Dövlətin iqtisadi-sosial siyasəti

 

Dünya təcrübəsinə əsasən, hər bir iqtisadi sistemin fəaliyyətinin təmin edilməsində dövlət həlledici rol oynayır. Məhz bu baxımdan da dövlətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinin, dövlətin iqtisadiyyata müdaxiləsinin optimal nisbəti və hüdudlarının müəyyən edilməsi, gözlənilməsi müasir dövrdə iqtisadiyyatın dövlət tənzimlənməsinin təkmilləşdirilməsinin başlıca problemi hesab olunur.

Ekspertlər qeyd edirlər ki, bütün iqtisadi sistemlərdə dövlət iqtisadiyyata müdaxilə edirbu müdaxilə bazarın çatışmazlıqlarının aradan qaldırilmasına yönəldilir. Bu çatışmazlıqlara isə aşağıdakıları aid edirlər:

- Xarici effektlər probleminin bazar tərəfindən nəzərə alınmaması; ictimai sərvətlərin, məhsulların istehsalında bazarın kifayət dərəcədə maraqlı olmaması

- Haqsız rəqabətin olması və inhisarlaşma

- İşsizlik, inflyasiya, makroiqtisadi qeyri-sabitlik

- Sosial ədalətlilik probleminə bazarın biganə olması

- Bazar mexanizmləri vasitəsilə fundamental elm texnika sahəsində kəskin irəliləyişlərin qeyri-mümkünlüyü

- Ölkə regionlarının kəskin diferensiasiyası

- Dövlətlərarası səviyyədə xarici ticarət əlaqələrinin tarazlığını təmin etmək üçün iqtisadiyyatın tənzimlənməsi zəruriliyi s.

Ümumiyyətlə isə bazar iqtisadiyyatı özünütənzimləmə sistemi kimi fəaliyyət göstərməsinə baxmayaraq bütün dünya ölkələrinin təcrübəsi göstərir ki, sırf bazar iqtisadiyyatı mövcud deyil hazırda milli iqtisadiyyatlar daha cox qarışıq bazar iqtisadiyyatı kimi fəaliyyət

göstərir.

Qeyd olunur ki, iqtisadiyyatın dövlət tənzimlənməsi sistemində dövlət, dövlət orqanlarının simasında iqtisadi obyekt proseslərə, onlarda iştirak edənlərə təsir göstərməklə, onları özünütəşkil idarəolunan etməklə müvafiq olan qanunlarına riayət olunmasını,

dövlət ictimai maraqların qorunmasını təmin etməyə çalışır (unec.edu.az).

İqtisad elmləri doktoru Arif ŞəkərəliyevDövlətin iqtisadi siyasəti: Reallıqlar Perspektivlərkitabında qeyd edir ki, dövlət cəmiyyətin əsas hakim siyasi təşkilatıdır: “Onun hakimiyyəti cəmiyyətdə birləşdirən, təşkil edən məcbur edən başlıca qüvvədir. Cəmiyyətdə dövlətlə yanaşı insanları müxtəlif maraqlarına görə birləşdirən digər təşkilatlar da mövcuddur. İctimai birləşmələr sistemində dövlətin xüsusi rolu vardır. Belə ki, dövlət ölkə miqyasında yeganə, tam hakimiyyətli, cəmiyyətin inkişafının əsas istiqamətini müəyyən edən bütün vətəndaşların mənafelərini nəzərə alan, ölkə daxilində beynəlxalq aləmdə rəsmi tanınan təşkilatdır. Dövlət insanlara ictimai təşkilatlarda birləşmək kimi konstitusiya hüququ verir, bəzi ictimai təşkilatların hüquqi vəziyyətini müəyyən edərək onların fəaliyyətini mühafizə edir. İctimai təşkilatların hüquq mənafelərini isə məhkəmə, prokurorluq başqa dövlət orqanları qoruyur. Dövlət iqtisadi bazis üzərində siyasi üstqurumdur. Siyasi sistemin bütün təşkilati qurumları olan dövlət təşkilatları, ictimai təşkilatlar, əmək kollektivləri dövlət ictimai həyatın hüquqi əsasını təşkil edən qanunlar çərçivəsində əsasında fəaliyyət göstərirlər. Dövlət daima inkişafdadır. Cəmiyyətin inkişafı ilə dövlət, onun məqsəd vəzifələri, idarəetmə qurumları funksiyaları da dəyişir. Buna müvafiq surətdə dövlət anlayışına müxtəlif baxışlar mövcuddur”.

Şəkərəliyev onu da qeyd edir ki, dövlətin xüsusi idarəetmə aparatı mexanizmi var. Bu da o deməkdir ki, dövlətin bütün tarixi tiplərinə növlərinə qanunvericilik, icra məhkəmə orqanları xas olduğu üçün dövlət mexanizminə həmişə məcburetmə, eyni zamanda  ordu, polis, həbsxanalar islah - əmək müəssisələri s. aid etmək olar. Bir sözlə, hüquq qanunvericilik olmadan dövlət cəmiyyətə rəhbərliyi qəbul edilmiş qərarların həyata keçirilməsini təmin edə bilməz: “Dövlət cəmiyyətin elə siyasi təşkilatıdır ki, o öz hakimiyyətini ölkənin bütün ərazisinə əhalisinə şamil edir. Bunun üçün xüsusi idarəetmə aparatı vardır. Bu aparat hamı üçün məcburi göstərişlər verir. Tarixdə dörd dövlət tipi məlumdur: quldarlıq dövləti, feodal dövləti, kapitalist dövləti sosialist dövləti. Dövlətin əmələ gəlməsilə insanlar arasında siyasi münasibətlər yarandı. Siyasi münasibətlər öz əsası etibarilə siniflər arasındakı münasibətlərdir. Siniflər arasındakı siyasi münasibətlər onların ümdə İqtisadi mənafeyini təmərküzləşmiş şəkildə ifadə edir. İqtisadi hərəkat ümumiyyətlə bütünlüklə özünə yol açacaqdır, lakin iqtisadi hərəkat özü üçün yaratdığı nisbi bir müstəqilliyə malik olan siyasi hərəkatdan da əks - təsir almalıdır. Dövlət hakimiyyətin suveren təşkilatıdır” (anl.az).

Ekspert Eyyub Musayev bildirir ki, dövlətin sosial siyasəti onun sosial proqramlarında ifadə olunur praktikada həyata keçirilir. Əhalinin əsas sosial qruplarının mənafeyi naminə maraqları vasitəsilə cəmiyyətdə olan münasibətləri tənzimləyir: “Maddi cəhətdən möhkəm olmayan, iqtisadi cəhətdən təmin edilməyən hər bir sosial proqram, məlumdur ki, ancaq deklerasiya xarakteri daşıyır. Bu mənada sosial siyasət məzmununa qaşısında duran vəzifələrinə görə iqtisadiyyatla nisbətdə ikincilik təşkil edir. Lakin, onun maddi mənəvi inkişafına, ictimai inkişafın gedişinə olan təsirini əhəmiyyətini ikinci dərəcəli hesab etmək olmaz”.

Musayev onu da qeyd edir ki, dövlətin sosial siyasəti ilə cəmiyyətin iqtisadi inkişafı arasında qarşılıqlı əlaqə mövcuddur: “Birincisi, iqtisadi inkişafın məqsədləri birbaşa dolayı yolla sosial siyasətdə cəmləşir. İkincisi, sosial siyasət sahəsində bir çox məsələlərin həyata keçirilməsi, dövlətin onların reallaşdırılması üçün yönəldə biləcəyi iqtisadi ehtiyatlardan asılıdır. Üçüncüsü, sosial siyasətə iqtisadi artımın mühüm amili kimi baxmaq olar. Əgər iqtisadi inkişaf xalqın həyat səviyyəsinin yüksəldilməsinə təsir etmirsə, onların istehsal fəaliyyəti ilə məşğul olmasına maraq azalmış olur, cəmiyyətdə sosial gərginlik artır.

Sosial siyasətin xarakteri məzmunu sosial proseslərin idarə edilməsinə dövlətin müdaxilə etməsi səviyyəsindən asılıdır. Bu baxımdan inkişaf etmiş ölkələrdə dövlətin hal-hazırda bütün mövcud olan sosial siyasət növlərini iki qrupa bölmək olar. Birinci qrupu şərti olaraq qalıq prinsiplərinə əsaslanan sosial siyasət adlandırmaq olar. Belə halda sosial siyasət bazarın lazımi səviyyədə tam həyata keçirə bilmədiyi funksiyaları yerinə yetirir. Bu öz miqyası əhatə darəsinə görə məhdud sosial siyasət olub, əsasən passiv kompensiyalaşdırıcı (bərpaedici) xarakter daşıyır. Belə sosial siyasətin nəzəri əsasları liberal bazar iqtisadiyyatı modelinin ideyaları əsasında formalaşır”.

Ekspertin fikrincə, bazar iqtisadiyyatına keçid dövründə əhalinin gəlirləri sahəsində olan bərabərsizlik getdikcə artır ki, nəticədə bu bərabərsizliyin qarşısını almaq məqsədilə dövlət bir çox inkişaf etmiş ölkələrdə gəlirlərin yenidən bölgüsündə fəal iştirak edir: “Gəlirlərin yenidən bölgüsünün əsas vasitəsi əhalinin əldə etdiyi şəxsi gəlirlərə mütərəqqi vergi sistemidir. Verginin mütərəqqi sistemi əhalinin ən yüksək gəlir əldə etmiş təbəqələrinə, az təmin olunmuşlara nisbətən yüksək vergi dərəcələrinin tətbiq edilməsini nəzərdə tutur. Dövlət bu yolla əldə etdiyi vergilərin bir hissəsini əhalinin ən az təmin olunmuş təbəqələrinə transfert ödəmələr şəklində xərcləyir”.

Yeri gəlmişkən, bütün ölkələrdə sosial sığorta yoxsullara dövlət köməyi proqramı var. Bu da o deməkdir ki, sosial sığorta proqramı əhalinin qocalığa, əmək qabiliyyətinin itirlməsinə, yerlərinin azalmasına görə sığortalanmasını əhatə edir. Hətta əhaliyə dövlət proqramları əlavə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Buraya çoxuşaqlı ailələrə kömək, ərzaq müxtəlif imtiyazların verilməsi, səhiyyə sığortalanması s. daxildirlər.

Eyyub Musayev onu da qeyd edir ki, müasir qloballaşma şəraiti sosial siyasətin səmərəlliyinin artırılmasını, diqqəti daha çox sosial sahənin ciddi problemlərinə yönəltməyi, sosial siyasətin reallaşmasının yeni mexanizmlərinin aşkara çıxarılmasını zəruri edir (ismayilli-xeberleri.info): Sosial sahədə olan konkret məsələləri həll etmək Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanlarının, yerli özünü idarə orqanlarının səlahiyyətlərinə daxil olub iqtisadi inkişaf səviyyəsindən, demoqrafik vəziyyətindən, maliyyə imkanlarından, milli adət və ənənələrdən asılıdır. Dövlətm sosial siyasəti, konkret tarixi inkişaf mərhələləri və müəyyən məqsədlərlə əlaqədar olan və müəyyən yekun nəticələr nəzərə alınmaqla təşkilati və maliyyə cəhətdən əsaslandırlmış dövlət fəaliyyətidir. Dünya ölkələrinin təcrübəsindən bəllidir ki, sosial siyasətin dözgün seçilib həyata keçirilməsi əhalinin həyat səviyyəsinin və keyfiyyətinin aşağı düşməsinə, onun sağlamlıq vəziyyətinin pisləşməsinə, əhalinin yoxsulluğunun artmasına, təhsil və səhiyyə sisteminin keyfiyyətinin aşağı düşməsinə və s. səbəb olur ki, bu da sosial sabitliyə təhlükə yaradır”.

Ekspertlər onu da qeyd edirlər ki, sosial siyasətdə əsas yeri əhalinin sosial müdafiəsi mexanizmi tutur. Bu baxımdan da sosial müdafiə vətəndaşların ən ağır maddi vəziyyətdə olan təbəqələrinin inflyasiyadan, işsizlikdən müdafiəsinə yönəldilən dövlət siyasətidir. Dövlət tərəfindən tətbiq olunan tədbirlər kompleksinin xüsusiyyəti əhalinin həyat və əmək fəaliyyətinin ağırlaşmasının, işsizliyinyxsulluğun güclənməsinin qarşısının alınması ilə bağlıdır. Buna görə də əhalinin sosial müdafiəsinin problemlərindən biriyoxsulluğun qarşısının alınmasıdır. Bundan başqa, əhalinin sosial müdafiəsi yüksək ixtisaslı kadrların hazırlanması ilə əlaqədar dövlət tədbirlərini, əhalinin bütün təbəqələrinin pulsuz ümumiorta təhsil almasını, rəqabət əsasında ali təhsil əldə etməsini, dövlət hesabına səhiyyə və sosial xidmətlər göstərilməsini, insanların əmək fəaliyyəti ilə məşğul olması üçün zəruri olan tədbirləri və s. əhatə edir (kayzen.az). Bütün bunlardan da belə bir nəticəyə gəlmək olar ki, bazar iqtisadiyyatına keçid şəraitində əhalinin gəlirləri sahəsində olan bərabərsizlik getdikcə artır. Bu bərabərsizliyin qarşısını almaq məqsədi ilə dövlət bir çox inkişaf etmiş ölkələrdə gəlirlərin yenidən bölgüsündə fəal iştirak edir.

 

Rəşid RƏŞAD

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 

Ekspress  2017.- 19 iyul.- S.10.