Hüquqi dövlət demokratiyanın ifadəsi üçün mühüm təsisatdır

 

Hüquqi dövlətin prinsipləri sırasında demokratiya əsas yerlərdən birini tutur. Cəmiyyətin siyasi təşkili forması olan, xalqın hakimiyyət mənbəyi kimi tanınmasına, dövlət işlərinin həllində iştirak etmək hüququ olmasına və vətəndaşlara geniş hüquq və azadlıqlar verilməsinə əsaslanan demokratiya azadlıqlar arasında vətəndaşların nümayəndəli dövlət orqanlarına seçmə və seçilməyi, söz, mətbuat, yığıncaq, mitinq və nümayişlər azadlıqları, vətəndaşların hüquq bərabərliyi, şəxsiyyət və mənzil toxunulmazlığıdır.

 

Demokratiyadan danışarkən birinci növbədə insanın müəyyən mexanizmlərin vasitəsilə dövlətin idarə edilməsində iştirakını, buya digər kollektivin bərabər hüquqlu üzvü olmasını, öz mövqeyini ifadə etmək və eşidilə bilmək imkanını nəzərdə tuturuq. Demək, demokratiyanı seçərkən bütün vətəndaşların bərabərliyinə inam hissindən çıxış edirik. Bir tərəfdən bu inam insanın azad olması fikrinə əsaslanır, digər tərəfdən isə unutmayaq ki, bir nəfərin azadlığı başqalarının da azad olmasına mane olmamalıdır.

 

Ümumi hüquqda hüquqi dövlət prinsipi idarə olunanların azadlıqlarının təminatı vasitəsi kimi qəbul edilir. Bu məqsəd üçün demokratik idarəetmə də hüquqi dövlətin reallaşması şərtidir. Siyasət və ümumi hüquq tarixi göstərir ki, idarə olunanların dövlət idarəsində iştirak etmədikləri şəraitdə liberal rejimin qurulması mümkün olmayıb. Xalqın birbaşaya dolayı qərar vermə prosesinə qatılması, yəni iqtidarın demokratikləşməsi, azadlığın reallaşması üçünsine qua non” mahiyyətini alıb.

 

Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu, demokratik dəyərlərin bərqərar olması müstəqil Azərbaycanın həyata   keçirdiyi başlıca prinsiplərdir. Ulu öndər Heydər Əliyev bu barədə deyirdi ki, “respublikamızda hüquqi dövlət qurulması, demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan azadlığının, söz, vicdan azadlığının, müasir plüralizmin təmin edilməsi çoxpartiyalı sistemin bərqərar olması bizim əvvəldən qəbul etdiyimiz prinsiplərdir”.

AMEA İnsan Hüquqları İnstitutu, Dinİctimai Təhlükəsizlik şöbəsinin müdiri, siyasi elmlər doktoru Gülzar İbrahimovaya görə, demokratiyanı siyasi sistem formalaşdırır. Onun dayanıqlı olması üçün isə vətəndaş mövqeyi, vətəndaş cəmiyyəti, eləcə də hüquqi dövlətin mövcudluğu zəruridir. “Vətəndaş cəmiyyəti insan azadlığı və hüquqlarından xəbərsiz, özünü ifadə etməkdən çəkinən, məqsədlərinə çatmaq naminə neqativ yollara əl atmaqdan çəkinməyən vətəndaşlardan yarana bilməz. Əgər bir vətəndaş öz hüquq və azadlıqlarını bilmirsə, sosial məsuliyyətini dərk etmirsə, hüquqlarını tələb etməkdən vaz keçirsə, ondademokratiya, nə də vətəndaş cəmiyyətindən danışmağa dəyər”.

 

Siyasətşünas alim Elşən Nəsibovun dediyinə görə, dövlət olmadan demokratiya ola bilməz. Dövlət demokratiyanın təsbiti və ifadə olunması, genişlənməsi və sistemləşməsi üçün həm əhatələndirici müstəvidir, sistemləşdirici tərəfdir, həm də qoruyucu, varlığı təmin edən bütövləşdirici  elementdir. “Dövlət elementi məhz tərəflərə - hakimiyyət və qeyri-hakimiyyət tərəflərinə qarşılıqlı şərtləndiricilik verir. Buna görə də dövlət hakimiyyəti yaşadır, onu zəruri edir. Dövlət öz idarəçilik funksiyasını demokratiya ilə yerinə yetirir. Deməli, hakimiyyət şərtləndirici tərəfdir. Dövlət xalqın daxili və beynəlxalq hakimiyyəti üçün haqq verir. Xalqın özünü özünə idarəçi edir və tənzimləyici tərəf kimi çıxış edir. Dövlət hakimiyyət mənbəyindən özünü idarə edən demokratiya tərəfi meydana gətirir. Dövlətlə xalqın ortasında təmsilçi, nümayəndəli tərəf kimi hakimiyyət çıxış edir. Hakimiyyət dövlət idarəçiliyinin həm subyektini, həm də obyektini müəyyən edir. Özünün tənzimləmə funksiyası obyektlərini sistemləşdirir. Hakimiyyət piramidası dövlətin idarəçilik mexanizminin şaxəli əsaslarını meydana gətirir. Hakimiyyət məfhumu, kriteriyası dövlətin iyerarxik nərdivanını yaradır”.

 

Hakimiyyət dövlətə və vətəndaşlara bağlıdır. Hakimiyyət xalqın dövlətdə olan siyasi tənzimləyici tərəfidir, qrupudur. Hakimiyyət özü xalqla birlikdə demokratiya anlayışını ifadə və təsbit edir. Hakimiyyət xalqla dövlət arasında bağlayıcılığı yaratmaqla özünü hər iki tərəfin mərkəzində qərarlaşdırır. Nəsibov bildirir ki, demokratiya dövlətçilik və dövlət anlayışlarının tərkibini ifadə edir. Onun bildirdiyinə görə, demokratiya dövlətlə xalq arasında koordinasiyaedici məfhum rolunu oynayır və keçiricilik, bağlayıcılıq funksiyasını yerinə yetirir. “Hakimiyyət dövlət idarəçiliyini sübuta yetirən kriteriya rolunu oynayır.

 

Dövlət demokratiyanı yaradır, ənənəvi olaraq nəsillərdən-nəsillərə ötürür. Dövlət daxilində demokratiyanın tərkib elementləri tez-tez dəyişir. Bununla da dövlətin varlığına bağlı olan irsi, ənənəvi şəkildə davamedici hakimiyyət formalaşır. Dövlət fenomeni hakimiyyətin rəvan şəkildə irsən əvəzlənməsini təmin edir. Hakimiyyətə zaman ardıcıllığı ilə xalqdan nümayəndələr qəbul edir. Xalqın daimi idarəçiliyi meydana gəlmiş olur. Demokratiyanın qurucu nəticəsi dövlətdir, eləcə də dövlət demokratiyanı təmin edən fenomendir”.

 

Demokratiyanın cəmiyyəti də dövlətdə təmsil edən dəyər, məfhum olduğunu deyən siyasətşünas alimin sözlərinə görə, bu baxımdan dövlət xalqdan, xalqın yaratdığı əlaqələr forması olan cəmiyyətdən və hakim təbəqədən, idarəetmə qrupundan ibarətdir. “Dövlət cəmiyyət tərəfindən yaradılmış və cəmiyyətin sahələr üzrə maraqlarına cavab verən bir təsisatdır. Dövlət cəmiyyəti əhatə etdiyindən ali bir təsisatdır. Cəmiyyətin sahələrini tənzim edən, cəmiyyətin sahələrini genişləndirən və sahələr üzrə maraqlara cavab verən bir qurumdur. Dövlət cəmiyyətin telləri arasında harmoniyasimmetiya yaradan universallaşdırıcı və məxsusiləşdirici bir kompleksiyadır. Dövlət cəmiyyətin öz üzərində nəzarətini və müşahidəsini yerinə yetirən siyasi bir kompleksiyadır, modeldir. Dövlət və onun hakimiyyəti insanların bütün sahələrdə hüquqlarının təminatını həyata keçirən bir qurumdur”.

 

Onun bildirdiyinə görə, dövlətin mövcudluğu xalqın demokratik hüquqlarının formalaşmasına və təminatına əsas verir. Dövlət ictimai hüququn nəticəsidir. Dövlət demokratiyanın ifadəsi üçün ən mühüm təsisatdır. Dövlət xalqın hakimiyyət hüququnu və idarəçilik hüquqlarını tanıyır və yerinə yetirir.

Demokratiya vətəndaşlıq (hüquqlara malik olmaq statusu) vəziyyətini təsdiq etmək üçün hüquqlar müəyyən edir. Demokratiya bir düşüncə obyekti olaraq, xalqla onun özü arasında yaradılmış əlaqələrin hüquqi-siyasi məzmununu müəyyən edən ifadədir. “Demokratiya fəlsəfəsi dövlətçilik fəlsəfəsinin tərkibi olmaqla hüquq düşüncələinin siyasi və mədəni əsaslarını meydana gətirir. Demokratiya dövlət idarəçiliyinin sahələr üzrə genişlənməsini təmin edən məfhumdur, təkanverici və haqq qazandırıcı vasitədir. Demokratiya hakimiyyət hüququnu verirbu da özlüyündə çoxluğun yaratdığı bir qrupa çoxluq üzərində nəzarət və idarəçilik hüququnu verir. Deməli, demokratiya xalqın özü tərəfindən özünə siyasi nəzarət fenomenidir”.

 

Alimin bildirdiyinə görə, demokratiya həm də müdafiə fenomenidir. Xalq öz hakimiyyəti vasitəsilə özünün hüquqlarını təmin edirözünü qoruyur. Özünü qorumaq üçün güc vasitələri yaradır, istehsal əlaqələrini təşkil edir. Maraqların təmin olunmasını həyata keçirir. Xalqın iqtisadi, mədəni və siyasi maraqlarının təmin olunması hüququ məhz demokratik hüquqların əsaslarını meydana gətirmiş olur.  Demokratik hüquqlar idarəetməni təşkil hüququndan və idarəçilikdə iştirak hüququndan ibarətdir. Bu hüquqlar da insanların baza hüquqlarının təminatını şərtləndirir.

 

Demokratiya xalqın siyasi məsələlərdə və hakimiyyətin formalaşdırılmasında azad şəkildə seçimidir, təyinatıdır, nümayəndələr göndərməsidir və bu proseslərə haqq vermək vasitəsidir. Buna görə də strukturlusistemlidir. Xalq hakimiyyətdə təmsil olunmaqla dövləti məxsusiləşdirir və ictimailəşdirir. Dövlət buna görə də fərdi, sosialsiyasi (ali) mənsubiyyətli olur. Demokratiya xalqın hüquq mənsubiyyətini meydana gətirir”.

 

Dövlət demokratik hüquqları ölçülərlə müəyyənləşdirir. Demokratiya varsa, onun hədləri var. Demokratiya tərkibi sərhədlərdən ibarət olan elementlər kompleksindən meydana gəlir.

 

Demokratiya genişlənən bir məfhumdur. İnsanlar arasında münasibətlər əlaqələr genişləndikcə, böyüdükcə hüquqlar da resurslara müvafiq olaraq böyüyür. Vəsaitlər onların idarə olunması ilə əlaqədar vəzifələr genişlənir. Demokratiyanın yerinə yetirilməsi prosesləri elementlərin trayektoriyaları çoxalmış, genişlənmiş olur. Demokratiya zamanı hərəkət məkanları hərəkət sferaları böyüyür. Böyümüş məkanlar vəzifəni genişləndirir. Bu baxımdan da demokratiya genişlənir. Hüquqların genişlənməsi fonunda haqlar böyüyür. Demokratiya həm məhdudların tətbiq edilməsi zərurətini ortaya qoyan (norma qaydalar özü kəmiyyəti meydana gətirir), həm normaları aşan, yəni, yeni normalar yaradan bir kateqoriya kriteriyadır. Demokratiya kateqoriyası hüquqları üfiqi şaquli əsaslarla artırır, eləcə qeyri-müəyyənliyi müəyyənliyə çevirərək təsdiqləyir. Bu genişlənən müstəvi çərçivəsində normalar sistemini yaradır. Demokratiyanın, yəni hakimiyyətin daxili strukturlu mexanizmli müstəvisi meydana gəlir. Sistemlər arasında olan hüquqi məsələlər demokratiyanın tənzim amilini zəruri edir. Demokratiya kriteriyası, meyarı idarəetməni yaradan, idarəetmənin prinsiplərini müəyyən edən kriteriyadır”.

Demokratiya varsa, qanun da var, hüquq da mövcuddur. Demokratiya insan haqlarının məhsuludur. İnsanlar öz haqlarını ifadə etmək məqsədilə konstitusiyalar, qanunlar, qaydalar yaradırlar. Bununla da öz demokratik hüquqlarını təsbit etmiş olurlar. Hüquqları qeyri-müəyyənlikdən müəyyənliyə çevirirlər. Hüquqi mexanizmlər hakimiyyət dövlətin əsaslarını meydana gətirir.

 

E.Nəsibovun bildirdiyinə gör, insanların demokratiya, yəni, hakimiyyət hüquqları konstitusiyalarda digər qanunvericilik aktlarında öz əksini tapır. Konstitusiya demokratik hüquqların bazasını, mərkəzi hissəsini təşkil edir. Digər demokratik hüquqların şaxələnməsini, kompleksləşməsini zəruriləşdirir. Konstitusion hüquqlar mənşə hüquqları toplusudur. Bu sənəddən meydana gələn törəmə sistem demokratiyanın törəmə xassələrinin əsaslarını yaratmış olur. Baza hüquq azadlıqlar konstitusiyaların ilk hissələrində daha da geniş şəkildə öz nəzəri konsepsiyasını əks etdirir”.

 

Dövlətin demokratik hüquqları, demokratiyadan şaxələnən hüquqları mövcud olur. Belə ki, beynəlxalq əlaqələr dövlətə dünyada hakimiyyət hüquqları bəxş etmiş olur. Ölkə daxilində demokratik hüquqları hakimiyyət tanıyırsa, beynəlxalq münasibətlərdə dövlət həyata keçrir. Dövlətin bütövlüyü hərəkəti (hakimiyyətin aktları formasında) xalqların dünya demokratiyası təmin olunur. Dövlətlər öz beynəlxalq demokratik hüquqlarını əlaqələr yaratmaqla təmin etmiş olurlar.

 

Demokratik hüquqlar insanların dövlətlərini təşkil etmək, dövlətlərinin işində fəal iştirak etmək dövlət hakimiyyətini formalaşdırmaq hüquqlarıdır. Dövlət hakimiyyətini formalaşdırmaqla insanlar öz hüquq sahələrini böyütmüş strukturların sayını çoxaltmış olurlar. Demokratik hüquqlar insanların təşkilatçılıq yaradıcılıq, icraedicilik hüquqlarıdır. Demokratik hüquqlar sayəsində vətəndaşlıq statusları əldə olunur. Demokratik hüquqlar ictimai nəzarət hüquqlarıdır. Demokratik hüquqlar ictimaiyyətin hakimiyyət dövlət üzərində nəzarətini təmin edən hüquqlardır. Demokratik hüquqlar məzmunca azadlıq hüquqlarıdır. Demokratik hüquqlar insanların seçki referendumu təşkil etmək seçmək, seçilmək, istənilən siyasi məsələni referenduma çıxarmaq hüquqlarıdır. Demokratik hüquqlar dövlət rəhbərini seçmək ona konstitusion səlahiyyətlər vermək hüquqlarıdır. Demokratik hüquqları vəzifə səlahiyyətlərini müəyyən etmək onu icra etmək hüquqlarıdır. Demokratiya insan mənliyini yaradır bu kriteriya ilə insan cəmiyyətdə, ümumən həyatda özünü təsdiq etmiş olur.

 

Murad MƏMMƏDLİ

Ekspress.-2016.-22 sentyabr.-S.10.