Dövlətdaxili hüquq normaları

 

1995-ci ildə demokratik dəyərlər və prinsiplərə uyğun hazırlanan və ümumxalq səsverməsi ilə qəbul edilən ilk demokratik Konstitusiyamızın müddəalarının üçdə biri insan hüquq və azadlıqlarına həsr edilib. Beynəlxalq ekspertlər tərəfindən dünyanın demokratik konstitusiyalarından biri kimi qiymətləndirilən bu Konstitusiya Azərbaycanda demokratik quruluşunhüquqi dövlətin möhkəm təməlini qoydu ki, nəticədə də hüquqi islahatların aparılmasına zəmin yaradıldı.

 

Yeni qanunlar, eyni zamandaKonstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və digər qanunlar, əvvəlkilərdən prinsipcə köklü surətdə fərqlənən MülkiMülki-Prosessual, Cinayət və Cinayət-Prosessual, Cəzaların İcrası və s. məcəllələr qəbul edildi. Bu qanunlar demokratik prinsiplər və beynəlxalq hüquq normalarının tələblərinə uyğun hazırlanıb və beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib (courts.gov.az).

 

Hüquqşünas İsrayıl İmamlı qeyd edib ki, hüquq normasının məzmunu beynəlxalq hüquq subyektinin malik olduğu hüquqdan və digər subyektin həmin hüquqa uyğun olaraq öz üzərlərinə götürdüyü vəzifədən ibarətdir:Doğrudur, beynəlxalq hüquq və öhdəliklər təkcə beynəlxalq hüquq normalarından irəli gəlmir. Hər hansı beynəlxalq məhkəmənin və ya arbitraj məhkəməsinin qərarı, BMT Təhlükəsizlik Şurasının qətnaməsi və ya dövlətin birtərəfli qaydada verdiyi bəyənat da müvafiq öhdəlik doğura bilər. Beynəlxalq hüquq normaları, yuxarıda qeyd etdiyimiz kimi, prinsip etibarilə dövlətlərin qarşılıqlı razılığı əsasında yaranır. Lakin xüsusi vurğulamaq lazımdır ki, hər hansı ümumi beynəlxalq hüquq normasının, yəni dünyanın bütün dövlətləri üçün məcburi olan normanın yaranması üçün heçbütün dövlətlərin hər birinin razılığı tələb  olunmur. Bununla bağlı olaraq, yeni yaranmış dövlət öz arzusu və iradəsindən asılı olmayaraq, ondan qabaq təşəkkül tapmış və hamılıqla qəbul edilmiş normadan imtina edə bilməz və ona riayət etməyə borcludur. Məsələn, dövlətimiz müstəqillik qazanandan, hələ heç bir müvafiq beynəlxalq müqaviləyə qoşulmasa da, başqa dövlətlərə qarşı güc tətbiq edilməməsi, başqa dövlətlərin ərazi bütövlüyünə hörmət edilməsi, genosid aktının törədilməməsi və s. bu kimi öhdəlikləri artıq üzərinə götürmüş sayılırdı” (remedium.az).

 

Hüquqşünas onu da qeyd edir ki, beynəlxalq hüquqda normayaratma beynəlxalq müqavilələrin bağlanması və adətlərin formalaşması vasitəsilə baş verir. Bu baxımdan beynəlxalq təşkilatların, ilk növbədə BMT və onun ixtisaslaşdırılmış idarələrinin qətnamə və qərarları xüsusi əhəmiyyət kəsb edir: Bu aktlarda çox vaxt, artıq formalaşmış adət hüquq normaları təsbit edilir, habelə beynəlxalq münasibətlərin subyektlərinin müəyyən davranış qaydaları həvəsləndirilir ki, bu da norma və adətlərin yaranmasına gətirib çıxarır. İstənilən kateqoriyaya anlayışın müəyyənləşdirilməsində ümumi nəzəri müddəa ilə yanaşı hər bir hüquq sahəsinin xüsusiyyətləri də nəzərə alınmalıdır. Bu baxımdan beynəlxalq hüquq heç də istisnalıq təşkil etmir”.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının hüquq sistemini təşkil edən hüquq sahələri müxtəlif ictimai münasibətləri tənzimləyir (Bəxtiyar Atakişiyevinİnzibati hüquq və terminlər” kitabından - anl.az). Bundan başqa, hər bir hüquq sahəsi özünəməxsus ictimai münasibətləri də tənzimləyir. Hüquq münasibətlərinə xas olan əsas əlamətlər inzibati hüquq münasibətlərinə də aiddir. Həmin əlamətlər aşağıdakılardır:

 

- Hüquq münasibəti hüquq norması əsasında yaranır; bu da həmin ictimai münasibətin hüquq norması vasitəsilə tənzimləyici təsirinin nəticəsidir ki, bu xüsusiyyət ona hüquqi forma verir.

- Hüquq münasibətlərinin tərəflərinin hərəkətləri hüquq normaları ilə tənzimlənir.

- Hüquq münasibətlərinin tərəfləri hüquq normaları ilə müəyyən edilmiş qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları kimi çıxış edirlər.

- Hüquq münasibətləri şüurlu-iradəvi mahiyyətə malikdirlər.

- Hüquq münasibətlərinə dövlət tərəfindən təminat verilir və zəruri hallarda onlar dövlətin məcburetmə vasitələri ilə qorunurlar.

Hüquqşünas Bəxtiyar Atakişiyev qeyd edir ki, hüquq normaları müvafiq dövlət orqanları tərəfindən müəyyən edilən və icrası məcburi xarakter daşıyan elə bir davranış qaydalardır: “O yalnız idarəçlik fəaliyyəti ilə əlaqədar olan ictimai münasibətləri nizama salır və lazım gəldikdə dövlətin məcburedici qüvvələri ilə mühafizə edilir. İnzibatı hüquq normaları idarəçilik münasibətlərində iştirak edən subyektlərin hüquq və vəzifələrini müəyyən etməklə yanaşı, eyni zamanda idarəçilik orqanlarının qurluşunu, təşkili qaydalarını və fəaliyyət metodlarını müəyyən edir. İnzbati hüquq normaları dövlət idarəçilik orqanları, dövlət xadimləri, ictimai tərşkilatlar və s. vətəndaşların idarəçilik fəaliyyəti ilə əlaqədar münasibətlərini nizama salan məcburi qaydaları müəyyən edir”.

 

Əslində dövlət hüququnun normaları ölkəmizdə ictimai münasibətlərin hüquqi cəhətdən nizama salınmasının əsasını təşkil edir. Bu da o deməkdir ki, dövlət hüququ digər hüquq sahələrinin prinsiplərini özündə əks etdirir: “Azərbaycan Respublikasının içtimai quruluşunu və dövlət quruluşunu, hakimiyyət orqanlarının, digər dövlət orqanlarının sistemini, vətəndaşların hüquq və vəzifələrini özündə əks etdirən Azərbaycan Respublikası Konstitusiyası öz əksini dövlət hüququnda tapır. İdarəçilik prosesində meydana çıxan içtimai münasibətlər inzibati hüquq normaları ilə nizama salınmasından, inzibati hüquq-dövlət hüququna yaxından bağlıdır. Bundan başqa, inzibati hüquq əmək hüququ ilə, maliyyə hüququ ilə, mülki hüquq ilə, cinayyət hüququsair hüquq sahələri ilə sıx bağlıdır”.

Xatırladaq ki, müdafiə üsullarına görə inzibati hüquq münasibətləri inzibati və məhkəmə qaydasında müdafiə olunan inzibati-hüquqi münasibətlərə bölünürlər.

Ekspertlər inzibati hüququn digər hüquq sahələri ilə nisbəti haqqında aşağıdakı nəticələrini göstərir:

- İnzibati hüquq hüququn digər sahələri kimi hüquq sisteminin əsas sahəsi olan dövlət hüququna əsaslanır.

- İnzibati hüquq hüququn digər sahələri ilə qarşılıqlı əlaqədədir.

- İnzibati hüquq nizama saldığı ictimai münasibətlərə görə hüququn digər sahələrindən fərqlənir.

- İnzibati hüquq dövlət hüququnun ən mühüm sahələrindən biridir. Bu, onunla izah olunur ki, inzibati hüquqla nizama salınan ictimai münasibətlər dövlət həyatında mühüm əhəmiyyət kəsb edir.

- İnzibati hüquq öz həcminə görə dövlət hüququnun ən böyük sahələrindən biridir. Çünki, inzibati hüquqla həddən ziyadə içtimai münasibətlər nizama salınır.

- İnzibati hüquq digər hüquq sahələrinə nisbətən dəyişəndir. Bu, cəmiyyətin inkişafı ilə əlaqədar olaraq dövlət idarəçiliyi sahəsində ictimai münasibətlərin dəyişməsi ilə izah olunur.

- İnzibati hüquq dövlət hüququnun mürəkkəb sahələrindən biridir. Bu, inzibati hüquqla nizama salınan ictimai münasibətlərin müxtəlifliliyi ilə bilavasitə əlaqədardır.

- İnzibati hüququn sistemi İnzibati hüquq normaları ilə nizama salınan ictimai münasibətlərin növləri olduqca müxtəlifdir. Onları biri-birindən fərqləndirmək üçün həmin ictimai hüquq münasibətləri nizama salma inzibati hüquq normalarının ayrı-ayrı qrup halında sistemləşdirilməsinə ehtiyac duyulur. İnzibati hüquq eyni məzmunlu inzibati hüquq normalarının ayrılıqda qruplaşmasına mütənasibləşdirir.

 

İdarəçilik ictimai münasibətləri konkret məzmunlarına görə nizama salan inzibati hüquq normaları isə iki qrupa bölünür: Ümumixüsusi hissələrə.

Ümumi hissələr - bütün idarəçilik fəaliyyəti üçün xarakterik olan ictimai münasibətləri nizama salan normalardan ibarətdir.

Xüsusi hissələr- idarəçiliyin buya digər sahəsini, eləcə də hər hansı bir funksiyasını müəyyən edən ictimai münasibətləri nizama salan normalardan ibarətdir.

Hüquqşünaslar qeyd edirlər ki, idarəçilik orqanları üçün ümumi olan normalar inzibati hüququn ümumi hissəsini təşkil edən müstəqil hüquq institutlarında öz əksini tapırlar (misal olaraq dövlət xidməti institutu, inzibati məsuliyyət institutus. göstərib). İnzibati hüququn xüsusi hissəsinin normalarına gəlincə isə, bunu 4 əsas qrupa bölündüyünü qeyd edib. Birincisi, dövlət idarəçiliyi funksiyasının həyata keçirilməsi sahəsindəki münasibətləri nizama salan normalardır. İkincisi, sosial-iqtisadi sahədə idarəçiliayi nizama salan normalardır. Üçüncüsü, ictimai-mədəni quruculuq sahəsində idarəçiliyi nizama salan normalardır. Dördüncüsü, ictimai-siyasi idarəçilik sahəsini nizama salan normalardır. Onu da qeyd edim ki, bu 4 qrup normalardan hər birisi idarəçiliyin konkret sahəsi üzrə qruplaşır. Yəni, qeyd edilən inzibati hüquq normaları biri-biri ilə qarşılıqlı əlaqədə olmaqla, idarəçilik fəaliyyətinin düzgün həyata keçməsinə xidmət edirlər. İnzibati hüququn ümunixüsusi hissələri vahid və ayrılmazdır.

O da qeyd olunur ki, ümumi hissənin normaları xüsusi hissənin bütün sahələrinə tətbiq edilir. Ümumiyyətlə isə inzibati hüququn mənbəyini elə hüquqi aktlar təşkil edir ki, onlar özlərində yalnız inzibati hüquq normalarını əks etdirirlər. Bundan başqa beynəlxalq və milli hüquqda müqayisəli formada öyrənilməli, daha sonra isə həmin anlayışın mahiyyəti və onun məzmununa daxil olan tərkib əlamətləri araşdırılmalıdır. Hüquqyaradıcılığı hüquqi tənzimetmə mexanizminin əsas, ilkin mərhələsidir. Hüquq normaların yaradılması ilə ictimai münasibətlərə təsir edən mürəkkəb kompleks hüquqi təsir vasitələri göstərir.

Son olaraq qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ölkənin ali konstitusiya ədalət mühakiməsi orqanı olmaqla Azərbaycan Konstitusiyasının aliliyini təmin edir. Bundan başqa ölkəmizdə aparılan islahatlar çərçivəsində qəbul edilən “Konstitusiya Məhkəməsi haqqında” 23.12.2003-cü il tarixli qanuna əsasən pozulmuş hüquq və azadlıqların bərpası ilə bağlı vətəndaşların birbaşa Konstitusiya Məhkəməsinə müraciət etməsi hüququnun həyata keçirilməsi mexanizmi müəyyən edilib.

 

Rəşid RƏŞAD

Ekspress.-2017.-28 fevral.-S.10.