Vətəndaş cəmiyyətinin varlığı

ya vətəndaşları birləşdirən ictimai şəbəkə kimi

 

Bütün bəşəriyyətin xoş gələcəyinə ümidlər yaradan yeganə yol qarşılıqlı əlaqə və əməkdaşlıq yoludur, hansı ki, bütün ictimai qüvvələr dövlət, xüsusi sektor, təhsil və tədqiqat müəssisələri, bütün formalarında vətəndaş cəmiyyəti müəyyən məqsədlərə nail olmaq üçün öz güclərini birləşdirməlidirlər”. Bu fikirlər BMT-nin keçmiş baş katibi Kofi Annana məxsusdur.

 

Yüksək inkişaf etmiş ölkələrin təcrübəsinə əsasən, vətəndaş cəmiyyəti yalnız onun üçün müəyyən əlverişli şərait yaradıldığı təqdirdə inkişaf edir. Və belə bir şərait dövlət tərəfindən və ya onun əksinə olaraq xeyli dərəcədə cəmiyyətin özü tərəfindən yaradılır.

 

Ekspertlər qeyd edirlər ki, dövlət lazımi qanunların qəbulu, demokratik strukturların formalaşdırılması, hamılıqla qəbul olunmuş normaprosedurlara ciddi riayət etməsi və hüquqlara təminat yaradılması yolu ilə vətəndaş cəmiyyətinin inkişafına və müstəqil fəaliyyətinə şərait yaradır. Bütün bunlar təmin olunmadıqda isə müstəqil ictimai təşkilatlar, hərəkatlar, kütləvi informasiya vasitələri timsalında qanun çərçivəsində dövlətə qarşı balanslaşdırıcı güc mərkəzi yaratmaqla VC həm özünün, həm də bütövlükdə cəmiyyətin inkişafına nail ola bilir. Bundan başqa, vətəndaş cəmiyyətini, dövlətdaxili münasibətlərin inkişafına təsir göstərən insan qruplarının təşkilatlanmış fəaliyyəti, sosial şəbəkələşmə kimi də müəyyən etmək olar (“unikal.org”).

 

Ekspert Vahid Ömərov bu barədə danışarkən deyib ki, marksizmin banisi Karl Marks, əslində əksər ideyaları Hegeldən əxz edərək onu yeni dövrə uyğunlaşdırmağa və yeni bir fəlsəfi-siyasi sistem yaratmağa cəhd edib. Belə ki, Marks  Hegelin dünya tarixinin əsl mübtədaları və xəbərləri arasındakı münasibətləri necə dəyişdiyini, ideyanı (azadlığın Beqriffi-ni) mübtəda və real, konkret, tarixən müəyyənləşdirilmiş fərdləri, onların bir-biri ilə münasibətlərində, münaqişələrində və müxtəlif cür mövcudluq formalarında, sadəcə, ideyanın xəbərləri etdiyini göstərmək üçün Hegelin doktrinasını demək olar ki, sətirbəsətir (bu gün dəbdə olan terminlə desək) “sökməyə” başlayır. “Bu əsərdəki məşhur parçalardan birində Marks belə bir fikri təsdiqləyir: “İdeya mübtəda edilib. Ailə və vətəndaş cəmiyyətinin əsl münasibəti isə onun daxili xəyali fəaliyyəti kimi dərk olunur. Ailə və vətəndaş cəmiyyəti dövlətin səlahiyyət sahəsindədir; onlar həqiqətən fəal elementlərdir, lakin nəzəri fəlsəfədə əşyalar alt-üst edilmişdir. ideya da subyekt olanda, əsl subyektlər, yəni, vətəndaş cəmiyyəti, ailə, “şəraitlər, dəyişkənlik və s.” ideyanın əhəmiyyətini dəyişmiş qeyri-real obyektiv elementlərinə çevrilirlər”.

 

Can Kohenin, Hegelinimmanent tənqidi” adlandırdığı bu tənqid hamıya məlumdur və əsasən də Hegelin dövlətin (və dövlət qulluqçularının bürokratik zümrəsinin) ümumbəşəri maraqlarına və azadlığın təbəqə kimi (Marks üçün sinif kimi) bu cür təşkil olunmuş korporativ qurumlardakı təcəssümünə inamının mənasızlığını göstərməyə əsaslanır”.

 

Əslində Marks üçün vətəndaş cəmiyyətini təşkil edən məxsusi istəklərin ziddiyyətləri, dövlətin ümumbəşəri etik qurumuna çevrilmirsə, onlar buna görə heçaz əhəmiyyətli amillər deyil.

 

Ömərov bildirir ki, “Yəhudi məsələsi haqqında” əsərində Marks vətəndaş cəmiyyətini müəyyənləşdirən məxsusi və müxtəlif maraqların (əsasən istehsal vasitələri deyil, əmlaka sahibkarlıq məsələsinə əsaslanan maraqların) təhlilinə xüsusilə böyük yer ayırır: Bir-biri ilə ziddiyyətdə olan bu maraqlar Marks üçünaradan qaldırılıb, nə də ki dövlətə çevrilib. Əksinə, (1793-cü ildə qəbul edilmiş paradiqmatik insan Hüquqları Bəyannaməsi) müasir dövlət onları əmlakın və onun münasibətlərinin müqəddəsliyi ilə qanuniləşdirdi. Marksa görə, “doğum, sosial mənsəb, təhsil və peşə siyasi fərqlərin ləğv olunmasının özü belə onların cəmiyyətdə davamlı varlığını “nəzərdə tutur”. Ümumbəşəri qurum kimi, siyasi dövlət yalnız “onların varlığının bu elementlərinə ziddiyyətdə mövcuddur”. Onları aradan qaldırmağın əvəzinə dövlət, görəcəyimiz kimi, ən azı onların qarşısında acizlik edir. Dövlət və onunla birgə vətəndaşlığın və iştirak etmənin siyasi mühiti, Marksın əvvəlki əsərində yalnız və yalnız cəmiyyətin məhsuldar qüvvələrinin epifenomenlərindən birinin səviyyəsinə qədər kiçildilmişdir. Məhz bu ilk, xüsusən də, “Yəhudi məsələsi haqqında” əsərində biz vətəndaş cəmiyyətinin dövlətdən fərqi barədə Marksın ən geniş tənqidinə rast gələ bilərik. Çünki burada vətəndaş cəmiyyətindən olan abstraksiyada siyasi mühit vətəndaş cəmiyyətinin həyatına ziddiyyətdə hələ də azadlıq mühiti postulatı kimi ifadə olunur. A.Seliqman bir daha qeyd edir ki,  burada mühüm fərq ondadır ki, Marksda, onun icmaictimai xarakteri vətəndaş cəmiyyətində deyil, yalnız fərdin başqa iştirakçıların maraqlarına zidd olaraq, öz maraqlarını güdən eqoist və tənhalaşdırılmış bir iştirakçı kimi mövcud olduğu vətəndaşlığın siyasi sferasında tapılmalıdır. A.Seliqmana göstərir ki, insan varlığının vətəndaş cəmiyyəti və siyasi həyatın bir-birindən tamamilə fərqli mühitlərinə olan bu bölgüsü Marks üçün müasirliyin bir sivilizasiya kimi müəyyənləşdirici xüsusiyyəti idi və əsil insan təbiəti baxımından bu dixotomiyanın müstəqil, fərdi qütbünü postulat kimi irəli sürmək üçün hər hansı cəhdin yalan olduğunu sübut etmişdi. Marks, beləliklə, həm on səkkizinci əsrin antropologiyasının sadəlövhlüyünü, həm də Hegel təfəkkürünün abstrakt idealizmini inkar etmişdi. O, vətəndaş cəmiyyətinin yaranmasının özünü on səkkizinci əsrin siyasi emansipasiyasına uyğun olan, heç bir vəchlə ondan əvvəl gəlmiş (istər ontoloji, istərsə də tarixi baxımdan) bir şey kimi görürdü. Hər ikisinin yaranması və fərqləndirilməsi sonda vətəndaş cəmiyyətinin həyatının həyati funksiyası və şəraitlərinin... siyasi tək mövcud olduğu vahid feodal quruluşunun devrilməsi ilə nəticələnmişdi” (sesqazeti.az).

 

Onu da qeyd edək ki, vətəndaş cəmiyyəti dövlət və özəl sektordan kənarda vətəndaşların ən müxtəlif səviyyəli müstəqil birliklərinin kompleksini də təşkil edir. İnkişaf etmiş ölkələrin təcrübəsi gəstərir ki, belə birliklər sırasına ənənəvi olaraq dini birliklər, siyasi partiyalar, vətəndaş hərəkatları, ticarət və peşə assosiasiyaları, qeyri-hökumət təşkilatları, icma əsaslı təşkilatlar və bütün digər vətəndaş birlikləri aid edilir. Məhz buna görə də cəmiyyətin dövlət və biznes sektoruna daxil olmayan bütün belə birliklərinin məcmusu beynəlxalq təcrübədə Vətəndaş Cəmiyyəti Təşkilatları adlandırılır.

 

Siyasi elmlər doktoru Gülzar İbrahimovanın fikrincə, dövlətin vətəndaşın azadlığına müdaxiləsi qeyri-məqsədəuyğun və qanunazidd kimi tanınır: Hüquqi dövlətin yaradılmasının formalaşdırılması insan hüquq və azadlıqlarının maksimal təminatı, dövlətin vətəndaş qarşısında və vətəndaşın dövlət qarşısında məsuliyyəti, qanunun nüfuzunun yüksəldilməsi və hüquq-mühafizə orqanlarının effektiv işi ilə əlaqələndirilir. Hüquqi dövlətin mövcudluğu üçün aşağıdakı şərtlər zəruridir:

 

- Hakimiyyətin fəaliyyəinin hüquq normaları ilə tənzimlənməsi. Burada söhbət bütün dövlət orqanlarından gedir. Məlumdur ki, müasir demokratik cəmiyyətlərdə hakimiyyət üç qoldan: qanunverici, icraedici, məhkəmə hakimiyyətindən ibarətdir. Hakimiyyətin hər üç qolunun fəaliyyəti hüquq normaları ilə tənzimlənməlidir.

 

- Hakimiyyətdən müdafiə hüququ - fərdlərə aid olan hüquqdur. Hakimiyyət orqanı səlahiyyət həddini aşdıqda, hüquq normasının onun üçün cızdığı dairədən kənara çıxdıqda fərdin bundan qorunmaq - müdafiə olunmaq hüququ olmalıdır.

 

- Qanunun aliliyiqanunçuluq. Bu əlamət bir tərəfdən Qanunun göstərişlərinin hüququn bütün subyektləri üçün eyni məna və qüvvə kəsb etməsini, digər tərəfdən isə hüquqi aktların “nərdivan”ında aşağıda duran aktın yuxarıda durana uyğunluğunu ehtiva edir.

 

- Hakimiyyətin bütün hərəkətlərinin hüququn ümumi prinsiplərinə uyğunluğu. Çox vaxt hakimiyyət orqanının çoxcəhətli fəaliyyətinin bütün istiqamətlərini zaman, təbii fəlakət, gözlənilməyən hadisə və digər səbəblərdən vaxtında normativləşdirmə imkanı olmur. Amma onun fəaliyyəti zəruri və qaçılmaz olur. Belə hallarda da hakimiyyətin fəaliyyəti hüququn ümumi prinsiplərindən kənara çıxa bilməz. Bu halda qəbul edilən qərarlar mütləq ədalətə söykənməli, cəmiyyətin fundamental maraq və mənafelərinə cavab verməlidir.

 

- Dövlət hakimiyyəti sisteminin hüquqi təşkili - Qanuni hakimiyyət özünün qərarlaşması və möhkəmlənməsi üçün hüquq formasında ifadə olunur. Çünki güc öz-özlüyündə hakimiyyəti yarada bilməz. Dövlət hüquqla, hüquq normaları ilə bağlıdır və o, elə bir qüvvədir ki, hüquqa xidmət göstərməlidir. Yəni, dövlət insan hüquqlarına zidd olan qanunlar yarada bilməz.

 

- Vətəndaş cəmiyyətinin varlığı. Hegel ilk dəfə şəxsiyyət və dövlət arasında həm şəxsiyyət, həm də dövlət üçün əhəmiyyətli olan ictimai mühitin mövcud olduğunu göstərib. Hegelə görə, əgər dövlət özüylə müxtəlif şəxslərin vəhdətini ehtiva edirsə, onda vətəndaş cəmiyyətində hər kəs özü üçün məqsəd, bütün qalanlar isə heç nədir” (paralel.az).

 

G.İbrahimova onu da qeyd edir ki, vətəndaş cəmiyyəti vətəndaşları birləşdirən ictimai şəbəkə olmaqla dövlət vasitəsilə deyil, vətəndaşların özü və müəssisələr tərəfindən yaradılır, fəaliyyətdə olan qanunlar çərçivəsində dövlətə münasibətdə muxtar xarakter daşıyır. Yəni, vətəndaş cəmiyyəti sivilizasiyasının müasir səviyyəsində fərdlər, qruplar və birliklər arasında dövlət vasitəsilə şərtlənməyən, özünəməxsus, inkişafyetkinlik səviyyəsi olan iqtisadi, mədəni, hüquqsiyasi münasibətlərdir: Bu baxımdan dahüquqi dövlət” demokratiyanın, onun mahiyyətini ifadə edən, əsas əlaməti olub, özündə hakimiyyət orqanlarının hər bir fəaliyyətinin hüquq normalarıla tənzimlənməsini, hakimiyyətdən müdafiə hüququnu, Qanunun aliliyiniqanunçuluğu, hakimiyyətin bütün hərəkətlərinin hüququn ümumi prinsiplərinə uyğun olmasını ehtiva edir. Əlbəttə “hüquqi dövlət” kateqoriyasıla bağlı məsələ bununla bitmiro, bir sıra digər geniş spekterli məsələlərlə (hüquq, dövlət, qanun, ədalət mühakiməsi, hüquq mədəniyyəti və s.) əlaqədə öyrənilir və tədqiq edilir”.

 

Rəşid RƏŞAD

Ekspress.-2017.-28 aprel.-S.10.