15 sentyabr - Azərbaycanda Bilik günüdür

Vətəndaş cəmiyyətinin inkişafı güclü təhsildən keçir

 

Hansı ölkə olur-olsun, orada cəmiyyətin inkişafının bütün mərhələsində təhsil birinci sırada gəlir. Mümkündür ki, bəzi cəmiyyətlər təhsil fəaliyyəti və qurumları üçün kifayət qədər resurs səfərbər edə bilməsin, ancaq hamı təhsilin ictimai həyatda mərkəzi rolunu qeyd-şərtsiz qəbul edir.

 

Təhsil insan inkişafının ən mühüm tərkib hissələrindən biridirinsan inkişafı indeksində də 3 əsas komponentdən biri kimi əks olunur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasında və İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktda təhsil hüququ ən vacib insan hüquqları sırasında təsbit edilir. Təhsil insanın bilik, bacarıq və səriştələr əldə etməsi sahəsində imkanlarını genişləndirir, insan kapitalını formalaşdırır, həyatın keyfiyyətini dəyişir və iqtisadi artımın mənbəyi rolunu oynayır. Müasir təhsil müəssisələri cəmiyyətin mədəni irsinin nəsildən nəslə ötürülməsinə şərait yaradır və insanları onların iqtisadisosial statuslarını müəyyən edəcək peşəkar bilik və bacarıqlarla təmin edir. Eyni zamanda, təhsil müddətində uşaq və yeniyetmələrdə mənəvi ideallar, davranış stereotipləri və ətraf aləm haqqında rəy və təsəvvürlər formalaşır.

 

Azərbaycan Respublikasında ümumi orta məktəb təhsili üç pillədən - ibtidai, ümumi ortatam orta təhsildən ibarətdir və ümumi orta məktəb təhsili altı yaşdan başlanır. Ümumi orta məktəb təhsili müvafiq təhsil proqramları (kurrikulumları) əsasında həyata keçirilir. Ölkədə ümumi orta məktəb təhsili əsasən ümumtəhsil məktəblərində, xüsusi təmayüllü təhsil müəssisələrində, gimnaziya, lisey, ilkorta peşə-ixtisas məktəblərində, habelə kollecali təhsil müəssisələrinin nəzdində yaradılan məktəblərdə həyata keçirilir.

 

İbtidai təhsilin məqsədi uşaqlarda oxumaq, yazmaqhesablama qabiliyyəti yaratmaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, məntiqi təfəkkür elementləri, estetik, bədii zövq və digər xüsusiyyətləri formalaşdırmaqdan ibarətdir. İbtidai təhsil müvafiq təhsil proqramına (kurrikulumuna) əsasən həyata keçirilir. Ölkəmizdə ibtidai təhsil altı yaşdan başlayır və birinci-dördüncü sinifləri əhatə edir.

 

Ümumi orta təhsilin məqsədi şagirdlərdə şifahi nitq və yazı mədəniyyətinin, ünsiyyət bacarığının, idrakı fəallığın və məntiqi təfəkkürün formalaşmasını, təhsil proqramına (kurrikulumuna) daxil olan fənlər üzrə və eləcə də dünya sivilizasiyasının inkişafı haqqında müvafiq bilik və təsəvvürlərin yaradılmasını, müasir informasiya-kommunikasiya vasitələrindən istifadə etmək qabiliyyətini, hadisələri qiymətləndirmək və öz gələcək fəaliyyət istiqamətini müəyyənləşdirmək bacarığını təmin etməkdən ibarətdir. Ümumi orta təhsil beşinci-doqquzuncu sinifləri əhatə edir. Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir. Ümumi orta təhsil pilləsində yekun qiymətləndirmə aparılır və təhsili başa vuran şagirdlərə müvafiq dövlət sənədi - şəhadətnamə verilir. Ümumi orta təhsil haqqında sənəd təhsilin növbəti pillədə davam etdirilməsi üçün əsas sayılır.

 

Tam orta təhsil pilləsində şagirdlərin istedad və qabiliyyətinin reallaşdırılması, onların müstəqil həyata və peşəseçməyə hazırlanması, fəal vətəndaş mövqeyinin formalaşdırılması, milli və ümumbəşəri dəyərlərə, insan hüquq və azadlıqlarına hörmətlə yanaşması və tolerantlığı, xarici dillərdən birində, yaxud bir neçəsində ünsiyyət saxlaması və s. təmin olunur. Tam orta təhsil ümumi orta məktəb təhsilinin hər üç pilləsini əhatə edən təhsil proqramlarının (kurrikulumların) tam mənimsənilməsini nəzərdə tutur. Tam orta təhsil pilləsində təhsilin təmayülləşməsi (humanitar, texniki, təbiət və digər) təmin olunur.

 

Tam orta təhsil ümumi orta məktəb təhsilinin sonuncu pilləsi olaraq onuncu - on birinci sinifləri əhatə edirbu pillədə təhsilalanların biliyinin qiymətləndirilməsinin yekun dövlət attestasiyası həyata keçirilir. Attestasiyanın nəticəsinə görə məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd - attestat verilir. Tam orta təhsil haqqında sənəd təhsilin növbəti pillədə davam etdirilməsi üçün əsas sayılır.

 

İlk peşə-ixtisas təhsili ümumi orta təhsil bazasında cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, müxtəlif sənət və kütləvi peşələr üzrə ixtisaslı işçi kadrlar hazırlığını təmin edir. İlk peşə-ixtisas təhsili mülkiyyət formasından asılı olmayaraq peşə-ixtisas təhsil müəssisələrində, ayrı-ayrı təşkilat, müəssisə, əmək birjaları, məşğulluq idarələri və s. qurumların təhsil strukturlarında həyata keçirilir və məzunlara müvafiq istiqamətlər üzrə ilk peşə dərəcələrinin verilməsi ilə başa çatır.

 

İlk peşə-ixtisas təhsili müvafiq təhsil proqramları (kurrikulumları) əsasında təşkil olunur. İlk peşə-ixtisas məktəblərini ümumi orta təhsil bazasında bitirənlərə ixtisas sertifikatları ilə yanaşı tam orta təhsil haqqında müvafiq dövlət sənədi - attestat verilir.

 

Orta peşə-ixtisas təhsili ümumi orta məktəb təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, istehsal və xidmət sahələri üçün müxtəlif ixtisaslar üzrə orta təhsilli mütəxəssis hazırlığını təmin edir. Orta peşə-ixtisas təhsili əsasən kollecali təhsil müəssisəsinin müvafiq strukturlarında həyata keçirilirsubbakalavr peşə-ixtisas dərəcəsi verilməklə başa çatır. Ümumi orta təhsil bazasından orta peşə-ixtisas təhsili müəssisələrinə daxil olanlar həm də tam orta təhsil alırlar. Orta peşə-ixtisas təhsili müvafiq təhsil proqramları (kurrikulumları) əsasında təşkil olunur. Orta peşə-ixtisas təhsilini başa vuran məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd - diplom verilir. Orta peşə-ixtisas təhsili haqqında sənəd ali təhsil müəssisəsinə daxil olma hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır.

 

Ali təhsil tam orta təhsil və orta peşə-ixtisas təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin edir. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssis hazırlığı üç tsikllidir: birinci tsikl - bakalavriat; ikinci tsikl - magistratura; üçüncü tsikl - doktorantura.

 

Təhsillə bağlı məsələlər “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da əksini tapıb. Konsepsiyada göstərilir ki, təhsildə idarəetmənin təkmilləşdirilməsi davam etdiriləcək, bütün maraqlı tərəflərin cəlb olunmasını təmin edən idarəetmə modelinə üstünlük veriləcək. Bu, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılması, ictimaiyyətin (valideyn, şagird, tələbə, yerli icmas.) geniş cəlb olunması vasitəsilə təhsil ocaqlarının dövlət-ictimai xarakterdə idarə edilməsi, digər müasir idarəetmə texnologiyalarının tətbiqi və s. kimi istiqamətlərdə islahatyönlü tədbirlərlə gerçəkləşdiriləcək. Təhsil sistemində tənzimləmə və idarəetməni həyata keçirən dövlət orqanlarının funksiya və səlahiyyətləri qabaqcıl beynəlxalq təcrübəyə uyğun müəyyənləşdiriləcək, onların fəaliyyətinin səmərəli əlaqələndirilməsi üçün müvafiq mexanizmlər yaradılacaq.

 

Ölkə üzrə azyaşlı uşaqların məktəbəqədər təhsilə cəlbolunma səviyyəsi orta Avropa göstəricisi səviyyəsinə çatdırılacaq. Bu məqsədlə dövlət uşaq bağçaları şəbəkəsinin genişləndirilməsi, şərait və təchizatının yaxşılaşdırılması ilə yanaşı müxtəlif mülkiyyət formasına (bələdiyyə, icma, özəl, ailə bağçaları) aid olan məktəbəqədər təhsil müəssisələrinin yaradılması və fəaliyyətinin dəstəklənməsi üçün tədbirlər həyata keçiriləcək və təşviq mexanizmləri yaradılacaq. Məktəblərin tikintisi və əsaslı təmiri sahəsində həyata keçirilən işlər davam etdiriləcək, ümumi təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması istiqamətində xüsusi proqram hazırlanıb həyata keçiriləcək.

 

12 illik ümumi təhsil sisteminə keçid təmin ediləcək, bununla əlaqədar təhsil proqramları və dərsliklər müasir tələblər baxımından yeniləşdiriləcək. Şagirdlərin idrak fəallığını, ümumi inkişafını ləngidən mövcudyaddaş məktəbi”ndən “təfəkkür və düşüncə məktəbi”nə keçidin təmin olunması məqsədi ilə sistemli tədbirlər görüləcək. Tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə təşkil olunacaq, istedadlı uşaqlar üçün inkişafetdirici fərdi proqramlar yaradılacaq. Eyni zamanda, xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud uşaqlar üçün də müxtəlif inkişafetdirici, korreksiyaediciinklüziv təhsil proqramları tətbiq ediləcək.

 

Təhsilalanların fəaliyyətinin və nailiyyətlərinin obyektiv qiymətləndirilməsinə imkan verən sistemin formalaşdırılması üçün məktəbdaxili qiymətləndirmə sahəsində aparılan islahat tədbirləri davam etdiriləcək. Məktəbdənkənar təhsilin səmərə və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə müasir təhsil proqramları hazırlanacaq. Peşə təhsili infrastrukturu da əsaslı şəkildə müasirləşdiriləcək, peşə təhsilinə cəlb olunan vətəndaşların sayı artırılaraq, ölkə iqtisadiyyatının tələbatı ilə uzlaşdırılacaq.

 

Ali təhsil müəssisələri üçün universitet şəhərcikləri (kampuslar) və müvafiq texnoparklar yaradılacaq. Ali təhsil müəssisələrinin ölkənin sosial-iqtisadi inkişaf tələblərinə uyğun bilik və bacarığa malik mütəxəssis yetişdirməsinə və onların təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən standartlar hazırlanıb tətbiq olunacaq. Ali təhsil müəssisələrində aparılan elmi tədqiqatlar müasir standartlar səviyyəsinə çatdırılacaq, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində və istehsalatda tətbiqi təşkil olunacaq, elmin informasiya təminatının gücləndirilməsi, beynəlxalq elmi əlaqələrin dərinləşdirilməsi sahəsində tədbirlər görüləcək.

 

Təhsil sisteminin informasiyalaşdırılması, bütövlükdə təhsilin müasir səviyyədə qurulmasının əsas istiqamətlərindən biri kimi, daim diqqət mərkəzində olacaq. Təhsil sisteminin səmərəliliyində, onun nailiyyətlərinin formalaşmasında müəllim amilinin həlledici əhəmiyyətini nəzərə almaqla müəllim hazırlığının gücləndirilməsinə xüsusi önəm veriləcək. Bütün ümumi təhsil müəllimləri üçün fəal (interaktiv) təlim texnologiyaları və inklüziv təhsil üzrə məqsədli ixtisasartırma təmin ediləcək, hər bir müəllimin İKT bacarıqlarına yiyələnməsi üçün çevik sistem yaradılacaq. Azərbaycanda müəllimlərin təkmilləşdirilməsi beynəlxalq standartlarla uzlaşdırılacaq, müəllimlər üçün yeni modul-kredit sisteminə əsaslanan stimullaşdırıcı ixtisasartırma sistemi inkişaf etdiriləcək, müəllimlərin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması, qabaqcıl müəllimlərin təcrübəsinin yayılması sahəsində müasir tələblərə uyğun mexanizmlər yaradılacaq. Bununla yanaşı, nəticələrə əsaslanan diferensial əməkhaqqı və mükafatlandırma sistemi hazırlanacaq. Pedaqoji kadrların işə qəbulu sahəsində tətbiq edilmiş yeni mexanizm beynəlxalq təcrübəyə uyğun daha da təkmilləşdiriləcək, ucqar kənd məktəblərinin pedaqoji kadrlarla təminatı üçün nəzərdə tutulmuş maddi stimullaşdırma tədbirləri gücləndiriləcək.

 

Azərbaycan təhsilinin dünyaAvropa təhsil məkanına inteqrasiyası gücləndiriləcək. Təhsil standartlarının unifikasiyası və Boloniya prosesinin dərinləşməsi ilə yanaşı Azərbaycanın təhsil ocaqlarının, xüsusilə də ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin genişləndirilməsinə, təhsil sahəsində həyata keçirilən beynəlxalq proqramlara onların fəal cəlb olunması üçün müvafiq şəraitin yaradılmasına xüsusi fikir veriləcək.

 

Azərbaycanda təhsilin inkişafı üçün hər bir şərait yaradılıb. Təhsilin inkişafı isə həm də vətəndaş cəmiyyətinin inkişafı deməkdir. Güclü dövlət, güclü vətəndaş cəmiyyəti formalaşdırmaq istəyiriksə, vətəndaşlarımızın təhsili güclü olmalıdır.

 

Murad MƏMMƏDLİ

 

Ekspress.-2016.-15 sentyabr.-S.10.