Azad şəxsiyyətin formalaşması

vətəndaş cəmiyyətinin əsasını təşkil edir

 

Vətəndaş cəmiyyəti şəxsiyyətin azadlığının əhalinin özünüidarəetməsinin formalaşması və inkişaf qanunauyğunluqları ilə əlaqələrini və qarşılıqlı asılılığı aşkar etməyə imkan verir. Vətəndaş cəmiyyətinin formalaşması yolu ilə elə bir cəmiyyətə çatmaq mümkündür ki, azad şəxsiyyətin formalaşması tarixi prosesin son nəticəsi olsun.

Şəxsiyyət vətəndaş cəmiyyətinin struktur elementləri sırasında birinci yerdə gəlir. Şəxsiyyət deyərkən, birinci növbədə ictimai münasibətlər sahəsində şüurlu fəaliyyət subyekti kimi çıxış edən insan tutulur. Şəxsiyyət dedikdə onun sosial mənası, sosial-əxlaqi və psixoloji siması başa düşülür.

 

Şəxsiyyət problemi elmin müxtəlif sahələrində çalışan alim və mütəfəkkirlərin illərlə diqqət mərkəzində dayanan mühüm problemlərdən biri olmuşmüasir dövrdə də öz aktuallığını saxlamaqdadır. Müasir psixologiyada şəxsiyyət, onun fəallığı, formalaşması, strukturu kimi məsələlər, ümumiyyətlə şəxsiyyət anlayışının mahiyyəti barədə müxtəlif fikirlər irəli sürülür ki, bu da bir daha həmin problemin mürəkkəb və çətin olduğunu təsdiq edir.

 

məlum məsələdir ki, bizlər təkcə gözlərimizin rənginə, səsimizin tembrinə, barmaq izlərimizə və s. görə deyil, şəxsiyyət xarakteristikasına görə də bir-birimizdən fərqlənirik. İnsanları göz rənginə, səs tembrinə və ya digər biofiziki xüsusiyyətlərinə görə xarakterizə etməyə nisbətən onları bir şəxsiyyət kimi xarakterizə etmək olduqca çətindir.

 

Şəxsiyyət anlayışı mürəkkəb anlayışdır. Onun adekvat şəkildə anlaşılmasının çətinliyi bir sıra amillərlə bağlıdır. Həmin mühüm amillərdən bir neçəsini nəzərdən keçirək.

İnsan şəxsiyyəti madditoxunula bilən, hiss edilən deyil. O, bir sıra amillərin, şəraitin, imkanların və determinantların təsiri altında formalaşan psixoloji törəmədir.

İnsan şəxsiyyəti bir sıra amillərin təsirinə məruz qalsa da yalnız onlardan asılı bir törəmə kimi şərh oluna bilməz, çünki o formalaşdığı həmin əsası dialektik olaraq rədd edir.

 

İnsan davranışının determinasiyasında şəxsiyyətin mühüm əhəmiyyət kəsb etməsi barədə çoxlu nəzəriyyə və konsepsiya mövcuddur ki, bunların bir çoxunun “şəxsiyyət” anlayışını şərh etməsi ziddiyyətlidir.

 

Nəhayət, şəxsiyyəti anlamaq insan fenomenini anlamaqla birbaşa əlaqədardır. Şəxsiyyət yalnız o zaman insanın əsası, özəyi kimi, onun başlıca parametri, onun eyniləşdirmə vasitəsi kimi şərh oluna bilər ki, antropologiyainsan haqqında biliklər insanın öz təbiətini anlamaq səviyyəsinə yüksəlmiş olsun.

Bütün bunlar heç də şəxsiyyətin tədqiqi imkanlarının mümkün olduğunu rədd etməyə imkan vermir. Əksinə, şəxsiyyət problemi barədə son nəzəri və eksperimental tədqiqatlar onun öyrənilməsi imkanlarını artırır (kayzen.az).

 

“Şəxsiyyət” sözü Azərbaycan, rusingilis dillərində maraqlı və faktiki olaraq eyni etimologiyaya malikdir. Azərbaycan dilində “şəxsiyyət” sözü öz əsasını ərəb sözü olan “şəxs” sözündən götürmüş və hər hansı bir konkret şəxsi, simanı bildirir. Rus dilində “şəxsiyyət” (liçnostğ) sözü də “liüo”, “liçina” (üz, sifət) sözləri ilə bağlıdır. İngilis dilində “şəxsiyyət” mənasını ifadə edən “personalitysözü öz əsasını iki latın sözündən - “per” və “sona” sözlərindən götürüb ki, bu da bir növ “vasitəsilə danışır” mənasını ifadə edir. Sonralar qədim Yunanıstanda  Roma imperiyasında bu söz teatr tamaşasında aktyorun “maskası” şəklində özünü büruzə verib. Adətən, səhnə hərəkətindən asılı olaraqmasqa” dəyişilir, aktyor rola daxil olur. Lakin, yalnız xeyli vaxt keçdikdən sonrapersonasözü hazırki dövrdə daşıdığı məna yükünü daşımağa başlamış, “personality” - “şəxsiyyət” mənasında işlənməyə başlanıb.

 

Hər bir kəsin şəxsiyyəti birbaşa və dolayı mənada onun siması, sifətidir. İnsanın siması, sifəti onun başlıca identifikatorudur. Məhz onun xətləri, formaları, çevrəsi və digər xüsusiyyətləri əsasında bir adamı başqasından fərqləndirir, onun hansı yaş kateqoriyasına mənsub olduğunu müəyyənləşdirmək mümkündür. Təsadüfi deyil ki, şəxsiyyəti eyniləşdirməklə bağlı bütün sənədlərdə onun sifətinin (üzünün) şəkli olması tələb edilir. Bununla yanaşı olaraq bizim sifətimiz emosiyalarımızın, hisslərimizin, əhvalımızın, vəziyyətimizin, istəklərimizin ifadəçisinə çevrilir, o bizə təkcə verbal yolla deyil, qeyri- verbal yolla da, zəngin mimiki imkanlarımızın köməyilə də ünsiyyətə girmək imkanı verir. Dolayı mənada, insan şəxsiyyəti onunruhunun”, başqa sözlə, onun bütün psixi təzahürünün “sifətidir”. İnsana məxsus olan fərdi-psixoloji xassələrin təzahür xüsusiyyətlərinə, onun ünsiyyət üslubuna, davranışına, fikir və ideyalarına görə onu aydın eyniləşdirməyimiz və onun gələcək davranışının istiqamətini proqnozlaşdırmağımız heç kimdə şübhə doğura bilməz.

 

Şəxsiyyətdən danışarkən birinci növbədə onun azadlığı və məsuliyyətindən danışmaq lazımdır. Şəxsiyyət azadlığı fəlsəfi, dini, etik, sosial, siyasiiqtisadi aspektlərə malikdir. Onun fəlsəfi aspekti insanın öz davranışlarında müstəqil olması və ya onun determinasiya olmasından ibarət olan iradə azadlığının şərhi ilə birbaşa əlaqədardır. Bununla əlaqədar determinizmindeterminizm konsepsiyaları bir-birindən fərqlənirlər.

 

Determinizm (latınca müəyyən edirəm) konsepsiyası universal səbəb-nəticə əlaqələrinin insanın davranışlarının, fikirlərinin, motivlərinin müəyyən etməsindən çıxış edir.

İnderteminizm konsepsiyası isə ya mövcudluqların səbəblə müəyyən edilməsini tamamilə inkar edir, ya səbəbiyyəti şüur sahəsinə aid edir.

Azadlıq hər şeydən əvvəl, dərk edilmiş zərurətdir (qanunauyğunluqdur), ikincisi, həmin idrakın nəticələrindən əməli surətdə istifadə etməkdən, yəni işi bilməklə qərar qəbul etməkdən ibarətdir (“kayzen.az”). Determinizm konsepsiyası insanın azadlığının və məsuliyyətinin olmasını qəbul və sübut etməklə onun şəxsiyyətin həyatında böyük rol oynadığını, böyük mənaya malik olmasını irəli sürür.

 

Şəxsiyyətin azadlığı çoxplanlı və çoxaspektlidir. Onlardan iqtisadi, siyasi və mənəvi aspektlər şəxsiyyətlə, onun cəmiyyətlə münasibətlərində çox mühümdür. Fərdlərin normal həyat fəaliyyəti göstərmələrində ən vacib azadlıq vətəndaş hüquqlarının məcmusundan ibarət olan siyasi azadlıqdır.

 

Şəxsiyyət azadlığının dünyagörüşünə, ideologiyaya malik olmaqonu azad surətdə təbliğ etməkdən ibarət olan digər tərəfi mənəvi azadlıqdan ibarətdir. Mənəvi azadlıq sistemində vicdan azadlığı, etiqad etməsi və ya inkar etməsi və s.

 

Azadlıq şəxsiyyətin sosial statusunu xarakterizə edən tərəflərdən yalnız biridir. O, mütləq ola bilməz. Azadlığın nisbi xarakteri şəxsiyyətin digər şəxslər və bütövlükdə cəmiyyət qarşısında məsuliyyətində öz əksini tapır. Şəxsiyyətin azadlığı ilə məsuliyyəti arasındakı asılılıq proporsional nisbətdir. Cəmiyyət insana nə qədər azadlıq verirsə, insan həmin azadlıqdan istifadə etməkdə bir o qədər məsuldur.

 

Vətəndaş şəxsiyyət isə hər şeydən əvvəl, yaşadığı cəmiyyəti, onda baş verən hadisə və prosesləri dərk etməli, dövlətin və hüququn ona verdiyi hüquqimtiyazlardan istifadə etməli, eyni zamanda cəmiyyət qarşısında öz məsuliyyətini dərk etməli, ondan tələb olunan vəzifələri məcburi surətdə yerinə yetirməlidir.

 

Suverenliyimizin tam təmin olunması uğrunda mübarizə şəraitində, bəşəri və milli dəyərlərə yiyələnmiş insan yetişdirmək cəmiyyətimizin mənəvi tərəqqisinin əsas məqsədidir.

 

İnsan və şəxsiyyəti öyrənməkdə bir-biri ilə əlaqədar olan, mahiyyət etibarilə eyni olançox hallarda eyni olançox hallarda eyni mənada işlədilən şəxsiyyət, fərd, fərdiyyət anlayışlarından istifadə edilir. Şəxsiyyətin strukturu aşağıdakı şəkildə müəyyənləşdirmək mümkündür:

 

1) Bioloji amillərlə şərtlənən aşağı struktur (bura şəxsiyyətin cinsi, yaş xüsusiyyətləri, temperamentpsixik pataloji cəhətləri daxildir).

2) Psixik məntiqi strukturdur (ona yaddaş, emosiyalar, duyğu, qavrayış, təfəkkür və iradə daxildir).

3) Sosial təcrübə strukturudur (bura biliklər, vərdiş və qabiliyyətlər, adət və ənənələr daxildir).

4) Şəxsiyyətin istiqamətliliyi strukturudur (bura arzular, mənafelər, əqidələr və s. daxildir).

 

Şəxsiyyətin azadlığı çoxplanlı və çoxaspektlidir. Onlardan iqtisadi, siyasi və mənəvi aspektlər şəxsiyyətlə, onun cəmiyyətlə münasibətlərində çox mühümdür. İqtisadi azadlıq hər şeydən əvvəl istismardan azad olunmalı, siyasi azadlıq isə müsir sivilizasiyalı cəmiyyətlərdə ümumi və bərabər seçki hüququna malik olmasıdır. Mənəvi azadlıq sistemində isə vicdan azadlığı geniş yer tutur. Şəxsiyyət eyni zamanda mülkiyyətçidir, istehlakçıdır və vətəndaşdır.

 

Şərqşünas, fəlsəfə elmləri namizədi Rauf Məmmədov hesab edir ki, şəxsiyyətin yetişməsində çətin və kəşməkeşli həyat yolunun böyük rolu var. Belə ki, həyatdakı problemlər, əslində insanın özünə qapılmasını, səbəbləri özündə axtarmasını, özünüdərkini təmin edir. Dediyinə görə, təmtəraqlı həyat tərzi isə, insanın iradəsini daxilə deyil, xaricə yönəlməsinə və özündən bixəbər olmasına səbəb olur.

 

Şərqşünas bildirir ki, bu gün dövlət, ailə və cəmiyyət arasında yaşanan problemlər şəxsiyyətin formalaşmasına mənfi təsir göstərir. Ailədə müəyyən yaş həddinə kimi şəxsiyyətin yetişdirilməsi ilə məşğul olan anaların əməyi reproduktiv deyil, dövlət tərəfindən produktiv bir əmək kimi dəyərləndirilməli və onlara maaş verilməlidir.

 

Qadınların saatı, kişilərin saatından az olmalıdır (məvacibə təsir etməmək şərti ilə). İnternet yolu ilə evlərdən virtual əmək bazarına qadınların cəlb olunmasını, onların intellektual əməyindən virtual yolla istifadə olunmasını təmin etmək lazımdır (“rsychology.az”). “Qadın şəxsiyyətini və ümumiyyətlə, insan şəxsiyyətini alçaldan hallara qarşı ciddi hüquqi tədbirlər görülməlidir. Çünki qadınların ailədən ayrılması nə cəmiyyətin, nə dövlətin, nə də qadınların xeyrinədir. Ailə institutunun zəifləməsi, şəxsiyyətin formalaşmasına birinci, bəlkə də sonuncu zərbədir”.

 

Təhsil sisteminin də şəxsiyyətin formalaşmasına mühüm təsiri danılmazdır. Bu barədə danışan R.Məmmədovun bildirdiyinə görə, ailə psixologiyası təhsil psixologiyasının təməl prinsipinə çevrilməlidir. Ailə və məktəb münasibətlərini bir-birinə yaxınlaşdıran müəyyən dövlət tədbirləri, birgə ailə-məktəb layihələri həyata keçirilməlidir. Bu layihələrdə məqsəd yüksək təhsilli şagirdya tələbə, vətənini, millətini sevən vətəndaş və gözəl insan, xalqına öz əməyi ilə xeyir gətirən peşəkar bir sözlə şəxsiyyət yetişdirmək olmalıdır.

 

Deyilənləri ümumiləşdirərək, deyə bilərik ki, şəxsiyyət fərdin özünü cəmiyyətlə eyniləşdirməsinə imkan verən davamlı fizikipsixi xarakteristikasının məcmuundan ibarətdir. Şəxsiyyət insanın psixoloji siması olub, şüura, mənliyə malik olan, öz hərəkətlərinə cavabdeh, ictimai münasibətlərin fəal iştirakçısı olan adamdır. Şəxsiyyət müəyyən ictimai-tarixi dövrdə yaşayıb fəaliyyət göstərən, gerçəkliyi dərk edib müəyyən istiqamətdə dəyişdirən, ünsiyyətə girməyi bacaran konkret canlı insandır.

 

Murad MƏMMƏDLİ

Ekspress.-2017.-8-10 aprel.-S.10.