Siyasi mədəniyyətin formalaşması

 

BMT-nin, YUNESKO-nun nizamnamələrində sülh mədəniyyəti öz əksini tapıb. BMT nizamnaməsində yazılıb: “Birləşmiş millətlərin xalqları, gələcək nəsilləri müharibə fəlakətindən xilas etmək qətiyyətilə insanların əsas hüquqlarına, insan şəxsiyyətinin ləyaqət və dəyərinə inam hissini yenidən tədqiq etmək və bu məqsədlərlə dözümlülük nümayiş etdirmək və mehriban qonşular kimi bir-biri ilə dinc yanaşı yaşamaq əzmindəyik”.

Xatırladaq ki, YUNESKO-nun təşəbbüsü ilə 2000-ci il rəsmi şəkildə Sülh Mədəniyyəti İli elan edilmişdi. Həmin ərəfədə məhz Nobel mükafatları laureatlarının təşəbbüsü ilə Sülh Manifesti hazırlanmışdı. Azərbaycan Respublikası Sülh Manifestini imzalayan ilk dövlətlərdən biri hesab olunur. Sülh mədəniyyəti, dünya dinləri - xristianlıq, buddizmislamda XVIII-XIX əsrlərin Qərbi Avropa filosofları və siyasətşünaslarının əsərlərində də özünə geniş yer alıb (wikipedia.org).

 

Ekspert Vahid Ömərov qeyd edir ki, islamın irəli sürdüyü sülh proqramı böyük dövlətlərin qəbul etdiyi sülhdən əsaslı şəkildə fərqlənir: “Sülh mədəniyyətini, sülh fəlsəfəsini müharibə, savaş fəlsəfəsinə qarşı qoyanlar arasında L.Tolstoyun, M.Qandinin, F.M.DostoyevskininT.Toronun adlarını xüsusi qeyd etmək olar. M.Qandi qeyri-zoraki yolla Hindistanda milli-azadlıq hərəkatına başçılıq etmiş, hindlilər və müsəlmanlar arasında sülh yaratmağa nail olmuşdur. Sülh mədəniyyətinin inkişafına XX əsrdə Martin Lüter Kinq, A.Saxarov, A.Şveytser, V.Qabelöz töhfələrini vermişlər. Çexlərin görkəmli ictimai xadimi V.Qabelin “hakimiyyətsiz hakimiyyət”, ideyası bu sahədə xüsusi əhəmiyyət daşıyır”.

Müasir dünyada sülh mədəniyyəti haqqında təsəvvürlər hələ də qeyri-müəyyəndir. Onun əhəmiyyəti və aktuallığının qiymətləndirilməsində fikirlərin kəskin qütbləşməsi mövcuddur.

 

V.Ömərovun fikrincə, mədəniyyət milli maraqların müdafiəsi, tolerantlıq və kompromisin vəhdətindən ibarətdir: “Azərbaycan MEA-nın müxbir üzvü S.Xəlilov özünün məşhur “Lider. Dövlət. Cəmiyyət” əsərində sülh mədəniyyətinin mahiyyəti, strukturu haqqında ətraflı bəhs edib: Sülh vəziyyətinin dinamik strukturunun araşdırılması böyük dövlətlərin iqtisadi-siyasi və mədəni-mənəvi maraqlarının planetin geosiyasi xəritəsində bir fon kimi götürülməsini və münasibətdə olan dövlətlərin öz maraqlarının bu fonda, bu kontekstdə ikinci qat kimi yerləşdirilməsini nəzərdə tutur. Bu struktura, habelə, hər bir ölkənin milli-mənəvi dəyərləri, din faktoru da daxil edilməlidir. Nəticədə sülhün strukturuna iqtisadi, siyasi, mədəni, milli-mənəvi və dini faktorların daxil edilməsi lazım gəlir. Buraya beynəlxalq hüquqla, ümumbəşəri dəyərlərlə və böyük dövlətlərin maraqları ilə şərtlənən infrastruktur da əlavə edildikdə sülhün, əslində, necə mürəkkəb struktura malik olduğu ortaya çıxır” (anl.az).

Azərbaycan Dövlət Neft Akademiyasının dosenti İ.A.Hacıyev qeyd edir ki, mənəvi mədəniyyətin tərkib hissəsi olan siyasi mədəniyyət politologiya elminin mühüm anlayışlarından biridir: “Bu baxımdan da siyasi mədəniyyət anlayışı iki mənada işlənir.Geniş mənada siyasi mədəniyyət bəşər cəmiyyətinin yaratmış olduğu ümumi mədəniyyətin bir hissəsi kimi işlənir. Yəni bu halda iqtisadi mədəniyyət, dini mədəniyyət, əxlaqi mədəniyyət və s. kimi hər bir cəmiyyətdə siyasi mədəniyyət də mövcuddur. Onlar bir-biri ilə sıx bağlıdır.Dar mənada siyasi mədəniyyət hər bir fərdin, sosial qrupun, sinfinya millətin siyasi davranış və fəaliyyət qaydalarının, onların siyasətdə, siyasi hakimiyyətə münasibətlərinin ifadəsi kimi başa düşülür”.

 

Yeri gəlmişkən, “Siyasi mədəniyyət” anlayışını politologiya elminə ilk dəfə Amerika politoloqları Q.AlmondS.Verba gətirmiş və onu politologiya elminin mühüm kateqoriyalarından biri kimi şərh etmişlər.

 

Q.AlmondS.Verba “Vətəndaş mədəniyyəti” əsərində siyasi mədəniyyətin cəmiyyətin siyasi sistemində, siyasi rejimlərdəki rolunu yüksək qiymətləndirərək belə bir ümumi nəticəyə gəlmişlər ki, demokratiyanın inkişafı və demokratik rejimin meydana gəlməsi və formalaşması hər şeydən əvvəl, yüksək siyasi mədəniyyət tələb edironun sayəsində mümkündür.

 

İ.A.Hacıyev onu da qeyd edir ki, siyasi mədəniyyət bütövlükdə siyasi davranış siyasi biliklərə yiyələnmək, siyasi baxışları qiymətləndirmək, nəhayət, siyasi fəaliyyət mədəniyyətidir. Siyasi mədəniyyətin subyekti cəmiyyət, siniflər, sosial qruplar, siyasi partiyalar, təsisatlar, şəxslər və s. ola bilər: Siyasi mədəniyyətdən bəhs edən alimlər, eləcə də politoloqlar onun təsnifatını verməyə çalışmışlar.Burada onlar müxtəlif amillər əsasında siyasi mədəniyyətin müxtəlif tiplərini, yaxud növlərini qeyd edirlər.Q.Almond və Q.Pauel siyasi mədəniyyətin iki əsas tipini müəyyənetmişlər.Birincisi, ənənəvi siyasi mədəniyyət - bu əsasən ayrı-ayrı siyasi sistemlərdə nəsildən-nəslə verilərək davam etdirilən mədəniyyətdir ki, artıq o, ənənəyə çevrilmişdirbir çox ölkələrdə ondan geniş istifadə edilir.Bu halda bəzi xalqlar dövlətçilik sahəsində, onun idarə olunması və keçmiş qaydaları qoruyub saxlaması təcrübəsini mühafizə edərək nəsildən-nəslə verib ənənəyə çevirmişlər. Siyasi mədəniyyətin ikinci tipi kimi dünyəvi siyasi mədəniyyətı ön plana çəkən Q.Almond qeyd edir ki, bu zaman dövlətçilikdə, idarəçilikdə ümumiyyətlə, siyasi sistemdə praqmatizm əsas götürülür, habelə yeni siyasi partiyalarla, yeni quruluşlarla sazişə girilir, yeni dövrün tələbləri nəzərə alınır. Siyasi mədəniyyət cəmiyyətin siyasi həyatında davranış normalarını, fəaliyyət qaydalarını müəyyən etməklə yanaşı, həm də bu norma və qaydaları təyin edir”.

Ümumiyyətlə, siyasi mədəniyyətin təsnifatından bəhs edərkən onu ümumiləşmiş halda iki qrupa bölmək olar.

- Siyasi hakimiyyətdə olanların siyasi mədəniyyəti

- Geniş əhali təbəqələrinin siyasi mədəniyyəti

 

Bir sözlə, idarə edənlərin və idarə olunanların siyasi mədəniyyəti. Bu hər bir siyasi rejimdə, hər bir cəmiyyətdə müxtəlif ola bilər.

Hacıyev bildirir ki, siyasi mədəniyyətin təsnifatını eyni zamanda ictimai - iqtisadi formasiyalar üzrə, həmin formasiyalarda mövcud olan dövlətin tiplərinə görə vermək olar: “Bu cür yanaşmada quldarlıq tipli, feodalkapitalist tipli, habelə sosialist tipli siyasi mədəniyyətdən söhbət gedə bilər. Siyasi quruluşsiyasi rejimlərə görə isə demokratik, avtoritar, totalitar, mühafizəkar və s. siyasi mədəniyyət haqqında danışmaq olar.Cəmiyyətin sinfi strukturuna və hakimiyyətə münasibətlərinə görə hakim və məzlum, burjua və fəhlə, varlı və yoxsuls. və i.a. siniflərin, sosial qrupların siyasi mədəniyyətləri fərqlidir. Milli etnik münasibətlərə görə beynəlmiləl, dünyəvi, milli, millətçi, şovinist, hegemons. kimi siyasi mədəniyyət diqqəti cəlb edir.

 

Ümumilli mədəniyyət bütövlükdə ictimai həyatın tamlığını və birliyini təmin etdiyi kimi, onun tərkib hissəsi olan siyasi mədəniyyət də özünün siyasi davranış prinsipləri, norma və idealları ilə cəmiyyətin siyasi həyatının, ümumiyyətlə, siyasi sferanın tamlığını, bütövlüyünü təmin edir. Siyasi mədəniyyəti siyasi birliyə daxil olan əhalinin böyük əksəriyyəti tərəfindən bəyənilən və qəbul edilən sərvət-normativ sistem kimi şərh etmək olar. Bura bir sıra siyasi sistemlərə aid olan inamlar məqsədlər, istiqamətlər, simvollarsiyasi təcrübəyə aid olan digər davranış və normalar daxildir.Burada isə əsas yeri siyasi sistemin formalaşmasına və bunun stabilliyinin təmin edilməsinə, qorunub saxlanılmasına kömək edən inam və məqsədlər tutur. Belə bir cəhəti də nəzərdən qaçırmaq olmaz ki, siyasi mədəniyyət heç də yalnız mövcud siyasi sistemin xeyrinə olan, onun möhkəmlənməsinə kömək edən müsbət amillərdən ibarət deyildir.Belə ki, həmin amillərin əhalinin əksəriyyəti tərəfindən qəbul edilməsini iddia etmək fikirmövqe müxtəlifliyinin inkar edilməsi demək olardı.Əslində mövcud siyasi sistemdə əsas və müəyyənedici amil mövcud quruluşun qanuniliyinə olan inam və məqsəd birliyidir”.

 

Onu da qeyd edək ki, siyasi mədəniyyət müəyyən funksiyalar yerinə yetirir:

- Cəmiyyət həyatının demokratikləşdirilməsi

- Xalqın dövlətin idarə edilməsində iştirakının təmin edilməsi

- Siyasi baxışların dövrlə bağlı yeniləşməsi

- Baş verən siyasi hadisə və proseslərdə aşkarlığın olması

- Siyasi proseslərdə xalqın iştirakı və rolu

- Siyasi rəhbərlik vəideya rəhbərliyində iştirakı.

 

Ekspertlərin fikrincə, hazırda Azərbaycanın sosial-iqtisadi ictimai-siyasi vəziyyəti cəmiyyətimizdə mövcud olan siyasi qüvvələrin ölkənin siyasi sistemində iştirak edən və etməyən bütün siyasi partiya və qurumların respublikanın iqtisadi, sosial, mədəni inkişafı naminə təhrik edildiyimiz müharibədən xilas olmaq, itirilmiş torpaqlarımızı geri qaytarmaq naminə bir araya gəlməli, bu vəziyyətdən çıxmaq üçün vahic xətt işləyib hazırlamalı və beləliklə də yüksək siyasi mədəniyyət nümayiş etdirməlidirlər (azerbaycanelmi/posts).

 

Siyasi mədəniyyətin təzahür formalarına gəlincə, ekspertlərin fikrincə, bu, hakimiyyət münasibətidir. Hakimiyyət isə ümumi mənada fəaliyyət göstərən müəyyən təsirin qabiliyyət və imkanları, adamların ifadə, avtoritet, hüquq, zors. vasitəsilə olan davranışdır.

Digər təzahür forması isə siyasi fəaliyyətin üslubudur.

 

Tədqiqatçıların fikrincə, Azərbaycan sosial mədəni dəyişikliklər baxımından uğurlu yoldadır. Yəni, son illər Azərbaycan əhalisinin sosial həyat tərzində baş verən dəyişikliklər də əhalinin siyasi mədəniyyətinə müsbət təsirlərini göstərib. Sosioloji sorğular göstərir ki, ölkə əhalisi siyasi sistemə münasibətdə olduqca informativaktivdir. Siyasi sistemin sabitliyinə və davamlığına xalqın rəyi dəyişilməzdir (ekspress.az). Hər hansı məmurun korrupsiya fəaliyyətindən əziyyət çəkdiyini bildirən respondent hakimiyyətin bu halları yoluna qoyacağına qətiyyətlə inanır.

 

Bütün bunlardan da belə bir nəticəyə gəlmək olar ki, vətəndaş cəmiyyətində münasibətləri tənzimləyən əsas vasitələrdən biri əxlaqi-mənəvi mədəniyyətdir. Adətən bir çox  cəmiyyətlərdə əxlaqi-mənəvi mədəniyyətin formalaşmasını, mənəvi tərbiyə funksiyasını din icra edir. Belə ki, ənənəvi cəmiyyətlərin dağılması, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin yaranması zamanı bu vəzifəni rasional əxlaq yerinə yetirir.

 

Rəşid RƏŞAD

Ekspress  2017.- 23 iyun.- S.10.