Şəxsi toxunulmazlıq hüququ

 

Hər kəsin şəxsi toxunulmazlıq hüququ var. Hüquqi dövlətdə, vətəndaş cəmiyyətində fərdi azadlıqlara nə qədər böyük önəm verilirsə, şəxsi toxunulmazlığa, fərdi məlumatların qorunmasına bir o qədər dəyər verilir.

 

Hüququn hakim olduğu cəmiyyət və dövlərdə fərdin hüquqlarının qorunması hər şeydən öncə gəlir. Azərbaycanda da istər əsas qanunda, istərsə də sahəvi qanunlarda şəxsi toxunulmazlıq hüququnun tələblərinə ciddi əməl edilir.

 

Konstitusiyaya əsasən, şəxsi toxunulmazlıq hüququ tanınır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq, həmçinin hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ var.

 

Qanunla müəyyən edilən hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadanya etirazına baxmadan izlənilə bilməz, videofoto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

 

Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq yalnız qanunla nəzərdə tutulan qaydada cinayətin qarşısını almaqdanya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.

 

Qanunla müəyyən edilən hallar istisna olmaqla, hər kəs onun haqqında toplanan məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanan və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilən məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ var.

 

Qeyd edək ki, şəxsi toxunulmazlıq hüququ təbii hüquqlar (insan hüquqları) qrupuna aiddirbütün normal ölkələrdə tanınır. Müasir dövrdə beynəlxalq və milli-hüquqi tənzimetmənin mərkəzi obyekti hesab olunan insan hüquqları sivilizasiyanın əsas insani dəyərləri sırasına aid edilir. Beynəlxalq hüquqi baxımdan insan hüquqları istənilən müasir cəmiyyətdə şəxsin hüquqi vəziyyəti üçün xarakterik hüquqlardır. İnsan hüquqlarının beynəlxalq-hüquqi müstəviyə çıxmasından danışarkən, bir məqamı xüsusilə vurğulamaq lazımdır ki, heç bir mövcud beynəlxalq müqavilə bilavasitə fərdlərə hüquq və azadlıqlar vermir. İnsan hüquqları sahəsindəki beynəlxalq müqavilələrdə işlədilən hər “kəsin... hüquqları vardır” konstruksiyası birbaşa fərdlərə deyil, bütövlükdə dövlətlərə ünvanlanıb.

 

Hər bir cəmiyyətin ən qüdrətli resursu insanlardır və ona görə də hər bir cəmiyyətin əsas məqsədi insanın öz potensialını realizə etməsi olmalıdır. İstər milli qanunvericilik aktlarında, istərsə insan hüquqlarına dair beynəlxalq-hüquqi aktlarda fundamental hüquqlar və onlardan törənən digər hüquq və azadlıqlar insan həyatının müxtəlif sferalarını - şəxsi, siyasi, sosial, iqtisadi, mədəni sferasını təmin edir. Sadalanan bu hüquqlar içərisində mülki (şəxsi) hüquqlarbirinci nəsil hüquqlar” kateqoriyasına daxil olan- şəxsiyyətin yaşama və ləyaqət hüququ; azadlıq və şəxsi toxunulmazlıq hüququ, həmçinin şəxsi həyat və mənzil toxunulmazlığı; vicdan azadlığı və s. mühüm əhəmiyyətə malikdir. Mülki hüquqlar vətəndaş cəmiyyətinin bir üzvü kimi fərdin azadlıq və muxtariyyətinin təminatını, hər hansı bir xarici müdaxilədən onun hüquqi qorunmasını təmin etməyə borcludur.

 

Mülki hüquqlar sırasına daxil olan azadlıq və şəxsi toxunulmazlıq hüququ, onun normativ məzmunu, əhəmiyyəti, milli və beynəlxalq məhkəmələr tərəfindən bu hüquqa dair çıxarmış olduqları qərarlar bu gün xüsusi maraq doğuran məsələlərdən biridir.

 

Azadlıq və şəxsi toxunulmazlıq hüququ 1948-ci il İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 3-cü maddəsində əks olunur. 1966-cı il MülkiSiyasi Hüquqldar haqqında Beynəlxalq Paktın 9-cu maddəsində, 1969-cu il İnsan Hüquqları haqqında Ümumamerika Konvensiyasının 7-ci maddəsində və 1981-ci il İnsan Hüquqları və Xalqların Hüquqları haqqında Afrika Xartiyasının 6-cı maddəsində də şəxsi toxunulmazlıq hüququndan bəhs olunur.

1995-ci ildə qəbul edilən Azərbaycan Konstutusiyasının 32-ci maddəsində şəxsi toxunulmazlıq hüququ sivil dəyərlər kimi tanınır.

 

Şəxsi toxunulmazlıq hüququ 1950-ci il Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsinin birinci bəndində daha aydın şəkildə təsbit edilib. Həmin maddədə qeyd edilir ki, hər şəxsin toxunulmazlıq hüququ var.

Lakin bu hüquq mütləq hüquq ola bilməz.

 

Şəxsi toxunulmaz hüququ həm də prinsip kimi irəli sürülürbu prinsipə bütün hüquqi cəmiyyətlərdə hörmətlə yanaşılır. Belə ki, şəxs gündəlik yaşayış yeri barədə dövlətə və ya cəmiyyətə hesabat verməli deyil. O, evdə və ya başqa yerdə ola bilər və hesabat verməyə borclu deyil - bu, şəxsi və ya fiziki mənada azadlıqdır.

 

Bu prinsipə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyatı qorumaq üçünya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulandemokratik cəmiyyətə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə hakimiyyət orqanları tərəfindən müdaxiləyə yol verilmir. Bu prinsipin təhlilindən aydın olur ki, hər kəsin öz şəxsi və ailə həyatı olduğunu qeyd edir. Şəxsi həyat geniş termin olaraq qəbul edilironun hər hansı anlayışla tam əhatə etmək mümkün deyil. Lakin şəxsi həyat anlayışının fərdin mənəvi və fiziki toxunulmazlığının qorunduğunu, fərdin kənar şəxslərin diqqətindən uzaq özəl həyat sürmək hüququna malik olduğunu özündə əks etdirirbu anlayış həm də fərd üçün elə bir mühiti təmin edir ki, həmin mühitdə fərd sərbəst inkişaf edə və öz şəxsi imkanlarını reallaşdıra bilər. Sadə bir şəkildə qeyd edilənləri izah etsək bildirməliyik ki, şəxsi həyat anlayışı, insanların gündəlik tələbatlarını təmin etmək imkanlarına sahib olması və onların məhdudlaşdırılmamasını, fizikivirtual olan şəxsi münasibətlərə sahib olmasını, heç kimin hətta ailə üzvlərinin belə bilməsini istəmədiyi sirlərə sahib olmasını, ayrıca tənzimlənməsinə baxmayaraq hətta hansı dini seçməsini və s. özündə əks etdirir. Şəxsi həyat çox geniş anlayışdır, bu səbəbdən fərdin mənəvi və fiziki toxunulmazlığını aradan qaldıran, sərbəst inkişafına mane olan müdaxilərlə üzləşdikdə bu anlayışın daha yaxşı anlaya bilərik. Ailə həyatı anlayışı şəxsi həyat anlayışı kimi geniş mənalı deyil. Bu anlayış hər birimizin ailə həyatına hörmət, fərdlərin bir ailə kimi münasibətlərini hansı şəkildə və necə qurmalarını, övladlarını necə tərbiyə etmələrini, ailədaxili münasibətlərin hansı şəkildə qurulmasını, ailədaxili sirlərini gizli saxlamalarını, əlbəttə bütün qeyd edilənlər qanuna zidd olmamalıdır, özündə əks etdirir. Şəxsi və ailə həyatı ilə bağlı məsələ şəxsin və ya ailənin mənzilinə müdaxilə hüququnu da məhdudlaşdırır. “Mənzil” hüququ Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsi ilə, Mənzil toxunulmazlığı hüququ adı altında qorunur. Bu maddə insanların mənzil toxunulmazlığına malik olduğunu bildirir. Heç kəs məhkəmə qərarı olmadan mənzildə yaşayanların iradəsi ziddinə mənzilinə daxil ola bilməz, araşdırma apara bilməz, şəxsi həyatına müdaxilə edə bilməz, onun rahatlığını poza bilməz. Bildiyimiz kimi mənzil bir mülkiyyətdir. Mülkiyyət hüququmuzda qanunla qorunur. Şəxsi toxunulmazlıqla bağlı olaraq dövlət “yazişma sirriniqoruyur. Yazışma sirri insanların yazdıqları məktubların, yazışmaların ictimai şəkildə nümayiş etdirilməsi, nəşr edilməsini qanunla qadağan edir və həmin hüququn həyata keçirilməsinə dövlət təminat verir. Yazışmanın sahibi olan şəxsin razılığı olmadan şəxsi yazışmalarını, telefon danışıqlarını və s. nəşr etmək, ictimaiyətə açıqlamaq yalnız qanunla nəzərdə tutulan hallarda, yazışma və telefon danışıqları sahibinin razılığı alındıqdan sonra mümkündür. Digər hüquqlar kimi şəxsi toxunulmazlıq hüququ məhdudlaşdırılır. Konstitusiyanın sözügedən hüququ tənzimləyən maddələrinə nəzərə saldıqda məhdudiyyətlər yalnız qanun çərçivəsində, ictimai maraqlar naminə, cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaq üçün məhkəmənin qərarı ilə tətbiq edilə və sözü gedən hüquqa müdaxilələr edilə bilər. Beləliklə, şəxsi və ailə həyatının sirri olan məlumatlar dedikdə müxtəlif halların vəhdəti nəzərdə tutulur. Burada insanın xidməti və ya ictimai fəaliyyəti ilə əlaqədar olmayan, şəxsi həyatın və ya ailə həyatının sirrini təşkil edən elə məlumatlar başa düşülür ki, şəxs, şərəf və ləyaqəti alçaldanya ləkələyən olub-olmamasından asılı olmayaraq, onların kənar şəxslərə məlum olmasını istəmir. Əsas Qanunun mənasına görə, bu məlumatlara şəxsin sağlamlıq vəziyyəti, ailəsinin tərkibi, dostluq, intim və digər münasibətləri və s. haqqında olan məlumatlar da aiddir. Həmin məlumatlar zərərçəkmiş şəxsin gündəliyində, onun özünə və ya ailə üzvlərinə ünvanlanmış məktublarda və s.-də əksini tapa bilər. Amma heç kəs onun icazəsi olmadan həmin məlumatları yaya bilməz, onu müzakirə predmetinə çevirə bilməz. Hər birimiz yuxarıda qeyd edilən hüquqlara sahibik. Şəxsi və ailə həyatına hörmət hüququ, yazışma sirri və mənzil toxunulmağımız bizim öz hüquqlarımızı bildiyimiz halda mövcud olacaq və tətbiq edilməsi asanlaşacaq.

 

Vasif CƏFƏROV

Ekspress.-2016.-17-19 sentyabr.-S.10.