Qanunçuluğun təmin edilməsində prokurorluğun rolu

 

Hüquqi dövlət və vətəndaş cəmiyyəti üçün ən önəmli məsələlərdən biri də qanunların aliliyinin və onun icrasının təmin edilməsidir. Əgər bir ölkədə qəbul edilən qanunlar icra edilməsə, həmin ölkədə hüquqi vəziyyəti sağlamlaşdırmaq, nizam-intizam yaratmaq, qanunlara əməl etmə vəziyyətini yaxşılaşdırmaq mümkün olmaz.

 

Qanunların aliliyi təmin edilməsi üçün prokurorluq orqanlarının üzərinə böyük məsuliyyət düşür. Məhkəmə hakimiyyətinə aid olan prokurorluq orqanları qanunçuluq reciminə nəzarət edərək hüquqi dövlətin mənafeyini güdür. Buna görə də prokurorluq orqanlarının hüquqi dövlət quruculuğunda, vətəndaş cəmiyyətinin formalaşdırılmasında rolu böyükdür.

 

Azərbaycan Konstitusiyasına əsasən Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulan qaydadahallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir, qanunla nəzərdə tutulan hallarda cinayət işləri başlayır və istintaq aparır, məhkəmədə dövlət ittihamını mədafiə edir; məhkəmədə iddia qaldırır, məhkəmə qərarlarından protest verir.

 

Azərbaycan Prokurorluğunda ərazi və ixtisaslaşdırılmış prokurorluq orqanları var. Onlar Baş prokuroruna tabeliyində vahid orqanı formalaşdırır.

Prokurorluq haqqında” qanuna əsasən prokurorluq qanunlara riayət edilməsini təmin edir. Prokurorluq həmçinin təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət edir, məhkəmədə iddia qaldıra bilir, mülkiiqtisadi məbahisələrə dair işlərə baxılmasında iddiaçı kimi iştirak edir, məhkəmədə cinayət işlərinə baxılmasında tərəf kimi iştirak edir, dövlət ittihamını mədafiə edir. Bundan başqa, prokurorluq məhkəmə qərarlarından protest verir, məhkəmələr tərəfindən təyin edilən cəzaların məqsədinə nail olunmasında iştirak edir.

 

Prokurorluq fəaliyyəti zamanı bir neçə prinsipi əsas götürü. Adıçəkilən qanuna əsasən prokurorluq fəaliyyəti zamanı qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi, obyektivlik, qərəzsizlik və faktlara əsaslanma, vahidlik və mərkəzləşdirmə, ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikasının Baş prokuroruna tabe olması, siyasi bitərəflik prinsiplərini rəhbər tutur.

 

Prokurorluğun məhkəmə hakimiyyətinə aid olması, eyni zamanda onun fəaliyyətinin önəmi nəzərə alınaraq bu orqanın ali rəhbərləri xüsusi razılıq əsasənda təyin edilir. Konstitusiyaya əsasən, baş prokuroru Azərbaycan Prezidenti Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir.

Baş prokurorun müavinlərini, respublika ixtisaslaşdırılmış prokurorluqlara rəhbərlik edən prokurorları, Naxçıvan Muxtar Respublikasının prokurorunu isə baş prokurorun təqdimatı ilə Azərbaycan Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

 

Eynilə ərazi və ixtisaslaşdırılmış prokurorları Azərbaycan Prezidentinin razılığı ilə Azərbaycan baş prokuroru vəzifəyə təyin və vəzifədən azad edir.

Qeyd edək ki, Azərbaycanda milli prokurorluğunun əsası 1918-ci ilin iyulun oktyabrın 1-də qoyulub. 1991-ci ildə dövlət müstəqilliyi yenidən bərpa edildikdən sonra milli prokurorluq yedən təşkil edilib.

 

Respublika Baş Prokurorluğunun məlumatına əsasən, mövcudluğu bir çox dövlətlərdə qədim dövrlərdən məlum olan məhkəmə orqanlarından fərqli olaraq, prokurorluq müstəqil institut kimi xeyli sonralar yaranıb. Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cumhurriyyətinin yaranması günündən sonra başlayıb. 1918-ci ilin noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən “Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə” təsdiq edilib.

 

F.Xoyski, X.Xasməmmədov, A.Safikürdski, T.Makinski Azərbaycan Xalq Cumhurriyyətinin ədliyyə nazirləri, eyni zamanda baş prokurorları olub. Olduqca mürəkkəb və ağır şəraitdə fəaliyyət göstərən Azərbaycan Xalq Cumhurriyyətinin Məhkəmə palatasında, Bakı və Gəncə dairə məhkəmələrinin tərkibində olan prokurorluq orqanları öz səlahiyyətləri imkanında böyük işlər görüb.

 

Baş Prokurorluğun məlumatında qeyd edilir ki, 1920-ci ilin aprelin 28-də Azərbaycan Xalq Cumhurriyyəti süquta yetirildikdən və Azərbaycan Sovet Sosialist Respublikası elan edildikdən sonra dövlət orqanları ilə yanaşı prokurorluqistintaq orqanları da ləğv edildi. Bu Azərbaycan İnqilab Komitəsinin 12 may 1920-ci il tarixliXalq məhkəməsi haqqında” dekreti ilə həyata keçirildi.

 

Bu dövrdə bütün hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət funksiyasını həyata keçirməli olan xüsusi orqanın yaradılması ehtiyacını nəzərə alaraq Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 11 iyul 1922-ci il tarixli “Azərbaycan SSR-nin dövlət prokurorluğu haqqındaDekreti ilə Azərbaycan SSR-də sovet prokurorluğunun əsası qoyuldu.

 

Bakı kommunası dövründə və ondan sonrakı dövrlərdə xalq ədliyyə komissarları Ə.Qarayev, S.Çivanov, B.Vəlibəyli, B.Talıblı, H.Hacıyev, A.Sultanova, Y.Məmmədov həm də Azərbaycan SSR-nin baş prokurorları olub. 1936-cı ilin iyul ayında Azərbaycan SSR Prokurorluğu Xalq Ədliyyə Komissarlığının tərkibindən çıxarılaraq birbaşa SSRİ Prokurorluğuna tabe edilməklə müstəqil qurum kimi fəaliyyətə başlayıb.

Kommunist partiyasının mütləq hakim olduğu sovetlər reciminin yaşadığı 70 il ərzində prokurorluq bu recimə və partiya liderlərinə xidmət edən bir orqana çevrilib.

1955-ci il mayın 24-də “SSRİ-də prokuror nəzarəti haqqında Əsasnamə” nin qəbulu prokurorluğun inkşafında mühüm mərhələ oldu. 30 noyabr 1979-cu il tarixliProkurorluq haqqında” SSRİ qanunu qəbul edilənədək prokurorluq orqanları bu əsasnaməyə uyğun fəaliyyət göstərib.

 

1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra Respublikamız yeni dövrə qədəm qoyub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonrakı 12 il müddət ərzində Azərbaycan Prokurorluğu sinfi mənafelərə xidmət edən orqandan qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğunhüquq qaydasının qorunmasına xidmət edən orqana çevrilməklə sivildemokratik inkişaf yolu keçib. Bu dövr ərzində qəbul olunan çoxsaylı qanun və məcəllələr, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında”, “Konstitusiya məhkəməsi haqqında”, “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunlar, Cinayət, Cinayət-Prosessual, Cəzaların icrası, Mülki, Mülki-Prosessual, İnzibati xətalar məcəllələri və bir sıra mühüm normativ-hüquqi aktlar bütövlükdə demokratik cəmiyyətdə prokurorluğun yerirolunu müəyyən edib.

 

2002-ci il sentyabrın 19-da qüvvəyə minən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən prokurorluğa həm də qanunvericilik təşəbbüsü hüququ verilib.

 

Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluq orqanları ilə də bağlı bəzi hüququ sənədlər də qəbul olunub. O cümlədən prokurorluq orqanlarında qulluq keçmə haqqında, prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında, prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında, prokurorluğun rəsmi emblemi haqqında və digər qanunvericilik aktlarının qəbul edilib. Bu hüquqi sənədlərin qəbul edilməsi prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənmə sisteminin təkmilləşdirilməsinə və müasir dövrün tələbinə uyğunlaşdırılmasına şərait yaratdı.

2002-ci ildə Konstitusiyaya olunan dəyişiklikdən sonra prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verildi. Bu hüquq prokurorluğun hüquq sistemindəki əhəmiyyətini bir qədər də artırdı. Sonrakı illərdə Konstitusiyaya olunan 2 dəyişiklikdə də prokurorluğun mövqeyi gücləndirildi, həmçinin insan hüquq və azadlığının təmin olunması sahəsində vəziyyət yaxşılaşdırıldı ki, bu da prokurorluğun mənafeyinə xidmət edən yenilik oldu.

 

2009-cu və 2016-cı ildə Konstitusiyaya edilən əlavə və dəyişiklikdə vacib dəyişikliklərdən biri hər bir kəsə pozulan hüquq və azadlıqlarının bərpası məqsədilə Konstitusiya Məhkəməsinə fərdi şəkildə müraciət etmək hüququnun verilməsidir.

 

Prokurorluğun cinayətkarlığa qarşı mübarizədə də rolu böyükdür. Baş Prokurorluğun məlumatına əsasən, prokurorluq cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı mübarizədə prinsipial mövqe tutmaqla, vətəndaşların azad və təhlükəsiz yaşamaq kimi fundamental hüquqlarının reallaşdırılması istiqamətində bütün zəruri tədbirləri uğurla davam etdirir. Xüsusilə bir sıra dövlət çevrilişi cəhdlərinin və digər ağır cinayətlərin qarşısının alınmasında, cinayətkarların məsuliyyətə cəlb olunaraq layiqli cəzalarına çatmasında digər hüquq mühafizə orqanları ilə yanaşı, prokurorluq orqanlarının müstəsna xidmətləri var.

 

“Azərbaycan Respublikası prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair Dövlət Proqramı”nın qəbul edilməsi də prokurorluğun inkişafında, bu təşkilatın hüquqi müdafiənin yaxşılaşdırılmasında imkanlarını genişləndirdi. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində prokurorluğun fəaliyyətinin bütün sahələrində təkmilləşməyə müvəffəq olunub.

 

Proqrama uyğun olaraq prokurorluqda bir sıra islahatlar da həyata keçirilib. Ağır cinayətlərin istintaq edilməsində prokuror-kriminalistlərin rolunun artırılması, fəaliyyətlərinin müstəqil formada həyata keçirilməsinin təmin edilməsi üçün Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi və Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin tərkibində Kriminalistika şöbələri yaradılıb.

 

Qeyd edilən tədbirlər, islahatlar prokurorluğun insanların hüquq və azadlıqlarının müdafiəsində əhəmiyyətini xeyli dərəcədə yaxşılaşdırıb.

 

Vasif CƏFƏROV

Ekspress.-2017.-11-13 fevral.-S.10.