Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun özünəməxsusluğu

 

Müasir sosial elmlərdə bir çox anlayışlar ideoloji mahiyyət kəsb edir. Tədqiqatçılar hesab edirlər ki, bəzi anlayışların mahiyyətini təşkil edən elementlər, birmənalı konkret sosiomədəni və institusional kontekst çərçivəsində təhlil olunur. Bu baxımdan vətəndaş cəmiyyətinin dəyərləri milli ideologiya süzgəcindən keçirilərək qiymətləndirilir.

 

Vətəndaş cəmiyyətini qiymətləndirmək üçün dünya birliyi tərəfindən bir sıra indekslər (CSİ, CSSİ, GCSİ) hazırlanıb. Elə indekslər var ki, onlar birbaşa dövlətə aiddir (əsas azadlıqların təmsil olunması, siyasi iştiraks.).

 

Demək olar ki, vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı proseslər bütün dünyada eyni məcrada gedir. Belə ki, getdikcə əhalinin geniş kütlələri sosial həyatda yaxından iştirak etməyə başlayır. Artıq ölkəmizdə muxtəlif cəmiyyətlər, birliklər, sosial hərəkatlar şəklində vətəndaşların sosial fəallığı genişlənir. Bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da ümumi məqsədlər qoyulur, ümumi mənafelər gözlənilir. Eyni zamanda, siyasi mədəniyyətlə bağlı xüsusi sosial münasibətlər kompleksi formalaşır ki, burada təsərrüfat, dini, hüquqi, etnik və digər əlaqələr genişlənir, insan cəmiyyət münasibətlərinə yeni çalarlar gətirir.

 

Qeyd etmək lazımdır ki, dövlət tərəfindən qəbul edilən qanunlarqanunverici aktlar ictimai şüurda həm adi şüur, həm də ictimai ideologiya səviyyəsində qavranılır və insanların praktik fəaliyyətində reallaşır.

 

Ekspertlərin fikrincə, vətəndaş cəmiyyətinin formalaşmasının daha bir göstəricisi - insanlar tərəfindən təşəbbüskarlığın göstərilməsi, siyasi fəallığın nümayiş etdirilməsidir. Azərbaycanda bu sahədə aparılan işlər ümid verir ki, həmrəylik, vətəndaşlıq sülhünə nail olmaq üçün dövlət tərəfindən lazımı addımlar atılır. Müasir dövrün inkişaf xüsusiyyətləri açıq-aşkar bu fenomenin itməsinə, tədricən aradan götürülməsinə gətirib çıxara bilər.

 

Fəlsəfə doktoru Vahid Ömərovun sözlərinə görə, ölkəmizdə vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun özünəməxsusluğu ondadır ki, onlar vahid orqanizm kimi qlobal cəmiyyətin daxili qarşılıqlı tərəfləri kimi özünü göstərir: “Vətəndaş cəmiyyəti üzvləri üçün birgə yaşayış qaydalarını özündə əks etdirən vətəndaş cəmiyyəti etikası formalaşır. Vətəndaş cəmiyyətində dövlətdən fərqli olaraq tabeçilik əlaqələr deyil, üfüqi əlaqələr, yəni hüquqca azad və bərabərhüquqlu insanların əməkdaşlıq və sağlam rəqabət münasibətləri üstünlük təşkil edir, ictimai həyatda, kompromiskonsensus, dövlət üzərində ictimai nəzarət hökm sürür. Vətəndaş cəmiyyətinin struktur elementləri sahələrə görə aşağıdakı kimi təsnif edilir: İqtisadi sahədə qeyri-dövlət müəssisələri, birliklər, aksioner təşkilatları, korporasiyalar, sahibkarlıq, təşəbbüskarlıq və digər könüllü birliklər və qeyri-dövlət sosial-iqtisadi əlaqələr”.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, ölkədə hüquqi dövləti qurmaq üçün ilk növbədə

konstitusion rejim, mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyəti, hakimiyyətlər bölgüsü kimi prinsiplər yaradılmalı idi: “1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş konstitusiyamız dünyada nadir qanun toplusundan biridir. Burada demokratik hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunub. İnsan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilib. Konstitusiyamızın üçdə bir hissəsi məhz bu məsələyə həsr edilib. Demokratik dəyərlərin üstünlüyünü qəbul edən, azadlığı, haqq və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır. Siyasi, iqtisadi, hüquqi sistemin köklü şəkildə dəyişdiyi, cəmiyyətdə keçid dövrünün başlandığı bir vaxtda Əsas Qanunun rolu qat-qat artır. Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı. Mühüm tarixi əhəmiyyətə malik olan bu sənəd ölkəmizdə insan və vətəndaş azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir. Əminliklə demək olar ki, Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər fundamental hüquq və azadlıqları lazımi şəkildə öz əksini tapıb”.

 

Yeri gəlmişkən, ölkəmiz müstəqillik qazandıqdan sonra hüquq sistemi demək olar ki, demokratik prinsiplər əsasında yenidən quruldu. Məhz həmin ərəfədə ölkənin yeni Konstitusiyasının qəbul edilməsi ilə mütərəqqi məhkəmə-hüquq islahatlarının əsası qoyuldu.

 

Əslində davamlı olaraq həyata keçirilən islahatlar bir məqsədə - insan və vətəndaşların hüquq və azadlıqlarının etibarlı qorunmasına, ədalət mühakiməsinin təmin edilməsinə və təkmilləşdirilməsinə yönəlib.

 

Ekspertlər bildirirlər ki, dünya təcrübəsində tətbiq edilən hüquqi novasiyalar, ölkə həyatındakı mühüm yeniliklər hüquq sistemində də əsaslı dəyişikliklər və yeniləşmələrin həyata keçirilməsini tələb edir. Bu baxımdan demokratik-hüquqi dövlətin əsaslarının yaradılması və vətəndaş cəmiyyətinin qurulması prioritet məsələ kimi bəyan edilib. Milli qanunvericilik sistemi beynəlxalq hüquq normalarına əsaslanır.

 

Ümumiyyətlə, ölkəmiz dünya birliyinə inteqrasiya yolunu seçdiyi üçün getdikcə daha da müasirləşir, inkişaf edir. Bu da o deməkdir ki, dünya birliyinə inteqrasiya, beynəlxalq təşkilatların üzvü olmaq dövlətlərarası əməkdaşlığın inkişafının əsas vasitəsi olmaqla yanaşı, eyni zamanda, milli qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edən mühüm amilə çevrilib.

 

Siyasi elmlər doktoru Gülzar İbrahimova dövlət anlayışını lakonik şəkildə bu cür səciyyələndirmək mümkün olduğunu söyləyir: “Dövlət ortaq həyat və mədəniyyəti paylaşan bircəmiyyətdə bu cəmiyyəti nizamlayan, cəmiyyətdə təhlükəsizlik, rifah və əmin-amanlıq təmin etmə məqsədi daşıyan və buməqsədə yönələn qanunvericilik, qəbul edilmiş qanunları tətbiq etmə, cəzalandırma kimi güclərə sahib olan quruluşdur. Siyasi leksikondahüquqi dövlət” termininə tez-tez təsadüf edilir. Məlumdur ki, bir siyasi hadisə olaraq “dövlət” çoxformalıdır. Hazırda dövlətin idarəçilik (respublikamonarxiya), quruluş (unitar, federasiya, konfederasiya) və rejim (demokratikanti-demokratik) formaları mövcuddür. Hüquqi dövlətdə qeyd edilən strukturun normalara müvafiq olması mütləqdir. Belə dövlət liberal qanunvericiliyə, demokratik icraedicikonstitusion hakimiyyətə, insanların bütün təbii və vətəndaş hüquqlarını təmin edən və eyni zamanda, onlara hörmət edən hüquqi normalara və insanlararası azad münasibətlərin yer aldığı vətəndaş cəmiyyətinə malik olmalıdır”.

Bu formaların hər birinin hüquqla əlaqəsi var. “Hüquqi dövlətdeyilən üçüncü forma ilə - dövlət rejimilə bağlıdır. Hüquqi dövlət isə demokratik dövlətin ayrılmaz əlaməti hesab edilir.

 

Anti-demokratik dövlətlərinhüquqi dövlətolmasından söhbət gedə bilməz, çinki bu fenomenin orada mövcudlugu istisnadır.

Demokratiya bir dövlət formasıdır onun zəruriəlamətlərdən biri hüquqi dövlətdir”. Hüquqi dövlətəlamətilə yanaşı bu sıraya həm azad həqiqi seçkilər vasitəsilə seçilən xalq nümayəndəliliyi, dövlət idarəçiliyi üstündə nəzarət mexanizminə malik olan parlamentar (xalq nümayəndəliyi) sistem, hakimiyyətə münasibətdə hər bir fərdə muxtarlıq təminatı verən bir sıra fundamental hüquqlara malik olma daxildir.

 

G.İbrahimova onu da qeyd edir ki, bu xüsusiyyətlər birlikdə müasir demokratik dövlət formasının məzmununu təşkil edir onların hər biri digərlərini həlledici hesab edir: “Lakin belə bir daxili struktur heç bütün dövlətlər üçün məqbul sayıla bilməz. Məsələn, Yaxın Şərq ölkələrinin çoxunda qanuni tənzimləmələrin dinamik, mobil artımına uyğun mühafizə mexanizmi müşayiət etmir, qanunun aliliyi pozulur, bununla dahüquqi nihilizm güclənir. Bu ölkələrdə qarşıdurmaların möhkəmləndirilməsinin sosial gərginliyin səbəblərindən biri, rəhbərlikdəki keyfiyyətin, icra intizamının, qanunların digər normativ hüquqi aktların səmərəsiz şəkildə idarə edilməsidir. Yaxın gələcəkdə ölkələrin sabit inkişafı bu kimi əhəmiyyətli məsələlərin həllinə bağlıdır. Ümumiyyətlə, hüquqi dövlətin formalaşması vətəndaş cəmiyyətinin inkişafı ilə bağlıdır. Kanta görə, hüquqi dövlətdə qanunlar xalqın iradəsi ilə qəbul olunur. Onun fikrincə, hüquqi dövlətin fəaliyyətinin əsas prinsipi azadlığın hüquqi təminatçısı olmaqdan ibarətdir. Hüquqi dövlət konsepsiyası insanın azadlığının təzahür sferasını müəyyənləşdirməyə yönəlib. Dövlətin vətəndaşın azadlığına müdaxiləsi qeyri-məqsədə uyğun qanunazidd kimi tanınır”.

Azərbaycanda hüquqi dövlət quruculuğunu üç mərhələyə bölmək olar:

 

- Dövlət müstəqilliyini əldə etdikdən sonra yeni  Konstitusiyanın qəbuluna qədərki dövr. Bu dövrdə bir sıra yeni siyasi-hüquqi dəyərlər, prinsiplər, institutlar mexanizmlər dövlət-hüquq sisteminə daxil oldu. Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, azad mətbuatın hüquqi  əsasları yaradıldı onlar fəaliyyətə başladılar.

 

- Yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanın Avropa Şurasına daxil olmasına qədərki dövrü əhatə edir. Bu dövrdə konstitusiya nəzarəti orqanı, azad mətbuatın qanunvericilik bazası formalaşdırıldı. Azərbaycan insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq konvensiyalara qoşuldu, milli qanunvericilik təkmilləşdirildi, yerli özünüidarənin hüquqi əsasları yaradıldı ilk bələdiyyə seçkiləri keçirildi.

 

- Azərbaycanın Avropa Şurasına daxil olmasından başlanır hazırda davam edir. Bu mərhələdə insan hüquqları azadlıqlarının təmini, azad ədalətli seçkilərin keçirilməsi, demokratik dəyərlər ön plana çəkilir, yeni institutlar fəaliyyətə başlayır, qanunvericilik sistemində ciddi dəyişikliklər edilir.

 

Son olaraq qeyd edək ki, ölkə qanunvericiliyində beynəlxalq hüquq normalarının yeri, beynəlxalq hüquqla dövlətdaxili hüququn qarşılıqlı əlaqəsi dəqiq şəkildə tənzimlənir. KonstitusiyanınAzərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlaradlanan 148-ci maddəsinin II hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir.

 

Rəşid RƏŞAD

Ekspress.-2016.-9 sentyabr.-S.10.