötən dövründə ölkəmizin kənd təsərrüfatında hər il 300 min ton kimyəvi gübrələr və 40-50 min tondan artıq pestisidlər işlənib: “Kollektiv təsərrüfatlarda onlardan səmərəsiz istifadə edilməsi regionlarda əhalinin sağlamlığına mənfi təsirlə nəticələnib. Tədqiqatlar göstərir ki, son illər ölkədə  davamlı ekoloji tarazlığın pozulmasına ən çox səbəb olan sahə hasilatemal sənayesidir. Sənayenin sahələri içərisində isə xüsusilə yanacaq-energetika, metallurgiyakimya sahələri ətraf mühitə kifayət qədər təhlükə törədir. Bundan başqa, respublikada mineral-xammal sərvətlərinə olan tələbatın artması və onların təbii ehtiyatlarının tükənməsi ilə yanaşı hasilat sənayesində filizqeyri-filiz sərvətlərinin külli miqdarda itkisinə yol verilir. Mövcud sənaye istehsalı artımını nəzərə alaraq bu ziddiyyətin yaxın dövr üçün daha da kəskinləşəcəyini gözləmək olar və əgər son dərəcə qısa bir müddət ərzində əsaslı tədbirlər həyata keçirilməzsə, bu ziddiyyət respublikanın sənaye sahələrində bir sıra gözlənilməz pis nəticələrə səbəb ola bilər. Qeyd etmək lazımdır ki, əvvəllər irihəcmli istismar işləri aparılmış Daşkəsən rayonunda həm istismar sahələrində, həm də filiz saflaşdırma kombinatı yerləşən ərazidə, Zəylik alunit yatağının istismarı sahəsi və Gəncə gil-torpaq kombinatı ərazisində 100 minlərlə ton ölçülən istehsalat 393 tullantılarının ətraf mühitə neqativ təsiri sərbəst davam etməkdədir. Abşeronda əhəng daşı yataqlarının, Xəzər sahilində qum yataqlarının, çay vadilərində qum- çınqıl yataqlarının kortəbii istismarı nəticəsində yaranan ekoloji problemlər artmaqdadır”.

 

Xatırladaq ki, ekoloji tarazlığın qorunmasında birbaşa tənzimləmə metodları rolunun gələcəkdə də böyük olacağına baxmayaraq, texnologiyanın müasir səviyyəsi istehsalın inkişafının mənfi ekoloji nəticələrinin ancaq alternativ variantlar və aztullantılı texnologiyalar əsasında ləğv olunmasına imkan vermir. Bu da o deməkdir ki, ölkədə bazar iqtisadiyyatının mükəmməl rəqabət sistemi formalaşmadığına görə, iqtisadi-hüquqi mexanizmlər ətraf mühiti mühafizə etməyə imkan vermir. İqtisadi inkişafın müasir mərhələsində ekoloji tarazlığın pozulması ilə bağlı və ekologiya-iqtisadiyyat münasibətlərinin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə təbiət və cəmiyyətin ahəngdar qarşılıqlı əlaqə və təsir istiqamətində lazımi tədbirlərin görülməsi zərurəti meydana çıxır. Bunun üçün xüsusi olaraq ekoloji tənzimləmə sisteminin yaradılması vacib sayılır.

 

Ölkədə iqtisadiyyatın inkişafı və əhalinin sosial-mədəni səviyyəsinin yüksəldilməsi ilə yanaşı, təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji tarazlığın qorunması dövlətin daim diqqət mərkəzindədir. Bunu Azərbaycan Respublikasında ekologiyaya dair Milli Proqramların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2003-cü il tarixli sərəncamı göstərir. Ümumiyyətlə, son illər ekologiyaya, təbiəti mühafizəyə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair bir sıra normativ hüquqi aktlar qəbul edilib, təbiətin qorunması və sağlamlaşdırılması sahəsində mühüm praktiki addımlar atılıb. Bir sıra iri su hövzələri tikilib, torpaqları şoranlaşmadan təmizləmək üçün drenaj sistemləri qurulub, Bakı şəhərində və onun ətrafında çoxlu yaşıllıqlar, Xəzərsahili qumluqlarda sahil bərkidici və torpaqların eroziyasının qarşısının alınması məqsədi ilə meşə örtüyü zolaqları salınıb, flora və faunanın qorunub saxlanması və inkişaf etdirilməsi üçün bir sıra Təbiət Qoruqları və Yasaqlıqları yaradılıb. Bununla belə, bu sahədə hələ də ciddi problemlər qalmaqda davam edir. Ölkədə meşələrin qırılması nəticəsində, onsuz da az olan meşə örtüyünün torpaqqoruyucu, susaxlayıcı, havatəmizləyici kimi vacib sanitar-gigiyeniksosial-ekoloji funksiyası xeyli dərəcədə zəifləmişdir. Bəzi qiymətli ağackol növlərinin ehtiyatı tükənmək təhlükəsi qarşısında qalıb. Yaylaqlardan qeyri-səmərəli istifadə olunması onların geniş ərazidə sürətlə eroziyaya uğramasına və bitki örtüyünün məhv olmasına səbəb olub. Digər tərəfdən, son illərdə ölkədə baş vermiş təbii hadisələr ətraf mühitə ciddi ziyan vurub. Odur ki, ölkədə təbiətin mühafizəsi, bioloji müxtəlifliyin azalmasının və ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədi ilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi böyük sosial-iqtisadi əhəmiyyət kəsb edir.

 

Rəşid RƏŞAD

Ekspress.-2016.-26 oktyabr.-S.10.