Vətəndaş cəmiyyətində sosial-iqtisadi inkişaf strategiyası

 

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən regionların inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

 

Regionların inkişafı sahəsində qəbul edilmişuğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.

 

Azərbaycan Konstitusiyasının 16-cı maddəsi “Sosial inkişaf və dövlət” adlanır. Bu maddənin 1-ci bəndində göstərilir ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

 

Dövlət büdcəsinin xərclər hissəsində sosial yönümlü xərclər mühüm paya malikdir. Son 10 il ərzində ölkədə onlarla sosial təyinatlı dövlət proqramları həyata keçirilib, onların mühüm bir qismi regionların, digər qismi isə paytaxt Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafını əhatə edir. Bütövlükdə büdcədən hər il sosial yönümlü proqramlara ayrılan xərclər ümumilikdə milyardlarla manat həcmindədir.

 

Sosial təminat hüququnun anlayışına gəlincə, qeyd edək ki, insan hüquqlarının digər növlərindən fərqli olaraq sosial-təminat hüquqlarının xüsusiyyətləri aşağıdakılardır:

- insan həyatının müəyyən - sosial-iqtisadi sahəsinə şamil edilməsi

- əsas müddəalarda məsləhətverici,  qeyri-ciddi” təriflərin verilməsi

- sosial-iqtisadi hüquqların həyata keçirilməsinin iqtisadi və ehtiyatların vəziyyətindən asılı olması.

 

Ekspertlər qeyd edirlər ki, dünya qloballaşması iqtisadiyyatın yenidən qurulması dövründə dünya təsərrüfat əlaqələri hesab olunan beynəlxalq münasibətlər sahəsinə aid edilir. Bu sahədə ticarət transaksiyası daxili iqtisadiyyat, istehsal, demoqrafiya, ekologiya, sosial münasibətlər, hüquq, siyasət və digər sahələrə toxunur. İqtisadiyyatın bu milli xüsusiyyətini respublika hökuməti radikal struktur dəyişiklikləri zamanı nəzərə almalıdır. İqtisadiyyatda struktur dəyişiklikləri qlobal məqsədə - bazar şəraitində iqtisadiyyatı işə hazırlamaq hesab olunur.

İqtisad elmləri doktoru Arif Şəkərəliyev “Dövlətin iqtisadi siyasəti: Reallıqlar və perspektivlər” kitabında yazır ki, bazar münasibətləri əsasında milli İqtisadiyyatın formalaşması və inkişafında, maliyyə sabitliyinin bərqərar olmasında daxili bazarın yerli xammala əsaslanan məhsullarla zənginləşməsində, yeni yerlərinin açılmasında, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında, sağlam rəqabət mühitinin yaradılmasında və digər sosial-iqtisadi problemlərin həllində sahibkarlıq fəaliyyəti çox böyük rol oynayır: “Son illər Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı böyük miqyaslı və strateci əhəmiyyətli tədbirlər həyata keçirilib. Belə ki, əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsul 1997-ci ildə 5,8 faiz, 1998-ci ildə 10 faiz, 1999-cu ildə 7,4 faiz, 2000-ci ildə 11,1 faiz, 2001-ci ildə 9,9 faiz, 2002-ci ildə 10,6 faiz, 2003-cü ildə 11,2 faiz, 2004-cü ildə 7,0 faiz, 2005-ci ildə 26,4 faiz, 2006-cı ildə 37,1 faiz, 2007-ci ildə isə 25,0 faiz artıb. Hazırda Azərbaycan dövləti beynəlxalq İqtisadi münasibətlər sisteminə daxil olmuş və dünyanın bir sıra ölkələri ilə sərbəst şəkildə geniş miqyaslı iqtisadi əlaqələr qurmağa başlamışdır. Beynəlxalq iqtisadi əlaqələr sistemində Azərbaycanın yerini müəyyənləşdirərkən onun inkişaf təcrübəsi, resurs potensialı, geosiyasi vəziyyəti və s. amillər əsas götürülür. Azərbaycanın beynəlxalq əmək bölgüsündə iştirakı strategiyasını hazırlayarkən milli İqtisadiyyatın prioritet sahələrinin üstün inkişaf etdirilməsi və daxili bazarın zərərli xarici təsirlərdən qorunması nəzərə alınmalıdır”.

İqtisadçı Vahid Novruzov isə ulu öndər Heydər Əliyevin “biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdurfikrini xatırladaraq deyir ki, bununla, çox sıx əlaqədə ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni, iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir.

 

Onun sözlərinə görə, Azərbaycanda demokratik prinsiplərin bərqərar olması, qayda-qanunun daha etibarlı qorunması təmin edilməklə hərc-mərcliyə və özbaşınalığa son qoyulub: “Belə bir məqam xüsusi qeyd olunmalıdır ki, dövlət quruculuğu prosesində demokratik prinsiplərin yer alması  nəinki ictimai-siyasi mühiti saflaşdırmış, eləcə də iqtisadi sabitliyi təmin edən köklü faktora çevrilib. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasının Heydər Əliyev tərəfindən düzgün seçildiyini artıq 1996-cı ildə müşahidə olunan iqtisadi sabitlik və 1997-ci ildən başlayan sosial-iqtisadi inkişaf xətti daha bariz şəkildə nümayiş etdirir. Azərbaycanın sərbəst bazar münasibətlərinə əsaslanan liberal iqtisadiyyat xəttini dəstəklədiyini dünyaya bəyan edən ulu öndərin böyüklüyü ondadır ki, o, həqiqi müstəqilliyin, siyasi azadlığın iqtisadi qüdrət və inkişafdan keçdiyini bilir və ölkənin məhz belə bir yolla irəliləməsini təqdir edirdi”.

 

Onu da qeyd edək ki, Heydər Əliyev iqtisadi platformasında iqtisadi islahatlar dedikdə, Azərbaycan iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə aparmaq, özəl bölmənin  fəaliyyətini genişləndirmək və özəlləşdirməni həyata keçirmək, sahibkarlığa, təşəbbüskarlığa geniş imkanlar yaratmaq, ölkə iqtisadiyyatını dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi sistemi əsasında qurmaqdünya iqtisadiyyatına inteqrasiya etmək nəzərdə tutulurdu.

 

Hüquq üzrə elmləri doktoru Mayis Əliyev qeyd edir ki, sosial xidmət üzrə hüquq münasibətləri vətəndaşlara qanunla nəzərdə tutulan  həcmdə və qaydada, eyni zamanda müəyyən şərtlər daxilində pulsuzya güzəştli əsaslarla tibbi və dərman yardımı, müxtəlif növ digər sosial xidmətlər təqdim edilməsi ilə əlaqədar müvafiq hüquqi faktlar əsasında yaranansosial təminat hüquq normaları ilə tənzim olunan ictimai münasibətlərdir: “SXHM “natural forma” - sosial xidmət, tibbi və dərman yardımı və ya güzəştlər aiddir. SXHM vahid hüquq münasibətləri şəklində mövcudu elmi abstraksiyadır SXHM təsnifatı:

1. Sosial xidmətin növləri baxımından - evdə sosial xidmət üzrə hüquq münasibətlərinə, stasionar sosial xidmət üzrə hüquq münasibətlərinə, tibbi yardım üzrə hüquq münasibətlərinə, sanatoriya-kurort müalicəsi üzrə hüquq münasibətlərinə, protez-ortopedik yardım üzrə hüquq münasibətlərinə və s.

2. Maliyyələşdirmə mənbəyi baxımından - sosial sığorta xarakterli münasibətlərə (məsələn, icbari tibbi sığorta, sanatoriya kurort müalicəsi, və s. sosial sığorta vəsaitləri hesabına maliyyələşdirilir) - qeyri-sığorta xarakterli münasibətlərə (məsələn, daimi qulluğa ehtiyacı olan qocalara, əlillərə, evdə sosial yardım, əlillərin peşə təhsili alması və işə düzəlməsi, onların protez-ortopedik yardımla, nəqliyyat və ya hərəkət vasitələri ilə təmin edilməsi və s. dövlət büdcəsi hesabına təqdim edilir)

3. Qüvvədə olma müddətinə görə: a) Müəyyən müddətli münasibətlər. Məsələn, uşaqların uşaq müəssisələrində saxlanılması üzrə hüquq münasibətləri, tibbi və dərman yardımı üzrə hüquq münasibətləri və s. b) Qeyri-müəyyən müddətli (uzanan) münasibətlər. Məsələn, tənha ahıl vətəndaşlara stasionar sosial xidmətin göstərilməsi üzrə hüquq münasibətləri və s.) Birdəfəlik xarakterli münasibətlər. Sanatoriya-kurort müalicəsi, protez-ortopedik yardım, ambulator tibbi yardım və s. SXHM - subyektləri - ahıl vətəndaşlar, birinciikinci qrup əlillər, uşaqları himayəyə götürmüş ailələr və valideyn himayəsindən məhrum olmuş, müvafiq uşaq müəssisələrində tam dövlət təminatında olan uşaqlar Xüsusi hüquq və fəaliyyət qabiliyyəti - ümumi mülki hüquq və fəaliyyət qabiliyyəti Dövlət orqanları - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyionun yerli orqanları, sosial xidmət müəssisələri təhsil, səhiyyə orqanları və s. SXHM obyektləri - buya digər növ sosial xidmət və ya güzəşt növündə çıxış edən maddi nemətlər - obyekt olan sosial xidmətlər birdəfəlik xarakterliya uzanan xarakterli ola bilərlər SXHM məzmunu Subyektlərin hüquq və vəzifələrin məzmunu - uyğunluq təşkil edir”.

İqtisadçı onu da qeyd edir ki, vətəndaşın sosial xidmətə, tibbiya dərman yardımına və sosial təminat sistemi üzrə güzəştlərə hüququ, sosial təminatı həyata keçirən müvafiq dövlət orqanlarının bu hüququ təmin etmək vəzifəsinə uyğun gəlir: “Vətəndaşlar hüquqlarının təmin edilməsi üçün zəruri olan müvafiq sənədlər təqdim etmək, bu münasibətlərin dəyişməsinə və xitamına səbəb ola bilən hallar barədə sosial təminatı həyata keçirən orqanlara vaxtında məlumat vermək vəzifəsi daşıyırlar. SXHM hüquqi faktlar - tibbi və dərman yardımına, sanatoriya-kurort müalicəsinə, kənar şəxslərin köməyinə, sosial xidmətə, protez-ortopedik yardıma, nəqliyyat və ya hərəkət vasitə- lərinə, habelə uşağın ailə tərbiyəsinə ehtiyacı, uşağın valideyn himayəsindən məhrum olması və s. SXHM dəyişməsi və xitam edilməsi üçün əsas olan hüquqi faktlar: tibbi və dərman yardımı alan xəstənin sağalması, sanatoriya-kurort müalicəsinin başa çatması, uşağın müəyyən yaş həddinə çatması, müəyyən nəqliyyat və ya hərəkət vasitələrinin alınması və s”.

 

Rəşid RƏŞAD

Ekspress.-2016.-24-27 sentyabr.-S.11.