“Özümə deyirəm ki,
bir az özünü
ağır apar...”
Azərbaycanın xalq artisti,
muğam ifaçısı Alim Qasımovun doğum
günüdür.
A.Qasımov 1957-ci ildə Qobustan rayonunun Nabur kəndində anadan olub. O, 1978-1982-ci illərdə Asəf Zeynallı adına Bakı
Musiqi Məktəbində
və 1983-1989-ci illərdə
Azərbaycan Dövlət
İncəsənət İnstitutunda
muğam dərsləri
alıb. 1979-cu ildə Azərbaycan Televiziyası ilə ilk çıxışı olub.
Hazırda Asəf Zeynallı adına
Musiqi Məktəbində
və Bakı Musiqi Akadamiyasında çalışır. Azərbaycan Dövlət
Opera və Balet Teatrının solistidir.
Azərbaycan muğamını
bütün dünyada
təbliğ edən xanəndə bu gün 60 yaşına qədəm qoyur.
Modern.az saytı
səbəbkarın doğum
günündə onunla
əlaqə saxlayıb. Qısa da olsa müsahibə ala bilib.
- Alim müəllim, öncə
doğum gününüzü
təbrik edirik. Hər bir oxucu üçün maraqlıdır.
Alim Qasımov doğum gününü necə keçirir?
- Doğum günümü ailəmlə
qeyd edirəm. İndi də dostlarımızla, yaxınlarla bir yerdə oturmuşuq.
- Adətən yaş artdıqca insanların fikirləri dəyişir.
Hiss edirsinizmi ki, fikirləriniz dəyişib?
- Yaş üstünə yaş gəldikcə özümə deyirəm
ki, ağıllı ol, bir az özünü ağır apar. Düzdür, cavanlıq beynimdə fırlanır,
amma özümü
tənbeh edirəm. Yəni özümə tərbiyə
verə-verə yaşamaq
istəyirəm.
- Bəs ifalarınız necə? Əvvəlki illərlə müqayisədə
fərqlənirmi?
- Zaman istər-istəməz
ifalarıma da təsir edir. Adam yaşına baxıb
utanır.
- Yayı necə keçirirsiniz? İstirahətiniz necədir?
- Şükür Allaha
hər şey yaxşıdır. Diqqətinizə görə minnətdaram.
- Alim müəllim, bu gün televiziyalarda kifayət qədər muğam müsabiqələri
olur. Münsif kimi iştirak
etmək üçün
sizə dəvətlər
gəlirmi?
- Bəli. Müsabiqələrdə münsif kimi
məni dəvət edənlər kifayət qədərdir. Elə indi
də çox təkliflər gəlir.
- Bəs nə üçün iştirak etmirsiniz?
- Vaxt məsələsinə
görə təkliflərə
müsbət cavab verə bilmirəm. Həm də hövsələm tab gətirməz.
Digər
tərəfdən ustadlarımız
orada oturublar, daha mənim üçün əlavə
yer ayrılmasına ehtiyac yoxdur.
- Yaradıcılığınızda
nə kimi yeniliklər var?
- Qarşıda bizi
gözləyən konsertlər
var. Yəni yaradıcılıqda
irəliləyiş çoxdur,
sadəcə enerji lazımdır. Təki Allah bol enerji,
qüvvə versin ki, istədiklərimizi reallaşdıra bilək.
- Alim müəllim, sosial şəbəkələrdə sizin adınıza səhifələrin olduğunu
görürük. Maraqlıdır, sizin idarə etdiyiniz hesabınız varmı?
- Düzü onlardan heç xəbərim yoxdur. Sosial şəbəkədən də istifadə etmirəm. Ancaq bəzi hesabların
sahibini tanıyıram.
Görürəm ki, çox
həvəslidirlər. Ona görə onlara “işinizlə məşğul
olun, onsuzda mən istifadə edən deyiləm” deyirəm.
- Maraqlıdır,
mətbuatı izləyirsinizmi?
- Xeyr. Nə televiziyaları, nə
də saytları izləmirəm.
- Hazırkı gənc muğam ifaçıları ilə
bağlı düşüncələriniz
necədir?
- Bu haqda fikir bildirmək
üçün vaxt ayırmaq, diqqət etmək lazımdır. Ona görə də heç nə deyə bilmərəm.
Allah hamısının köməyi olsun. İstedadı, bacarığı olanlar onsuzda suyun üzünə çıxacaqlar. Bunu da bütün xalqımız,
dünya görəcək
və qiymətləndirəcək.
- Prezidentin sərəncamına əsasən
“Şərəf Ordeni”
ilə təltif edildiniz. Gözləyirdinizmi?
- Əlbəttə, cənab prezidentimizin
bu addımı məni və o cümlədən
tamaşaçıları, məni sevənləri, ailəmi çox sevindirdi. Bu diqqətə görə öz
minnətdarlığımı bildirirəm.
Ekspress 2017.- 15 avqust.- S.13.