Kiçik sahibkarların cəmiyyətdə rolu

 

Vətəndaş cəmiyyətinin inkişafı sahibkarlıq fəaliyyətinin inkişafından önəmli dərəcədə asılıdır. Sahibkarlıq inkişaf etdirilməklə həm insanların müstəqil, azad fəaliyyətinə imkan yaradılır, həm də insanların məşğulluq probleminin həllində böyük irəliləyişə nail olunur. Bu mənada sahibkarlığın inkişafına cəmiyyətin inkişafının mühüm elementi kimi baxılır.

 

Uzun illərin təcrübəsi göstərir ki, bir ölkədə sahibkarlığın inkişafı kiçik sahibkarlığın inkişafından asılıdır. Kiçik sahibkarlığı inkişaf etdirməklə həm iqtisadi, həm də sosial məsələləri həll etmək asanlaşır. Buna görə də vətədaş cəmiyyətlərində kiçik sahibkarlığa dövlət dəstəyi olur, onlara müəyyən güzəştlər verilir.

 

Dünyanın bütün ölkələrdində dövlətlər kiçikorta sahibkarlara (KOS) müxtəlif şəkildə dəstək verir. Bu dəstək ona görə göstərilir ki, KOS-lar ölkə üçün böyük iqtisadisosial əhəmiyyət kəsb edir. KOS-ların vəziyyəti iqtisadi imkanlarından aslı olmayaraq inkişaf etmişinkişaf etməkdə olan bütün ölkələr üçün böyük önəmə sahibdirlər.

 

KOS-lar sadəcə kiçik olmasına görə fərqlənmirlər. Onlar həm də tezuyğunlaşma, dəyişikliklərə adekvat cavabvermə xüsusiyyətlərinə görə də seçilirlər. Rəqabətin və dəyişikliklərin çox güclü olduğu dövrümüzdə məşğulluğun və istehsalın böyük hissəsini təmin edən KOS-ların bu keyfiyyətləri iqtisadiyyatın dayanıqlığına böyük kömək edir.

 

İnkişaf etmiş ölkələrdə artıq iqtisadiyyatın önəmli hissəsini KOS-lar formalaşdırır. Xüsusilə də sənaye sahəsində KOS-ların əhəmiyyəti hissedilməkdədir. ABŞ, YaponiyaAvropa Birliyi ölkələrində KOS-lara iqtisadi böyümənin sürətləndirilməsində ciddi vasitə hesab olunur.

 

Ümumiləşdirildikdə KOS-ların iqtisadiyyatda əhəmiyyəti 4 əsas keyfiyyətinə görə fərləndirilir. Bunlar öncə də dediyimiz kimi, məşğulluğu artırmaq, tezuyğunlaşma sayəsində yeniliklərə uyğunlaşma, həmçinin biznes fəaliyyətini təşviq etmək, böyük məhsul istehsalçılarına istehsalda dəstək göstərmək, nəhayət ümumi istehsala böyük paya sahib olmaq keyfiyyətləridir. İnkişaf etmiş ölkələrdə KOS-lar cəmi müəssisələrin 95 faizini, məşğulluğun 50 faizini, sərmayə qoyuluçlarının 40 faizini, cəmi istehsalın 50 faizini, cəmi ixracın 30-40 faizini təmin edirlər.

 

Qeyd edək ki, KOS-lar fəaliyyəti dövründə ən çox maliyyə problemləri ilə üzləşirlər. Bunun başlıca səbəbi KOS-ların daxili sərmayə imkanlarının məhdudluğudur. Eyni zamanda maliyyə təşkilatlarının onlara qarşı tətbiq etdiyi standartlar, bazar şərtləri də KOS-ların maliyyə çətinlikləri ilə üzləşməsinə səbəb olur.

 

Belə bir fikir var ki, kiçik sahibkarların rastlaşdıqları bir çox problemin kökündə məhz sərmayə qoyuluşlarının zəif olması dayanır. Adi inflyasiya faktoru belə onların işinə ciddi maneə yaradır. KOS-lar adətən qiymətli artıqmaqda maraqlı olmur. Çünki iri sahibkarlarla rəqabat apara bilmək üçün aşağı qiymətlərin olması vacibdir. Lakin inflyasiya amili KOS-ların bu arzularını reallaşdırmağa ciddi çətinlik yaradır. Məsələ burasındadır ki, məhsul və xidmətlərin bahalaşması KOS-ların təklif etdiyi məhsulun da maya dəyərini artırır. Onsuz da az sərmayəyə sahib olan KOS-lar qiymət artımına getmədiyindən inflyasiya səbəbindən vəsaitlərinin bir hissəsini itirirlər.

 

Vəsait azlığı öz növbəsində istehsalda yeni texnologiyaların tətbiqini ləngidir və ya qeyri-mümkün edir. Yeni texnologiya tətbiq edilmədikdə birincisi, keyfiyyətli məhsul istehsal etmək olmur, ikincisi ucuz məhsul əldə edilmir. Nəticədə KOS-lar ortaya çox da keyfiyyətli olmayan, eyni zamanda qiyməti də aşağı olmayan məhsul qoyur. Belə vəziyyətdə KOS-lar bazarda iri sahibkarlarla qeyri-bərabər rəqabət şəraitinə düşür.

 

KOS-lar iri sahibkarlara nisbətən böyük həcmdə kredit götürə bilmir. Belə kreditlər isə uzunmüddətə verilmir. KOS-ların aldığı kreditlərin verilmə müddəti qısa olmaqla bərabər faiz dərəcələri də yüksək olur. Amma iri sahibkarlar iri məbləğdə kredit göyürür və uzunmüddətə müqavilə bağlayır. İri borc vəsaitinin problemsiz geri qaytarılmasında maraqlı olan kredit təşkilatları bunu nəzərə alaraq krediti aşağı faizlə verir. Bununla da KOS-lar iri sahibkarlara nisbətən həm az vəsait əldə edir, həm aldığı borc baha başa gəlir. İri sahibkarların borclanmasında isə əksinə.

 

Bütün sadalananları nəzərə alaraq dövlətlər KOS-lara maliyyə məsələlərində dəstək göstərmək məcburiyyətində qalır. Bunun üçünsə ilk növbədə “KOS kimdir” sualına cavab tapılmalıdır. Azərbaycan Nazirlər Kabinetinin 2009-cu il tarixli qərarına əsasən sənaye və tikintidə işçilərin sayı 50 nəfərdən azillik dövriyyəsi 500 min manatadək, kənd təsərrüfatında işçilərin sayı 25 nəfərdən azillik dövriyyəsi 250 min manatadək, topdansatış ticarətdə işçilərin sayı 15 nəfərdən azillik dövriyyəsi 1 milyon manatadək, pərakəndə satış ticarət, nəqliyyat, xidmət və digər iqtisadi fəaliyyət növlərində işçilərin sayı 10 nəfərdən azillik dövriyyəsi 250 min manatadək olan müəssisələr kiçik sahibkarlıq subyektləri hesab olunur.

 

Göründüyü kimi bizdə təsnifat əsasən çalışan işçi sayına görə aparılır ki, bu da KOS”ların kapitaltexnoloci infrastrukturlarının yanında bəzi davranış xüsusiyyətlərini (yenilik yaratma potensialı, sürətli adaptasiya kimi) nəzərdən qaçırmaqdadır. Dolayısilə vahid və tək faktora dayanan ümumi bir tərif yerinə KOS”ların fəaliyyət göstərdiyi sektor üzrə xüsusiyyətləri nəzərə alan çoxfaktorlu təriflər səmərəli ola bilər. Məsələn, mövcud qanunvericiliyə əsasən, 60 işçi ilə mədənçilik sənayesində fəaliyyət göstərən və illik satış həcmi 1 milyon dollar olan bir hüquqi şəxs KOS statusuna daxil edilmədiyi halda, 20 işçi ilə informasiyakommunikasiya texnologiyaları (İKT) sektorunda fəaliyyət göstərən və illik həcmi 10 milyon dolları aşan bir firma isə KOS statusunda qəbul edilir.

 

Avropa Birliyi (AB) ölkələrimdə KOS tərifi işçi sayı, balans böyüklüyüiqtisadi müstəqillik parametrlərindən meydana gələn ölçüləri əhatə etməkdədir. Burada müstəqil müəssisə dedikdə, kapitalının və ya səhm paylarının 25 faizya daha artığı bir müəssisə tərəfindən sahiblənməmiş olan müəssisələr nəzərdə tutulur.

 

Ayrıca inkişaf etmiş ölkələrin çoxunda vahidümumi bir rəsmi tərif yerinə sektorlara görə dəyişən, işçi sayı, satış həcmi, sabit varlıqların dəyəri, mənfəət həddi, yaradılan əlavə dəyər, ödənən vergi miqdarı kimi kəmiyyət ölçüləri, kapital bazarından sərmayə təmin edə bilmə gücü, iqtisadi müstəqillik kimi keyfiyyət parametrlərini diqqətə alan çoxlu tərif sistemindən istifadə edilməkdədir.

 

Dünyada “KOS”la əlaqədar gerçəkləşdirilən fəaliyyətlərə baxdığımızda xüsusilə, maliyyə qaynaqlarından yetərincə faydalana bilmə mövzusuna daha çox diqqət yetirilir.

 

Avropa Birliyində KOS-lar işçi sayı 250 nəfərə qədər, dövriyyəsi isə 50 milyon avroya qədər olan sahibkarlıq subyektləri aid edilir. Kiçik sahibkarlar 50-qə qədər işçisi olan, 10 milyon dövriyəyə sahib şəxslər, orta sahibkarlar isə 250-yə qədər işçisisi 50 milyon avroya qədər dövriyəsi olan şəxslərdir.

Türkiyədə işçi sayı 250 nəfərə qədər olan dövriyyəsi 25 milyon lirəyə (10 milyon manat) qədər olanlar kiçik sahibkarlardır.

 

ABŞ-da işçilərinin sayı 10-1500 nəfər, Kanadada 50-500 nəfər, İsrazildə 50-250, Rusiyada 15-250 nəfər arasında olan sahibkarlıq subyektləri KOS-lara aid olunur.

 

Azərbaycanda hökumət bu katiqoriyaya aid olan sahibkarlara dəstək məqsədilə indiyədək 3 proqram qəbul edib. Azərbaycan Respublikasında kiçikorta sahibkarlığa dövlət köməyi adlanan proqramın birincisi 1993-1995-ci illəri əhatə edib. Bu illərə aid olan proqram öz hədəfinə çata bilməyib və ikinci proqram qəbul olunub. Həmin proqram 1997-2000-ci illəri əhatə edib. İkinci proqramən qəbulunda əsas məqsəd birinci proqramda nəzərdə tutulan tədbirlərin tam həyata keçirilməsi idi.

 

Proqramın məqsədi sahibkarlığın ardıcıl inkişafı, Azərbaycan iqtisadiyyatında onun rolunun gücləndirilməsi və tədricən dünya iqtisadiyyatına inteqrasiya olunması üçün əlverişli mühitin formalaşdırılmasından ibarətdir. Proqramın maliyyələşdirilməsi mənbələri isə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri, dövlət büdcəsindən ayırmalar və s. olmalı idi.

 

Proqramın tətbiq edildiyi dövrdə Sahibkarlığa Kömək Milli Fondundan vəsait ayrılmasına rast gəlinmədi. Bununla belə həmin dövrdə KOS-ın ümumi daxili məhsulda payı 24,7 faizdən 42,7 faizə çatdı.

 

Hökumət kiçikorta sahibkarlığın inkişafı üçün 2002-2005-ci illəri əhatə edən üçüncü proqramı də qəbul etdi. Üçüncü proqramda hədəf sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi, KOS-un insan resursunun inkişafı, texniki, maliyyə köməyi mexanizmlərinin dərinləşdirilməsi, sahibkarlığın hüquqi təminatının gücləndirilməsi və regionlarda sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması əsasında KOS-un inkişafını təmin etməkdir.

 

Adıçəkilən 3 proqramın və Nazirlər Kabinetinin qərarı “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” 1999-cu ildə qəbul edilən qanuna əsaslanıb. Qanunda kiçik sahibkarlığa dövlət köməyinin istiqamətləri belə sadalanıb:

 

- kiçik sahibkarlığın dəstəklənməsinin və inkişafının infrastrukturunun formalaşdırılması;

- kiçik sahibkarlığa kömək proqramlarının hazırlanması və həmin proqramların həyata keçirilməsinin təşkili;

- kiçik sahibkarlıq subyektlərinə maliyyə, maddi, elmi-texnikiinformasiya resurslarının əldə etmələri üçün güzəştli şəraitin yaradılması;

- kadrların hazırlanması, yenidən hazırlanması və ixtisaslarının artırılması sahəsində kiçik sahibkarlıq subyektlərinə kömək göstərilməsi;

- kiçik sahibkarlıq subyektlərinin xarici-iqtisadi fəaliyyətinə, o cümlədən xarici tərəf-müqabilləri ilə istehsalat, maliyyə-kredit, ticarət, elmi-texnikiinformasiya əlaqələrinin inkişafına kömək göstərilməsi;

- kiçik sahibkarlıq subyektləri üçün dövlət qeydiyyatının (uçotunun), statistikmühasibat hesabatlarının təqdim edilməsinin, onların fəaliyyətinin lisenziyalaşdırılmasının və istehsal etdikləri məhsulun (işin, xidmətin) sertifikatlaşdırılmasının sadələşdirilmiş sisteminin tətbiqi;

- kiçik sahibkarlığın inkişafı üzrə tədqiqatların təşkili.

 

Sadalanan istiqamətlərdə indiyədək bir neçəd tədbirin, o cümlədən güzəştli maliyyələşmə, proqramların, sadələşdirilmiş verginins-in həyata keçirilməsinə baxmayaraq digər bir çox istiqamətlərdə atılan addımlar formal xarakter daşıyıb. Əgər belə olmasaydı qanunun qəbulundan 13 il ötməsinə baxmayaraq kiçik sahibkarların iqtisadiyyatda yaratdığı dəyər 3 faiz olmazdı.

 

Vasif CƏFƏROV

Ekspress.-2016.-27 oktyabr.-S.10.