Azərbaycanda gənc nəslin
sosial aktivliyi
Azərbaycan gənclərinin inkişaf etmiş
aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin
apardığı gənclər siyasətinin böyük rolu
olub. Əslində bu siyasətin banisi ümummilli lider
Heydər Əliyevdir. Onun gənclər
siyasəti əsrlər boyu xalqımızın malik olduğu
milli- mənəvi dəyərlər əsasında mübariz
ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub.
Heydər Əliyev daima gənc nəslə böyük
ümidlər bəsləyirdi və qeyd edirdi ki, Azərbaycanın
gələcəyi gənclərin əlindədir.
Xatırladaq
ki, ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin
diqqət və qayğısı sayəsində minlərlə
azərbaycanlı gənc keçmiş SSRİ-nin
aparıcı ali məktəblərinə
müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilib.
Məhz o dövrdən dövlət gənclər
siyasətinin həyata keçirilməsi sayəsində
böyük işlər görülüb. O da təsadüfi
deyil ki, ulu öndərin müəyyənləşdirdiyi və
həyata keçirdiyi gənclər siyasəti 5 mühüm
istiqaməti ehtiva edirdi:
1. Milli mənəvi
dəyərlərimizin qorunmasında gənclərin rolunu
artırmaq, gənc nəslin tarixi köklərimizə
bağlı olaraq vətənpərvərlik ruhunda tərbiyələndirilməsini
təmin etmək
2. Gənclərin
elmi, intellektual potensialının artırılması
üçün ciddi təhsil və mədəni islahatlar həyata
keçirmək
3. Gənclərin
təşkilatlanmasını təmin etməklə, onları
müstəqilliyimizin keşiyində vahid qüvvə kimi birləşməyə
səfərbər etmək
4. Gənclərin
dövlət idarəçiliyində rolunu əhəmiyyətli
dərəcədə artırmaq və onların məsuliyyət
hissini formalaşdırmaq
5. Azərbaycan
dövlətinin beynəlxalq aləmə inteqrasiyasının
yaratdığı imkanlardan gənclərin maksimum səviyyədə
yararlanmasına möhkəm əsaslar yaratmaq.
Ekspertlər bildirirlər ki, gənclər siyasətində
idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin
artırılması da mühüm yer tutur. Dövlət
başçısının səyi nəticəsində Azərbaycan
dünyanın qabaqcıl idman ölkələrindən birinə
çevrilib. Azərbaycanın müxtəlif bölgələrində
olimpiya idman komplekslərinin açılması, ölkəmizin
nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi,
idmançılarımızın olimpiadalarda, dünya
çempionatlarında uğurlu çıxışları
buna əyani sübutdur (anl.az). O da qeyd olunur ki, Prezident
İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi
ilə bağlı Sərəncamı gənclərin ölkə
həyatındakı fəallığını daha da
artırıb.
Diaspor məsələləri üzrə ekspert Yəhya
Babanlı qeyd edir ki, Azərbaycan gəncliyi cəmiyyətin
bütün sferalarında aktivliyi ilə seçilir və
ictimai, siyasi, sosial, iqtisadi və sair tədbirlərin həyata
keçirilməsində mühüm rol oynayır. Dövlətin
gənclərin fəaliyyəti üçün
yaratdığı geniş imkanlar nəticəsində bu
zümrə əsas qüvvəyə çevrilib. Dövlət gənclər siyasəti - gənclərin
öz bilik və bacarıqlarını, intellektual
potensiallarını effektli reallaşdırmasını, cəmiyyətdə
layiqli yer tutmalarını təmin edir. Bu
gün dövlətin və cəmiyyətin inkişafında
gənclərin yaxından iştirakının şahidi
oluruq. Gənclərimiz ictimai və siyasi
baxımdan olduqca fəaldır. Bu, istər
dövlət, istər özəl, istərsə də QHT
sektorunda özünü aydın göstərir. Gənclərimiz prezident, parlament və bələdiyyə
seçkilərində ən aktiv təbəqə hesab olunur.
Hazırda gənclər dövlət orqanlarında, parlamentdə,
bələdiyyələrdə, elm-təhsil müəssisələrində,
biznes strukturlarında və s. sahələrdə təmsil
olunur və milli dövlətçiliyimizin inkişafına
öz töhfələrini verirlər. Gənclərimiz
mühüm əhəmiyyət kəsb edən tribunalarda
öz sözlərini sərbəst ifadə edə bilirlər.
İstər yerli, istər regional, istərsə
də beynəlxalq tədbirlərdə respublikamızı
layiqincə təmsil və təbliğ edirlər.
Onların cəmiyyətin inkişafında və öz
problemlərinin həllində rolunu artırmaq, ölkənin
gələcək inkişafında iştirakını və
məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda
yaşayan gənclərin özlərini ifadə etmələrinə
şərait yaratmaq, gənclər və dövlət
qurumları, hökumət nümayəndələri ilə
açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə
institusional və təşkilati quruculuq işləri
reallaşdırılıb”.
Y.Babanlı
onu da qeyd edir ki, milli dəyərlərin qorunmasında və
ölkəmizin maraqlarının müdafiəsində gənclərimizin
iştirakı xeyli aktivləşib: “Milli mənliyi və
kimliyi məlum olan üçün milli maraq şəxsi mənafedən
üstün tutulmalıdır. Bunun
üçün atılan hər bir addım da dəstəklənməlidir.
Akademik Ramiz Mehdiyevin “İkili standartların
dünya nizamı və müasir Azərbaycan” məqaləsi
yeni dünya nizamında ölkəmizin müstəqilliyinin
möhkəmləndirilməsi, dövlətçiliyimizin təhlükəsizliyi
ilə bağlı xalqımızın mövqeyini bir daha
ortaya qoydu. Azərbaycan gənc dövlət
olsa da, yetərincə güclü və dinamikdir. Biz dünya birliyinin aktoruyuq, beynəlxalq təşkilatlarda
öz mövqeyimiz var. Vətəndaş cəmiyyəti də
bunu dərk etməli və addım atanda bunları
düşünməlidir. Vətəndaş
cəmiyyəti və burada təmsil olunan gənclər
bütün bu məsələlərdə milli maraqlardan
çıxış edirlər. İstər
ölkəmizdə, istərsə də ölkəmizdən kənarda
yaşayan sağlam, məsuliyyətli, vətənini sevən,
təbliğ və təmsil edən gənclərdən ibarət
ordumuz formalaşıb. Bizim zəngin
tarixi, milli xüsusiyyətlərimiz gənclərimizi ikiqat məsuliyyətli
olmağa sövq edir (hemrey.az).
Ekspert
Hikmət Kəngərlinin fikrincə, dövlət nə qədər
demokratik ənənələrə sahibdirsə, onun vətəndaşı
da sosial cəhətdən bir o qədər aktiv olur: “Başqa
təbirlə desək, insanın sosial aktivliyi onun siyasi proseslərə
təsir imkaları ilə bağlıdır. Hətta eyni
dövlətin müxtəlif vətəndaşları siyasi
proseslərə bir-birindən fərqli təsir
imkanlarına malikdirsə, bu müxtəliflik onların
psixologiyasında da özünü göstərir. Məsələn, bir zamanlar Birləşmiş
Ştatlarda aparılan sosiologi rəy sorğularına görə,
zəncilərdə siyasətə laqeydlik və təbəəçilik,
bəyaz irqə mənsub vətəndaşlarda isə təşəbbüskarlıq
hissi hakimdir. Əlbəttə, səs vermə yoluyla
heç nəyi dəyişə bilməyəcəyini
görən, bunu artıq özünün alın
yazısı kimi qəbul edən zəncinin siyasətə və
ictimai fəaliyyətə laqeydliyindən təbii heç nə
ola bilməzdi. Bu gün Azərbaycan
da demokratik ənənələrə tam yiyələnməyib.
Bu problem, təbii ki, vətəndaşların
sosial aktivliyinə də mənfi təsir göstərir.
Xaricə gedən həmvətənlərimiz isə
Ana Yurdda yiyələndikləri vərdişləri də
özləriylə aparır, artıq iliklərinə qədər
işləmiş təbəəçilik zehniyyətindən
yaxa qurtara bilmirlər”.
Kəngərli
qeyd edir ki, dünyanın bir çox ölkələrində
aparılan sosioloji araşdırmalar vətəndaşların
sosial aktivliyinin onların legitimlik anlayışları və
cəmiyyətdəki siyasi qüvvələrin bir-birinə bəslədiyi
münasibətlərlə düz mütənasib olduğunu
göstərir: “Yəni siyasilərin bir-birinə münasibətləri
nə qədər loyal və mülayimdirsə, sosial aktivlik də
bir o qədər yüksək olur. Demokratik
ölkə vətəndaşlarının ruhuna
yurddaşlıq hissinin hakim olması, qeyri-demokratik ölkə
vətəndaşlarında isə təbəəçilik
psixologiyasının formalaşması bu mənada təsadüfi
sayıla bilməz. Göründüyü
kimi, Azərbaycan lobbiçiliyinin yaranması istiqamətində
bir sıra kompleks tədbirlər həyata keçrilməlidir.
Məhz kompleks tədbirlərin həyata
keçirilməsindən sonra qeyd edilən istiqamətlərdə
məqsədyönlü addımlar atıb real nəticələr
əldə etmək olar” (olaylar.az).
Ekspert
Vahid Ömərovun sözlərinə görə, Azərbaycanda
vətəndaşlar dövlətçilik naminə sosial fəallıqlarını
artırmalıdırlar: “Bir sözlə, cəmiyyətin mənəvi-əxlaqi,
sosial, iqtisadi, mədəni və siyasi dəyərlərinin
qorunması işində insanların qeyrət göstərməsinə
ehtiyac çoxalıb. O cümlədən, ölkəmizdə
sabitliyin saxlanmasında və seçkinin tam demokratik
keçirilməsində onların təşəbbüskar
iştirakı vacibdir”.
Ömərov
hesab edir ki, fəaliyyət insanın sosial fəallıq
formasıdır: “Odur ki, insan fəallığının mənbələri
olan tələbatlar damənşəyinə, obyektinə və
ödənilmə xüsusiyyətlərinə görə
heyvanların yalnız bioloji mahiyyət daşıyan tələbatlarından
köklü surətdə fərqlənir. İnsanların
tələbatları (istər təbii və mədəni, istərsə
də maddi və mənəvi) ödənilməsi
üsullarına və vasitələrinə görə
ictimai-tarixi səciyyə daşıyır. Hazırda istənilən cəmiyyət
üçün mühüm mövzulardan biri insanların
sosial və siyasi fəallığının
artırılmasıdır. Ümumiyyətlə
sosial-siyasi aktivlik cəmiyyətin inkişafıdır. Bu prinsipi qəbul edən düşüncə sahibləri
hesab edir ki, cəmiyyət o zaman inkişafda olur ki, bu
quruluşda yeni ideyalar, fəlsəfi baxışlar, proqramlar
ortaya çıxsın. Yəni sosial və
siyasi fəallıq olarsa, cəmiyyətdə təşəbbüskarlıq
elementləri artır, nəticədə rəqabətlilik
sistemi inkişaf edir. Cəmiyyəti aktivləşdirməklə
yeni ideyaların ortaya çıxmasına nail olmaq
mümkünləşər və vətəndaşlar öz
hüquqlarının keşikçisinə çevrilə
bilərlər”.
Ekspert onu
da qeyd edir ki, prezident İlham Əliyev bütün bunları
nəzərə alaraq, bir neçə il öncə Azərbaycan
Respublikasında insan hüquq vəazadlıqlarının müdafiəsinin
səmərəliliyini artırmaq məqsədilə Milli Fəaliyyət
Proqramını qəbul etdi və bu proqramda konkret şəkildə
tezislər öz əksini tapıb (anl.az). “Məsələn,
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı insan hüquqlarına və
azadlıqlarına dair beynəlxalq müqavilələrdən
irəli gələn öhdəliklərin həyata
keçirilməsi və Azərbaycan Respublikasının
normativ-hüquqi aktlarının beynəlxalq hüquqi sənədlərə
uyğunluğunun təmin edilməsi ilə bağlı bənddə
deyilir. Azərbaycan Respublikası insan
hüquqlarına və azadlıqlarına dair beynəlxalq
müqavilələrə tərəfdar çıxaraq,
öz yurisdiksiyası daxilində hər kəsin insan hüquq
və azadlıqlarının təmin edilməsi öhdəliyini
öz üzərinə götürmüşdür. Bu öhdəliyin yerinə yetirilməsinə nəzarət
mexanizmləri çərçivəsində Azərbaycan
Respublikası tərəfindən təqdim olunan insan hüquq
və azadlıqlarının təmin edilməsinə dair
dövri hesabatlar üzrə Birləşmiş Millətlər
Təşkilatının, Avropa Şurasının və digərhökumətlərarası
təşkilatların ixtisaslaşmış
qurumlarının rəy və tövsiyələrinin həyata
keçirilməsi əhəmiyyət kəsb edir. Bununla yanaşı, İnsan Hüquqları üzrə
Avropa Məhkəməsinin qərarlarının icra edilməsi
çərçivəsində qanunvericiliyintəkmilləşdirilməsi
sahəsində tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulur.
Göstərilən öhdəliklərin yerinə
yetirilməsi zamanı tövsiyələrin ətraflı təhlili,
görüləcək tədbirlərin və onların
icrasına məsuliyyətli dövlət qurumlarının
müəyyənedilməsi zəruridir. Bununla əlaqədar
olaraq, qeyd olunan prosesə aşağıda göstərilən
qurumların cəlb edilməsi nəzərdə tutulur. Bu işə insan hüquqlarının müdafiəsi
sahəsində fəaliyyət göstərən yerli
qeyri-hökumət təşkilatları cəlb edilir”.
Rəşid
RƏŞAD
Ekspress 2017.- 13 iyul.- S.10.