Cəmiyyətin ictimai-iqtisadi

şəraitə uyğunlşadırılması

 

Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirdi ki, nəticədə də müstəqil siyasət aparmağa nail ola bildi. Əslində bu siyasətin başlıca istiqamətlərini yeni yaradılan iqtisadi sistemdünya iqtisadiyyatına inteqrasiya təşkil edirdi.

 

İctimai həyatın bütövlüyü problemi hələ qədim filosofların nəzər diqqətində olub. Təsadüfi deyil ki, sosial fəlsəfə tarixində cəmiyyətin sistemli quraşdırmaları haqqındakı ilk ideyaları PlatonAristotelin təlimlərində tapmaq olar. Zaman keçdikcə, cəmiyyətin sistemli təşkili haqqında T.Hobbsun, C.C.RussonunQ.V.F.hegelin ideyaları da diqqəti cəlb etməyə başlayıb. Məsələn, Hegel vətəndaş cəmiyyətində, real ictimai münasibətlər, sosial ziddiyyətləri göstərərək bildiridi ki, xüsusi mülkiyyətin azad inkişafı vətəndaş cəmiyyətinin vacib şərti hesab olunur. Hegeldən fərqli olaraq K.MarksF.Engels cəmiyyətin insanların qarşılıqlı fəaliyyətinin məhsulu olduğunu qeyd edirdilər. Engels “Təbiətin dialektikası” əsərində yazırdı: “İnsanlar öz əməllərini təlabatla yox, təfəkkür ilə izah etməyə vərdişlidirlər, əslində isə tarixi prosesin əsas məzmununu həqiqi həyatın istehsalı və təkrar istehsalı təşkil edir.Cəmiyyətin iqtisadi bazisi aparıcı rol oynayır,lakin bununla yanaşıtarixi inkişafa,onun formalarına üstqurumununmüxtəlif tərəfləri: dövlət quruluşu,hüquqi formalar və onların insan şüurunda inikası, siyasi, hüquqi, fəlsəfi nəzəriyyələr, dini baxışlar-təsir göstərir”.

 

Ekspertlərin fikrincə, tarixdə təsadüfün rolu böyük olsa da, burada əsas rolu iqtisadi münasibətlər oynayır. İqtisadi münasibətlər dedikdə MarksEngels əmək bölgüsü əsasında insanların yaşamaq üçün təşkil etdiyi istehsal üsulunu, mübadilə, bölgü və istehlakı nəzərdə tuturdular. Bu baxımdan onlar “vətəndaş cəmiyyəti” anlyışını “insan cəmiyyəti” anlayışı ilə əvəz etdilər. Bu da o demək idi ki, istehsel üsulu növləri tarixdə bir-birini əvəz edir, bunun aparıcı tərəfi-mülkiyyət formasıdır. İstehsal üsulunun iki tərəfini məhsuldar qüvvələr və istehsal münasibətləri təşkil edir. İctimai-iqtisadi formasiyanın əsasında istehsal üsulu forması durur, ona uyğun iqtisadi, siyasi, ideoloji və digər münasibətlər formalaşır və inkişaf edir (wikipedia.org).

 

Ekspertlər qeyd edirlər ki, dünya qloballaşması iqtisadiyyatın yenidən qurulması dövründə dünya təsərrüfat əlaqələri hesab olunan beynəlxalq münasibətlər sahəsinə aid edilir. Bu da o deməkdir ki, bu sahədə ticarət transaksiyası daxili iqtisadiyyat, istehsal, demoqrafiya, ekologiya, sosial münasibətlər, hüquq, siyasət və digər sahələrə toxunur. İqtisadiyyatın bu milli xüsusiyyətini respublika hökuməti radikal struktur dəyişiklikləri zamanı nəzərə almalıdır.

İqtisadiyyatda struktur dəyişiklikləri qlobal məqsədə - bazar şəraitində iqtisadiyyatı işə hazırlamaq hesab olunur. Bundan başqa, struktur dəyişikliklərin ana xətti isə hökumət tərəfindən müəyyən sahəvi prioritetlər əsasında iqtisadiyyatın sahələrinin oyanması və inkişafı hesab olunur. Bütün bunlarla yanaşı isə struktur dəyişikliklərin əsas meyarlarından biri kimi enerji resurslarından istifadənin səmərəliliyinin artırılmasının təmin edilməsi qəbul olunub.

 

İqtisadçı Arif Şəkərəliyevin fikrincə, dünyada başlıca məqsəd sosial-iqtisadi sabitliyi təmin etmək, ölkə daxilində, eyni zamanda dünya miqyasında mövcud quruluşu möhkəmlətmək və onu yeni ictimai-iqtisadi şəraitə uyğunlaşdırmaqdan ibarətdir: “Hal-hazırda Azərbaycanda inzibati - amirlik sisteminin, bazar sistemilə əvəz edilməsi, azad rəqabət və iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin təşəkkül tapması prosesi gedir. Azərbaycan Respublikasının Konstitusiyasında göstərildiyi kimi, “Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir”.

 

İqtisadçı qeyd edir ki, dövlət cəmiyyətin əsas hakim siyasi təşkilatı olduğu üçün onun hakimiyyəti cəmiyyətdə birləşdirən, təşkil edən və məcbur edən başlıca qüvvədir: “Cəmiyyətdə dövlətlə yanaşı insanları müxtəlif maraqlarına görə birləşdirən digər təşkilatlar da mövcuddur. İctimai birləşmələr sistemində dövlətin xüsusi rolu vardır. Belə ki, dövlət ölkə miqyasında yeganə, tam hakimiyyətli, cəmiyyətin inkişafının əsas istiqamətini müəyyən edən bütün vətəndaşların mənafelərini nəzərə alan, ölkə daxilində və beynəlxalq aləmdə rəsmi tanınan təşkilatdır. Dövlət insanlara ictimai təşkilatlarda birləşmək kimi konstitusiya hüququ verir, bəzi ictimai təşkilatların hüquqi vəziyyətini müəyyən edərək onların fəaliyyətini mühafizə edir. İctimai təşkilatların hüquq və mənafelərini isə məhkəmə, prokurorluqbaşqa dövlət orqanları qoruyur.

 

Dövlət iqtisadi bazis üzərində siyasi üstqurumdur. Siyasi sistemin bütün təşkilati qurumları olan dövlət təşkilatları, ictimai təşkilatlar, əmək kollektivləri dövlət və ictimai həyatın hüquqi əsasını təşkil edən qanunlar çərçivəsində və əsasında fəaliyyət göstərirlər. Dövlət daima inkişafdadır. Cəmiyyətin inkişafı ilə dövlət, onun məqsəd və vəzifələri, idarəetmə qurumları və funksiyaları da dəyişir. Buna müvafiq surətdə dövlət anlayışına müxtəlif baxışlar mövcuddur”.

 

O da qeyd olunur ki, dövlətin xüsusi idarəetmə aparatı və mexanizmi olduğu üçün dövlətin bütün tarixi tiplərinə və növlərinə qanunvericilik, icra və məhkəmə orqanları xas olduğu üçün dövlət mexanizminə həmişə məcburetmə, eyni zamanda, ordu, polis, həbsxanalar və islah - əmək müəssisələri və s. aid etmək olar.

Şəkərəliyevin fikrincə, hüquqqanunvericilik olmadan dövlət cəmiyyətə rəhbərliyi və qəbul edilmiş qərarların həyata keçirilməsini təmin edə bilməz. Belə ki, dövlət cəmiyyətin elə siyasi təşkilatıdır ki, o öz hakimiyyətini ölkənin bütün ərazisinə və əhalisinə şamil edir. Bunun üçünxüsusi idarəetmə aparatı vardır. Bu aparat hamı üçün məcburi göstərişlər verir: “Bildiyimiz kimi tarixdə dörd dövlət tipi məlumdur: quldarlıq dövləti, feodal dövləti, kapitalist dövləti və sosialist dövləti. Dövlətin əmələ gəlməsilə insanlar arasında siyasi münasibətlər yarandı. Siyasi münasibətlər öz əsası etibarilə siniflər arasındakı münasibətlərdir. Siniflər arasındakı siyasi münasibətlər onların ümdə iqtisadi mənafeyini təmərküzləşmiş şəkildə ifadə edir. İqtisadi hərəkat ümumiyyətlə və bütünlüklə özünə yol açacaqdır, lakin iqtisadi hərəkat özü üçün yaratdığı və nisbi bir müstəqilliyə malik olan siyasi hərəkatdan da əks - təsir almalıdır. Dövlət hakimiyyətin suveren təşkilatıdır”.

 

Əslində iqtisadi cəhətdən inkişaf etməyən ölkələrdə vətəndaş cəmiyyəti quruculuğuna istiqamətlənən cəhdlər daima uğursuzluqla nəticələnir. Bunun əsas səbəbi isə odur ki, tətbiqinə cəhd göstərilən hər hansı bir yeniliklər vətəndaşların həyat tərzi ilə üst-üstə düşmür (anl.az).

 

Onu da qeyd edək ki, dövlət sosial-iqtisadi vəziyyəti təhlil edib qiymətləndirmək əsasında qarşıda duran məqsədləri yerinə yetirmək üçün iqtisadi siyasətdə müəyyən düzəlişlər edir. Müasir dövlət tənzimlənmə nəzəriyyəsinin banilərindən biri olan holland iqtisadçısı Y.Tinbergen hesab edir ki, dövlətin qarşısında olan məqsədlər onun sərəncamında 11 olan vasitələrdən çox olmamalıdır. Bu fikrin iqtisadi mənası ondan ibarətdir ki, dövlət öz üzərinə yerinə yetirə biləcəyindən artıq yük götürməməlidir. Bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdən fərqli olaraq, postsosialist ölkələrində, eyni zamanda, ölkəmizdə də iqtisadiyyatın tənzimlənməsi tamamilə yeni çalarlara malikdir. Yəni, dövlət ikili funksiya yerinə yetirərək bir tərəfdən iqtisadi prosesləri tənzimləyir, digər tərəfdən də bazar mühitini formalaşdırır və onun ayrı-ayrı elementlərinin fəaliyyətinə şərait yaradır (“ekspress.az”).. Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, iqtisadiyyata dövləti müdaxiləsi vacibdirbu vaciblik aşağıdakı sxemdə öz əksini tapmış amillərin təsiri altında formalaşır.

 

Fəlsəfə doktoru Vahid Ömərov qeyd edir ki, sosial hüquq insanın ləyaqətli həyat şəraitini və sosial müdafiəsini təmin edir: “Buraya sosial təminat, sosial sığorta, pensiya təminatı və tibbi xidmət daxildir. Yaşa, xəstəliyə, əlilliyə, uşaqları tərbiyə etməyə görə qanunla müəyyən edilmiş sosial təminat hüququnun mahiyyəti ondan ibarətdir ki, dövlət vətəndaşlara işləmək imkanlarını və ya əməkdən gəlir əldə etmək kimi qabiliyyətini itirdikdə kifayət qədər vəsait ayırır. Bu hüquqlar insan hüquqlarının Ümumi Bəyannaməsinin maddələrində, eləcə də, iqtisadi, sosial və mədəni hüquqlar haqqında Paktın 9-12-ci maddələrində öz əksini tapıb. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində göstərilir”.

 

Xatırladaq ki, sosial hüquqların anlayışının müəyyən edilməsində çətinliklər, eyni zamanda onların həyata keçirilməsi mexanizmlərinin və təminatlarının işlənib hazırlanmasında problemlər ilk növbədə həmin hüquqların hüquqi təbiətinin və məzmununun çoxaspektli olması ilə bağlıdır.

 

Fəlsəfə doktoru onu da qeyd edir ki,  sosial-iqtisadi hüquq və azadlıqları hüquqi cəhətdən tənzimləyən bir çox beynəlxalq-hüquqi normalar mövcuddur: “Bəzi universal normalar BMT-nin Nizamnaməsində və “İnsan Hüquqlarına dair Ümumi Bəyannamədə, əsas normalar isə Beynəlxalq Əmək Təşkilatı və “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktın” sənədlərində öz əksini tapıb. Beynəlxalq Əmək Təşkilatı bu sahədə 170 konvensiya qəbul edib. Bunlardan aşağıdakıların adlarını çəkmək olar:

 

“Məcburi əmək haqqında” (1930-cu il), “Ədalətli mükafatlandırma haqqında” (1951-ci il), “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında” (1958-ci il), “Məşğulluq haqqında siyasət haqqında” (1964-cü il), “Məşğulluğa yardım və işsizlikdən müdafiə haqqında” (1988-ci il) və s. Konvensiyalar. Hər kəsin sosial təminat hüququ vardır.

 

Yardıma möhtac olanlara kömək etmək, ilk növbədə, onların ailə üzvlərinin borcudur. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir” (“sesqazeti.az”).

 

Rəşid RƏŞAD

Ekspress.-2017.-7 aprel.-S.10.