Beynəlxalq hüquqla

dövlətdaxili milli hüququn qarşılıqlı əlaqəsi

 

Beynəlxalq hüquqla dövlətdaxili milli hüququn qarşılıqlı əlaqəsi, onlar arasında hüquqi qüvvəsi və tətbiqi ilə bağlı münasibət məsələsi, bir qayda olaraq, hər bir dövlətin konstitusiyası ilə müəyyən edilir. Azərbaycan Respublikasının Konstitusiyasında da bu məsələ ilə bağlı bir neçə müddəa var:

 

Birincisi - Konstitusiyanın “Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlaradlanan 148-ci maddəsinin II hissəsində göstərilir ki, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir.

 

İkincisi  - beynəlxalq aktların hüquqi qüvvəsini tənzimləyən 151-ci maddədə qeyd edilir ki, ölkənin qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlarla (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycanın tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

 

Göstərilən norma ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin respublikanın hüquq sisteminə daxil olan normativ aktların ierarxiyasında yeri müəyyən edilib. Bu baxımdan da həmin sistemdə beynəlxalq müqavilə hüquqi qüvvəsinə görə Konstitusiyadanreferendum yolu ilə qəbul edilmiş aktlardan sonra üçüncü yerdə durur. Konstitusiyanın qeyd edilən 148-ci və 151-ci maddələri Azərbaycanın qanunvericilik sistemində beynəlxalq hüquq normalarının yeri haqqında kifayət qədər aydınlıq yaradır. Bundan başqa Azərbaycan Konstitusiyasının 12-ci maddəsinin ikinci hissəsində birbaşa göstərilir ki, Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir (“anl.az”). Bu da o deməkdir ki, Konstitusiyada insan və vətəndaş hüquqları və azadlıqları ilə bağlı Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə nisbətdə fərqli qaydalar müəyyən edilibsə, beynəlxalq müqavilənin norması tətbiq edilməlidir.

 

Ekspertlər qeyd edirlər ki, hazırda müasir dünyada baş verən sürətli qloballaşma prosesləri sivilizasiya aləminin bütün sahələrini əhatə etdiyi kimi hüquqa da öz təsirini göstərir. Bu prosesin əsas müsbət tərəfi ondan ibarətdir ki, o hüquqi təcrübənin pozitiv tərəflərinin qarşılıqlı mübadiləsi ilə yanaşı, ümumiyyətlə hüququn təkmilləşməsinə və onun ümumi qəbul olunmuş ali əxlaqi dəyərlərin, mənəvi sərvətlərin hərtərəfli realizəsinin getdikcə artırılmasına aparır.

 

O da qeyd olunur ki, dünya birliyinin hərtərəfli inkişafı, bəşəriyyətin tarixi təkamülü və müxtəlif ölkə və xalqlar arasında qarşılıqlı əlaqələrin getdikcə güclənməsi, milli hüquq sistemlərinin identikliyinin əsas cəhətlərini qorumaq şərtinə əməl etməklə, konvergensiya prosesinin obyektiv genişlənməsinə səbəb olur.

 

Yeri gəlmişkən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ölkənin ali konstitusiya ədalət mühakiməsi orqanı olmaqla Azərbaycan Konstitusiyasının aliliyini təmin edir. Bundan başqa ölkəmizdə aparılan islahatlar çərçivəsində qəbul edilən “Konstitusiya Məhkəməsi haqqında” 23.12.2003-cü il tarixli qanuna əsasən pozulmuş hüquq və azadlıqların bərpası ilə bağlı vətəndaşların birbaşa Konstitusiya Məhkəməsinə müraciət etməsi hüququnun həyata keçirilməsi mexanizmi müəyyən edilib. Ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarına nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən də xüsusi dəstək verilir. Bundan başqa ölkədə aparılan məhkəmə-hüquq islahatına uyğun olaraq məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının da cəmiyyətdə roluna yenidən baxılıb, nəticədə də onun fəaliyyəti beynəlxalq normalarademokratik institutların tələblərinə uyğunlaşdırılıb (justice.gov.az).

Hüquqşünas Natiq Abdullayev qeyd edir ki, hazırda Azərbaycan dövləti tərəfindən hüquqi islahatlar davam etdirilir: Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə aparılan məhkəmə-hüquq islahatları, yeni təsisatların yaradılması, ədliyyə və məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi vətəndaş cəmiyyətinin inkişafını təmin edən tədbirlərdir. Ümumiyyətlə, vətəndaş cəmiyyətinin daimi və mütərəqqi inkişafını təmin etmək üçün hüquqi islahatların mütəmadi davam etdirilməsi zəruridir. Bu prosesdə dövlət siyasətinin cəmiyyətə çatdırılması, təbliği üçün ictimai təşkilatların məqsədyönlü aparması da müsbət rol oynayır”.

 

Xatırladaq  ki, hüquqşünasın təmsil etdiyi ictimai birlik vətəndaş cəmiyyəti institutu olaraq bu sahədə bir çox işlər həyata keçirib. Belə ki, “Hüquqi İslahatlara Yardım Mərkəzi” İctimai Birliyi qısa müddət ərzində qarşıya qoyduğu məqsədlərə doğru fəaliyyətində uğur qazanan vətəndaş cəmiyyəti institutlarından biri hesab olunur: “Mərkəzimiz fəal vətəndaşlıq və sırf peşəkarlıq mövqeyindən çıxış edərək bütövlükdə cəmiyyət həyatını əhatə edən hüquqi islahatların keyfiyyətcə yeni mərhələdə davam etdirilməsinə öz töhfəsini verir. Birliyimizin qısa müddət ərzində gördüyü işlərə nəzər saldıqda onları aşağıdakı kimi şərh etmək olar: Məhkəmə-hüquq islahatları çərçivəsində: mübahisələrin məhkəmədənkənar alternativ üsullar: mediasiya, konsiliasiya, arbitraj vasitəsilə həlli üsulları sahəsində beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə nail olmaq. Son illərdə İsveç, Almaniya, Rumıniya, İtaliya, Ukrayna, Belarus, Rusiya, Türkiyə, Malayziya, Honq Konq, Dubay, Misirbaşqa ölkələrin beynəlxalq arbitraj institutları ilə qarşılıqlı əməkdaşlıq münasibətləri yaradılıb. Biz həmçinin Azərbaycan dövləti tərəfindən aparılan hüquqi islahatların təcrübədə tətbiqində iştirak etmək, beynəlxalq təcrübənin öyrənilməsi; qanunvericiliyə əlavə və dəyişikliklərin hazırlanması və qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyəti olan subyektlərə təqdim edilməsi sahəsində də mühüm işlər aparırıq. Bu sahədə ilk növbədə mübahisələrin məhkəmədənkənar həlli üsullarının inkişaf etdirilməsi, təcrübədə tətbiqinin genişləndirilməsi ilə əlaqədar görülən işləri qeyd etmək yerinə düşər” (“xalqqazeti.com”).

 

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının qanunvericiliyində beynəlxalq hüquq normalarının yeri, beynəlxalq hüquqla dövlətdaxili milli hüququn qarşılıqlı əlaqəsi Azərbaycan Respublikasının Konstitusiyasında dəqiq şəkildə tənzimlənir. Konstitusiyanın “Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlaradlanan 148-ci maddəsinin II hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Bu müddəa Azərbaycan Respublikasının beynəlxalq müqavilələrin və ya beynəlxalq hüquq normalarının həyata keçirilməsində inkorporasiya yolunu seçdiyini göstərir (ihr-az.org).

 

Fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov qeyd edir ki, beynəlxalq hüququn primatı (üstünlüyü) nəzəriyyəsinin tərəfdarları “təmiz hüquq nəzəriyyəsinin” davamçıları - “normativistlər””, “solidaristlər” və başqaları hesab olunurlar: “Q.Kelzen təsdiq edirdi ki, “öz başlanğıcını milli hüquqdan götürən” beynəlxalq hüquq dövlətdaxili hüquq qaydası ilə birlikdə vahid hüquq qaydası sistemini - “bütün hüquqlarını universal sistemini” təşkil edir. O hesab edirdi ki, beynəlxalq və dövlətdaxili hüquq müstəqil hüquq sistemləri olmaqla, daimi qarşılıqlı əlaqədədir, eyni zamanda, iki sistem arasında ziddiyyət də qaçılmazdır və bu zaman beynəlxalq hüquq üstünlüyə malik olur. Bu o deməkdir ki, dövlətin qanunverici orqanı və məhkəmələri daxili hüququn beynəlxalq hüquqauyğun olmasını təmin etməlidir. Əgər belə bir uyğunluq yoxdursa, milli məhkəmə beynəlxalq hüquq normasını tətbiq etməlidir. Monizmin görkəmli alman filosofu G.Hegelə məxsus olan “tərsinə monizmadlanan doktrinasına görə, milli hüquq beynəlxalq hüquq üzərində üstünlüyə malikdir”.

 

Əslində beynəlxalq hüquqşünaslar tərəfindən bu konsepsiya qeyri-səmərəli hesab olunur.

Ömərovun fikrincə, qloballaşmaAvropaya inteqrasiya dövrünün ilkin tələbi kimi dövlətdaxili hüquqdan beynəlxalq hüquqa doğru “istiqamətlənmə” daha aktualdır: “L.Hüseynov göstərir ki, beynəlxalq hüququn dövlətdaxili hüquqla əlaqə problemlərinə dair digər mühüm konseptual müddəalar dualizm nəzəriyyəsində öz əksini tapıb. Bu nəzəriyyə xüsusilə dövlətdaxili hüquq və beynəlxalq hüququn qarşılıqlı əlaqəsinə dair formalaşmış müasir doktrina üçün uzun illər zəruri əsas rolunda çıxış etmişdir. Bu nəzəriyyənin tərəfdarlarına görə, beynəlxalq hüquq və dövlətdaxili hüquq bir-birindən ayrılıqda mövcud olan və fəaliyyət göstərən iki tamamilə müstəqil hüquq sistemləridir. Beynəlxalq hüquq dövlətlər arasındakı münasibətləri nizama salır, dövlətdaxili hüquq isə dövlətin ərazisində fərdlərin hüquq və vəzifələrini müəyyən edir. Yəni beynəlxalq hüquq beynəlxalq səviyyədə milli hüquq isə dövlət daxilində tənzimləməni həyata keçirir”. Hətta o da qeyd olunur ki, milli hüquq məsələnin həllini beynəlxalq hüquqa həvalə etmirsə, müvafiq milli hüquq norması tətbiq edilirya əksinə.

 

Fəlsəfə doktoru onu da qeyd edir ki, fərq, əsas etibarilə, nəzəri cəhətdəndir: indi haqqında danışdığımız nəzəriyyənin məğzində duran ideya ondan ibarətdir ki, beynəlxalq hüquq və dövlətdaxili hüquq sistem kimi bir-biri ilə ziddiyyətdə olmur; monizmdualizm isə “konfrantasiya” nəzəriyyələridir: “Beynəlxalq hüququn, o cümlədən hazırda inkişaf etməkdə olan beynəlxalq media hüququnun dövlətdaxili hüququn formalaşmasına və fəaliyyətinə təsiri yekcins olmayıb, qarşılıqlı əlaqə və asılılıqda inkişaf edərək yuxanda qeyd edilmiş nəzəriyyələrin irəli sürdüyü müddəalarla sıx bağlıdır” (sesqazeti.az).

 

Onu da qeyd edək ki, ölkəmizdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin ölkənin sosial-siyasi həyatındakı iştirakının daha da inkişafı üçün ölkə başçısının ötən il ərzində imzaladığı bir sıra sərəncamlar da çox mühüm əhəmiyyətə malikdir. Onlardan ən əsası isə “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”dır (hafta.az). Həmin sənəddə informasiyakommunikasiya texlogiyalarından maksimum dərəcədə yararlanaraq vətəndaşların hüquqi biliklərinin artırılması və şəffaflığın təmin oluması məqsədi ilə normativ hüquqi aktların vahid internet elektron bazasının (www.e-qanun.az) və Hüquqi Aktların Dövlət Reyestrinin (www.huquqiaktlar.gov.az) mütəmadi yenilənməsinin və dayanıqlı fəaliyyətinin təmin edilməsi, normativ hüquqi aktların vahid internet elektron bazasının (www.e-qanun.az) mobil versiyasının təkmilləşdirilməsi və s. tələblər öz əksini tapıb.

 

Rəşid RƏŞAD

Ekspress.-2017.-21 aprel.-S.10.