İnzibati aktlar üzərində məhkəmə nəzarət

 

İnzibati orqanların qəbul etdikləri inzibati aktların və publik hüquq sahəsindəki digər fəaliyyətlərinin üzərində məhkəmə nəzarətinin mövcudluğu hüquqi dövlətin əsas əlamətlərindən biridir. İnzibati aktlar üzərində məhkəmə nəzarətinin olmadan cəmiyyətdə ədalət sistemini yaratmaqbuna inamı formalaşdırmaq mümkün olmaz.

 

Məhkəmə nəzarətinin mövcudluğu hakimiyyət səlahiyyətlərinə və ictimai təsir gücünə malik olan inzibati orqanlara qarşı vətəndaşın əsas güvənc yeri hesab olunur.

 

Hüquqi dövlət quruculuğu yolunda addımlayan Azərbaycanda aparılan islahatlar prosesində insan və vətəndaş hüquqlarının müdafiəsinə maneçilik yaradan süründürməçiliyə və bürokratik yanaşmalara, köhnəlmiş idarəçilik üsullarına, özbaşınalığa, korrupsiya və rüşvətxorluqla mübarizəyə mühüm önəm verilir. İdarəetmənin sadələşdirilməsi, vətəndaşların dövlət orqanlarına müraciətlərinin vaxtında və lazımi qaydada cavablandırılması, inzibati orqanların öz səlahiyyətlərindən suiistifadə etməsinin qarşısının alınması, vətəndaşların hüquq və mənafelərinin əsassız müdaxilələrdən qorunması üçün real təminat mexanizminin formalaşdırılması prioritet məsələlərdən biri kimi çıxış edir.

 

Qanunvericilikdə hakimiyyət səlahiyyətinə malik olan inzibati orqanın qanunsuz inzibati aktından və hərəkətindən (hərəkətsizliyindən) vətəndaşların hüquqlarının müdafiəsinin bir neçə mexanizmi nəzərdə tutulub ki, onlardan biriinzibati məhkəmə icraatıdır. Dövlət məhkəmə icraatının bu forması vasitəsilə vətəndaşların hüquqlarının və maraqlarının hakimiyyətin əsassız müdaxilələrindən qorunmasına zəmanət verir. Müasir dövrdə vətəndaşların və hüquqi şəxslərin hüquq və azadlıqlarını təmin edən, yüksək səviyyədə təşkil olunan inzibati məhkəmə icraatının mövcudluğu hüquqi dövlətin mühüm əlamətlərindən biri kimi xarakterizə olunur. Hüquqi dövlətin məzmunu və prinsipləri ilə qırılmaz əlaqədə olan inzibati məhkəmə icraatı inzibati orqanların qanun çərçivəsində fəaliyyət göstərməsini, özbaşınalığa və süründürməçiliyə, korrupsiya hallarına yol verməməsini təmin etməyə yönələn hüquqi müdafıə vasitəsi kimi çıxış edir. Həyata keçirilən islahatlar dövlətlə cəmiyyət, inzibati orqanlar ilə vətəndaşlar arasındakı münasibətlərin qurulmasına dair müasir təsəvvürlərə əsaslanır. İslahat tədbirləri müvafiq olaraq “dövlət -vətəndaş” münasibətlərinə yeni yanaşma, sosial narazılıqların aradan qaldırılmasına, inzibati orqanların qanuni və səmərəli fəaliyyətinin yeni həlli yollarının müəyyənləşdirilməsinə zərurəti də üzə çıxardı və ona müasir yanaşma tərzinin labüdlüyü qəbul olundu. Bununla əlaqədar olaraq qanunvericilikdə köklü dəyişikliklər edildi, mühüm normativ aktlar qəbul olundu, məhkəmə sistemi yenidən quruldu, inzibati məhkəmə icraatı məhkəmə icraatının müstəqil vasitələrindən biri kimi formalaşdırıldı. İnzibati məhkəmə icraatının məhkəmə icraatının müstəqil vasitələrindən biri kimi formalaşdırılması inzibati orqanların cəmiyyət qarşısında məsuliyyət mexanizmini, onların qəbul etdikləri hər bir qərara, hərəkətə və ya hərəkətsizliyə görə qaldırılan inzibati iddiada cavabdeh olmaq ehtimalının real icra mexanizmini təşkil edir.

 

İnzibati məhkəmə icraatı inzibati orqanların fəaliyyətində qanunçuluğun, şəffaflığın və səmərəliliyinin təmin olunması, korrupsiyanın qarşısının alınması üçün əhəmiyyətli vasitədir. Belə bir potensiala malik hüquqi müdafiə və nəzarət mexanizminin tədqiqat mövzusu qismində tədqiqi bu baxımdan xüsusi aktuallıq kəsb edir. Beləliklə, ölkənin demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində yüksək nailiyyətlər qazanması bilavasitə vətəndaş cəmiyyəti quruculuğuna hesablanmış məhkəmə-hüquq islahatları ilə respublikanın sosial-iqtisadi inkişaf dinamikasının uzlaşdırılması nəticəsində mümkün oldu. Maddi inzibati hüququn inkişaf etdirilməsi üçün prosessual qanunvericiliyin formalaşdırılmasının və təkmilləşdirilməsinin zəruriliyi qəbul olundubu aparılan hüquqi islahatların da əsas istiqamətlərindən biri kimi çıxış etdi.

 

Məhkəmə nəzarəti dedikdə müəyyən sahə daxilində məhkəmə hakimiyyətinin həyata keçirilməsinin istənilən formasında mövcud olan bir mərhələ başa düşülür. O, nəinki cinayət tətbiqi orqanlarının vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) və ya qərarlarından (o cümlədən, bəzi qətimkan tədbirləri ilə bağlı qərarlardan) verilən şikayətlərə baxılması, həmçinin vətəndaşların konstitusiya hüquq və azadlıqlarını məhdudlaşdıran prosessual məcburiyyət tədbirinin tətbiqi və ya məcburi istintaq hərəkətlərinin, yaxud əməliyyat-axtarış tədbirlərinin keçirilməsinin razılaşdırılması formasında həyata keçirilir.

 

Məhkəmə nəzarəti anlamı mahiyyətcə özündə bir necə cəhəti əks etdirir. O, ilk növbədə ibtidai istintaq mərhələsində insan hüquq və azadlıqlarının məhdudlaşdırılması zamanı qanunçuluğa nəzarətin cinayət prosesində tərəflərdən asılı olmayan hakimiyyət orqanı kimi məhz məhkəmə tərəfindən həyata keçirilməsini nəzərdə tutur.

Məhkəmə nəzarəti cinayət prosesində dövlət orqanları funksiyalarının dəqiq bölüşdürülməsinə dair qərar verir. Cinayət təqibi orqanı cinayətlərin ibtidai araşdırılmasını aparır və zərurət yarandıqda təsdiqləndirilən şəxsin həbs edilməsi məsələsinə dair təşəbbüslə çıxış edir, məhkəmə isə müəyyən edilən proseduraya müvafiq olaraq lazım gəldikdə hər hansı şəxsə qarşı irəli sürülən ittihama baxır və ibtidai istintaqın gedişində insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına dair qərar qəbul edir.

 

Məhkəmə nəzarəti Konstitusiya hüquq və azadlıqlarının məhdudlaşdırılması təhlükəsinə məruz qalan hər kəsin məhkəmə müdafiəsi hüququndan teztam istifadə etmək hüququnun təmin edilməsini də həyata keçirir.

 

Məhkəmə nəzarəti azadlığın hər cür məhdudlaşdırılmasının hakim nəzarətinə verilməsi şəxsin azadlığını əsassız qəsdlərdən qorumağa yönəlib və bunun qarşısının alınmasının əhəmiyyətli elementlərindən biridir. Məhkəmə nəzarəti ibtidai istintaqın gedişində istənilən şəxsin özbaşınalıqdan müdafiəsinin, ədalət mühakiməsinin səmərəliliyinin və ona olan inamın artırılmasının mühüm təminatıdır.

Bu kimi hallarda məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyiya əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir.

 

Məhkəmə nəzarəti, bir qayda olaraq, istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyiya əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilməsi başa düşülür.

 

Qanunvericilikdə izah edildiyi kimi, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə bir sıra vacib məsələlərə baxır və onları müvafiq qaydada həll edir. Həmin məsələlər hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmalarının, telefon danışıqlarının, poçt-teleqrafbaşqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatlar ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair vəsatət və təqdimatlardır.

 

Göründüyü kimi, burada iki qrup məsələlər araşdırılır və onlarla bağlı daxil olan vəsatət, təqdımat və şikayətlərə məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəmənin hakimi tərəfindən təkbaşına baxılır.

 

Yuxarıda göstərilən prosessual məsələlərin həlli ilə bağlı hüquq və azadlıqları məhdudlaşdırılan şəxsin şikayəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi və ya əməliyyat-axtarış fəaliyyəti üzərində nəzarəti həyata keçirən prokurorun protesti əsasında həmin məsələlərə apellyasiya məhkəməsi tərəfindən yenidən baxıla bilər.

 

Cinayət prosesində bir sıra məcburi apanlan istintaq hərəkətləri mövcuddur ki, onları ancaq müvafiq məhkəmə qərarı əsasında yerinə yetirmək mümkündür. Lakin bu ümumi qaydadan qanun müvəqqəti istisnaya da yol verir. Belə ki, Cinayət Prossesual Məcəlləsində (CPM) 177.3.1-177.3.5-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri məhkəmənin qərarı olmadan müstəntiqin əsaslandırılmış qərarı əsasında məcburi aparıldığı hallarda müvafiq istintaq hərəkətinin aparılması qurtardıqdan sonra müstəntiq bu barədə 24 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli, həmçinin 48 saat müddətində onlara aparılmış istintaq hərəkətinin qanuniliyinin yoxlanılması üçün həmin istintaq hərəkətinə aid olan materialları təqdim etməlidir.

 

Həmçinin, mövcud qaydalara əsasən, məhkəmə nəzarəti qaydasında materiallara hakim tərəfindən təkbaşına baxılır. Hüquq ədəbiyyatında, eləcə də, CPM anlaşılmazlıq doğuran mühüm məsələlərdən biri budur. Bu bəzən mübahisə doğuracaq dərəcədə mübahisələndirilir. Lakin “təkbaşına” termini, məhkəmə iclasında hakimin tək olması (məhkəmə tərkibinin), məhkəmə iclas katibinin məhkəmə iclasında iştirakının məhdudlaşdırılmaması kimi başa düşülməlidir. Belə ki, CPM-nin 78.2-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə dair cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara birinci instansiya məhkəmələrinin hakimləri tərəfindən təkbaşına baxılır.

 

Qeyd edilən bu kiçik məqamlar göstərir ki, hüquqi dövlətin hüquq çərçivəsində fəaliyyət göstərə bilməsi üçün, cəmiyyətdə ədalətsizliklərin aradan qaldırılması üçün məhkəmə nəzarətinin olması vacibdir.

 

Vasif CƏFƏROV

Ekspress.-2016.-21 sentyabr.-S.10.