Bərabərlik hüququ

 

Bərabərlik vətəndaş cəmiyyətinin, hüquqi dövlətin formalaşmasının əsas prinsiplərindən sayılır. Bu prinsipə görə hamı qanun qarşısında bərabər olmalıdır ki, dövlət idarəçiliyində, cəmiyyətdə özbaşınalıq, intizamsızlıq, ədalətsizlik baş verməsin, ümumi rifat, inkişaf təmin edilsin. Bərabərlik prinsipi dövlətin insanlara, insanların biri-birinə olan münasibətinin təbii əsaslarını müəyyənləşdirir. O, insanların hansısa bir təbii cəhətinə görə fərləndirilməsini qəbul etmir, insanları cinsi, milli, dini, irqi və digər xüsusiyyətlərinə baxmayaraq bərabərləşdirir.

 

Bərabərlik prinsipi bərabərlik hüququnu doğurur. Prinsipin tələblərinə uyğun olaraq bərabərlik hüququ böyük önəm daşıyır. O, insanların sahib olduğu təbii hüquqlar arasında ən önəmlilərdən sayılır. Bərabərlik hüququ vətəndaş cəmiyyəti mövcud olan, hüquqi dövlət qurulan bütün ölkələrdə mahiyyətcə eyni mənaya malikdir.

 

İnsanlar əsrlər boyu bərabərlik uğrunda mübarizə aparıblar, ayrı-seçkiliyin bütün formalarına milli, dini, irqi, cinsi, silkis. qarşı çıxıblar. Müxtəlif tarixi dövrlərdə insanlar sosial mənşəyinə, irqinə və dərisinin rənginə, cinsinə, millidini mənsubiyyətinə görə bərabər olmayıblar.

 

İkinci dünya müharibəsindən sonrahüquq bərabərliyi” və “ayrı-seçkilik” anlayışları yeni mahiyyət kəsb etdi. Beynəlxalq ictimaiyyət bu məsələlərə daha həssas yanaşmağa başladı.

 

İnsan hüquqları haqqında Ümumi Bəyannamənin birinci maddəsində qeyd edilir ki, bütün insanlar azad, hüquq və ləyaqətlərinə görə bərabər doğulurlar. Onlar idrakvicdana malikdirlər. Ona görə də bir-biri ilə qardaşlıq ruhunda davranmalıdırlar.

 

Təcrübə göstərir ki, insanların hüquqi cəhətdən bərabər olması zərurəti obyektiv şərtlərlə bağlı olub. Bərabərlik prinsipinin gözlənilməməsi daim hüquq və azadlıqların pozulmasına şərait yaradıb, cəmiyyətdə böyük narazılıqlar doğurub.

 

Son onilliklərə qədər hətta dünyanın inkişaf etmiş, qabaqcıl ölkələrində bərabərlik prinsipinin hüquq çərçivəsində pozulmasının əlamətləri qalırdı. Məsələn, ayrı-seçkilik Avropa, ABŞ kimi inkişaf etmiş cəmiyyətlərdə mövcud idi. Məhz ayrı-seçkiliyin ləğv edilməsi ilə bərabərlik hüququnun təmin edilməsində ən önəmli dəyişiklik oldu.

 

Müasir hüquqa əsasən ayrı-seçkiliyin bütün formaları bərabərlik hüququnun pozulması deməkdir. İnsan hüquqları haqda Ümumi Bəyannamənin ikinci maddəsində bəyan edilir: “İnsanlar irqinə, dərisinin rənginə, cinsinə, dininə, siyasi və digər əqidəsinə, milli yaxud sosial mənşəyinə, mülki, silki, yaxud başqa vəziyyətinə görə heç bir fərq qoyulmadan hüquqlara və azadlıqlara malik olmalıdırlar.”

 

Bu prinsipi əsas tutan Azərbaycan dövləti özünün Konstitusiyasında irqindən, milliyyətindən, dinindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Eyni zamanda dövlətimiz hər cür ayrı-seçkiliyə görə məhdudlaşdırmaları qadağan edir.

Bərabərlik hüququ Azərbaycan Konstitusiyasının 25-ci maddəsində öz əksini tapıb.

 

Yeri gəlmişkən qeyd edək ki, Konstitusiyanın 25-ci maddəsi daim genişləndirilib. 2009-cu ilə qədər 25-ci maddə (Bərabərlik hüququ) belə olub:

I. Hamı qanun və məhkəmə qarşısında bərabərdir.

 

II. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır.

 

III. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasisosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

2009-cu il 18 mart tarixli referendumdan sonra 25-ci maddəyə daha iki bənd əlavə olundu:

 

IV. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin ya imtiyazların verilməsindən imtina oluna bilməz.

 

V. Hüquq vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

 

Maddənin genişləndirilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin şərhinə əsasən, bərabərlik hüququ insan hüquqlarının fundamental prinsiplərindən biridir. Konstitusiyasının 25-ci maddəsində öz əksini tapmış müddəalar hamının qanun məhkəmə qarşısında bərabər olması, kişi qadınların hüquq bərabərliyi, eləcə bərabərlik hüququ ilə qarşılıqlı surətdə bağlı olan ayrı-seçkiliyə yol verilməməsi prinsipi əks olunub. Təklif olunan əlavələrdə bərabərlik hüququnun ayrı-seçkiliyə məruz qalmamaq hüququnun məzmunu genişləndirilir, bu hüquqların mühüm elementləri (təminatları) Konstitusiya səviyyəsində təsbit edilir.

 

Birinci əlavədə (25-ci maddənin 4-cü hissəsi) nəzərdə tutulur ki, heç kəsə onun irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına digər ictimai birliklərə mənsubiyyətinə görə zərər vurula bilməz, güzəştlər ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin ya imtiyazların verilməsindən imtina oluna bilməz. Başqa sözlə, göstərilən əsaslara görə insanlara üstünlük verilməsi, yaxud onların hüquqlarının məhdudlaşdırılması yolverilməzdir.

 

Nəzərə almaq lazımdır ki, dövlət qanunvericilikdə bərabərlik prinsipindən bir sıra istisnalar müəyyənləşdirə, yəni bəzi kateqoriya insanlar (məsələn, qadınlar, uşaqlar, əlillər s.) üçün güzəştlər ya imtiyazlar nəzərdə tuta bilər. Bu, özü-özlüyündə ayrı-seçkilik sayılmır.

 

İkinci əlavədə isə (25-ci maddənin 5-ci hissəsi) nəzərdə tutulur ki, dövlət orqanları hakimiyyət səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilməlidir. Hakimiyyət səlahiyyətlərinin daşıyıcılarıdedikdə, dövlət orqanlarının bələdiyyələrin vəzifəli şəxsləri başa düşülür. Onlar eyni faktiki hallara malik olan işlərdə eyni qərarlar qəbul etməli bu qərarı qəbul edərkən hər hansı şəxsin, məsələn, cəmiyyətdə müəyyən nüfuz sahibi olmasını deyil, yalnız hüquq qanunu rəhbər tutmalıdırlar. Konstitusiyanın 25-ci maddəsinin III hissəsində göstərilən meyarlar (din, milliyyət, cins, əmlak vəziyyəti s.) əsasında fərqləndirmə aparılması qadağandır.

 

Beləliklə, Azərbaycan da bərabərlik hüququnu tanıyır bunula bağlı mövcud olan dəyərləri qəbul edir. Göründüyü kimi, Konstitusiyada bəyan olunan bərabərlik hüququ hər kəsin hüquq azadlıqlarının bərabərliyini ifadə edir. Bu hüquq qanunvericilikdə nəzərdə tutulan digər hüquq azadlıqlardan ayrılıqda işləmir hər hansı şəxsi həmin hüquq azadlıqlarından istifadə zamanı diskriminasiyadan qoruyur.

 

Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun qərarında bərabərlik hüququ ilə bağlı izahıda isə qeyd edilir ki, bərabərlik hüququ tarixən feodal imtiyazlarına müqabil yaranaraq tədricən insan, cəmiyyət dövlət arasında olan münasibətləri tənzimləyən çox vacib prinsipin əsasını qoyub. Hüquq bərabərliyi eyni zamanda konstitusionalizmin təməl prinsiplərindən demokratiyanın ayrılmaz elementlərindən biri kimi tanınır.

 

Təsadüfi deyildir ki, bərabərlik hüququ bu ya digər ifadə formalarında beynəlxalq hüquq aktlarında da özünəməxsus önəmli yer tutur (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 7-ci maddəsi, Mülki siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, İnsan hüquqlarının əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 14-cü maddəsi həmin Konvensiyanın 12 saylı protokolunun 1-ci maddəsinin 2-ci bəndi s.).

 

Bərabərlik hüququ mahiyyətcə qanun və məhkəmə qarşısında hamının məhz hüquq və azadlıqlarının bərabərliyini ifadə etsə də, insanların mexaniki bərabərləşdirilməsini nəzərdə tutmur. Azərbaycan Konstitusiyanın 25-ci maddəsinin III hissəsinin müddəalarına görə bu hüququn pozulmasından yalnız o halda bəhs etmək mümkündür ki, hər hansı şəxsin hüquq və azadlıqlarının bərabərliyi obyektiv hüquqi meyarlar baxımından məhdudlaşdırılmış olsun.

Bəzi şərhlərdə ölkəmizdə Cinayət Məcəlləsinin 79-cu maddəsində bərabərlik hüququnun pozulduğu iddia edilir. Həmin iddialara əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilən qadınlara münasibətdə bərabərlik hüququnun pozulmasından bəhs olunur. Adıçəkilən maddədə qadınlarla kişilərin fərqləndirildiyi, qadınlara imtiyaz tanındığı bildirilir.

 

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin müddəalarında, o cümlədən 79-cu maddədə müəyyən sosial qruplara aid olunan şəxslər arasında mümkün olan fərqləndirmə bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməməlidir. Cinayət qanunvericiliyi ilə qadınlara, xüsusən də hamilə və 8 yaşınadək uşaqları olan qadınlara, 65 yaşından yuxarı olan kişilərə, I və II qrup əlillərə və digər şəxslərə verilən imtiyazlar (pozitiv ayrı-seçkilik) heçqalan şəxslərin konstitusiya hüquqlarını pozmur və sadəcə həssas sosial qruplara dövlətin xüsusi münasibətini ifadə edir.

 

Vasif CƏFƏROV

Ekspress.-2017.-4 aprel.-S.10.