Oqtay Zülfüqarovu itirdik...

 

Görkəmli bəstəkar II Fəxri Xiyabanda torpağa tapşırıldı

 

Azərbaycan bəstəkarlıq sənətinin görkəmli nümayəndələrindən biri, xalq artisti, “Şöhrət” ordenli prezident təqaüdçüsü, professor Oqtay Zülfüqarov avqustun 31-də ömrünün 88-ci ilində vəfat edib.

 

Bəstəkarın oğlu Cahangir Zülfüqarov bildirib ki, atası ürək-böyrək çatışmazlığından dünyasını dəyişib. Belə ki, O.Zülfüqarov 7 ildir böyrək çatışmazlığından əziyyət çəkirdi, uzun müddət idi bu xəstəlikdən müalicə alırdı.

 

Mərhumla vida mərasimi Təzəpir məscidində keçirilib. AZƏRTAC xəbər verir ki, vida mərasimində sənətkarın ailə üzvləri, yaxınları, sənət dostları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulub.

 

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə musiqi ictimaiyyətinə üz verən bu itkinin acısını jurnalistlərlə bölüşərək deyib: “Oqtay Zülfüqarovun Azərbaycan musiqi mədəniyyətinin formalaşmasında müstəsna xidmətləri olub. O, uşaq musiqisi tarixində inqilab etmiş bəstəkardır. Uşaqları öz ətrafına yığaraq onlara bu sənətin sirlərini öyrədirdi. Onun yetirmələri arasında bəstəkarlar da var, müğənnilər də. Oqtay Zülfüqarov Azərbaycanın ən böyük uşaq bəstəkarlarından biri kimi bu sənətə öz möhürünü vurub”.

 

Görkəmli sənətkarın vida mərasimində iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də jurnalistlərə müsahibə verib. Oqtay Zülfüqarovun Azərbaycan bəstəkarlıq məktəbinin inkişafındakı əvəzsiz xidmətlərini xatırladan nazir qeyd edib ki, onun müxtəlif janrlarda bəstələdiyi əsərlər hər zaman dinləyicilər tərəfindən sevilib və qəlblərə yol tapıb. Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri kimi fəaliyyət göstərən sənətkarın qəlbi hər zaman yazıb-yaratmaq eşqilə döyünürdü. Onun yaratdığı əsərləri heç zaman unudulmayacaq.

 

Sonra görkəmli sənətkarın cənazəsi son mənzilə yola salınıb. Mərhum II Fəxri Xiyabanda torpağa tapşırılıb.

 

Prezident İlham Əliyev və bir sıra dövlət və mədəniyyət xadimləri adından Oqtay Zülfüqarovun vəfatı ilə əlaqədar nekroloq imzalanıb. Nekroloqda deyilir:

- Azərbaycanın musiqi mədəniyyətinə ağır itki üz vermişdir. Tanınmış bəstəkar, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq artisti Oqtay Qədir oğlu Zülfüqarov 2016-cı il avqustun 31-də ömrünün 88-ci ilində vəfat etmişdir.

 

Oqtay Zülfüqarov 1929-cu il may ayının 31-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1947-1951-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbinin, 1951-1952-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının violonçel sinfində oxumuş, 1952-1958-ci illərdə isə burada bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili almışdır.

 

Əmək fəaliyyətinə hələ tələbə ikən 1949-cu ildə 1 saylı Musiqi Məktəbində violonçel müəllimi kimi başlayan Oqtay Zülfüqarov, eyni zamanda, müxtəlif mədəniyyət evlərində də xormeyster kimi çalışmış, 1958-1962-ci illərdə Azərbaycan Dövlət RadioTeleviziya Komitəsində musiqi redaktoru, səs rejissoru, 1965-1967-ci illərdə Respublika Xalq Yaradıcılıq Evində metodist, 1968-1991-ci illərdə isə Azərbaycan Bəstəkarlar İttifaqında məsləhətçi, baş məsləhətçi, redaktor, şöbə müdiri vəzifələrində işləmişdir.

 

1991-2012-ci illərdə o, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru və bədii rəhbəri olmuşdur.

 

Oqtay Zülfüqarovun ilk musiqi əsərləri tələbəlik illərində işıq üzü görmüşdür. Onun altmış ildən artıq bəstəkarlıq fəaliyyəti müxtəlif janrları əhatə edir. Bəstəkarın əsərləri arasında konsert, simfoniya, kantata, kamera-instrumental musiqi romanslar vardır.

 

Oqtay Zülfüqarovun sənətə xalqa həqiqi xidmət nümunəsi olan yaradıcılığı gənc nəslin milli-mənəvi dəyərlərə ehtiram ruhunda tərbiyə olunmasında böyük əhəmiyyət kəsb edir. Azərbaycan bəstəkarlıq məktəbinin layiqli nümayəndələrindən biri olan Oqtay Zülfüqarov rəngarəng yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyəti xəzinəsini daha da zənginləşdirmişdir.

 

Müasir Azərbaycan musiqisində mahnı janrının inkişafında Oqtay Zülfüqarovun böyük xidmətləri olmuşdur. Onun öz sadəliyi rahat qavranılması ilə seçilən əsərləri, eyni zamanda, dərin milli-mənəvi ruh, zəngin kolorit yaddaqalan ritmləri ilə səciyyələnir.

 

Geniş yaradıcılıq diapazonuna malik Oqtay Zülfüqarov musiqisində ənənəyə sədaqət müasirliklə harmonik vəhdət təşkil edir. Onun kino teatr musiqisi sahəsində fəaliyyəti təqdirəlayiqdir. Sənətkarın müxtəlif dövrlərdə yaratdığı əsərlər musiqişünaslar tərəfindən yüksək qiymətləndirilmişdir.

 

Oqtay Zülfüqarovun bəstələdiyi uşaq mahnıları ona xüsusi şöhrət qazandırmışdır. OnunTelefon”, “Qatar”, “Kim sevirsə idmanı başqa mahnıları bir neçə nəslin dillər əzbəri olmuşdur. Uşaqlar üçün yazdığı balet, nağıl-opera digər əsərləri ilə o, gənc musiqi həvəskarlarının sevimlisinə çevrilmişdir. Bəstəkarın rəhbərliyi altında yaranan uşaq kollektivləri, o cümlədən, Azərbaycan Dövlət Uşaq Filarmoniyası gənc nəslin bədii-estetik tərbiyəsində böyük rol oynamışdır.

 

Azərbaycanın müasir musiqi mədəniyyətinin inkişafı təbliğində Oqtay Zülfüqarovun xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. Ölkəmizdə musiqi sənəti sahəsində nailiyyətlərinə görə o, bir sıra fəxri adlara, orden medallara layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarındanŞöhrətordeni ilə təltif edilmişdir.

 

Tanınmış bəstəkar mahir pedaqoq, səmimi insan Oqtay Qədir oğlu Zülfüqarovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

 

Allah rəhmət eləsin!

 

Ekspress.-2016.-1 sentyabr.-S.13.