Vətəndaş cəmiyyətində sosial təminat tədbirləri

 

Vətəndaş cəmiyyətində iqtisadisosial münasibətlərin tənzimlənməsinin dövlətin iştirakı olmadan həyata keçirilməsi arzu edilir. Bu cəmiyyətdə insanların inkişafının müstəqil şəkildə, hər hansı subyektin müdaxiləsi olmadan baş verməsi daha düzgün hesab olunur.

 

Lakin təcrübə göstərir ki, heçbütün insanlar öz imkanları ilə maddisosial ehtiyatlarını ödəyə bilmir, cəmiyyətin tam hüquqlu üzvünə çevrilmir. Müxtəlif səbəblərdən, o cümlədən sağlamlıq imkanlarının itirilməsi (əlillik), 20 yaşına çatmamış ailə başçısının itirilməsi, yaşlılıq və s. ilə əlaqədar olaraq çoxlu sayda insan çətin vəziyyətə düşür. Əgər bu insanlara nizamlı, daimi dəstək olmasa həmin insanlar cəmiyyətin tam hüquqlu üzvünə çevrilmir, vəziyyətləri daha da pisləşir, nəticəsə isə cəmiyyətdə qeyri-bərabərlik, ədalətsizlik yaranır. Bu cür ehtimalları nəzərə alaraq vətəndaş cəmiyyətinin ideoloqları dövlətin bəzi iqtisadisosial münasibətlərin tənzimlənməsinə müdaxiləsini məqbul sayır. Hesab edilir ki, dövlət sosial cəhətdən qayğıya ehtiyacı olan insanlaran sosialmaddi təminatını təmin etməlidir.

 

Azərbaycanda da dövlət sosial cəhətdən qayğıya ehtiyacı olan insanların müdafiəsini həyata keçirir. Bu insanlar üçün şərtlər ağırlaşdıqda dövlət zəruri tədbirlər görür.

 

Dövlət Statistika Komitəsinin 2016-cı ilə aid olan məlumatına əsasən, işləməyən 351 min insan sosial müavinət alır. Onların aldığı müavinətin aylıq məbləği orta hesabla 51 manatdır. Daha çox müavinət əlilliyə görə verilir. Təxminən 139 min işləməyən və əlil olan şəxs müavinət alır. Onlara verilən orta müavinət məbləği 49,5 manatdır. Bundan başqa sağlamlıq imkanı məhdudlaşan 67 min uşaq da müavinət alır. Əlil uşaqların aylır müavinəti orta hesabla 67 manatdır.

Kommunal, nəqliyyat və digər xodmətlərə görə 54,8 min insana müavinət təyin edilib ki, onların aylıq müavinətinin məbləği orta hesabla 44 manatdır.

 

Qeyd edilənlərlə yanaşı dövlət yaşa görə, ailə başçısını itirməyə görə ailə üzvlərinə, dövlət qulluqçularına (ömürlük), özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə aylıq kompensasiya, 1 yaşadək uşağı olan ailələrə, beşdən çox uşağı olan qadınlara, valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına da aylıq müqvinət təyin edilir.

Birdəfəlik müavinət də verilir. Uşağın doğulmasına, radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə müalicə üçün (illik), dəfn üçün, penitensiar müəssisələrində cəza çəkməkdən azad edilmiş şəxslərə birdəfəlik müavinət ayrılır.

 

İşləyən şəxslər arasında da müavinət alanlar var. Bunlardan 54 min nəfəri uşağın dünyaya gəlməsinə görə, 3 yaşına çatmayan uşaqlara qulluqla əlaqədar 37 min nəfərə, dəfn üçün 41,4 min nəfərə müavinət ayrılıb.

 

Bunlardan başqa, 1,3 milyondan çox insan əlilliyə, ailə başçısını itirməyə və yaşa görə pensiya, məcburi köçkün və qaçqınlar 36 manat müavinət, aztəminatlı insanlar isə ünvanlı dövlət yardımı alır.

 

Dövlət həmçinin insanların sosial müdafiəsini təmin etmək məqsədilə minimum əmək haqqı, ehtiyac meyarı və yaşayış minimumunu müəyyən edir, müharibə əlillərini və şəhid ailələrini mənzillə təmin edir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı məqsədilə ötən il bu təbəqələrdən olan 288 nəfər mənzillə (o cümlədən 118 nəfər yeni inşa olunan binalardan mənzillə, 170 nəfər isə fərdi yaşayış evi ilə) təminatı həyata keçirilib, 140 nəfər imtiyazlı şəxs dövlət büdcəsi hesabına avtomobillə təmin olunub.

 

Ötən il əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 8,2 faiz artaraq 192,18 manata, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 213,81 manata çatıb. Sosial müavinət və təqaüdlərin orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 10 faiz artıb. Keçən il 483,5 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 57,8 min nəfərdən çox şəxsə Azərbaycan Prezidentinin aylıq təqaüdləri ödənilib ki, bu məqsədlərə yönələn vəsaitin məbləği 2015-ci illə müqayisədə 35,2 milyon manatya 11,6 faiz çox olub. Həmçinin Azərbaycan Prezidentinin müvafiq Fərmanlarına əsasən Azərbaycanın Milli Qəhrəmanları üçün Azərbaycan Prezidentinin təqaüdünün və Azərbaycan Prezidentinin fərdi təqaüdünün aylıq məbləği 2016-cı ilin 1 noyabr tarixindən artırılaraq 1000 manatdan 1300 manata çatdırılıb.

 

Keçən il orta hesabla 165 352 ailə (692044 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin olunub. Bu, əvvəlki illə müqayisədə 53,26 faiz çox aztəminatlı ailənin dövlət sosial təminat sistemi ilə əhatə olunduğunu təsdiq edir. Həmçinin ötən il ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 151,7 manat (ailə üzvünə görə 36,12 manat) olub.

 

2016-cı ilin fevralında ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) istifadəyə verilməsi ilə müasir, məmur müdaxiləsi heç bir halda mümkün olmayantam şəffaf sosial yardım sistemi formalaşdırılıb. Bu günlərdə Dünya Bankının ekspert qrupunun müraciətinə əsasən, təşkilatın Vaşinqton şəhərindəki mərkəzi ofisi üçün bu sistemin geniş təqdimatı keçirilib.

 

“Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidməti istifadəyə verildiyi vaxtdanElektron Hökumət” portalında əhalinin ən çox faydalandığı e-xidmətlərdən biridir. 2016-cı il fevral ayında “Elektron hökumət” portalına inteqrasiya edilən həmin e-xidmətdən cari ilin 1 yanvar tarixinədək 1 milyon 835 min 235 dəfə istifadə edilib.

Qeyd edək ki, aztəminatlı insanların ağır vəziyyətdən qurtarmaq üçün özünüməşğulluq proqramı da həyata keçirilir. Nazirliyin məlumatına görə, Azərbaycan Prezidentinin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, aztəminatlı ailələrin özünüməşğulluğunun təmin olunması tədbirləri davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində bu günə olan məlumata əsasən, artıq 103 ailəyə fərdi təsərrüfatlarını qurmaları üçün aktivlər (malmateriallar) alınıb verilib.

 

Bu sahədə ilk tədbir cəbhə bölgəsində yerləşən Tərtər rayonunda həyata keçirilib və həmin rayonda 11 aztəminatlı ailə biznes imkanlarına yiyələnmələri üçün malmateriallarla təmin edilib. Həmçinin Laçın rayonu üzrə 12, Hacıqabul rayonu üzrə 8, Ağcabədi rayonu üzrə 10, Beyləqan rayonu üzrə 14, Xocavənd rayonu üzrə 10, Qəbələ rayonu üzrə 9, İsmayıllı rayonu üzrə 13, Göyçay rayonu üzrə 11, Ağsu rayonu üzrə 5 ailənin özünüməşğulluq fəaliyyətinin təşkili üçün aktivlərlə təminatı həyata keçirilib. Hazırda proqrama uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizin rayon və şəhərlərində ailələrə fərdi təsərrüfatlarını qurmaları üçün mal və materialların alınıb verilməsi işləri davam etdirilir.

 

Dövlət başçısının qeyd olunan Sərəncamı əsasında icra olunan özünüməşğulluq proqramı ailələrin fərdi təsərrüfatlarını, fərdi bizneslərini qurmaqla özünüməşğulluğuna, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırmalarına, digər tərəfdən kiçikorta sahibkarlığın inkişafına xidmət edir. Proqramın icrası işləri çərçivəsində 2016-cı ilin 1 aprel tarixinədək Məşğulluq Mərkəzlərində işaxtaranişsiz kimi qeydiyyatda olan və özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən şəxslər arasından proqramda iştirak imkanları olanlar seçilərək iki aylıq təlim kurslarına cəlb olunublar. Kursları uğurla başa vuranların hazırladıqları biznes-planların qiymətləndirilməsi prosesi keçirilib. Qiymətləndirmədə onlardan 80 faizinin biznes planları uğurlu hesab edilib və ailə təsərrüfatlarını qurmaları üçün aktivlərlə təmin olunmalarına başlanılıb.

 

Xatırladaq ki, özünüməşğulluq proqramı çərçivəsində təqribən 1500 ailəyə fərdi təsərrüfatlarının yaradılması üçün malmateriallar verilməsi, beləliklə, ailə bizneslərinin qurulması yolu ilə onların əmək qabiliyyətli üzvlərinin özünüməşğulluğuna şərait yaradılması nəzərdə tutulub.

 

Əhalinin sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə pensiyaların sığorta hissəsi indeksləşdirilir, həmçinin minimum əmək haqları və ehtiyac meyarı artırılır. Eyni zamanda müxtəlif sosial ödənişlərin məbləğinə yenidən baxılır. Azərbaycan Prezidenti bu ilin yanvarında bu və digər məqsədlərlər bağlı Sərəncamlar verib. Həmin sərəncamların icrası üçün 600 milyon manatadək əlavə vəsait yönəldiləcək. Bu, ailə gəlirlərinin azalmasının, əhalinin minimum istehlak səbətinə və aztəminatlı təbəqələrinin alıcılıq qabiliyyətinə mənfi təsirlərin qarşısının alınmasına kömək edəcək.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qayğıya ehtiyacı olan insanlarla bağlı müxtəlif tədbirlər həyata keçirir. Ötən il əlilliyi olan şəxslərin asudə vaxtının təşkili məqsədi ilə 1015 nəfər bu təbəqədən olan şəxs ölkəmizin müxtəlif bölgələrindəki istirahət-sağlamlıq mərkəzlərinə göndərilib. 2016-cı ildə sosial xidmət müəssisələrində ümumilikdə 1085 nəfər tam dövlət təminatında olub. Dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun eviSosial Müəssisəsində 120 nəfər bu kateqoriyadan olan şəxs yaşayır və ötən il müəssisənin 125 nəfərlik ikinci korpusu da istifadəyə verilib.

 

Eyni zamanda, ötən il 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin peşə-reabilitasiya mərkəzinə 350 nəfər sağlamlıq imkanları məhdud gənc müxtəlif peşə kurslarına cəlb olunub və kursları bitirənlərə sertifikatlar verilib. Hazırda Mərkəzdə 113 nəfər kurs keçir. Yeni sosial müdafiə əhəmiyyətli obyektlər kimi, 2016-cı ilin dekabr ayında Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün sosial reabilitasiya mərkəzi, 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacaq və yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya mərkəzi istifadəyə verilib. Ötən il nazirliyin müəyyən etdiyi prioritet istiqamətlər üzrə sosial sifarişlər əsasında QHT-lər tərəfindən 37 layihə üzrə 2046 nəfər uşağa reabilitasiya yönümlü sosial xidmətlər göstərilib.

 

Vasif CƏFƏROV

Ekspress.-2017.-24 fevral.-S.10.