İnsan və vətəndaş hüquqları

 

Azərbaycan Respublikası Konstitusiyasını səciyyələndirən mühüm cəhətlərdən biri insan və vətəndaş hüquqlarının kifayət qədər əhatəli şəkildə təsbit olunması və bu hüquqları tanımaq, müdafiə və təmin etməyin isə dövlətin əsas məqsədi olduğunun elan edilməsidir. Konstitusiyanın 12-ci maddəsinin birinci hissəsinə uyğun olaraq insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir.Konstitusiyanın qəbulundan sonra ölkədə həyata keçirilən islahatlar bunu bir daha sübut edir.

 

Ekspertlərin fikrincə, Konstitusiya hər bir dövlətin hüquq sisteminin fundamental əsasını təşkil etdiyindən ölkənin inkişaf xüsusiyyətlərini özündə ehtiva etməli, müasirliyi, demokratikliyi, insan və vətəndaş hüquq və azadlıqlarına etibarlı təminat mexanizmləri formalaşdırması ilə diqqəti çəkməlidir. Bundan başqa, Konstitusiyanın zamanın ruhu, cəmiyyətin iradəsi ilə uzlaşması, proqressiv yeniliklərə adekvat reaksiya verməsi də vacib sayılır. Yeri gəlmişkən,

Azərbaycan Respublikası Konstitusiyasına edilmiş sonuncu əlavələr və dəyişikliklərin həri biri Konstitusiyada insan hüquq və azadlıqlarına təminatın gücləndirilməsini, çağdaş dövrün yenilikləri ilə bağlı təşəkkül tapan bir sıra hüquqi normalara konstitusion statusun verilməsini nəzərdə tutmaqla bahəm, dövlətin bu sahədə məsuliyyətini, fəaliyyət istiqamətlərini daha da artırır və dəqiqləşdirir (“anl.az”).

 

Heydər Əliyevin 1998-ci il fevralın 22-də imzaladığı “İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanı və 18 iyun 1998-ci il tarixli sərəncamı ilə təsdiq edilmişİnsan hüquqlarının müdafiəsinə dair” dövlət proqramı insan hüquq və azadlıqlarının təmini və müdafiəsində böyük rol oynadı.

 

Qeyd edək ki, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlərin ən vaciblərindən biriOmbudsman Aparatının yaradılmasıdır. Belə ki, Ombudsman Aparatı yaradıldıqdan sonra vətəndaşların hüquqlarının müdafiəsi sahəsində daha çox işlər görüldü və əlbəttə ki, bu baxımdan böyük uğurlara imza atıldı.

 

Ulu öndərin 18 iyul 1998-ci il tarixli fərmanı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olundu. 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı Günü elan edilməsi isə ölkənin ədliyyə fəaliyyətinin xüsusi diqqətdə saxlanıldığının bariz nümunəsidir (“anl.az”).

 

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli fəaliyyət planının təsdiq edilməsi haqqında” 28 dekabr 2006-cı il tarixdə imzaladığı sərəncamda da insan hüquqlarının müdafiəsi sahəsində səylərinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Bu məqamda 2010-cu il 22 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” qanunu isə xüsusilə qeyd edilməlidir (e-qanun.az).

 

Müstəqil Azərbaycanın hüquq sisteminin keçdiyi inkişaf yolu üç mərhələdən ibarətdir ki, onun ən başlıcası 1995-ci ildə  Konstitusiyanın qəbul edilməsi ilə məhkəmə-hüquq islahatının başlanmasıdır. Bu da o deməkdir ki, hüquqi islahatlar qanunların və digər normativ hüquqi aktların hazırlanması, hüquqi informasiya sisteminin genişləndirilməsi, məhkəmə və bütövlükdə hüquq mühafizə sisteminin islahatı, qanunların əhali arasında təbliği və öyrənilməsi kimi mühüm tədbirləri özündə birləşdirir (“paralel.az”).

 

Hüquqşünas Toğrul Musayev XX əsrin ortalarında insan hüquqlarının beynəlxalq səviyyədə inkişafı mərhələsi haqqında deyir: “1948-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Ümumdünya İnsan Hüquqları Bəyannaməsini, habelə sonrakı dövrlərdə “MülkiSiyasi hüquqlar haqqında” və “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” 1966-cı il tarixli Beynəlxalq Paktları qəbul etdi. Bundan əlavə 1976-cı ildə “Mülkisiyasi hüquqlar haqqında” Pakta dair Birinci Fakültativ Protokol, 1989-cu ildə isə Paktın ölüm cəzasının ləğvinə yönəlmiş İkinci Fakültativ Protokolu qəbul olundu. Həmin fundamental sənədlər İnsan hüquqları haqqında Beynəlxalq Bill adlanaraq bu sahədə beynəlxalq standartların əsasını təşkil etdi. Ümumdünya Bəyannaməsinin məqsəd və məramları, həmçinin Avropa Şurası tərəfindən qəbul olunmuş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyada (1950-ci il), Avropa Mədəniyyət Konvensiyasında (1954-cü il), Terrorizmin qarşısının alınması haqqında Konvensiyada (1977-ci il), Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasında (1995-ci il), Avropa Sosial Xartiyasında (1996-cı il) və ATƏT səviyyəsində imzalanmış 1975-ci il Helsinki yekun Aktında, 1990-cı il Yeni Avropa üçün Paris Xartiyasında, digər beynəlxalq sənədlərdə özünün gələcək inkişafını tapıb”.

 

Hüquqşünas onu da qeyd edir ki, 1995-ci ildə ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğuinsan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamızın qəbul olunması siyasi sistemin müasirləşdirilməsi demokratik institutların formalaşdırılması üçün zəmin yaratdı: “2002-ci və 2009-cu illərdə referendum yolu ilə Konstitusiyaya bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi tam mütərəqqi xarakter daşımaqla insan və vətəndaş hüquqlarının və azadlıqlarının daha səmərəli qorunmasına, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsinə, demokratiyanın genişlənməsinə və inkişafına yönəlib. Dövlətimizin ali məqsədinə nail olunmasında, müvafiq hüquqi mexanizmlərin yaradılmasında, o cümlədən mükəmməl qanunvericilik bazasının formalaşdırılmasında Azərbaycan Respublikası Prezidentinin 1998-ci il fevralın 22-də imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı xüsusi əhəmiyyətə malikdir.

 

Həmin dövrdə ulu öndərimiz tərəfindən təsdiq edilmişİnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” bu sahədə ilk fundamental sənəd olmaqla:

- Qanunvericilikinstitusional islahatların aparılmasına

- Demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni məhkəmə sisteminin, konstitusiya nəzarətinin, insan hüquqları üzrə müvəkkil kimi yeni təsisatın yaradılmasına

- Hüquq mühafizə fəaliyyətinin təkmilləşdirilməsinə

- Qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin fəaliyyətinin genişlənməsinə və digər istiqamətlər üzrə inkişafa təkan verir”.

 

Sonrakı mərhələdə prezident İlham Əliyevin 28 dekabr 2006-cı il tarixdə imzaladığı “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” bu sahədə Dövlət Proqramının fəlsəfəsini inkişaf etdirdi.

 

T.Musayevin dediyinə görə, Milli Fəaliyyət Planı insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universalregional səviyyədə əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət edir: Yeni çağırışların və cəmiyyətimizin inkişafından irəli gələn tələbatların nəzərə alınması baxımından Milli Fəaliyyət Planı ölkəmizin siyasi sahədə milli maraqlarından biri olan insan hüquqlarının təmin olunması üzrə görülən ardıcıl tədbirlərin genişləndirilməsində, hüquq-müdafiə mexanizmlərinin təkmilləşdirilməsində, əhalinin müxtəlif qruplarının, o cümlədən ən kövrək nümayəndələrinin hüquqlarının qorunmasının gücləndirilməsində yeni mərhələnin başlanğıcı oldu. Respublikamızda gedən demokratikləşmə prosesi, ictimai həyatın bütün sahələrində aparılan uğurlu islahatlar, beynəlxalq miqyasda əldə olunmuş nailiyyətlər insan hüquqları kimi həssas və daim konseptual yanaşmaların müəyyən olunmasını tələb edən sahədə tənzimləyici milli mexanizmlərin daha da təkmilləşdirilməsini və ardıcıl tədbirlərin həyata keçirilməsini vacib edir. Bu baxımdan dövlət başçısının 27.12.2011-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın təsdiq edilməsi insan hüquqları sahəsində tədbirlərin davamlılığının təmin olunması məqsədini daşıyaraq, eyni zamanda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hədəflərinə yönəldi” (justice.gov.az).

 

Ekspertlər qeyd edirlər ki, insan hüquqları müxtəlif təsnifat sistemlərinə tabedir ki, həmin təsnifatlardan biri, bunları bir tərəfdən mülkisiyasi, digər tərəfdən isə iqtisadi, sosial və mədəni hüquqlara bölməkdən ibarətdir. Bu baxımdan insan haqları demək olar ki, dünyanın bütün ölkələri tərəfindən qəbul edilir.

 

O da qeyd olunur ki, bu məsələnin universallaığından, çox vaxt buya digər dövlətlərdə insan haqlarından sui istifadə halları əsas götürülərək onlara qarşı hərbi və iqtsadi təzyiq göstərmək üçün istifadə edilir. Konstitusiyalarda əsas hüqüqların və beynəlxalq razılaşmaların köməyi ilə insan haqları inkar olunmaz bir hüquq kimi qəbul edilib. Bundan başqa beynəlxalq aləmdə insan haqları BMT-nin deklarasiyası ilə qanunləşdirilib. İnsan haqları çox hallarda bütün insanların eyni haqqa malik olması ideyasına uyğun olaraq aşağıdakı kimi ifadə olunur:

 

“Hər bir insan onun malik olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, millisosial mənşədən, mülkiyyətdən, doğumbaşqa hallardan asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir”.

 

Son olaraq qeyd edək ki, ilk dəfə insan haqqına Fransada 1789-cu ildə qəbul edilən “İnsan və vətəndaş haqları bəyannaməsi”ndə rast gəlinir (wikipedia.org). Baxmayaraq ki, insan haqlarının tanınması uzun inkişaf yolu keçib, hətta  İngiltərə və Amerikada bu sahədə məlum olan xartiyalar var idi.

 

1966-cı ildə BMT-nin başçılığı altında “Vətəndaşlıq və siyasi hüqüqlar haqqında beynəlxalq pakt” və “iqtisadi, sosial və mədəni hüquqlar haqqında pakt” qəbul edilib.

 

Rəşid RƏŞAD

Ekspress.-2017.-5 aprel.-S.10.