Hüquq sisteminin səciyyəvi əlamətləri

 

Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə görə, hər kəs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət etməli, başqa şəxslərin hüquq və azadlıqlarını pozmamalıdır.

 

Hüquq da dövlət kimi, müəyyən mərhələlərdə cəmiyyətin inkişafının məhsuludur. Hüquq sıx qarşılıqlı əlaqədə olduğu dövlətlə birlikdə inkişaf edir. Bu qarşılıqlı əlaqə aşağıda göstərilənlərdə təzahür edir:

 

1. Hüquq dövlətsiz inkişaf edə və fəaliyyət göstərə bilməz, ona görə ki, dövlət elə bir siyasi mexanizmdir ki, o, hüququ ümumməcburi davranış qaydaları (hüquq normaları) şəklində formalaşdırır. Qanun - dövlətin müvafiq səlahiyyətli orqanlarının (parlament, hökumət və s.) hüquqyaratma fəaliyyətinin nəticəsidir.

 

2. Dövlət hüquq normalarının həyata keçirilməsini təmin edir, hüququ qoruyur. Hüququn keşiyində duran məhz dövlət mühafizəsi, dövlət məcburetmə imkanları hüquq normalarını cəmiyyətdə fəaliyyət göstərən digər sosial normalardan (məsələn, adət, əxlaq və s.) fərqləndirir.

 

3. Yalnız hüququn dövlətə ehtiyacı yox, həmçinin dövlətin də hüquqa ehtiyacı var. O hüquqa arxalanmadan normal və səmərəli fəaliyyət göstərə bilməz. Belə ki, dövlət aparatının fəaliyyəti qanunvericiliyin, hüququn möhkəmləndirilməsini tələb edir.

 

Söhbət dövlət orqanları sisteminin daha əlverişli təşkilindən, onların səlahiyyət və fəaliyyətlərinin əsas istiqamətləri və prinsiplərinin müəyyən edilməsindən gedir. Bütün bunlar dövlət orqanlarının özbaşınalığını aradan qaldıran vacib şərtlərdir, cəmiyyətdə qanunçuluq rejiminin elementləridir, vəzifəli şəxslə vətəndaş arasında qarşılıqlı əlaqənin əsasıdır.

 

Hüquqşünas İsrayıl İmamlının sözlərinə görə, hüquqi cəhətdən məcburilik beynəlxalq-hüquqi normaların səciyyəvi əlamətidir. Bu əlamət onu dövlətlərarası sistemdə mövcud olan digər sosial normalardan fərqləndirir (remedium.az). Beynəlxalq hüquq elmində müxtəlif istiqamətlərə baxmayaraq, kiçik istisnalarla hamı onun normalarının hüquqi cəhətdən məcburiliyini qəbul edir: “İstisna kimi, Yel universitetinin professoru M.Makduqalın irəli sürdüyü beynəlxalq hüquq normalarının qeyri-normativliyi konsepsiyasını göstərmək olar. Həmin konsepsiyaya görə, beynəlxalq hüquq dövlət üçün hüquqi cəhətdən məcburi normaların məcmusu deyil. Bu müddəa  beynəlxalq hüquq mütəxəssisləri tərəfindən birmənalı qəbul edilməmişdir. Beynəlxalq hüquq elminin banilərindən H.Hrotsi yazır ki, öhdəliklər zəruridir, çünki məcburi qüvvəyə malik olmayan məsləhətlər və yaxud istənilən başqa tövsiyələr, məsələn, şərəf qaydaları qanun, yaxud hüquq adı daşımağa layiq deyil. Beynəlxalq hüquq normaları hüquqi cəhətdən məcburiliyinə görə dövlətdaxili hüquq normalarından fərqlənir. Dövlətdaxili hüquq normaları dövlətin iradəsinin ifadəsidir. Beynəlxalq hüquq normaları isə dövlətlərin razılaşdırılması iradələrinin məhsuludur”.

Formasına görə sənədləşdirilmiş və sənədləşdirilməmiş beynəlxalq hüquq normaları var. İ.İmamlının fikrincə, sənədləşdirilmiş normalar müqavilə normaları və beynəlxalq təşkilatların, konfransların aktlarında əks olunmuş normalardır. Bu normalar müəyyən aktlarda müəyyənləşdirilmiş və təsbit (sözlü tərtib) edilmiş qaydalardır: “Sənədləşdirilməmiş normalarbeynəlxalq hüquqi adət normalarıdır. Onlar subyektlərin təcrübələrində formalaşır, təsdiq olunur (məcburiliyi etiraf olunur) və elə bu təcrübədə də mövcudluğunu davam etdirir. Onlar hüquq tətbiqedici aktlarda, məsələn, dövlətlərin bəyənatlarında, notalarında sözlə ifadə olunur. Aparılan araşdırmalar nəticəsində belə bir nəticəyə gələ bilərik ki, beynəlxalq hüquqyaradıcılığının aşağıdakı tərkib elementlərinin onun anlayışına daxil edilməsi vacib əhəmiyyətə malikdir:

 

- Beynəlxalq hüquqyaradıcılığı beynəlxalq -hüquqi tənzimetmənin ilkin mərhələsidir.

- Beynəlxalq hüquqyaradıcılığı ictimai münasibətlərin inkişafının obyektiv qanunlarına uyğun şəkildə həyata keçirilir.

- Beynəlxalq hüquqyaradıcılığı ictimai münasibətlərin tənzimlənməsi məqsədilə həyata keçirilir.

- Beynəlxalq hüquqyaradıcılığı beynəlxalq hüququn ikidaha çox subyektləri tərəfindən həyata keçirilir.

- Beynəlxalq hüquqyaradıcılığı dövlətlərin iradəsinin razılaşdırılması yolu ilə həyata keçirilir.

 

- Beynəlxalq hüquqyaradıcılığı - beynəlxalq-hüquqi normaların yaraqdılması, dəyişdirilməsi və ləğv edilməsi ilə tamamlanan (başa çatan) fəaliyyətdir. Göstərilən əlamətləri nəzərə alaraq, beynəlxalq hüquqyaradıcılığının aşağıdakı tərifini vermək olar. Beynəlxalq- hüquqi tənzimetmənin ilkin mərhələsi sayılan və ictimai münasibətlərin tənzimlənməsi məqsədilə onların inkişafının obyektiv qanunlarına uyğun beynəlxalq hüquqyaradıcılığı - beynəlxalq hüquqi normaların yaradılması və dəyişdirilməsinə istiqamətlənmiş, həmçinin beynəlxalq hüququn bir neçə subyektinin iradəsinin razılaşdırılması yolu ilə həyata keçirilən fəaliyyətdir”.

Ekspert Rüstəm Mirzəyev qeyd edir ki, cəmiyyətin inkişafının məhsulu olan hüquq sistemi mürəkkəb və çoxşaxəli hadisədir: “O, cəmiyyətdə mövcud olan hüquqi hadisələrin bütün məcmusunu özündə birləşdirir. Yəni, hüquq sistemi cəmiyyətin və dövlətin bütün hüquqi təşkilini əks etdirən geniş kompleks kateqoriyadır. Belə ki, hüququn özü, hüquq düşüncəsi, hüquq mədəniyyəti, hüquqi tərbiyə, hüquq münasibətləri, hüquq qaydası, həmçinin hüquqi ənənələr və digər mühüm komponentlər hüquq sistemi anlayışına daxildir. Hüquq sisteminə daxil olan və yuxarıda sadalanan komponentlər öz əhəmiyyətinə, ictimai münasibətlərə və insanların davranışına təsir dərəcəsinə görə təbii olaraq eyni deyildirlər. Bununla belə, onlar eyni zamanda bir sıra ümumi qanunauyğunluqlara tabedirlər” (legalreform.az).

 

Ekspert onu da qeyd edir ki, ümumi qəbul olunmuş tərifə əsasən, hüquq sistemi - hər hansı bir dövlətin ərazisində qüvvədə olan hüquq normalarının vəhdətində və qarşılıqlı uzlaşmasında, habelə hüququn nisbətən müstəqil hissələrə bölünməsində ifadə olunan daxili struktur quruluşudur: “Hər bir sistem kimi, hüquq sistemi də əsas əlamətlərlə ifadə olunur. Birincisi, hüquq sistemi özünün ilkin ünsürünü təşkil edən hüquq normalarının xaotik toplusu deyil, bütöv orqanik bir hüquqi hadisədir. Yəni o, insanların subyektiv mülahizələri əsasında deyil, məhz ictimai münasibətlərin müəyyən obyektiv amil və şərtləri altında yaranır və öz təşəkkülünü tapır. İkincisi, hüquq sistemi onu təşkil edən bütün sahə, institut və normaların sıx qarşılıqlı əlaqəsi ilə səciyyələnir. Belə ki, bu tərkib elementlər bir-birindən ayrılıqda fəaliyyət göstərə bilməzlər. Tarixən hər bir ölkədə onun özünəməxsus hüquqi adətləri, ənənələri, qanunvericiliyi, bunların əsasında yaranan dövlət mexanizmi fəaliyyət göstərir, habelə hüquqi düşüncənin, hüquq mədəniyyətinin spesifik xüsusiyyətləri, başqa sözlə hüquq sistemi formalaşır və inkişaf edir”.

 

Yeri gəlmişkən, dünya hüquq elmi bir sıra əsas meyarlara əsaslanaraq, eyni zamanda, fransız hüquqşünası Rene Davidin verdiyi elmi təsnifatını qəbul edərək, aşağıda sadalananmüasir dünyada mövcud olan hüquq sistemlərini fərqləndirir:

 

I. Roman-german (qitə, kontinentalyaxud sivil hüququ) hüquq sistemi - bunlara Avropa qitəsinin böyük əksəriyyəti, Latın Amerikası, Afrikanın bir çox ölkələri, MDB dövlətləri, habelə Azərbaycan Respublikası və başqaları daxildirlər;

II. İngilis-sakson (ümumi hüquq) hüquq sistemi - bu ölkələrə əsasən ingilisdilli ölkələr, habelə İngiltərənin keçmiş müstəmləkələri, yəni İngiltərənin özü, ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, Hindistan və başqaları aiddirlər;

III. Dini-kanonik hüquq sistemi - bu sistem özündə müxtəlif dini ehkamlarının (islam, iudaizm, induizm) cəmiyyətdə başlıca rol oynadıqları dövlətlərdə öz təşəkkülünü tapmışdır. Bunlara İran, Əfqanıstan, Pakistan, Yaxın Şərq və Şimali Afrikanın bir sıra ərəb ölkələrini və başqalarını aid etmək olar;

IV. Sosialist hüquq sistemi - Çin, KXDR Kuba. Bizim ölkəmizdə yaxın keçmişə qədər (SSRİ-nin

tərkibində olduğu zaman) bu hüquq sistemi tətbiq olunmaqdaydı;

V. Adət hüququna əsaslanan hüquq sistemi - Madaqaskar bəzi ekvatorial Afrika ölkələri;

VI. Qarışıq (hibrid) hüquq sistemləri - Şotlandiya, CAR, Yaponiya, İsrail, Filippin, Kamerun, Şri-Lanka, Nigeriya başqa ölkələr. Bunlar əsas etibarilə dünyanın müxtəlif hüquq sistemlərinin zəruri elementlərini özlərində üzvi surətdə birləşdirirlər.

 

Eksperlərin fikrincə, cəmiyyət dövlət ictimai münasibətlərin nizamlandığı, ictimai qaydalara riayət olunduğu şəraitdə normal fəaliyyət göstərə bilər. İctimai həyatın təşkilində, insanların davranışının kollektivlərin fəaliyyətinin nizamlanmasında hüquq mühüm rol oynayır. Hüquq anlayışı haqqında məsələ mübahisəlidir (unec.edu). O da qeyd olunur ki, hüquq elminin müxtəlif sahələrinin nümayəndələrinin hüquqa vaxtilə vermiş olduqları hal-hazırda verdikləri müxtəlif təriflər mövcuddur. Hüququn mahiyyəti ilə bağlı nəzəriyyələrdən biri olan təbii hüquq nəzəriyyəsi hesab edir ki, hüququn özündə ədalətin mütləq, dəyişməz başlanğıcı vardır, o təbii olaraq mövcuddur, təbii hüquq, sanki müəyyən cəmiyyətdə mövcud olan hüquq normaları sisteminə (normativ hüquq adlandırılan) qarşı qoyulur. Hüququn tarixi məktəbi hesab edir ki, hüquq tarixi təkamülün üzvi tərkib hissəsidir, torpağa atılan dən kimi o xalqın şüurunda yetişir, adətlər qanunlar şəklində təzahür edir. Hüquq təbiətən meydana gəlmir, onun necəliyini müvafiq xalqın tarixi həyatı müəyyən edir. Hüququn psixoloji məktəbi hüququn meydana gəlməsini fəaliyyətini cəmiyyətin sosial iqtisadi həyatı ilə yox, şəxsiyyətin (şəxsin, qrupun) psixologiyası ilə izah edir.

 

Son olaraq qeyd edək ki, hüquq elmindəhüquqanlayışı iki mənada işlədilir:

a) Obyektiv hüquq ya obyektiv mənada hüquq- Hüquq normaları sistemində ifadə olunan ümumməcburi davranış qaydalarının məcmusu kimi hüquq obyektiv hüquqa aiddir.

b) Subyektiv hüquq ya subyektiv mənada hüquq. Subyektiv hüquq ya başqa sözləsubyektin hüququ” - bu konkret şəxsə 2 məxsus olan hüquq olur (məsələn, müəyyən əşyaya mülkiyyət hüququ). Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu ya digər davranışının mümkünlüyünü, sərbəstlik təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir.

 

Rəşid RƏŞAD

 

Ekspress.-2017.-18 aprel.-S.10.