Dövlətin sosial
siyasəti
Azərbaycanda iqtisadi siyasətin sosialyönlü səciyyə daşıması ölkəmizin müstəqillik əldə etdikdən sonrakı demokratik inkişaf yoluna daxil olmasını ifadə edir. Ölkə başçısı İlham Əliyevin “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə 7 dekabr 2015-ci il tarixdə imzaladığı fərmanında qeyd edildiyi kimi 2016-cı ilin dövlət büdcəsi də son illərin dövlət büdcələri kimi sosial mahiyyət daşıyır və dövlətin sosial siyasətinin, bir sözlə, dövlətin sosial funksiyasının həyata keçirilməsinə xidmət edir.
Qeyd edək ki, dövlətin sosial siyasətinin və sosial fəaliyyət sferasının əsas istiqamətlərini və tərkib hissəsini təşkil edən təhsil, sosial müdafiə, mədəniyyət və incəsənət və s. qeyri-istehsal sferasına daxil olmaqla bu sahələrdə maddi istehsal baş verməsə də, maddi istehsalın inkişafına fəal təsir göstərir. Bu baxımdan da sosial-mədəni sahələrin, sosial infrastrukturun daim inkişaf etdirilməsinə dövlət böyük əhəmiyyət verir.
Ekspertlər qeyd edirlər ki, hazırda ölkəmizdə dövlətin həyata keçirtdiyi sosial siyasəti əhalinin sosial xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yönəldilməklə təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, digər sosial-mədəni tədbirlərin inkişaf etdirilməsi və əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədlərinə dövlət büdcəsindən hər il böyük məbləğdə vəsait ayırır.
Azərbaycanın dövlət
başçısı İlham
Əliyevin dediyi kimi, sosial
proqramların həlli həmişə olduğu
kimi böyük əhəmiyyət
kəsb edir. “Son on ildə Azərbaycanda 2500 məktəb
tikilmişdir, proses hələ də davam edir. 2015-ci ildə 59 səhiyyə müəssisəsi tikilmiş
və təmir edilmişdir. Beş böyük
olimpiya kompleksi istifadəyə verilmişdir.
Bu onu göstərir ki, hətta maliyyə imkanlarımız
bir az
azalanda da biz sosial infrastrukturların inkişafı üçün
lazımi tədbirləri
görürük və
beləliklə Azərbaycanda
bütün sosial proqramlar öz həllini tapır. (“Xalq” qəzeti).
Ekspert Eyyub Musayev bildirir
ki, sosial siyasət dövlətin daxili siyasətinin əsas istiqamətlərindən
biri olmaqla, ictimai həyatın sosial sahəsi və ayrılmaz hissəsidir: “Bu sahəyə
həm iqtisadiyyatın
qeyri-istehsal sahələri
olan təhsil, elm, səhiyyə, sosial müdafiə, həm də istehsal sahələrinin bir çox aspektləri, iş gününün uzunluğu, minimum əmək
haqqı, əməyin
mühafizəsinin müəyyən
olunması və s. daxildir. Sosial sahənin cəmiyyətin
həyatında funksional
rolu əhali arasında sosial əlaqələrin yaradılması
və dərinləşdirilməsi,
onların zəruri tələbatlarının təmin
olunması və formalaşdırılması şərtlərindən
ibarətdir. İnkişaf səviyyəsindən asılı
olmayaraq dünyanın
bütün ölkələrində
cəmiyyətin sosial-iqtisadi
yüksəlişi istiqamətində
dövlət siyasətinin
mühüm tərkib
hissələrindən biri
sosial siyasətdir.
Sosial siyasətin mahiyyəti ayrı-ayrı sosial qruplar, həmçinin bütöv bir sosial qrupa mənsub
olan adamlar arasında onların həyat səviyyəsinin
yüksəldilməsi və
ictimai həyatda iştirakı üçün
iqtisadi stimulun formalaşmasına şəraitin
yaradılmasıdır. İqtisadi inkişaf nöqteyi-nəzərindən
sosial siyasət ikili rol oynayır”.
Musayev qeyd edir ki,
iqtisadiyyat inkişaf etdikcə, milli gəlir artdıqca vətəndaşlar üçün
əlverişli şərait
yaranır, onların sosial müdafıəsi güclənir, digər tərəfdən isə əhalinin sosial vəziyyəti yaxşılaşdıqca
onların əmək
məhsuldarlığı da
artır: “Dövlətin
sosial siyasəti onun sosial proqramlarında
ifadə olunur və praktikada həyata keçirilir. Əhalinin əsas sosial qruplarının mənafeyi
naminə və maraqları vasitəsilə
cəmiyyətdə olan
münasibətləri tənzimləyir.
Maddi cəhətdən möhkəm
olmayan, iqtisadi cəhətdən təmin
edilməyən hər
bir sosial proqram, məlumdur ki, ancaq deklerasiya
xarakteri daşıyır.
Bu mənada sosial
siyasət məzmununa
və qaşısında
duran vəzifələrinə
görə iqtisadiyyatla
nisbətdə ikincilik
təşkil edir.
Lakin, onun maddi və
mənəvi inkişafına,
ictimai inkişafın
gedişinə olan təsirini və əhəmiyyətini ikinci
dərəcəli hesab
etmək olmaz”.
Ekspertin fikrincə, dövlətin
hazırda bütün
mövcud olan sosial siyasət növlərini iki qrupa bölmək olar. Birinci qrupu şərti
olaraq qalıq prinsiplərinə əsaslanan
sosial siyasət adlandırmaq olar. Belə halda sosial siyasət
bazarın lazımi səviyyədə tam həyata
keçirə bilmədiyi
funksiyaları yerinə
yetirir. Bu öz miqyası və əhatə darəsinə görə
məhdud sosial siyasət olub, əsasən passiv və kompensiyalaşdırıcı
(bərpaedici) xarakter daşıyır. Belə sosial
siyasətin nəzəri
əsasları liberal bazar
iqtisadiyyatı modelinin
ideyaları əsasında
formalaşır.
E.Musayev
onu da qeyd
edir ki, dövlətin sosial siyasəti ilə cəmiyyətin iqtisadi inkişafı arasında qarşılıqlı əlaqə
mövcud olduğu üçün iqtisadi inkişafın məqsədləri
birbaşa və dolayı yolla sosial siyasətdə cəmləşir, eyni zamanda sosial siyasət sahəsində bir çox məsələlərin həyata
keçirilməsi, dövlətin
onların reallaşdırılması
üçün yönəldə
biləcəyi iqtisadi
ehtiyatlardan asılıdır:
“Qeyd edək ki, sosial siyasətə
iqtisadi artımın mühüm amili kimi də baxmaq
olar. Əgər iqtisadi inkişaf
xalqın həyat səviyyəsinin yüksəldilməsinə
təsir etmirsə, onların istehsal fəaliyyəti ilə məşğul olmasına
maraq azalmış olur ki, nəticədə
ddə cəmiyyətdə
sosial gərginlik artır. Bu baxımdan
da sosial siyasət dövlətin, yerli hakimiyyət orqanlarının, müəssisə
və təşkilatların
əhalini işsizlikdən,
infulyasiyadan, istehlak qiymətlərinin artımından
və s. problemlərdən
müdafiə edən
kompleks sosial-iqtisadi tədbirlərin məcmusu
hesab olunur. Postsosialist ölkələrində sosial
sferada aparılan islahatlar fərqlidir və yuksək dünya standartlarına yaxınlaşır. Burada əhaliyə
sosial və rifah təminatları verən vətəndaş
cəmiyyətinin formalaşdırılması
və təkmilləşdirilməsi
ön planda olmalıdır” (ismayilli-xeberleri.info).
Ekspertlərin fikrincə, hazırkı dövrdə dövlətin
sosial siyasətinin tənzimlənməsi istiqamətində
fəaliyyətin genişləndirilməsi
zərurəti aktuallaşıb. Yəni,
dövlətin sosial funksiyasının xüsusi
mahiyyət qazanması
sosial dövlətin inkişafına şərait
yaradır ki, bu proses də
bilavasitə sosial olanın iqtisadiyyat üzərində üstünlük
əldə etməsi,
insanın layiqli həyat şəraitinin təmin edilməsinin dövlətin əsas məqsədinə çevrilməsi
ilə bağlıdır.
Bundan başqa dövlətin sosial və iqtisadi sferanın tənzimlənməsi istiqamətində
məqsədyönlü fəaliyyəti
sosial siyasət prinsiplərini şərtləndirir.
Bu mənada da
sosial siyasət dövlətin digər iqtisadi subyektlərin həyat və əmək şəraitinin
dolğun təminatına
yönəldilmiş fəaliyyətidir.
O da qeyd olunur
ki, dövlətin sosial sahədə apardığı islahatlar
sosial siyasət zəminində formalaşdığı
üçün sosial
siyasət dövlətin,
yerli hakimiyyət orqanlarının, müəssisə
və təşkilatların
əhalini işsizlikdən,
istehlak qiymətlərinin
artımından müdafiə
edən kompleks sosial iqtisadi tədbirlər sistemi hesab olunur. Əslində qloballaşma prosesi sosial siyasətin yeni mahiyyət kəsb etməsinə və standart proqramlar əsasında həyata keçirilməsinə,
eyni zamanda müxtəlif ölkələrdə
sosial siyasətlə bağlı oxşar islahatların aparılmasına
səbəb olub.
Bundan başqa beynəlxalq, milli və submilli
sosial siyasətlər
ölkələrin yoxsulluq
əleyhinə qlobal fikir birliyinə gələrək inkişaf
edən sosial birliyin dəyişməsinə
təsir etməkdədir.
Onu da qeyd edək ki, uğurlu sosial siyasət, demək olar ki, ölkənin gələcək inkişafına
geniş şərait
yaradır. Bu baxımdan
sosial siyasəti dövlətin sosial institutlarının və
cəmiyyətdəki sosial-iqtisadi
və sosial-siyasi münasibətlərin sosial
subyektlərinin tənzimlənməsi
mexanizmi kimi də nəzərdən keçirmək olar.
Ekspertlər onu da vurğulayır ki, sosial siyasət uyğun institutun maliyyə və ictimai potensialını istifadə etməklə dövlət və digər siyasi və sosial institutların cəmiyyətin
sosial sahələrinin
inkişafına, insanların
həyat şəraitinin,
tərzinin və keyfiyyətinin təkmilləşdirilməsinə,
onların həyat tələbatlarının müəyyən
bir hissəsinin təmin edilməsinə, onlara zəruri sosial dəstəyin göstərilməsinə, vətəndaşların
sosial təhlükəsizlik,
yardım və müdafiə ilə təmin edilməsinə yönəlmiş fəaliyyətidir.
Yəni,
dövlətin sosial siyasəti bilavasitə sosial fəallıq və digər sosial institutlarla bağlıdır. Sosial siyasət
yalnız dövlət
və onun institutları vasitəsilə
deyil, həm də digər subyektlər tərəfindən
həyata keçirilir
və bu siyasət mövcud hüquqi çərçivədə
olub, müəyyən
mənada dövlətin
sosial siyasəti ilə üst-üstə düşür (stj.sam.az).
İqtisad elmləri doktoru Məhiş Əhmədov, iqtisad elmlər namizədi Afaq Hüseynlə birgə hazırladığı “İqtisadiyyatın dövlət tənzimlənməsinin əsasları” kitabında qeyd edir ki, son 200 illik dövrdə dünyanın dahi iqtisadçıları tərəfindən iqtisadiyyatın dövlət tənzimlənməsi sahəsində əsas iqtisadi nəzəriyyələri aşağıdakı kimi təsnifləşdirmək olar: “Keynsçilik və neokeynsçilik; monetarizm; institusionalizm; marksizm; neoklassik nəzəriyyə; neoliberalizm. Dünya təsərrüfat təcrübəsində iqtisadiyyatın tənzimlənməsinin aşağıdakı konsepsiyaları diqqəti daha çox cəlb edir: istehsalın inkişaf konsepsiyası. Əsas kimi məhsuldar qüvvələrin inkişafı, iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi götürülür və iqtisadi artıma nailolma, işsizliyin, inkişafda qeyri-tarazlığın azaldılması götürülür; təkrar istehsalın tarazlı inkişaf konsepsiyasında istehsalın tarazlı artımına nail olmaq üçün antiböhran, antiinflyasiya, gəlirlərin, məşğulluğun və xarici iqtisadi tarazlığın tənzimlənməsi siyasəti həyata keçirilir; istehsalın artırılmasının tələb tərəfindən stimulluşdırılması konsepsiyası. ÜDM-in artım templərini sürətləndirmək, tam məşğulluğa nail olmaq üçün məcmu tələbin məcmu təklifi üstələməsi əsas kimi götürülür; idxalı əvəzləmə konsepsiyası. Çox vaxt daxili bazarı və istehsalı qoruma ilə nəticələnir. Yerli istehsal sahələrin rəqabətqabiliyyətinin artırılması və onun inkişafını təmin etmək məqsədilə müvafiq himayədar siyasət yeridilir”.
Əhmədov onu da qeyd edib ki, bazar iqtisadiyyatında iqtisadiyyatın dövlət tənzimlənməsi beynəlxalq təcrübəyə əsas ən müxtəlif forma və metodlar vasitəsilə həyata keçirilir (unec.edu.az). Bir qayda olaraq, metod v ə formaların sayı, müxtəlifliyi ölkənin iqtisadi sosial vəziyyətinə, coğrafi iqlim şəraitinə, təbii ehtiyyatlarına, adət və ənənəsinə uyğunlaşdırılaraq fərqli nisbətdə həyata keçirilir. İqtisadiyyatın dövlət tənzimlənməsində istifadə olunan metodların təsnifləşdirilməsi mürəkkəb prosesdir.
Rəşid
RƏŞAD
Azərbaycan
Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur
Ekspress 2017.- 20 iyul.-
S.10.