Vətəndaş cəmiyyətində ictimai-hüquq qaydaları
İctimai maraqlar cəmiyyəti təşkil edən fərdlərin rifahının ifadə olunduğu, individual mahiyyəti ümumi anlayışa istiqamətləndirən və çoxluğun marağını üstün sayan bir anlayışdır. Müasir cəmiyyətlərdə bu məfhum daha geniş və çoxşaxəli anlam kəsb etməklə dövlət-vətəndaş münasibətlərinə birbaşa təsir gücünə malikdir. Məhz buna görə də ictimai maraq fərdi maraq anlayışı ilə əlaqələndirilməməlidir.
İctimai marağı qəlibə salan və müdafiə edən məhz dövlətdir. İqtisadçı Lok Sanq Ho müəllifi olduğu “İctimai siyasət və ictimai maraq” kitabında ictimai marağın qərərsiz qiymətləndirilməsinin vacibliyini deyərək, bu anlayışın “keçmişin əleyhinə” kateqoriyasına daxil olduğunu bildirib. Bu baxımdan da ictimai maraq bir çox yanaşmalarda hökumətin demokratik nəzəriyyəsinin əsası kimi göstərilir və hər zaman münasiblik və zərurət konseptləri ilə paralel götürülür. İctimai maraq kəsb edən hər hansı qərarı qəbul etmək üçün açar elementlər şəffaflıq və maraqların balanslaşdırılmasıdır.
Bütün dünyada ictimai marağın hüquqi müdafiəsi sosial ədalət axtarışı çərçivəsində tənzimlənib. Hazırda bu anlayış dünyanın əksər bölgələrində müxtəlif sahələrdə kampaniyaların keçirilməsi, ictimai maraqdan irəli gələn hədəflərə nail olmaq üçün yurisdiksiya mexanizmlərinin istifadəsi, ödənişsiz hüquqi yardım, hüquq sahəsində təhsilin təkmilləşdirilməsi kimi məqamları gündəmə gətirir.
Hüquqşünas Əli Hüseynli qeyd edib ki, demokratik hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunub: “İnsan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilib. Konstitusiyamızın üçdə bir hissəsi məhz bu məsələyə həsr edilib. Demokratik dəyərlərin üstünlüyünü qəbul edən, azadlığı, haqq və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır. Siyasi, iqtisadi, hüquqi sistemin köklü şəkildə dəyişdiyi, cəmiyyətdə keçid dövrünün başlandığı bir vaxtda Əsas Qanunun rolu qat-qat artır. Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı. Mühüm tarixi əhəmiyyətə malik olan bu sənəd ölkəmizdə insan və vətəndaş azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir. Əminliklə demək olar ki, Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər fundamental hüquq və azadlıqları lazımi şəkildə öz əksini tapıb” (“AZƏRTAC”).
Ekspert Elşən Nağıyevin fikrincə, hüquqi dövlət elə bir idarəetmə formasıdır ki, dövlətin özü, bütün ictimai qurumlar, ayrı ayrı fərdlər hüquqa hörmət edir və ona eyni münasibətdədirlər. Hüquq bu vəziyyətdə dövlətin, cəmiyyətin və fərdlərin qarşılıqlı münasibətlərinin qanunauyğun tənzimlənməsini həyata keçirir: “Hüquqi dövlət öz-özünə daimi norma və qaydaların kompleksini müəyyən dərəcədə məhdudlaşdırır. Dövlət ona görə hüquqi olur ki, o hüququn hakimiyyəti altına düşür, hüquq dövlət qarşısında üstünlüyə malik olur. Hüquqi dövlətdə onun fəaliyyətinin dəqiq və aydın formaları, yolları və mexanizmləri vətəndaşların azadlığının qanunlarla qorunmasına yönəlir”.
Onun sözlərinə görə, hüquqi dövlət ümumi tələblərə cavab verməlidir. “Vətəndaş cəmiyyəti ayrı ayrı şəxslərin bir biri ilə qarşılıqlı münasibətlərində mütləq azadlığı təşkil edir. O, ictimai, iqtisadi və mədəni şəkildə özünü göstərir, hansı ki, azad fərdlərin maraqlarını və fərdlərin seçimini təmin edir. Vətəndaş cəmiyyəti bizim dövrün ixtirası deyil. Vətəndaş cəmiyyəti ideyası Qədim Yunanıstanda və Romada mövcud olmuşdur. Yalnız XVII əsrdə ingilis filosofu Tomas Hobbs özünün “Vətəndaş haqqında” və “Leviafan” əsərlərində vətəndaş cəmiyyətinin konsepsiyasını təsvir etmişdir. Sonrakı dövrlərdə vətəndaş cəmiyyəti ideyası C.Lokk, C.C.Russo, İ.Kant və başqa mütəfəkkirlər tərəfində inkişaf etdirilmişdir”.
Ekspert vətəndaş cəmiyyətinin yaradılmasında vacib amillərin aşağıdakılardan ibarət olduğunu qeyd edib: xoxşaxəli iqtisadiyyat, müxtəlif mülkiyyət formaları və tənzimlənən bazar münasibətləri; siyasi hakimiyyətin səlahiyyətlərinin desentralizasiyası, hakimiyyətin bölünməsi, siyasi plüralizm, vətəndaşların dövlət və ictimai işlərdə iştirakı, qanunun aliliyi və hər kəsin onun qarşısında bərabərliyi; mənəvi ideologiyanın və dünyagörüşünün olmaması və vicdan azadlığı (caspinews.com).
Nağıyev onu da qeyd edir ki, vətəndaş cəmiyyəti - bu ictimai münasibətlərin, formal və qeyri formal strukturların (qruplar, kollektivlər), spesifik maraqların birləşmiş (iqtisadi, etnik, mədəni) məcmusudur. Bütün bunlar insanın həyat fəaliyyətini təmin edən və müxtəlif maraq və təlabatların dövlətdənkənar təmin edilməsidir: “Vətəndaş cəmiyyəti və dövlət bir-birini tamamlayır və bir-birindən asılı olur. Yetkin vətəndaş cəmiyyəti olmadan, hüquqi, demokratik dövlət qurmaq mümkün deyildir, çünki məhz azad vətəndaşlar şüurlu insan birgəyaşayışının ən səmərəli formasını yarada bilər.
İnkişaf etmiş Qərb ölkələrində vətəndaş cəmiyyətinin və hüquqi dövlətin qarşılıqlı fəaliyyətinin müəyyən mexanizmi mövcuddur.
Bu mexanizm üç elementdən ibarətdir:
- Hakimiyyətin qanunverici, icraedici və məhkəmə olmaqla bölünməsinin prinsipləri
həyata keçirilir
- Hakimiyyət orqanlarına seçkilərdə partiyaların
qarşılıqlı əlaqələr
sisteminin yaranması
- Dövlətin və cəmiyyətin arasında
mövcud olan əlaqə və münasibətlərin inkişafında
müxtəlif təşkilatlar,
komutələr və
komissiyalar iştirak edirlər.
Belə mexanizm dövlətin və vətəndaş cəmiyyətinin uzun sürən təkamülü
nəticəsində yaranmışdır. Siyasi sistemin
müvəffəqiyyətlə fəaliyyət göstərməsi
üçün yeganə
yol dövlətin və vətəndaş cəmiyyətinin qarşılıqlı
əlaqə və münasibətlərində, üstünlük
güclü dövlət
və onu tamamlayan vətəndaş
cəmiyyətinin fəaliyyəti
olmalıdır. Dövlət öz funksiyalarını yerinə yetirə bilməyəndə, onu süni şəkildə ləğv edəndə, bu dövlətin zəifliyini göstərir.
Həddindən çox asılılığı
olmayan, nəzarətdən
kənar cəmiyyət
də, özünün
zəifliyini biruzə
verir. Bu problem hazırki dövrdə Azərbaycan üçün
xüsusilə aktualdır.
Çünki bu gün ökəmizdə qaninverici,
icraedici və eləcədə məhkəmə
hakimiyyəti müstəqil
fəaliyyət göstərə
bilmir. Bütün səlahiyyətlər icra hakimiyyəti tərəfindən mərkəzləşmiş
qaydada həyata keçirilir. “Dördüncü hakimiyyət”
adlanan mətbuat ciddi təzyiqlərə məruz qalır. Konstitusiyaya əməl olunmur, qanunlar işləmir, vətəndaşların hüquq
və azadlıqları
ciddi şəkildə
məhdudlaşdırılır. Bütün bu problemlər Azərbaycanda hüquqi dövlətin və vətəndaş cəmiyyətinin
inkişafında ciddi
problemlərin olmasını
göstərir”.
Siyasi elmlər doktoru Gülzar İbrahimovanın
fikrincə, demokratiyanı
siyasi sistem formalaşdırır: “Onun
dayanıqlı olması
üçün isə
vətəndaş mövqeyi,
vətəndaş cəmiyyəti,
eləcə də hüquqi dövlətin mövcudluğu zəruridir.
Vətəndaş cəmiyyəti insan
azadlığı və
hüquqlarından xəbərsiz,
özünü ifadə
etməkdən çəkinən,
məqsədlərinə çatmaq
naminə neqativ yollara əl atmaqdan çəkinməyən
vətəndaşlardan yarana
bilməz. Əgər bir
vətəndaş öz
hüquq və azadlıqlarını bilmirsə,
sosial məsuliyyətini
dərk etmirsə, hüquqlarını tələb
etməkdən vaz keçirsə, onda nə demokratiya, nə də vətəndaş cəmiyyətindən
danışmağa dəyər.
Hüquqi dövlətdə bazar münasibətləri
və iqtisadi cəhətdən müstəqil
insan kütləsi məkanında vətəndaş
cəmiyyətinin olması
mümkündür. Vətəndaş cəmiyyəti siyasi yox, sosial cəmiyyətdir
və orada siyasi elitanın “söz keçirməsi” cəmiyyətin liberallığına
şübhə yaradır.
Nəzərə alsaq ki, onun özəyi iqtisadi sərbəstlikdir və sərbəstlik demokratiyanı yaradan şərtlərdən biridir
və demokratik şəraitdə hüquqi
dövlət daha da inkişaf edir, onda prosesin
bir-biri ilə labüd bağlılığı
göz önündədir.
Hüquqi dövlət və
vətəndaş cəmiyyəti
demokratiya ilə sıx bağlı anlayışlardır, biri
bərqərar olmadan
o biri mümkün deyil. Fransız politoloqu Tokvill
demokratiya şəraitində
hüquqi dövlətin
cəmiyyətdə oynadığı
rolu təhlil edərək bildirir ki, demokratiya əmlakın mövcudluğunu,
mülkiyyət anlayışını
bütün adamlar üçün aydın etdiyi kimi, siyasi
hüquqlar analyışını
da hər bir vətəndaşın
şüuruna çatdırır”.
Ümumiyyətlə isə, ekspertlər qeyd edirlər ki, dünya qloballaşması iqtisadiyyatın
yenidən qurulması
dövründə dünya
təsərrüfat əlaqələri
hesab olunan beynəlxalq münasibətlər
sahəsinə aid edilir. Bu da o deməkdir ki, bu sahədə
ticarət transaksiyası
daxili iqtisadiyyat, istehsal, demoqrafiya, ekologiya, sosial münasibətlər, hüquq,
siyasət və digər sahələrə
toxunur (“525.az”). İqtisadiyyatın bu milli xüsusiyyətini
respublika hökuməti
radikal struktur dəyişiklikləri zamanı
nəzərə almalıdır.
İqtisadiyyatda struktur dəyişiklikləri
qlobal məqsədə
- bazar şəraitində
iqtisadiyyatı işə
hazırlamaq hesab olunur. Hətta struktur dəyişikliklərin
ana xətti isə hökümət tərəfindən müəyyən
sahəvi prioritetlər
əsasında iqtisadiyyatın
sahələrinin oyanması
və inkişafı hesab olunur. Bunlarla yanaşı, struktur dəyişikliklərin əsas
meyarlarından biri kimi enerji resurslarından
istifadənin səmərəliliyinin
artırılmasının təmin edilməsi qəbul olunub.
Siyasi elmlər üzrə fəlsəfə doktoru Elnur Hacalıyev belə hesab edir ki, vətəndaş
cəmiyyəti fərdiyyətçiliyin
azad oyun sferası olmaqla, burada bir-birinə zidd olan maraqlar
təmərküzləşmiş ifadəsini tapır: “Siyasi sistemin modernləşməsinin başlıca
şərti olan dövlət nəinki müəyyən sosial mühitdə və eləcə də dünya birliyi cərçivəsində mövcuddur.
Bu cəhətin özü modern dövlətin
inkişafının yeni
mahiyyətli meyli kimi səciyyələnir.
Demokratik
siyasi sistemin modernləşməsinin əhəmiyyətli
istiqamətlərindən biri
sosial dövlətin təşəkkülü və
inkişafıdır. Bu,
dövlətin modern mahiyyətinin
spesifik ifadəsidir.
Hüquqi sosial dövlətin mahiyyəti
ilə bağlı tədqiqatların əksəriyyəti
belə bir mövqedən çıxış
etmişlər ki, əgər bəşər
cəmiyyəti legitim
xarakter kəsb etmək istəyirsə,
o, birincisi, hüquqi xarakterə malik olmalıdır; ikincisi, hüquq ədalət keyfiyyətini əks etdirməlidir; ədalətli
hüquq ictimai hüquq qaydaları ilə qorunmalıdır, başqa sözlə, ədalətli dövlət
simasına malik olmalıdır”.
O da qeyd olunur
ki, vətəndaş
cəmiyyəti vətəndaşları
birləşdirən ictimai
şəbəkə olmaqla
dövlət vasitəsilə
deyil, vətəndaşların
özü və müəssisələr tərəfindən
yaradılır, fəaliyyətdə
olan qanunlar çərçivəsində dövlətə münasibətdə
muxtar xarakter daşıyır (anl.az). Vətəndaş cəmiyyəti sivilizasiyasının
müasir səviyyəsində
fərdlər, qruplar və birliklər arasında dövlət vasitəsilə şərtlənməyən,
özünəməxsus, inkişaf
və yetkinlik səviyyəsi olan iqtisadi, mədəni, hüquq və siyasi münasibətlərdir.
Necə ki, hüquqi dövlətdə bazar münasibətləri və
iqtisadi cəhətdən
müstəqil insan kütləsi məkanında
vətəndaş cəmiyyətinin
olması mümkündür.
Rəşid
RƏŞAD
Ekspress 2017.- 2 avqust.- S.10.