1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günüdür

Azərbaycanda uşaq hüquqlarının qorunması

sosial siyasətin tərkib hissəsidir

 

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.

 

BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir. Belə ki, ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb.

 

Uşaq hüquqları insan haqlarının mühüm və ayrılmah hissələrindəndir. Azərbaycanda hər bir uşağın sağlamfiravan böyüməsi, fiziki-mənəvi inkişafı və layiqli vətəndaş kimi formalaşması, müvafiq hallarda etibarlı sosial təminat növləri ilə təmin edilməsi sahəsində fəal dövlət siyasəti həyata keçirilir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Ekspress”ə verilən məlumata görə, ötən dövrdə ölkəmiz BMT-ninUşaq Hüquqları haqqında” Konvensiyasına, “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə və s. sənədlərə qoşulub. Bu sənədlərdən irəli gələn normaları əks etdirən “Uşaq Hüquqları haqqında”, “Valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqındaqanunlar, digər zəruri normativ hüquqi aktlar qəbul olunub. Beləliklə, uşaq hüquqları sahəsində mütərəqqi beynəlxalq normalara, humanist yanaşmalara əsaslanan milli qanunvericilik bazası  formalaşıb.

 

2017-ci ilin 1 aprel tarixinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlilləri və şəhid ailələrinin 17293 nəfər, I və II qrup Çernobıl AES əlillərinin ümumilikdə 635 nəfər uşağı, müddətli hərbi xidmət qulluqçularının 192 nəfər uşağı aylıq sosial müavinətlə təmin olunur. Həmçinin ünvanlı dövlət sosial yardımı alan ailələrdəki ailə üzvlərinin 48,4 faizi uşaqlardan ibarət olmaqla, sosial yardımdan əlavə olaraq həmin aztəminatlı ailələrdəki 1 yaşınadək uşaqların (3243 nəfər) hər birinə görə aylıq sosial müavinət də ödənilir.

 

Nazirlikdən bildirilir ki, Azərbaycan Prezidentinin “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” 27 dekabr 2013-cü il tarixli Fərmanına əsasən, ƏƏSMN tərəfindən 2017-ci ilin 1 aprel tarixinə beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış ümumilikdə 8926 nəfər uşağının hər birinə görə aylıq sosial müavinət verilir.

Ailə başçısını itirməyə görə 24250 ailəyə aylıq sosial müavinət, 118167 ailəyə isə aylıq əmək pensiyası ödənilir ki, həmin ailələrdəki ailə üzvlərinin böyük əksəriyyətini uşaqlar təşkil edir.

 

Sağlamlıq imkanları məhdud uşaqlara da aylıq sosial müavinət ödənilməklə yanaşı, onların tibbi-sosial reabilitasiya imkanları getdikcə artırılır. 2016-cı ilin dekabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın, ailə üzvlərinin iştirakı ilə əsaslı təmir və yenidənqurmadan sonra açılışı olan Uşaq Bərpa Mərkəzi, burada ən yüksək standartlara uyğun səviyyədə yaradılan reabilitasiya şəraiti qeyd olunan uşaqların sağlamlıqlarının bərpasına xüsusi diqqət və qayğının nümunəsidir. Cari ilin yanvar-aprel aylarında Mərkəzdə 1000 nəfərdən çox şəxsə stasionarambulator qaydada reabilitasiya xidmətləri göstərilib. Eyni zamanda, Heydər Əliyev Fondunun dəstəyi ilə son illərdə Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi istifadəyə verilib, həmçinin hazırda 320 nəfərdən çox uşağın yaşadığı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində ən müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb.

 

Sağlamlıq imkanları məhdud uşaqların xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkili də diqqətdə dayanan məsələlərdən biridir. Bu istiqamətdə işlərin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2016-cı ildə 70 nəfər əlilliyi olan şəxslə bərabər, 58 nəfər sağlamlıq imkanları məhdud uşağın da (valideynlərindən birinin müşaiyəti ilə) xaricə ixtisaslaşmış reabilitasiya kursu keçməsi təşkil edilib. Nazirliyin sosial sifarişləri üzrə icra olunan layihələr çərçivəsində də sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün məqsədyönlü işlər görülür. Təkcə ötən il bu sifarişlər üzrə 37 layihə icra olunub ki, həmin layihələr 2046 nəfər  ehtiyacı olan uşağı əhatə edib.

Uşaq hüquq və azadlıqlarının vacib tərkib hissələrindən biriuşaq əməyinin, xüsusi ilə onun ən pis formalarının ləğv olunmasıdır. Bununla əlaqədar Azərbaycan ötən dövrdə BMT-ninUşaq hüquqları haqqında”, BƏT-in “İşə qəbul etmək üçün minimum yaş həddi haqqında”, “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” Konvensiyalarını ratifikasiya edib. Ölkə qanunvericiliyində uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaş müəyyən edilməklə, uşaqların həyat və sağlamlığına, onların   mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə cəlb edilmələri qadağan edilib.

 

Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən aparılan məqsədyönlü işlərin, bu sahədə aidiyyəti qurumlarla birgə təbliğat-maarifləndirmə tədbirlərinin müsbət nəticəsi kimi, Azərbaycanda uşaq əməyindən qeyri-qanuni istifadə halları da minimum səviyyəyə enib.

 

Ölkəmizdə uşaqların sosialhüquqi müdafiəsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Konstitusiyası və bir sıra qanunvericinormativ-hüquqi aktlarla tənzimlənir. Xarici İşlər Nazirliyinin saytında yer alan məlumata görə, bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmişUşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu qanun bir sıra beynəlxalq sənədlərə, xüsusilə də “İnsan hüquqları haqqında” Ümumdünya Bəyannaməsi (1948), Uşaq hüquqları Bəyannaməsi (1959), BMT-nin Uşaq hüquqları Konvensiyası (1989), Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi üzrə Ümumdünya Bəyannaməsinə (1990) uyğun şəkildə hazırlanmış və uşaqların beynəlxalq səviyyədə təsbit olunmuş əsas hüquq və azadlıqlarını, eləcə də bu hüquqların reallaşdırılması üçün dövlətin vəzifələrini özündə əks etdirir.

 

Azərbaycan Respublikasında uşaq siyasətinin həyata keçirilməsinə məsul əsas mərkəzi icra hakimiyyəti orqanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Komitə Azərbaycan Respublikasının Prezidentinin 6 Fevral 2006-cı il tarixli Fərmanı ilə yaradılıb və ailə, qadın və uşaq problemləri ilə sahəsində dövlət siyasətini və onun tənzimlənməsini həyata keçirən dövlət orqanıdır. Komitə mövcud yerli və beynəlxalq qanunvericiliknormativ aktlara uyğun olaraq Azərbaycan Respublikasında uşaqların müdafiəsi və onların rifahının yaxşılaşdırılması, hüquq və azadlıqlarının təmin edilməsi, eləcə də uşaqlarla bağlı dövlət siyasətinin əlaqələndirilməsi vəzifələrini daşıyır.

 

Ölkəmizdə uşaq hüquqlarının müdafiəsi təkcə müvafiq qanunvericilik aktlarının qəbul edilməsi ilə yekunlaşmayıb, konkret tədbirlərin həyata keçirilməsi yolu ilə reallaşmaqdadır. Bu məqsədlə ölkə hökuməti ilk növbədə uşaqların sosial müdafiəsinə yönəlmiş mühüm addımlar atıb.

Uşaq hüquqlarının qorunması məsələsi dünən Milli Məclisdə (MM) Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin Uşaqlar üzrə alt komitəsinin iclasında da müzakirə olunub.

 

Uşaq hüquqlarının qorunmasının çox ciddi məsələ olduğunu deyən Milli Məclisin vitse-spikeri Bahar Muradova Azərbaycan qanunlarında bu məsələlərin tənzimləndiyini vurğulayıb. Onun sözlərinə görə, AŞPA mötəbər qurum kimi uşaqların hüquqlarının qorunmasını diqqətdə saxlayır: “Azərbaycanda da bu məsələyə xüsusi önəm verilir. Azərbaycan bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq edir”.

MM-in deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva da Azərbaycanda uşaq hüquqlarının təmin edilməsinə böyük önəm verildiyini deyib. Bildirdiyinə görə, bu istiqamətdə müzakirələrin və fikir mübadiləsinin aparılması, əldə olunmuş təcrübənin bölünməsi vacib əhəmiyyət kəsb edir.

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Azərbaycan əhalisinin 30 faizini uşaqlar təşkil etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanda uşaq problemləri daim diqqət mərkəzindədir və ölkədə uşaqlara qayğı ildən-ilə artır.

A.Naxçıvanlı Ermənistanın Azərbaycana qarşı təcavüzünün uşaq hüquqlarının pozulmasına yol açdığı haqqında da danışıb. O qeyd edib ki, Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi nəticəsində qaçqın və məcburi köçkün düşən insanların 300 mindən çoxu uşaqlardır: “Bu da uşaqların hüquqlarının pozulmasına gətirib çıxaran mühüm amillərdən biridir”.

 

Uşaqların hüquqlarının qorunması Azərbaycan Respublikasının Konstitusiyasında da əksini tapıb. Konstitusiyada göstərilir ki, hər bir uşağın Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə uyğun olaraq təhsil almaq hüququ var. Dövlətin təhsil sistemi uşağın şəxsiyyətinin inkişafına, zəruri bilik və bacarıqları tam həcmdə əldə etməsinə şərait yaratmalıdır. Uşaqların icbari ümumi orta təhsildən yayındırılması qadağandır.

Hər bir uşağın istirahət və asudə vaxtdan istifadə etmək hüququ var. Uşaq öz maraqlarına və qabiliyyətinə uyğun olaraq məktəbdənkənar istirahət və məşğuliyyət növü seçməkdə müstəqildir. Valideynlər (onları əvəz edən digər şəxslər) və müvafiq dövlət orqanları uşaqların istirahət və asudə vaxtlarında mənfi təsirlərə məruz qalmasının qarşısını alan tədbirlər görməlidirlər.

 

Dövlət uşaqların istirahət və asudə vaxtını səmərəli təşkil etmək, mədəni həyata və yaradıcılıq fəaliyyətinə qovuşmasını tə min etmək məqsədilə məktəbdənkənar müəssisələrin, uşaq və gənclər idman, mədəniyyət və sağlamlıq ocaqlarının və digər istirahət yerlərinin geniş şəbəkəsini yaradır və inkişaf etdirir, bu obyektlərdən pulsuz və güzəştli istifadə qaydalarını müəyyən edir. Xüsusi dövlət əhəmiyyətli işlərin görülməsi ilə bağlı hallar istisna olmaqla uşaqların məktəbdənkənar istirahət və asudə vaxtlarının təşkili ilə bağlı yerlərin ləğvi və başqa məqsədlər üçün istifadə olunması qadağandır.

Uşaqların təhsil və ya yaşayış yerlərində Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada ictimai birliklər və ictimai özfəaliyyət orqanları yaratmaqonlarda birləşmək hüququ var. Uşaqların və uşaq ictimai birliklərinin və ictimai özfəaliyyət orqanlarının siyasi fəaliyyətə cəlb edilməsinə yol verilmir.

 

Hər bir uşağın şərəf və ləyaqətini müdafiə etmək hüququ var. Təhsil müəssisələrində, məktəbəqədər və məktəbdənkənar müəssisələrdə intizam qaydaları ədalət prinsipinə əsaslanmalı, tərbiyəedici və qarşılıqlı hörmət ruhunda olmalıdır.

Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqimilli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər.

Konstitusiyamız uşaqların əsas vəzifələrini də müəyyənləşdirir. Belə ki, cəmiyyətdə davranış qaydalarına əməl etmək, Azərbaycan Respublikasının dövlət rəmzlərinə bələd olmaq, biliklərə yiyələnmək, özünü faydalı fəaliyyətə hazırlamaq, valideynlərə, digər vətəndaşların hüquq və mənafelərinə, öz xalqının başqa xalqların ən ənələrinə və mədəni sərvətlərinə hörmətlə yanaşmaq, tarix və mədəniyyət abidələrini, ətraf mühiti qorumaq və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək uşağın borcudur. Bu vəzifələrin uşaq tərəfindən dərk edilməsinə və icrasına valideynlərin, müvafiq orqanların və təhsil müəssisələrinin uşaqlar arasında izahat və təbliğat aparmaları yolu ilə nail olunur.

Bir sözlə, uşaq hüquqlarının müdafiəsi, qorunması Azərbaycan dövlətinin yürütdüyü sosial siyasətin mühüm tərkib hissəsidir.

 

Qənirə MƏMMƏDLİ

 

Ekspress  2017.- 1 iyun.- S.10.