Birinci instansiya Məhkəmələri
Məhkəmə hakimiyyətinin mövcudluğu hüquqi dövlətin varlıq şərtlərindən biridir. Məhkəmələr olmadan hüquqi dövlətdə qanunun aliliyini təmin etmək, hamının qanun qarşısında bərabərliyini həyata keçirmək mümkün olmaz. Buna görə də məhkəmə hakimiyyətinin mövcudluğu, onun səlahiyyətləri daxilində fəaliyyətinin təmin olunması vacibdir.
Məhkəmə hakimiyyətinin varlığını təcəssüm etdirən əsas fakt birinci instansiya məhkəmələridir. Hər bir hüquqi və ya fiziki şəxsin mübahisələndirdiyi məsələlər, baş verən cinayət əməllərinə ilk hüquqi qiymətin verilməsi məhz birinci instansiya məhkəmələrində həyata keçirilir.
Hazırda Azərbaycan birinci
instansiya məhkəməsi kimi rayon (şəhər)
məhkəmələri, ərazi yurisdiksiyası üzrə
fəaliyyət göstərən hərbi, yerli
inzibati-iqtisadi və ağır cinayətlər
məhkəmələri fəaliyyət göstərir. Birinci instansiya məhkəmələri
3 pilləli məhkəmə
sisteminin birinci pilləsi hesab edilir.
Xatırladaq ki, sovet məhkəmə
sistemi ikipilləli olmaqla, əlavə olaraq işlərə məhkəmədə nəzarət
qaydasında baxılmasını
da nəzərdə tuturdu. Ali Məhkəmə həm birinci instansiya, həm də kassasiya instansiyası məhkəməsi
funksiyalarını həyata
keçirməklə yanaşı,
həm də qanuni qüvvəyə minmiş məhkəmə
qərarlarına nəzarət
qaydasında yenidən
baxmaq hüququna malik idi. Müstəqil Azərbaycanda mövcud
olan qanunvericilik sisteminə əsasən müxtəlif məhkəmə
instansiyalarının səlahiyyətlərinə
aid olan bu funksiyaların Ali Məhkəmədə
cəmləşməsini aradan
qaldırır və
Ali Məhkəmə kassasiya
instansiyası məhkəməsi
kimi məhkəmə
piramidasının zirvəsində
dayanır. “Məhkəmələr və
hakimlər haqqında”
Qanun köhnə məhkəmə quruluşundan
tamamilə imtina edir və beynəlxalq
standartlara cavab verən yeni məhkəmə quruluşunu
ehtiva edir. Bu islahatlardan sonra
ölkəmizdə birinci,
apelyasiya və kassasiya instansiyalı üçpilləli məhkəmə
sistemi formalaşır.
Yeni məhkəmə quruluşu
işlərə birinci
instansiya məhkəmələrində
baxılmasına, onların
hüquqa və fakta görə apelyasiya qaydasında yenidən baxılmasına,
daha sonra isə məhkəmə qərarlarına hüquqa
görə kassasiya qaydasında yoxlanılmasına
imkan yaradır. Bu isə, öz
növbəsində birinci
instansiya məhkəməsinin
buraxdığı səhvlərin
yuxarı məhkəmə
instansiyalarında aradan
qaldırılmasına, işlərin
mahiyyətcə və
prosessual baxımdan düzgün və obyektiv həll edilməsinə, süründürməçiliyin
aradan qaldınlmasına,
köhnə sistemdən
miras qalmış nəzarət instansiyasından
imtina edilməsinə
zəmin yaradır.
Mövcud
qanunlara əsasən Azərbaycan məhkəmələrində
işlərə kollegial
və hakim tərəfindən
təkbaşına: birinci
instansiya məhkəməsində
işlərə təkbaşına
və ya üç hakimdən ibarət tərkibdə, yaxud andlı iclasçılardan ibarət
tərkibdə baxılır.
Rayon (şəhər) məhkəməsi birinci instansiya məhkəməsi
kimi qanunla səlahiyyətlərinə aid edilən mülki, cinayət işlərinə,
inzibati xətalara dair və digər
işlərə baxır.
Yerli məhkəmə məhkəmə
statistikasını təhlil
edir, məhkəmə
fəaliyyətinin təşkili
vəziyyətini, məhkəmə
təcrübəsini öyrənir
və ümumiləşdirir
və ona aid edilən digər səlahiyyətləri həyata
keçirir. Yerli məhkəmələr
sədrdən və hakimlərdən ibarətdir.
Tərkibində 6 və daha
çox hakim olan rayon
(şəhər) məhkəməsində
sədr müavini vəzifəsi də olur. Burada hakimlərinin sayı
Məhkəmə-Hüquq Şurası
tərəfindən müəyyənləşdirilir.
Qanunvericiliyə əsasən məhkəmədə
işin təşkilinə
və məhkəmə
aparatının işinə
sədr rəhbərlik
edir, məhkəmədə
əmək və icra intizamına əməl olunmasını
təmin edir. Sədr məhkəmə iclaslarına
rəhbərlik edir, işlərin kargüzarlıq
qaydalarına uyğun
bölüşdürülməsinə nəzarət edir. Rayon (şəhər) məhkəməsinə bir
hakim təyin olunmuşsa,
o, həmin məhkəmənin
sədrinin səlahiyyətlərini
həyata keçirir.
Birinci instansiya məhkəməsi
kimi ağır cinayətlər məhkəməsi
qanunla səlahiyyətlərinə
aid edilən cinayət
işlərinə baxmaq
hüququna sahibdir.
Ağır cinayətlər məhkəməsi
cinayət törədən
şəxslərin verilməsi
(ekstradisiya) məsələsini
həll edir, məhkəmə statistikasını
təhlil edir, məhkəmə fəaliyyətinin
təşkili vəziyyətini,
məhkəmə təcrübəsini
öyrənir və ümumiləşdirir, Azərbaycan
qanunvericiliyi ilə ona aid edilən digər səlahiyyətləri
həyata keçirir.
Ağır Cinayətlər üzrə
məhkəmələr müvafiq
ərazi yurisdiksiyası
çərçivəsində Azərbaycan Respublikasının
Cinayət Məcəlləsi
ilə ağır və xüsusilə ağır cinayət hesab olunan əməllər
üzrə cinayət
işlərinə baxır.
Ağır cinayətlər məhkəməsinin
təşkili, olduğu
yer və ərazi yurisdiksiyası Məhkəmə-Hüquq Şurasının
təklifi nəzərə
alınmaqla müəyyənləşdirilir.
Ağır cinayətlər məhkəməsi
sədrdən, onun müavinindən və hakimlərdən ibarət
olur. Qanunla nəzərdə tutulan hallarda və qaydada ağır cinayətlərə
dair işlərə birinci instansiya üzrə baxılması
üçün bu məhkəmənin tərkibində
andlılar məhkəməsi
yaradıla bilər.
Ağır cinayətlər məhkəməsinin
hakimlərinin sayı
da Məhkəmə-Hüquq
Şurası tərəfindən
müəyyənləşdirilir.
Bu tip məhkəmələr Naxçıvan
Muxtar Respublikası ərazisində də təşkil edilir. O birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə
aid edilən cinayət
işlərinə baxır.
Naxçıvan Muxtar Respublikasının
ağır cinayətlər
məhkəməsi məhkəmə
statistikasını təhlil
edir, məhkəmə
fəaliyyətinin təşkili
vəziyyətini, məhkəmə
təcrübəsini öyrənir
və ümumiləşdirir
və digər səlahiyyətləri həyata
keçirir. Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər
məhkəməsi Naxçıvan
Muxtar Respublikasının
paytaxtı Naxçıvan
şəhərində təşkil
edilir, onun yurisdiksiyası Naxçıvan
Muxtar Respublikasının
bütün ərazisinə
şamil edilir. Muxtar Respublikasının ağır
cinayətlər məhkəməsi
sədrdən və hakimlərdən ibarətdir.
Qanunla nəzərdə tutuan hallarda və qaydada ağır cinayətlərə dair işlərə birinci instansiya üzrə baxılması üçün
bu məhkəmənin
tərkibində andlılar
məhkəməsi yaradıla
bilər.
Digər birinci instansiya məhkəməsi hərbi
məhkəmələrdir. Hərbi məhkəmə
məhkəmə statistikasını
təhlil edir, məhkəmə fəaliyyətinin
təşkili vəziyyətini,
məhkəmə təcrübəsini
öyrənir və ümumiləşdirir, Azərbaycan
qanunvericiliyində nəzərdə
tutulan digər səlahiyyətləri həyata
keçirir. Hərbi
məhkəmə müvafiq
ərazi yurisdiksiyası
çərçivəsində müharibə və hərbi xidmət əleyhinə olan böyük ictimai təhlükə törətməyən
və az
ağır cinayətlərə
dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş
böyük ictimai təhlükə törətməyən
və az ağır cinayətlərə
dair işlərə baxır (göstərilən
cinayətlər hərbi
qulluqçu olmayan şəxsin iştirakı
ilə törədilərsə,
onun barəsində işə də hərbi məhkəmə
tərəfindən baxılır.
Hərbi məhkəmə Azərbaycan
Silahlı Qüvvələri
və başqa silahlı birləşmələri
hərbi hissələrinin
sayı nəzərə
alınmaqla onların
yerləşdikləri inzibati
ərazi vahidləri üzrə yaradılır. Tərkibində 6 və daha çox
hakim olan hərbi məhkəmədə sədr
müavini vəzifəsi
təsis edilir. Hərbi məhkəmənin təşkili,
olduğu yer və ərazi yurisdiksiyası Məhkəmə-Hüquq
Şurasının təklifi
nəzərə alınmaqla
müəyyənləşdirilir. Hərbi məhkəmə sədrdən
və hakimlərdən
ibarət olur. Tərkibində 6 və daha
çox hakim olan hərbi məhkəmədə
sədr müavini vəzifəsi təsis edilir. Hərbi məhkəmə hakimlərinin sayı Məhkəmə-Hüquq Şurası
tərəfindən müəyyənləşdirilir.
Digər birinci instansiya məhkəməsi inzibati-iqtisadi
məhkəmədir. Bu birinci instansiya məhkəməsi inzibati
və iqtisadi mübahisələrə dair
işlərə baxır.
İnzibati-iqtisadi məhkəmə məhkəmə statistikasını
təhlil edir, məhkəmə fəaliyyətinin
təşkili vəziyyətini,
məhkəmə təcrübəsini
öyrənir və ümumiləşdirir. İnzibati-iqtisadi məhkəmə Azərbaycanın
inzibati ərazi vahidləri və ya azad iqtisadi
zonalar üzrə təşkil edilir. İnzibati-iqtisadi məhkəmənin təşkili, olduğu yer və ərazi
yurisdiksiyası Məhkəmə-Hüquq
Şurasının təklifi
nəzərə alınmaqla
müəyyən olunur.
İnzibati-iqtisadi məhkəmə sədrdən və hakimlərdən ibarətdir.
Tərkibində 6 və daha çox
hakim olan inzibati-iqtisadi
məhkəmədə sədr
müavini vəzifəsi
təsis edilir. İnzibati-iqtisadi məhkəmə hakimlərinin
sayı Məhkəmə-Hüquq
Şurası tərəfindən
müəyyənləşdirilir.
Azərbaycanın İqtisad Məhkəməsi
iqtisadi mübahisələrə
dair işlər üzrə yuxarı məhkəmə orqanıdır. İqtisad Məhkəməsi
apellyasiya instansiyası
məhkəməsi kimi
qanunla müəyyən
edilən qaydada yerli iqtisad məhkəmələrinin
və beynəlxalq müqavilələrdən irəli
gələn mübahisələrə
dair iqtisad məhkəməsinin baxdığı
işlərə dair qərarlardan verilmiş apellyasiya şikayətləri
və apellyasiya protestləri üzrə işlərə baxır.
İqtisad Məhkəməsi Rəyasət Heyətindən
və işlərə
baxmaq üçün
yaradılan məhkəmə
tərkiblərindən ibarətdir.
İqtisad Məhkəməsinin Rəyasət Heyəti İqtisad Məhkəməsinin sədrindən, onun müavinindən və məhkəmə tərkiblərinin sədrlərindən ibarət tərkibdə fəaliyyət göstərir. İqtisad Məhkəməsi Rəyasət Heyətinin tərkibinə daxil olan şəxslərin öz səlahiyyətləri daxilində bərabər hüquqları vardır. İqtisad Məhkəməsinin Rəyasət Heyəti müvafiq işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili materiallarına baxır, qanunvericiliyin tətbiqi təcrübəsinə dair bu məhkəmələrin məlumatlarını dinləyir; qanunla müəyyən edilmiş qaydada iqtisadi sahədə qanunvericilik və digər normativ aktların Azərbaycan Konstitusiyasına və qanunlarına uyğunsuzluğu barədə Konstitusiya Məhkəməsinə sorğu verilməsi üçün Ali Məhkəməyə müraciət edir; İqtisad Məhkəməsi hakimlərinin sırasından məhkəmə tərkiblərini təsdiq edir; qanunvericilik aktlarının düzgün tətbiq edilməsi barədə yerli iqtisad məhkəmələri və beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsinə metodik kömək göstərir; qanunvericilklə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
Vasif CƏFƏROV
Ekspress.-2017.-3 fevral.-S.10.