Vətəndaş
hüquqları
24
Hüquq sistemi
çoxşaxəli olsa da
onu əsasən iki böyük qrupa -
təbii və vətəndaş hüquqlarına
bölürlər. Təbii hüquqlar
əsas insan hüquqları kimi də tanınır. Bu
qrup hüquqlar oxşar olur,
ölkələr üzrə fərqlənmir.
Vətəndaş hüquqları isə dövlətin siyasi təbiətindən, cəmiyyətin
xüsusiyyətlərindən asılı olaraq
fərqlənə bilir.
Demokratiya yolunu tutan
dövlətlərdə vətəndaş hüquqları da əksər cəhətlərinə
görə oxşardır. Çünki demokratiya yolunu gedən
dövlətlərdə bu
məqsədə çatmaq üçün vətəndaş
hüquqlarının imkanları geniş
olmalıdır. Buna görə
də demokratik dövlətlərin
formalaşmasında vətəndaş hüquqlarının da əhəmiyyəti yüksəkdir.
Vətəndaş hüquqlarının
təbii hüquqlardan fərləndirilməsinin
əsas məqsədi şəxsiyyətin
özünümüəyyən etməsini,
özünürealizəsini, onun hər
hansı qanunsuz müdaxilədən qorumaq, şəxsiyyətin muxtariyyətini
və müstəqilliyini təmin etməkdən ibarətdir.
Azərbaycanın əsas qanunu olan Konstitusiyamızda vətəndaş hüquqları
ilə bağlı bir neçə
maddə yer alıb. Konstitusiyamıza
əsasən Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi
və hüquqi
bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan
vətəndaşı sayılır.
Azərbaycan ərazisində və ya
Azərbaycan vətəndaşlarından doğulmuş
şəxs Azərbaycan vətəndaşıdır.
Valideynlərindən biri Azərbaycan
vətəndaşı olan şəxs
də Azərbaycan vətəndaşıdır.
Əsas qanunda qeyd edilib ki, Azərbaycan
vətəndaşı heç bir halda Azərbaycan
vətəndaşlığından məhrum edilə
bilməz. Azərbaycanın vətəndaşı heç bir
haldaAzərbaycandan qovula və ya xarici dövlətə
verilə bilməz. Azərbaycan onun
ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan
Azərbaycan vətəndaşlarının hüquqi
müdafiəsinə təminat verir və
onlara hamilik edir. Konstitusiyada vurğulanır
ki, vətəndaşların
cəmiyyətin və dövlətin siyasi
həyatında maneəsiz iştirak
etmək hüququ var.
Dövlətə qarşı qiyama və
ya dövlət çevrilişinə
müstəqil müqavimət göstərmək Azərbaycan
Respublikasının hər bir
vətəndaşının hüququdur.
Azərbaycan vətəndaşlarının dövlətin
idarə olunmasında iştirak etmək hüququ vardır. Bu hüququ onlar bilavasitə
və ya nümayəndələr
vasitəsilə həyata keçirə bilər.
Vətəndaşları dövlət orqanlarında qulluq etmək imkanına malikdirlər. Dövlət orqanlarının vəzifəli
şəxsləri Azərbaycan vətəndaşları
sırasından təyin edilirlər. Əcnəbilər
və vətəndaşlığı olmayan
şəxslər dövlət qulluğuna
qanunlamüəyyənləşdirilmiş qaydada
qəbul edilə bilərlər. Qanun
vətəndaşların dövlət orqanlarına
seçmək və seçilmək, habelə referendumda iştirak
etmək hüququ verir.
Məhkəmənin qərarı ilə fəaliyyət
qabiliyyətsizliyi təsdiq olunan
şəxslərin seçkilərdə, habelə referendumda iştirak
etmək hüququ yoxdur.
Hərbi qulluqçuların, hakimlərin,
dövlət məmurlarının, din
xadimlərinin, məhkəmənin hökmü
ilə azadlıqdan məhrum edilmiş
şəxslərin bu Konstitusiyada
və qanunda nəzərdə tutulan digər şəxslərin
seçkilərdə iştirak
etməkhüququ qanunla
məhdudlaşdırıla bilər.
Vətəndaşlarının dövlət orqanlarına
şəxsən müraciət etmək, habelə fərdi
və kollektiv yazılı
müraciətlər göndərmək hüququ
vardır.
Hər bir müraciətə qanunla müəyyən edilən qaydada və müddətlərdə
yazılı cavab verilməlidir.
Hər kəsin başqaları ilə birləşmək hüququ var.
Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün
birliklərin sərbəst fəaliyyətinə təminat verilir.
Heç kəs hər hansı birliyə daxil olmağa və onun üzvlüyündə qalmağa
məcbur edilə bilməz.
Azərbaycanın bütün
ərazisində və ya hər hansı
hissəsində qanuni dövlət
hakimiyyətini zorla devirmək
məqsədi, cinayət hesab edilən
digər məqsədlər güdən və ya
cinayətkar üsullardan istifadə
edən birliklər qadağandır. Konstitusiyanı
və qanunları pozan birliklərin
fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər.
Hər kəs qanunla
nəzərdə tutulan qaydada
öz imkanlarından, qabiliyyətindən
və əmlakından sərbəst istifadə edərək
təkbaşına və ya
başqaları ilə birlikdə azad
sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan
edilməyən digər iqtisadi
fəaliyyət növü ilə
məşğul ola bilər.
Dövlət sahibkarlıq sahəsində yalnız
dövlət maraqlarının, insan
həyatının və sağlamlığının
müdafiəsi ilə bağlı tənzimləməni
həyata keçirir.
Hər kəsin hüquq və
azadlıqlarının inzibati qaydada və məhkəmədə
müdafiəsinə təminat verilir.
Hər bir kəsin hüququ
var ki, onun
işinə qərəzsiz yanaşılsın və həmin
işə inzibati icraat
və məhkəmə prosesində ağlabatan
müddətdə baxılsın.
Vətəndaşın inzibati icraat və məhkəmə prosesində
dinlənilmək hüququ vardır.
Vətəndaş dövlət
orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin,
bələdiyyələrin və vəzifəli
şəxslərin hərəkətlərindən və
hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə
şikayət edə bilər.
Azərbaycan vətəndaşlarının
dövlət orqanlarının və onların vəzifəli
şəxslərinin, siyasi partiyaların,
həmkarlar ittifaqlarının və digər ictimai
birliklərin, habelə ayrı-ayrı
vətəndaşların fəaliyyətini və ya işini tənqid
etmək hüququ vardır.
Tənqidə görə təqib qadağandır. Təhqir
və böhtan isə tənqid sayıla
bilməz.
Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ
var. Cinayətin törədilməsində
təqsirləndirilən hər bir
şəxs, onun təqsiri qanunla
nəzərdə tutulan qaydada
sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş
hökmü yoxdursa,
təqsirsiz sayılır.
Şəxsin təqsirli olduğuna
əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin
törədilməsində təqsirləndirilən
şəxs özünün
təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.
Ədalət mühakiməsi həyata keçirilərkən
qanunu pozmaqla
əldə edilmiş sübutlardan
istifadə oluna bilməz.
Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli
sayıla bilməz. Heç kəs bir cinayətə görə təkrarən
məhkum edilə bilməz.
Məhkəmənin məhkum etdiyi
hər bir şəxsin öz
barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan
qaydada yuxarı məhkəmədə
yenidən baxılması, habelə özünün
əfv edilməsi və cəzasının
yüngülləşdirilməsi haqqında müraciət
etmək hüququ vardır.
Heç kəs özünə,
arvadına (ərinə), övladlarına,
valideynlərinə, qardaşına, bacısına
qarşı ifadə verməyə məcbur edilə
bilməz. Əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam
siyahısı qanunla müəyyən edilir.
Səlahiyyətli dövlət
orqanlarının tutduğu, həbsə
aldığı, cinayət törədilməsində
təqsirləndirdiyi hər bir
şəxsə dərhal onun
hüquqları bildirilir və
tutulmasının, həbsə alınmasının və
cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri
izah edilir.
Cinayət törədilməsində təqsirləndirilən
hər bir şəxs məhkum
edilməzdən əvvəl dinlənilməlidir.
Vətəndaş dövlət orqanlarının ona münasibətdə
özbaşınalığı istisna
edən vicdanlı davranışına hüququ
var.
Cinayət, habelə hakimiyyətdən sui-istifadə
nəticəsində zərər çəkmiş
şəxsin hüquqları qanunla qorunur. Zərər çəkən
şəxsin ədalət mühakiməsinin həyata
keçirilməsində iştirak
etmək və ona vurulan
zərərin ödənilməsini tələb etmək hüququ var.
Hər bir
vətəndaşın dövlət orqanlarının yaxud onların vəzifəli
şəxslərinin qanuna zidd
hərəkətləri və ya
hərəkətsizliyi nəticəsində vurulmuş
zərərin dövlət tərəfindən
ödənilməsi hüququ var.
Dövlət, dövlət qulluqçuları
ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd
hərəkətləri və hərəkətsizliyi
nəticəsində insan hüquq
və azadlıqlarına dəymiş ziyana
görə və onların təminatının pozulmasına
görə mülki məsuliyyət
daşıyır.
Vətəndaş hüquqlarının bəziləri siyasi xarakterli hüququ formalaşdırır.
Məsələn, sərbəst toplaşmaq
hüququ xarakterinə və
təbiətinə görə sərbəst toplanmaq
azadlığı ictimai-siyasi hüquqlar sırasına aiddir.
Ona görə ki,
sərbəst toplaşmaq siyasi
məzmunlu tələblərin bildirilməsi ilə
bağlıdır. Digər tərəfdən bu
hüquqdan siyasi
qüvvələr bir-birinə qarşılıqlı
təsir göstərmək məqsədilə istifadə
edirlər.
Dövlət qulluğuna girmək yolunun mahiyyəti ondan
ibarətdir ki, vətəndaşlar
dövlət orqanlarında xidmət (qulluq)
etməklə dövlətin idarə olunmasında iştirak edirlər. Həmin
vətəndaşlar dövlət qulluqçuları
adlanır. Referendum, prezident,
parlament, bələdiyyə seçkiləri
seçkilərdə iştirakı göstərir. Referendumdaiştirak etməklə
vətəndaşlar dövlət və ictimai
həyatın ən mühüm və vacib məsələləri barəsində öz iradələrini bildirirlər. Bununla onlar seçki
hüququnu həyata keçirirlər.
Vətəndaşların seçmək imkanına aktiv seçki hüququ deyilir. Rederendumda iştirak
etmək aktiv süçki
hüququna aiddir.
Azərbaycan vətəndaşları yalnız 18 yaş həddinə çatdıqda aktiv seçki hüququna malik olurlar.
Seçkilərdə iştirak
edib-etməməsi, hansı namizədə səs
verib-verməməsi məsələsini vətəndaşınözü
həll edir. Gizli səsvermə onu ifadə edir ki, seçkilər
keçirilərkən, səsvermə gizli
olur və səsvermə prosesinə
kənar şəxslərin meüdaxilə etməsinə yol verilmir. Şəxsi
səsvermə dedikdə, vətəndaşın
şəxsən özünün
səsverməsi başa düşülür.
Vətəndaşın başqa
şəxsin əvəzinə səsverməsinə yol verilmir. Konstitusiyamızda
qeyd edilir ki, əsas qanunda təsbit
edilən insan və vətəndaş
hüquqlarını və azadlıqlarını
gözləmək və qorumaq qanunvericilik, icra və
məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və
vətəndaşhüquqlarının və
azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra
bilməz. Yalnız hər kəsin hüquq
və azadlıqları bu Konstitusiyada
və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə
digərlərinin hüquq və
azadlıqları iləməhdudlaşır. Müharibə,
hərbi vəziyyət və fövqəladə
vəziyyət, habelə səfərbərlik elan
edilərkən insan və
vətəndaş hüquqlarının və
azadlıqlarının həyata keçirilməsi
Azərbaycan Respublikasının beynəlxalq
öhdəliklərini nəzərə almaq
şərtiilə qismən və müvəqqəti
məhdudlaşdırıla bilər. Həyata keçirilməsi
məhdudlaşdırılan hüquq
və azadlıqlar haqqında əhaliyə qabaqcadan
məlumat verilir.
Vasif CƏFƏROV
Ekspress 2017.- 12 iyul.-
S.10.