İnsan hüquqları normaları
Azərbaycan
Respublikasının vətəndaşına məxsus olan əmək
hüququ əməyə münasibətdə öz qabiliyyətindən
sərbəst istifadə etmək, bu və ya digər peşəni,
fəaliyyət sahəsini seçmək, sahibkarlıq fəaliyyəti
ilə məşğul olmaq və ya muzdla işləmək
imkanını ifadə edir.
Əksər alimlərin fikrincə, subyektiv hüquqda başlıcası, sərbəst fəaliyyət göstərmək, şəxsi davranış növünü və onun həddini sərbəst seçmək imkanıdır. Bəzi tədqiqatçılar isə belə hesab edirlər ki, subyektiv hüquqların bu xarakteristikasına əlavələr etmək lazımdır. Misal olaraq, onlar müəyyən sosial rifahlardan istifadə etmək imkanını, başqa şəxslərdən müvafiq davranışı tələb etmək imkanını, eyni zamanda dövlət orqanlarına təsir etmək üçün bu və ya digər qanunla yol verilən tədbirlərə əl atmaq imkanlarını göstərirlər.
Ekspertlərin fikrincə, bu əlavələr subyektiv hüquqları xarakterizə edən başlıca əlamətləri nəzərə alır: subyektiv hüquq - qanun çərçivəsində hərəkət etmək, öz davranış növünü və həddini seçmək imkanıdır. Əgər subyektiv hüquq bu və ya digər qanunauyğun davranışı seçmək imkanını ifadə edirsə, vətəndaşın üzərinə qoyulan qanunvericiliklə müəyyən olunan və dövlət tərəfindən təmin olunan hüquqi vəzifələr zəruri davranışı nəzərdə tutur (unec.edu.az).
Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə görə, hər kəs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət etməli, başqa şəxslərin hüquq və azadlıqlarını pozmamalıdır. Hüquq da dövlət kimi, müəyyən mərhələlərdə cəmiyyətin inkişafının məhsuludur. Hüquq sıx qarşılıqlı əlaqədə olduğu dövlətlə birlikdə inkişaf edir. Bu qarşılıqlı əlaqə aşağıda göstərilənlərdə təzahür edir:
1. Hüquq dövlətsiz inkişaf edə və fəaliyyət göstərə bilməz, ona görə ki, dövlət elə bir siyasi mexanizmdir ki, o, hüququ ümumməcburi davranış qaydaları (hüquq normaları) şəklində formalaşdırır. Qanun - dövlətin müvafiq səlahiyyətli orqanlarının (parlament, hökumət və s.) hüquqyaratma fəaliyyətinin nəticəsidir.
2. Dövlət hüquq normalarının həyata keçirilməsini təmin edir, hüququ qoruyur. Hüququn keşiyində duran məhz dövlət mühafizəsi, dövlət məcburetmə imkanları hüquq normalarını cəmiyyətdə fəaliyyət göstərən digər sosial normalardan (məsələn, adət, əxlaq və s.) fərqləndirir.
3. Yalnız hüququn dövlətə ehtiyacı yox, həmçinin dövlətin də hüquqa ehtiyacı var. O hüquqa arxalanmadan normal və səmərəli fəaliyyət göstərə bilməz.(wikipedia>.
Yeri gəlmişkən, 1995-ci ildə ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının konstitusiya layihəsini hazırlayarkən ölkəmizin çox konfessiyalılıq xüsusiyyətini dəqiq qiymətləndirib və Əsas Qanunumuza bununla bağlı normaların daxil edilməsini təmin edib. Yəni, müstəqil dövlətimizin ilk Konstitusiyasına vicdan və dini etiqad azadlığı ilə bağlı beynəlxalq hüququn əsas prinsipləri ilə yanaşı, Azərbaycan dövlətinin “dünyəviliyi” və bunun tərkib hissəsi olan “bütün dini etiqadların qanun qarşısında bərabərliyi” müddəaları da daxil edilib (Konstitusiyanın, müvafiq olaraq, 7-ci maddəsinin və 18-ci maddəsinin I bəndləri). Bu prinsiplər ölkəmizin Əsas Qanununun göstərişlərinin konkretləşdirilməsi məqsədilə qəbul olunmuş bütün qanunvericilik aktlarında gözlənilmiş və dövlət orqanları öz əməli fəaliyyətlərində ona dönmədən əməl edirlər (ekspress.az).
Ekspertlər qeyd edirlər ki, insan hüquqlarının həyata keçirilməsində milli hökumətlər xüsusilə böyük rol oynayırlar. İnsan hüquqları normaları ayrı- ayrı şəxslər arasındakı və ayrı-ayrı şəxslərlə dövlət arasındakı münasibətləri əhatə edir. Bütün bunlardan da belə bir nəticəyə gəlmək olar ki, insan hüquqlarının qorunması və təşviqi hər şeydən əvvəl milli vəzifədir və hər bir dövlət onun həlli üçün məsuliyyət daşımalıdır.
O da qeyd olunur ki, bir çox ölkələrdə demokratik hakimiyyət formalarının meydana gəlməsi və ya onların yenidən yaranması insan hüquqlarının özülünü təşkil edən hüquqi və siyasi əsasların əhəmiyyətini qeyd edir. Beləliklə, getdikcə belə bir fakt daha aydın üzə çıxır ki, insan hüquqlarının səmərəli şəkildə həyata keçirilməsi onların qorunması və təşviqi üçün milli infrastrukturların yaradılmasını tələb edir.
Son illərdə bir çox ölkələrdə insan hüquqları üzrə rəsmi təsisatlar da yaradılıb. Belə təsisatların vəzifələri hər bir ölkə üçün son dərəcə müxtəlif olsa da, onların hamısı ümumi məqsədlərə yönəldilib.
Yeri gəlmişkən, insan hüquqlarının qorunması və təşviqində milli təsisatların unikal rol oynaya biləcəyinin etiraf edildiyi 1960-cı il qətnaməsində İqtisadi və Sosial Şura hökumətlərə belə orqanların yaradılmasını və onların gələcək fəaliyyətlərini təşviq etməyi, eyni zamanda bu məsələ ilə bağlı öz fikirlərini Baş katibə məlumat verməyi və ona informasiyalar göndərməyi təklif edib. Əslində bu proses hazırda da inkişaf etdirilir və alınan informasiyalar barədə məruzələri Baş Katib mütəmadi olaraq İnsan Hüquqları Komissiyasına, Baş Assambleyaya və üzv dövlətlərə təqdim edir.
1960-cı və 1970-ci illər ərzində İnsan hüquqları sahəsində norma yaradıcılığı ilə bağlı fəaliyyətlər gücləndikcə milli 4 təsisatlara dair məsələlər üzrə diskussiyalar başlıca olaraq elə yolların müəyyənləşdirilməsi üzərində cəmlənib ki, bu orqanlar onların köməyi ilə nəzərdə tutulan beynəlxalq normaları səmərəli şəkildə həyata keçirilməsinə yardım edə bilsinlər. İnsan Hüquqları Komissiyası insan hüquqlarının qorunması və təşviqi ilə məşğul olan milli və yerli təsisatların strukturları və fəaliyyətlərinin rəhbər prinsiplərini işləyib hazırlamaq məqsədilə 1978-ci ildə belə təsisatlara həsr olunmuş seminar təşkil etməyi qərara alıb. Bununla əlaqədar olaraq, 1978-ci il sentyabrın 18-dən 29-na kimi Cenevrədə insan hüquqlarının qorunması və təşviqi ilə məşğul olan milli və yerli təsisatlara dair seminar keçirildi və həmin seminarda bir sıra rəhbər prinsiplər qəbul olundu.
Qeyd edək ki, İnsan Hüquqlarının Ümumi Bəyannaməsinin qəbul edildiyi vaxtdan istər beynəlxalq, istərsə də milli səviyyədə insan hüquqlarının genişləndirilməsi, bu sahədə ixtisaslaşmış təşkilatların təkmilləşdirilməsi üzrə fasiləsiz proseslər gedir. Bəşəriyyətin bu yolda irəliləməsinin yarım əsrdən artıq yaşa malik təcrübəsi bir daha sübut edib ki, insan hüquqları və azadlıqları təmin edilmədən demokratiyaya nail olmaq, hüquqi dövlət qurmaq və sosial-iqtisadi yüksəlişi əldə etmək mümkün deyildir. Əslində insan haqları demək olar ki, dünyanın bütün ölkələri tərəfindən qəbul edilir. Bu məsələnin universallaığından, çox vaxt bu və ya digər dövlətlərdə insan haqlarından sui istifadə halları əsas götürülərək onlara qarşı hərbi və iqtsadi təzyiq göstərmək üçün istifadə edilir.
Qeyd edək ki, hüquq normasını hüququn özünəməxsus ilkin hüceyrəsi kimi təsəvvür etmək olar. Bu baxımdan demək olar ki, norma o şərtləri nəzərdə tutur ki, burada müəyyən olunmuş qaydalar icra olunmalıdır. Ekspertlər qeyd edirlər ki, normanın bu hissəsi hüquq elmində hipoteza adlanır. Məsələn, pensiya hüququ norması qocalığa görə təqaüdün təyin olunması şərtlərini göstərir.
- İkincisi, hüquq normaları davranış qaydalarının özünü, hüquq subyektlərinin hüquq və vəzifələrini, yəni dispozisiyanı müəyyən edir (kayzen.az).
Üçüncüsü, hüquq normaları elə məcburi təsir tədbirlərini müəyyən edir ki, dövlət orqanları buna müvafiq olaraq normadakı göstərişləri yerinə yetirməyən və ya lazımi qaydada yerinə yetirməyənlərə qarşı bu məcburi təsir vasitələrini (sanksiya) tətbiq etmək iqtidarında olur. Bunlar intizam xarakterli (töhmət, işdənçıxarma və s.), inzibati (cərimə və s.) və cinayət xarakterli (azadlıqdan məhrumetmə və s.) sanksiyalar ola bilər.
Qeyd edək ki, hüquq normalarına belə bir ümumi qayda kimi baxmaq olar ki, bu normalar insanların, onların kollektivlərinin davranışını onlara subyektiv hüquqların verilməsi və üzərilərinə müvafiq hüquqi vəzifələrin qoyulması yolu ilə tənzimləyir. Bundan başqa hüquq normaları həmişə ümumi xarakter daşıyır, yəni o, bütün analoji hallara aid olur, dəfələrlə tətbiq etmək imkanını nəzərdə tutur. Hətta o, qeyri-müəyyən sayda hüquq subyektlərinə yönəlir ki, onlar bu məqamda, yaxud gələcəkdə bu hüquq normaları ilə tənzimlənən münasibətlərin iştirakçısı ola bilsinlər.
Hüquq normalarının müxtəlif əlamətlərə görə təsnifatını vermək olar. Normadakı göstərişin xüsusiyyətlərindən asılı olaraq hüquq normalarını aşağıdakı kimi təsnifləşdirmək olar:
- Səlahiyyətverici normalar
(norma - icazələr,
nəyi etmək olar). Məsələn, AR
Konstitusiyasının 26-cı maddəsində müəyyən
olunub ki, hər kəs qanunla qadağan edilməyən bütün
vasitələrlə öz
hüquq və azadlıqlarını müdafiə
etmək hüququna malikdir
- Məcburedici normalar (nəyi etmək lazımdır). Azərbaycan Respublikası Konstitusiyasının
IV fəsli belə normaları təsbit etmişdir.
- Qadağanedici normalar (nəyi etmək olmaz). Məsələn, Azərbaycan Respublikası
Konstitusiyasının 6-cı maddəsinə uyğun olaraq Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat
və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi
səlahiyyətini mənimsəyə
bilməz.
Normadakı göstərişin müəyyənlik
dərəcəsinə görə
isə hüquq normalarının iki növü fərqləndirilir:
1) Dispozitiv normalar. Məsələn, Azərbaycan Respublikası
Konstitusiyasının insan
və vətəndaşın
hüquq və azadlıqlarını nəzərdə
tutan üçüncü
fəslində təsbit
olunmuş maddələrdə
müəyyən olunan
hüquq normaları.
2) İmperativ normalar. Məsələn, qadağanedici xarakterli
bütün normalar (Azərbaycan Respublikası
Konstitusiyasının 6-cı, 155-ci maddələri), habelə
məcburedici normaların
əksəriyyəti (Azərbaycan
Respublikası Konstitusiyasının
dördüncü fəslində
nəzərdə tutulan
normalar).Hüquq normalarının digər
meyarlara görə də təsnifatı aparıla bilər.
Rəşid RƏŞAD
Ekspress.-2017.-18-20 fevral.-S.10.