İfadə azadlığının təminatı müasir dövrün aktual məsələsidir
Söz və ifadə azadlığının təminatı müasir dövrün ən aktual məsələsidir. Hər bir vətəndaş, həmçinin jurnalistin informasiya əldə etmək və yaymaq hüququ var.
Vətəndaş cəmiyyətində bütün azadlıqlara hörmətlə yanaşılır və onların təmini də əsas tələblərdən sayılır. Bu yanaşma ilə informasiya, mətbuat azadlığı təmin edilməyən ölkədə insan azadlığı, şəxsiyyət azadlığı bəhs etmək əbəs iş sayılır. Demokratiya, hüquqi dövlət yolunu tutan ölkələr məlumat azadlığını təmin edir, insanların qanunu yollarla informasiya əldə etməsinə əngəl yaratmır.
Müstəqilliyini bərpa edəndən sonra ölkəmizdə informasiya əldə etmək sahəsində bir sıra addımlar atılıb. Azərbaycan Konstitusiyası, 1998-ci ildə qəbul olunan “Məlumat Azadlığı haqqında” Qanun, 1999-cu ildə qəbul edilmiş və sonrakı illər ərzində beynəlxalq təşkilatlarla aparılan məsləhətləşmələr nəticəsində təkminləşdirilən “Kütləvi informasiya vasitələri haqqında” Qanun, eyni zamanda 2005-ci ildə qəbul olunan “İnformasiyanın əldə edilməsi haqqında” Qanun ölkəmizdə söz və mətbuat azadlığı, informasiya azadlığı, jurnalistlərin fəaliyyətinin müstəqilliyini tamamilə təmin edirlər.
Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi “hər kəsin” istədiyi informasiyanı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq hüququnu tanıyır. “İnformasiya əldə etmək haqqında” Qanuna görə, “hər kəs” özü və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət edə, informasiyanın növünü və alınma üsulunu seçərək istədiyi məlumatı ala bilər.
“Hər kəs” deyəndə həm ölkə vətəndaşları, həm xarici vətəndaşlar, həm də vətəndaşlığı olmayanlar başa düşülür. “Hər kəs” eləcə də bütün hüquqi şəxsləri, hüquqi şəxs olmayan media qurumlarını, ictimai maraq qruplarını və başqalarını əhatə edir. Bu, informasiya sorğusu verənin Azərbaycanda və ya ondan kənarda yaşamasından asılı olmayaraq belədir.
“İnformasiya əldə etmək haqqında” Qanun dövlət, bələdiyyə orqanları, ictimai funksiya yerinə yetirən şəxslər və s. sahibliyində olan informasiyaların açıqlığı məsələlərini tənzimləyir. Buna baxmayaraq, informasiya sahibləri informasiya məsələləri ilə bağlı başqa qanunları adıçəkilən qanunun məqsədlərinə, prinsiplərinə, müddəalarına zidd olmayan həddə tətbiq edə bilərlər. Lakin peşə sirlərini qorumalı olanlar eyni zamanda, “İnformasiya əldə etmək haqqında” Qanuna görə, informasiya sahibidirlərsə, qanunun məqsədlərinin, prinsiplərinin və qaydalarının üstünlüyünü nəzərə almalıdırlar.
Bu Qanunun məqsədləri üçün məlumat dedikdə təqdimat formasından asılı olmayaraq təbiətdə, cəmiyyətdə və dövlətdə baş vermiş hadisələr, proseslər, faktlar və şəxslər haqqında xəbərlər nəzərdə tutulur. Məlumat azadlığının həyata keçirilməsi fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olmamalıdır. Məlumat azadlığının məhdudlaşdırılmasına yalnız Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda yol verilir. Məlumat azadlığından istifadə edilməsi qaydası Azərbaycan Respublikasının Konstitusiyası və ona müvafiq olaraq Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilir.
Məlumatın əldə edilməsi aşağıdakı yollarla təmin edilir: dövlət hakimiyyəti orqanlarının və bələdiyyələrin öz fəaliyyətləri və qəbul olunmuş qərarları barədə məlumatlar vermələri yolu ilə; dövlət hakimiyyəti orqanlarında məlumatın əldə edilməsi üçün informasiya xidmətlərinin yaradılması ilə; statistik məlumatlardan, kitabxanaların, arxivlərin və muzeylərin fondlarından, habelə informasiya sistemlərindən maneəsiz istifadə edilməsi ilə; vətəndaşların həyatı və sağlamlığı üçün təhlükə yaradan fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə əhaliyə dərhal məlumat verilməsi ilə; dövlətin təhlükəsizliyinə xətər yaradan fövqəladə hallar barədə əhaliyə dərhal məlumat verilməsi ilə; kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurasına yol verilməməsi ilə; normativ-hüquqi aktların qanunvericilikdə nəzərdə tutulmuş qaydada əhalinin nəzərinə çatdırılması ilə.Alınması məhdudlaşdırılan məlumatlara - dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror aksiyalarına aid olan məlumatlar aiddirlər (“wikipedia.org”).
Ətraf mühitə dair informasiya müvafiq qanunvericiliklə müəyyən edilmiş hallarda alınması məhdudlaşdırılan məlumata aid edilir. Dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror aksiyalarına, ətraf mühitə aid olan məlumatlarla bağlı yaranan münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir.
Şəxsiyyət haqqında sənədləşdirilmiş və ya açıq elan edilmiş xəbər şəxsiyyət barədə məlumata aiddir. Şəxsiyyət haqqında sənədləşdirilmiş məlumat mənbəyi onun adına verilmiş, onun tərəfindən imzalanmış sənədlər və öz səlahiyyətləri çərçivəsində orqanlar tərəfindən şəxsiyyət haqqında toplanmış məlumatlardır. Şəxsiyyətin dini mənsubiyyəti və əqidəsi barədə məlumat yalnız onun tərəfindən könüllü təqdim edildikdə dövlət orqanları tərəfindən toplana bilər.
Şəxsiyyətin siyasi partiyaya üzvlüyü və ya bitərəf olması barədə məlumat yalnız qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanlarına təqdim edilməlidir.
Qanun bildirir ki, səlahiyyətli orqanlar öz informasiya ehtiyatlarından hər kəsin maneəsiz, sərbəst və bərabər şərtlərlə istifadə edə bilmək hüququnu təmin etməyə borcludurlar və bu məqsədlə informasiya məsələləri üzrə vəzifəli şəxs təyin edir, informasiya xidmətləri göstərirlər. İnformasiya məsələləri üzrə vəzifəli şəxsin təyin olunmaması sorğu üzrə informasiya verməkdən imtina üçün əsas ola bilməz.
İnformasiya məsələləri üzrə vəzifəli şəxs varsa o, informasiya almaq üçün verilən sorğuları qəbul etməli, sorğuları diqqətlə araşdırıb qərarlar verməli, müəyyən olunan müddətdə cavablar göndərilməlidir.
İnformasiya əldə etmək üçün sorğu yazılı və ya şifahi şəkildə, o cümlədən elektron formada, elektron poçt vasitəsilə və ya telefonla verilə bilər.
Şifahi sorğu şəxsin özünü təqdim etməsi ilə səlahiyyətli orqanların vəzifəli şəxslərinə bilavasitə verilir və bir qayda olaraq, şifahi şəkildə cavablandırılır.
Savadsızlığı, yaxud fiziki çatışmazlığı üzündən yazılı sorğu ilə müraciət edə bilməyən vətəndaşın şifahi sorğusunu səlahiyyətli orqanların vəzifəli şəxsləri öz adlarını və soyadlarını, tutduqları vəzifəni göstərməklə yazılı şəkildə tərtib etməli və tarixini göstərməklə qeydə almalıdırlar.
Qanuna əsasən, yazılı sorğunu qəbul etməkdən imtina qadağandır.
Qanuna əsasən yazılı sorğuya ən qısa müddətdə, lakin 15 gündən gec olmayaraq cavab verilir (“ekspress.az”). Bu müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.
İnsan həyatı, sağlamlığı, yaxud şəxsin azadlığı üçün real təhlükə yarandığı hallarda axtarılması müəyyən vaxt tələb edən informasıya, istisna hal kimi, 48 saat ərzində (bayram və istirahət günləri istisna olmaqla) təqdim olunur.
Səlahiyyətli orqanlar həddən çox sorğu aldıqda, informasiyanı hazırlamaq üçün müəyyən müddət tələb olunduqda və ya çoxsaylı sənədləri və materialları araşdırmaq lazım gəldikdə, istifadəçiyə yazılı şəkildə məlumat verməklə bu Qanunla müəyyənləşdirilmiş müddət daha 15 gün uzadıla bilər.
Azərbaycanda informasiya azadlığına
dövlət təminat
verir. Azərbaycan Respublikasının İnsan
Hüquqları üzrə
(Ombudsman) Müvəkkili Aparatının
baş mütəxəssisi
Anara Novruzovanın sözlərinə görə,
İnformasiya azadlığı
olmadan demokratiya və tərəqqini təsəvvür etmək
mümkünsüzdür. İctimai önəmli
informasiyaya çatım
olmadan insan haqları gerçəkləşə
bilməz. Hüquqlarını bərpa etmək istəyən hər kəsin öz haqları, onların gerçəkləşdirilməsi yolları, müraciət etdiyi dövlət orqanlarının, vəzifəli
şəxslərin fəaliyyəti,
səlahiyyətləri barədə
şikayət verilməsi
və onların baxılması prosedurları
barədə tam informasiyası
olmalıdır.
İnformasiya azadlığı yoxsulluğun
aradan qaldırılması,
ölkədə sosial
ədalətin varlığı,
ümummilli gəlirlərin
düzgün və ədalətli bölünməsini
təmin edən önəmli dəyərlərdən
biridir. Dövlət qurumlarının, başqa
ictimai qurumların yoxsulların, az
gəlirlilərin problemlərini
daha yaxşı bilmələrinə və
bu problemlərin həllində fəal olmalarına informasiya təminatı yardım edir.
Avropa Konvensiyasının 10(1)-ci
Maddəsi aşağıdakı
şərtlərlə ifadə
azadlığı hüququnu
təmin edir: Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna
malikdir. Bu hüquqa
öz rəyində qalmaq azadlığı və dövlət hakimiyyəti orqanları tərəfindən hər
hansı maneə olmadan və dövlət sərhədlərindən
asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir.
Bu maddə üzv
dövlətlərin radioyayım,
televiziya və kinematoqrafiya müəssisələrinə
lisenziya tələbi qoymasına mane olmur.
Mətbuat demokratik cəmiyyətdə
mühüm rol oynayır. Mətbuatın xüsusilə başqalarının
nüfuz və hüquqlarına hörmət
baxımından müəyyən
sərhədləri keçməməli
olduğuna baxmayaraq, onun vəzifəsi öhdəlik və məsuliyyətlərinə uyğun
olaraq ictimai maraq doğuran bütün məsələlərlə
bağlı informasiya
və ideyaları yaymaqdır. Mətbuatın
vəzifəsi yalnız
belə məlumatları
və ideyaları yaymaq deyil: ictimaiyyətin
həmçinin onu almaq hüququ var (rm.coe.int). Əks təqdirdə mətbuat
“ictimai nəzarətçi”
kimi öz mühüm rolunu oynaya bilməzdi.
Yekunlaşdıraraq, söyləyə biləri
ki, dövlət vətəndaşların informasiya
əldə etmək hüququnu qoruyur, o cümlədən məhkəmə
yolu ilə bu hüquqların müdafiəsini təmin edir. Qanunvericiliyə əsasən informasiya
əldə etmək hüququnun pozulması inzibati və ya cinayət məsuliyyəti yaradır.
NƏRGİZ
Ekspress 2017.- 22-24 iyul.- S.10.