Vətəndaş cəmiyyətində seçki hüququ
Vətəndaş cəmiyyətində insanların sərbəst qərar qəbul etmək imkanları geniş olur. Hər bir insan müstəqil şəkildə, heç kimin təsiri altında olmadan müxtəlif məqsədli qərarlar verə bilər. Vətəndaş cəmiyyətində vətəndaşlara yaradılan belə imkanlardan biri də seçmək və seçilmək hüququdur.
Bu hüquq vətəndaş hüquqları qrupuna aid olur və mahiyyətcə bütün hüquqi dövlətlərdə tanınır. Hüquqi dövlətin əsas əlamətlərindən sayılan seçmək və seçilmək hüququ Azərbaycanda da tanınır. Azad seçkilərin keçirilməsi və bu seçkilərin keçirilməsinə imkan yaradan seçki qanunvericiliyinin mövcudluğu hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən biridir.
Azərbaycanda ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün qanunvericilik sistemi mövcuddur. Vətəndaşlar seçmək hüququnu ümumxalq səsverməsi-referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilən nümayəndələri vasitəsilə həyata keçirir.
Seçki hüququ Konstitusiya ilə müəyyən edilir. Konstitusiyanın “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlı fəslində qeyd edilir ki, Azərbaycan vətəndaşlarının dövlət orqanlarma seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır.
Yalnız məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunan şəxslərin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur. Bundan başqa hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilən şəxslərin seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər.
Seçkilər günü 18 yaşı tamam olan və ya yaşı 18-dən çox olan bütün Azərbaycan vətəndaşlarının seçmək hüququ var.
Mənşəyinə, siyasi baxışlarına, sosial və əmlak vəziyyətinə, irqi və milli mənsubiyyətinə, cinsinə, təhsilinə, dilinə, dinə münasibətinə, məşğuliyyət növünə və xarakterinə görə Azərbaycan vətəndaşlanım seçki hüquqlarının birbaşa, dolayısı ilə və ya başqa şəkildə məhdudlaşdırılması qadağandır.
Konstitusiyaya əsasən, seçki hüququ sahəsində yaranan münasibətlər Seçki Məcəlləsi ilə tənzimlənir. Azərbaycanda Seçki Məcəlləsi aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıqda hazırlanıb və müasir demokratik seçki prinsip və normalarını özündə əks etdirir.
Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilir ki, sənədin hazırlanması ilə bağlı ilk növbədə Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT/DTİHB) və Beynəlxalq Seçki Sistemləri üzrə Fondla (İFES) sıx əməkdaşlıq edilib. 2002-ci ilin ortalarından etibarən qeyd olunan təşkilatlarla edilən əməkdaşlıq nəticəsində bu təşkilatların Seçki Məcəlləsinin layihəsinə dair təklif etdikləri tövsiyələrin demək olar ki, hamısı Seçki Məcəlləsinin layihəsinə daxil olunub.
Seçki Məcəlləsi ölkədə Prezident, Parlament və bələdiyyə seçkilərinin, eləcə də referendumun keçirilmə qaydalarını müəyyənləşdirir. Eyni zamanda, Seçki Məcəlləsi Mərkəzi Seçki Komissiyasının və seçki komissiyalarının təsisi və fəaliyyəti prinsiplərini də özündə əks etdirir. Bu sahədə əvvəlki qanunlarla müqayisədə Seçki Məcəlləsi şəffaf və demokratik seçkilərin keçirilməsi üçün daha möhkəm hüquqi bazis yaradaraq, namizədlərin qeydiyyatı və seçki komissiyalarının fəaliyyəti də daxil olmaqla, seçkilərin bütün aspektlərinin təkmilləşdirilməsinə imkan yaradır.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk seçki Prezident seçkisi olub. 1992-ci ildə Prezident seçkiləri keçirilib və Əbülfəz Elçibəy Azərbaycanın 2-ci Prezidenti seçilib.
1993-cü ildə keçirilən referendum Azərbaycan vətəndaşları seçki hüququndan 2-ci dəfə istifadə etdilər. Bu dəfə Azərbaycan Prezidentinə etimad məsələsinə baxıldı.
1993-cü ildə ölkəmizdə növbəti prezident seçkisi keçirildi və Heydər Əliyev Azərbaycanın üçüncü Prezidenti seçildi.
1995-ci ildə ikinci dəfə referndum keçirildi və ölkənin ilk Konstitusiyası qəbil olundu. Həmin tarixdə müstəqil Azərbaycanın Parlamentinə ilk seçkilər də keçirildi. Səsvermənin nəticələrinə əsasən Milli Məclisin tərkibinə 124 deputat seçildi.
1998-ci ildə baş tutan prezident seçkilərində Azərbaycan vətəndaşları Heydər Əliyevi 2-ci dəfə Prezident vəzifəsinə seçdilər.
2000-ci ildə vətəndaşlar Milli Məclisə ikinci seçkidə iştirak etdi və 125 nəfər parlamentə üzv seçildi.
2002-ci ildə ölkəmizdə
ikinci referendum baş tutdu. Bu dəfəki referendumda vətəndaşlar
1995-ci ildə qəbul
edilən Konstitusiyaya bəzi əlavə və dəyişiklikləri
həyata keçirdi.
2003-cü ildə keçirilən
növbəti prezident
seçkilərdə İlham
Əliyev Azərbaycanın
4-cü Prezidenti seçildi.
2005-ci ildə Milli
Məclisə sayca üçüncü seçki
keçirildi və
125 deputat yerinin hamısının sahibi seçildi.
2008-ci ildə keçirilən
prezident seçkilərində
İlham Əliyev Azərbaycanın yenidən
Prezidenti oldu.
2009-cu ildə Azərbaycan
vətəndaşları növbəti
dəfə referenduma getdi və Konstitusiyaya
növbəti əlavə
və dəyişikliyi
qəbul etdi.
2010-cu ildə daha
bir parlament seçkisi keçirildi və vətəndaşlar
Milli Məclisin
4-cü çağırışının
üzvlərini seçdi.
Azərbacanda axırıncı prezident
seçkisi 2013-cü ildə,
Milli Məclisə seçkilər 2015-ci ildə,
referendum isə 2016-cı ildə
keçirilib.
2013-cü
il oktyabrın
9-da Prezident seçkiləri
baş tutub. Seçkilərdə 10 namizəd iştirak
edib. Ölkədə seçki məntəqələrinin
sayı 5492 olub, Azərbaycanın xaricdəki
diplomatik və konsulluq nümayəndəliklərində
37 seçki məntəqəsi
yaradılıb.
Seçkilər qanunvericiliyə uyğun keçib və seçicilərin fəallığı
ilə müşahidə
olunub. Qeydə alınan 5 145 000 seçicidən
72,31 faizi seçkilərdə iştirak
edib.
AŞPA və Avropa
Parlamenti müşahidəçilərinin
birgə bəyanatında
seçki prosesinin azad, ədalətli və şəffaf keçdiyi və seçki prosedurlarının
seçki ərəfəsində
və seçki günü peşəkar və dinc şəkildə
həyata keçirildiyi
qeyd olunub. ATƏT-in Parlament
Assambleyası (ATƏT PA) və
ATƏT/DTİHB müşahidə missiyanın məlumatında
isə Mərkəzi Seçki Komissiyasının
seçki üçün
texniki hazırlığı
effektiv gördüyü
vurğulanıb. MDB seçki müşahidə
missiyası seçkilərin
demokratik, obyektiv və legitim olduğunu bildirib. İƏT müşahidə missiyası da seçkiləri uğurlu,
azad və ədalətli kimi qiymətləndirib.
2015-ci il noyabrın
1-də 5-ci Milli Məclisə
seçkilər keçirilib.
Seçkilərdə ölkə
üzrə ümumi seçici fəallığı
55,7 faiz olub (5 milyon 198 min 658 seçicinin
seçkidə 2 milyon
897 min 188-i iştirak edib).
Bu rəqəm ötən parlament seçkilərindən təxminən
6 faizə qədər
çoxdur.
Beynəlxalq müşahidəçilərin seçkilərdə iştirakının
təmin edilməsi məqsədilə Milli Məclis və Xarici İşlər Nazirliyi tərəfindən
AŞPA, MDB Icraiyyə Komitəsi
və MDB Parlament Assambleyası, İƏT, Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurası (TDƏŞ) və
Türkdilli Dövlətlərin
Parlament Assambleyası
(TürkPA), GUAM-ın
Parlament Assambleyası,
QDİƏT Parlament Assambleyası,
eləcə də
ATƏT/DTİHB və ATƏT-in Parlament Assambleyasına müvafiq dəvət məktubları göndərilib.
Ümumilikdə, parlament seçkiləri
503 beynəlxalq və
66 min yerli müşahidəçilər
tərəfindən izlənilib.
AŞPA tərəfindən seçkilərin müşahidəsi
ilə bağlı verilmiş mətbuat açıqlamasında parlament
seçkilərinin bütün
ölkə üzrə
sakit, dinc və nizamlı şəkildə, eləcə
də beynəlxalq standartlara və Seçki Məcəlləsinin
tələblərinə uyğun
keçirildiyi bildirilib. Açıqlamada seçkilərə hazırlığın
və seçki prosesinin peşəkarcasına
və texniki baxımdan yaxşı təşkil edildiyi, yerli KİV-də seçki gününün
geniş əhatə olunduğu və seçki məntəqələrinin
20%-dən çoxunda
veb-kameraların quraşdırlmasının
təqdirəlayiq inkişaf
olduğu vurğulanıb.
Ölkəmizdə prezident və parlament seçkiləri, referendumdan başqa yerli idarəetmə orqanları olan bələdiyyələrə də
seçkilər keçirilib. İlk bələdiyyə
seçkisi 1999-cu ildə
baş tutub. Daha sonra 2004-cü, 2009-cu və 2014-cü illərdə
bələdiyyəyə seçkilər
keçirilib.
2014-cü ildə keçirilən
seçkilərdə 1607 bələdiyyəyə
15035 üzv seçilməsi
üçün seçki
keçirilib.
Xarici İşlər Nazirliyi bildirir ki, Azərbaycan hökuməti ölkədə demokratik və Avropa standartlarına cavab verən seçkilərin keçirilməsinə mühüm önəm verir və bu istiqamətdə nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir və daim bu əməkdaşlığın davam etdirilməsinə hazırdır. Azərbaycan hökuməti seçkilər sahəsinin əhəmiyyətini nəzərə alaraq, istər seçki qanunvericiliyinin təkmilləşdirilməsi, istərsə də seçkilərə hazırlıq və seçkilərin keçirilməsi istiqamətində gələcəkdə də qarşılıqlı və konstruktiv ruhda əməkdaşlığın davam etdirilməsində maraqlıdır. Bu baxımdan, aparıcı beynəlxalq təşkilatların MSK və seçki komissiyalarına, onların üzvləri üçün treninq və seminarların təşkili, əhalinin seçkilərlə bağlı məlumatlılığının artırılması sahələrində yardımı yüksək qiymətləndirilir.
Müasir demokratiyanın bərqərar olmasının təsirli mexanizmləri sırasında seçkilər həlledici rol oynayır. Xalq hakimiyyətinin həyata keçirilməsinin təmin edilməsi seçkilər nəticəsində meydana çıxır. Seçkilər hakimiyyətin xalq etimadını və müdafiəsinin əldə etməsinin ən təsirli və sınanmış vasitəsidir.
Dünya təcrübəsində seçki sisteminin iki əsas tipi - majoritar və proporsional seçki sistemləri mövcuddur. Bunlardan əlavə bir sıra ölkələrdə hər iki sistemin ayrı-ayrı ünsürlərini özündə əks etdirən qarışıq seçki sistemi adlanan formada tətbiq edilir. Azərbaycanda majoritar seçki sisteminə üstünlük verilir.
Vasif CƏFƏROV
Ekspress.-2017.-22 iyun.-S.10.