Vətəndaş cəmiyyətində kadr siyasəti

 

Azərbaycanda kadr siyasəti peşəkarlıq və xalqa xidmət meyarları üzərində qurulub. Bu baxımdan müasirdemokratik idarəetmə mexanizmi, səmərəli dövlət qulluğu üçün kadr siyasətinin özü qədər icra mexanizmləri də əhəmiyyətlidir.

 

Kadr siyasəti məhz icra mexanizmləri vasitəsilə həyata keçirilir. Belə ki, icra mexanizmləri səmərəlidirsə, peşəkar dövlət qulluğu formalaşacaq, şəffafdırsa, dövlət qulluğuna qəbul və qulluqda irəliləyişə bərabər imkanlar mövcud olacaqsağlam rəqabətə əsaslanan obyektiv müsabiqə əsasında kadr potensialı formalaşacaq və xidmət illəri boyu daha da inkişaf etdiriləcək.

 

Ekspertlərə görə, ölkəmizdə kadr siyasətinin icra mexanizmləri kadrların seçilməsini, yerləşdirilməsini və inkişaf etdirilməsini, onun potensialının üzə çıxarılması, qulluqda irəliləyişini şəffaflıqla təmin edən, obyektiv qiymətləndirmə meyarlarını müəyyənləşdirən təminat vasitələrinin sistemidir. Bunlar dövlət orqanlarının peşəkar və məsuliyyətli, vətənpərvər, yüksək əxlaqi-mənəvi dəyərlərə malik kadrlarla təmin olunması ilə yanaşı, onların inkişafına, davranışlarının təkmilləşdirilməsinə də xidmət edir.

 

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğukadr siyasəti” kafedrasının dosenti Nazənin Hüseynova qeyd edir ki, kadr siyasətinin icra mexanizmlərindən biri olan xidməti fəaliyyətin qiymətləndirilməsi heyətin idarə olunmasında nəzarət funksiyasının təzahürlərindən biridir: “Qiymətləndirmə dövlət orqanının fəaliyyətinin yaxşılaşdırılmasına, dövlət qulluqçularının işində səriştənin, fəallığın, peşəkarlığın artırılmasına xidmət edir və bilavasitə rəhbər tərəfindən peşə bilikləri, xidməti vəzifələrə münasibət, təhlili aparmaq, problem həll etmək və qərar vermək bacarığı, yaradıcılıq və təşəbbüskarlıq, əmək intizamı, təcrübəsi və onu bölüşmə, kollektivdə işləmək bacarığı, ünsiyyət və s. meyarlar əsasında aparılır. Qeyd edək ki, məmurların xidməti fəaliyyətinin və şəxsi xüsusiyyətlərinin qiymətləndirilən rəhbər prinsipləri prezident İlham Əliyevin yürütdüyü siyasətin müddəalarında özünün birbaşa təsbitini tapmışdır. Hər bir vətəndaşın müşahidə edə bildiyi bu prinsiplərə milli ruha və soykökə bağlılıq, tarixi bağlara, dövlətçiliyə və müstəqilliyə sədaqət, xalqa xidmət, xalqla bir yerdə olmaqona qayğı ilə yanaşmaq, yüksək mənəvi-əxlaqi dəyərlərə malik olmaq, təvazökarlıq və nəzakət, peşəkarlıq, məsuliyyət və geniş intellektual bazaya malik olmaq, şəffaf, obyektiv, peşəkar və nəzakətli xidmət və s. aid etmək olar”.

 

N.Hüseynovanın sözlərinə görə, qiymətləndirmənin məqsədləri idarəetmənin modelindən asılı olaraq dövlətin siyasətinə və dövlət orqanının məqsədlərinə uyğun müəyyən olunur. Belə ki, ölkədə formalaşdırılan “ASAN xidmət” idarəetmə modelində xidməti fəaliyyətin qiymətləndirilməsinin məqsədlərinə işin effektivliyini və keyfiyyətliliyini müəyyən etmək, əməkdaşlarda məsuliyyət hissini artırmaq, onların peşəkarlıq səviyyəsini və təlimə olan tələbatını müəyyən etmək, əmək qabiliyyətinin, fərdi keyfiyyət və bacarıqlarının inkişafını təmin etmək, inkişafa təşviq edən əmək şəraitini yaratmaqs. aiddir. “Modeldə qiymətləndirmə nəticələri qulluqda yüksəliş, peşə hazırlığı, ixtisasartırma və mükafatlandırma, intizam tənbeh tədbirləri ilə bağlı qərarların qəbul edilməsində və ya karyeranın planlaşdırılması üçün istifadə olunur”.

 

Yeri gəlmişkən, kadr siyasətinin icra mexanizmlərindən biriehtiyat kadr institutudur. Respublikada müsabiqənin nəticəsi üzrə, dövlət qulluğunun rəhbər vəzifələrinin tutulması üzrə və ləğv edilmiş dövlət orqanı üzrə ehtiyat kadrlar bazası mövcuddur. Hüseynovanın fikrincə, dövlət orqanlarında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması üçün ehtiyat kadrların formalaşdırılması qaydalarına əsasən, bu işdə məqsəd müvafiq dövlət orqanlarında analoji vakant vəzifələr yarandıqda, siyahıdakı namizədlərin müsabiqədənkənar həmin vəzifələrə təyin edilməsi üçün dövlət orqanına təqdiminin təminidir: “Rəhbər vəzifələrinin tutulması üzrə ehtiyat kadrların formalaşdırılmasında isə məqsəd kadr potensialının səmərəli istifadəsini, kadrların düzgün seçilməsini və yerləşdirilməsini, onların peşəkarlığının artırılmasını və hərtərəfli inkişaf üçün şəraitin yaradılmasını, fəallığının həvəsləndirilməsini təmin etməkdir. Bu öz peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlərinə görə vəzifələri tutmağa layiqli kadrların müəyyən edilməsi və seçilmiş namizədlərin hərtərəfli inkişaf etdirilməsinə əsaslanır”.

 

Qeyd edək ki, hər bir cəmiyyətin dövlət idarəetmə sistemində kadr siyasəti öz təyinatına və roluna görə mühüm sosial-siyasi təzahür kimi çıxış edir. İctimaiiqtisadi münasibətlərinin tənzimlənmə təcrübəsi göstərir ki, mürəkkəb və kompleks təzahür kimi kadr siyasəti normativ-hüquqi, təşkilati, elmi-təcrübi mexanizmi vasitəsilə həyata keçirilir. Hazırda kadr siyasəti idarəetmədə, politologiyadabaşqa sahələrdə aktual problemlərdən biridir.

 

Hüquq elmləri doktoru Əli Rzayev “Dövlət qulluğunun hüquqi əsasları” kitabında yazır: “Cəmiyyətin kadr potensialı həmişə demokratik hüquqi dövlət quruculuğunda əsas amil keyfiyyətində baxılır. Burada mərkəzi yeri dövlət idarəetmə mexanizmini hərəkətə gətirən, dövlətin məqsəd və funksiyalarını peşəkar yerinə yetirən kadrlar tutur. Odur ki, müasir şəraitdə dövlət qulluğu sahəsində dövlətin kadr siyasəti dövlətin və cəmiyyətin əlində dövlət idarəetməsinin əsas alətinə, onun effektivliyinin artırılması vasitəsinə çevrilir. Kadr siyasəti dövlət qulluğu sahəsində dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi çıxış edir. Dövlətin kadr siyasəti dinamik olmaqla tarixi şəraitin, dövlətin vəzifə və funksiyalarının dəyişilməsi ilə yeni məzmun və mahiyyət kəsb edir. Dövlət qulluğu sahəsində kadr siyasətinin mahiyyəti, anlayışı qanunvericilikdə hələ rəsmiləşdirilməyib. Elmi tədqiqatlarda və praktikada dövlət qulluğu sahəsində kadr siyasəti dövlət aparatını kadrlara tələbatını təmin etməklə dövlətin strategiyasını təşkil etdiyi göstərirlər”.

 

Rzayev onu da qeyd edir ki, dövlət qulluğunda kadr siyasəti üç yolla realizə olunur: birinci, dövlətə və cəmiyyətə qulluq üçün lazımi keyfiyyətlərə malik peşəkar dövlət qulluqçularının formalaşdırmaq; ikinci, müasir kadr mexanizmi və texnologiyasını tətbiq etmək; üçüncü, dövlət orqanlarında kadr xidmətinin rolunu və məsuliyyətini artırmaq: “Qeyd etmək lazımdır ki, uzaq olmayan sovet dövründə və bu günkadr siyasəti haqqında çoxsaylı kitablar yazılmış, kadrşünaslıq ən populyar problem olubr. Dövlət kadr siyasəti anlayışına hüquqşünas alimlərin müxtəlif baxışları var. Onlar kadr siyasətinə: “dövlət aparatının vəziyyəti və inkişaf perspektivləri, kadrlarla kəmiyyət və keyfiyyət tələbatlarının proqnozları hesaba alınmaqla dövlət qulluqçularının seçilməsi, hazırlığı və səmərəli istifadəsinə tələblərin formalaşması üzrə dövlətin ümumi kursu və ardıcıl fəaliyyəti”, “dövlət qulluğuna yüksək ixtisaslı mütəxəssislərin cəlbi, təhkim edilməsi və tam uyğunluqla istifadə olunmasında onların öz vəzifə borclarını müvəffəqiyyətlə yerinə yetirməsi üçün öz peşəkarlıq potensialını reallaşdırmaq məqsədilə şərait yaradılmasında dövlət hakimiyyət orqanlarının səmərəli funksiya göstərməsi”, “dövlət aparatında vəzifələrə namizədlərin hazırlığı və seçimi, aparatın kadrlarla komplektləşdirilməsi, irəli çəkilməsi, yenidən hazırlığı, həvəsləndirilməsi, işçilərin təminatı, məsuliyyəti və həmçinin işdən azad olunmağa yönəlmiş prinsiplər və onların əsasında aparılan tədbirlər sistemi”, “Kadr işinin forma və metodlarının müəyyən edilməsinə yönəldilmiş dövlət orqanlarının və qeyri-dövlət təşkilatlarının nəzəri biliklərinin, ideyalarının, baxışlarının, prinsiplərinin, münasibətlərinin və təşkilati-praktiki tədbirləri sistemi cəmiyyətin kadr potensialının formalaşma strategiyasının, professional inkişafının və rasional istifadəsinin ifadəsi” kimi baxılır”.

 

Kadr siyasəti o zaman dövlət siyasətinə çevrilir ki, onun konseptual və təşkilatı əsasları, kadr münasibətləri dövlətin və onun orqanlarının normativ-hüquqi aktlarında rəsmi təsbit olunur. Bu səviyyədə kadr münasibətləri kadr məsələlərinin həllində hüquq, vəzifə və məsuliyyət əldə edən tərəfləri - münasibətlərinin hüquq normaları ilə tənzimlədiyi kadr hüquq münasibətlərinə keçir.

 

Hüquq elmləri doktorunun fikrincə, dövlət qulluğunda kadr siyasəti dövlətin ümumi siyasətinin ayrılmaz hissəsi olmaqla, dövlət aparatını sistemli, planlı və uzun müddətə kadrlarla təmin etmək və onların işinə nəzarət mexanizmini həyata keçirmək üçün dövlət tərəfindən qəbul edilmiş siyasətdir. Bu siyasət potensialının və kadr heyətinin formalaşması, inkişafı və təminatı üzrə dövlətin strategiyasını təşkil edir.

 

Qeyd edək ki, ədəbiyyatda kadr siyasətinin aparılması və dövlət qulluğunun kadr tərkibinin formalaşdırılmasında aşağıdakı istiqamətlərin prioritet olduğu göstərilir:

 

dövlət qulluğuna kadrların seçiminin effektiv mexanizmini yaratmaq; dövlət qulluqçularının professional inkişaf sistemini təkmilləşdirmək; kadrların yerləşdirilməsi, rotasiyası, mobilliyi, irəli getməsi metodları və üsulları daxil olmaqla dövlət qulluğu keçmənin müasir kadr texnologiyasının tətbiqi; dövlət qulluğuna daha ixtisaslı mütəxəssislərin cəlb edilməsi yolu ilə dövlət qulluğunun kadr tərkibini planlı yeniləşdirmək; müsabiqə əsasında kadr ehtiyatını formalaşdırmaq və ondan effektli istifadə etmək; dövlət qulluqçusunun sosial statusunu yüksəltmək; dövlət qulluğunun effektivliyini, dövlət qulluqçularının peşəkar qulluq fəaliyyətinin nəticəsini qiymətləndirmənin obyektiv və hərtərəfli meyarlarını müəyyən etmək; personalın qiymətləndirilməsində müasir kadr texnologiyasının tətbiqi (bura müsabiqə, attestasiya, ixtisas imtahanları daxildir; kadr fəaliyyətinin informasion-analitik və sənədləşdirmə təminatının təkmilləşdirilməsi; dövlət qulluğu sistemində kadr xidmətinin rolununüfuzunu qaldırmaq; dövlət orqanında kadr işinin məzmununu, stilini və metodlarını təkmilləşdirmək.

Xatırladaq ki, dövlət kadr siyasətinin məqsəd və vəzifələrinin realizəsinin əsas şərtlərindən biri dövlətin kadr doktrinasının hazırlanması, müəyyən edilməsi və həyata keçirilməsi tutur. Kadr doktrinası kadr siyasətinin mahiyyətini ifadə edən əsas konseptual ideya və şüardır.

 

Ə.Rzayevin fikriylə desək, Sovet dövründə kadr doktrinası “kadr hər şeyi həll edir” şüarına əsaslanan dövlət kadr siyasətinin və bütün dövlət idarəetmə sisteminin partiya sovet modelinin ideya və təşkilatı əsas idi. Hazırda isə demokratizm, humanizm prinsiplərinə əsaslanmış yeni kadr doktrinası formalaşır.

 

Rəşid RƏŞAD

Eksprress.-2017.-4-6 fevral.-S.10.