Yerli idarəetmənin fəaliyyətsizliyi

 

Gəlir azlığı bələdiyyələrin varlığını hiss etdirmir

 

 

Demokratiyanın inkişafı ilə əlaqədar olaraq son 200 ildə insanlar yerli idarəetmədə müstəqillik əldə etdilər və dövlətin iştirakı olmadan yerli əhəmiyyətli məsələlərin həlli ilə məşğul olan müstəqil qurum yaradaraq idarəetməni öz üzərinə götürdülər. Azərbaycanda da artıq 17 ildir ki, yerli özünüidarəetmə institutu var.

 

Ötən illərdə yerli özünüidarəetmə xalq hakimiyyətinin bir forması oldu. Xalq öz hakimiyyətini bilavasitə və nümayəndələr vasitəsilə həyata keçirdiyi kimi, yerli əhali də yerli ərazi vahidi sferasında idarəetməni bilavasitə həyata keçirmək hüququna malikdir. Yerli özünüidarəetmə ümumavropa demokratik norması kimi 1985-ci il oktyabrın 15-də Strasburqda qəbul edilən “Yerli özünüidarəetmə haqqında Avropa Xartiyası”nda təsdiq edilib. Avropa Xartiyasında göstərilir ki, hər bir Avropa vətəndaşı yaşadığı dövlətin konstitusiya quruluşundan asılı olmayaraq (istər bu, monarxiya olsun, yaxud respublika olsun, dövlət formasından asılı olmayaraq istər bu, federasiya olsun, yaxud unitar dövlət olsun), özünü ilk növbədə, yerli hakimiyyət səviyyəsində ifadə və təsdiqedir. Xartiyada qeyd edilir ki, hər bir vətəndaş yerli hakimiyyətin həyatına bilavasitə təsir göstərən qərarların qəbul olunmasında iştirak edə bilər. Yerli özünüidarənin Avropa Xartiyası yerli hakimiyyətlərin müdafiəsi və hüquq və azadlıqlarının möhkəmləndirilməsinə dair ümumavropa normalarının əsasını qoyub.

 

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasında demokratik dövlət quruculuğu üçün xarakterik olan hüquqi təsisatlar təsbit olunub. Belə təsisatlardan biri də, yerli özünüidarəetmə orqanları olan bələdiyyələrdir. Yerli özünüidarəetmə institutunun konstitusion qaydada təsbiti yerlərdə hakimiyyət səlahiyyətlərinin nisbi mərkəzləşməsinə və yerli özünüidarəetməni həyata keçirən orqanlara verilməsinə zəmin yaradır.

Azərbaycan Respublikasının Konstitusiyasının 142-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Bələdiyyələr müstəqil orqandırlar və dövlət hakimiyyəti orqanları sisteminə daxil deyildirlər.

 

Bələdiyyələtin hüquqi vəziyyəti 1999-cu ildə qəbul edilən “Bələdiyyələrin statusu haqqında” Qanunla tənzimlənir. “Bələdiyyələrin statusu haqqında” Qanunun 2-ci maddəsində qeyd olunub ki, bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları oluro, Azərbaycan Konstitusiyası və bu qanunla səlahiyyətlərinə aid edilən yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. Bələdiyyə orqanları - bələdiyyə tərəfindən yaradılan, yerli əhəmiyyətli məsələləri həll etmək səlahiyyətləri verilən və dövlət orqanları sisteminə daxil olmayan seçkilibaşqa orqanlardır.

 

Adıçəkilən qanunun 14-cü maddəsinə görə bələdiyyə seçkili nümayəndəli orqandır. Qanunun 3-cü fəslində bələdiyyə orqanları kollegial orqanlar kimi xarakterizə olunub. “Bələdiyyələrin statusu haqqında” Qanunun 18-ci maddəsinə görə bələdiyyənin icra orqanı onun icra aparatıdır. İcra aparatı bələdiyyənin sədrindən və onun bu qanunla və bələdiyyənin nizamnaməsi ilə müəyyənləşdirilən qaydada formalaşdığı struktur bölmələrindən və bələdiyyənin nizamnaməsinə müvafiq surətdə yaradılan digər icra strukturlarından ibarətdir.

 

Bələdiyyələrin vətəndaşların həyatında rolunun artırılması üçün onların gəlirinin lazımı səviyyədə olması vacibdir. Amma təəssüflər olsun ki, son illərdə bələdiyyələrin gəliri artmaq əvəzinə azalır. Məsələn, 2009-cu ildən bəri ilk dəfə olaraq 2015-ci ildə bələdiyyələrin gəlirlərində azalma qeydə alınıb. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən, 2015-ci ildə 1607 bələdiyyənin cəmi gəliri 30,804 milyon manat olub. 2015-ci ildə bələdiyyələrin gəliri 2014-cü ilə nisbətən 37,2 faiz azalıb. 2014-cü ildə bələdiyyələrin cəmi gəliri 49,05 milyon manat idi.

Məlumat üçün bildirək ki, bələdiyyələr ən yüksək illik gəliri 2007-ci ildə qazanıb. Həmin ildə bələdiyyələrin cəmi gəliri 50 milyon manat olub. 2008-ci ildə bir qədər azalaraq 43 milyon manata, 2009-cu ildəsə kəskin azalaraq 26,7 milyon manata enib. 2009-cu ildə bələdiyyə gəlirlərinin kəskin azalması daşınmaz əmlak satışına qoyulan qadağa idi. Qadağa bələdiyyələrin birtərəfli qaydada torpaq satmasını nəzərdə tuturdu. Bələdiyyət torpaqları yalnız hərraclar yolu ilə satılmalıydı.

Buna baxmayaraq 2010-cu ildən bələdiyyə gəlirlərində artım başladı. 2010-cu ildə yerli özünüidarəetmə orqanlarının gəliri 28,87 milyon manat, 2011-ci ildə 34,1 milyon manat, 2012-ci ildə 35,8 milyon manat, 2013-cü ildə 47,2 milyon manat, 2014-cü ildə 49,05 milyon manat oldu.

 

Statistik məlumatın təhlilindən görünür ki, 2015-ci ildə bələdiyyələr arasında ən yüksək gəliri Abşeron bələdiyyələri əldə edib. Abşeronda 15 bələdiyyənin cəmi gəliri 5,289 milyon manat olub ki, bu da hər bələdiyyənin orta hesabla 352 min manat gəlir əldə etməsi deməkdir.

 

Bu meyarla götürdükdə Sumqayıt, Gəncə və Bakı bələdiyyələri digər ən çox qazanan bələdiyyələr olub. Sumqayıtda 3 bələdiyyə 1,03 milyon manat (bir bələdiyyə 343 min manat), Gəncədə 3 bələdiyyə 478,6 min manat (bir bələdiyyə 159,6 min manat), Bakıda 53 bələdiyyə 8,426 milyon manat (bir bələdiyyə 159 min manat) gəlir əldə edib.

 

Cəm halında götürdükdə Bakı (8,42 milyon manat), Abşeron (5,289 milyon manat), Sumqayıt (1,05 milyon manat), Gəncə (478,6 min manat) bələdiyyələri daha çox qazanıb.

 

Yerli özünüidarəetmə orqanları arasında ən az gəlir Lerik, Yardımlı, Daşkəsənin payına düşüb. Burada bələdiyyələr orta hesabla 2-4 min manat illik qazanca sahib olub.

Bələdiyyə gəlirlərinin daha çox hissəsi vergi olmayan gəlirlərdir. Bu növ gəlirlər 17,897 milyon manat təşkil edib. Vergi gəlirləri isə 11,58 milyon manat olub. 2014-cü illə müqayisədə vergi olmayan gəlirlər 2 dəfə azalıb. Vergi gəlirlərində azalma isə 4 faiz olub.

 

Vergi olmayan gəlirlərin 10,3 milyon manatını ya 57,5 faizini bələdiyyə əmlakının torpağın özəlləşdirilməsindən icarəyə verilməsindən gəlirlər formalaşdırıb. Bu növ gəlirlər ötən ilə nisbətən 2,2 dəfə azalıb.

 

Azərbaycan Respublikasının dövlət büdcəsindən verilən dotasiya subvensiyalar 5,177 milyon manat, fiziki hüquqi şəxslərin maliyyə yardımları 1,224 milyon manat, sanatoriya-kurort, mehmanxana turizm xidmətlərinə görə ödənişlər 640 min manat təşkil edib. Fiziki hüquqi şəxslərin maliyyə yardımları 2014-cü ilə nisbətən 3,5 dəfə azaldığı halda, turizm gəlirləri 26 faiz artıb.

 

Vergi gəlirləri əsasən 2 mənbədən - fiziki şəxslərdən əmlak vergisi (5,928 milyon manat), fiziki şəxslərdən torpaq vergisi (5,281 milyon manat) üzrə daxil olub. Torpaq vergisi üzrə gəlir 23 faiz azaldığı halda, daşınmaz əmlak vergisi üzrə gəlirlər 30,7 faiz artıb.

 

Beləliklə, 2015-ci ildə Azərbaycan iqtisadiyyatında baş verən zəifləmədən yerli özünüidarəetmə orqanları da nəsibini alıb. Xüsusilə, vergi olmayan gəlirlərdə ciddi azalmalar baş verib.

 

Qeyd edək ki, bələdiyyə gəlirinin əsaslarını bələdiyyə əmlakı, bələdiyyə torpaqları, yerli büdcə büdcədənkənar fondlar, bələdiyyənin istehsal, xidmət digər iqtisadi fəaliyyəti təşkil edir.

 

Yerli büdcənin gəlirlərinə fiziki şəxslərdən torpaq vergisi, fiziki şəxslərdən əmlak vergisi, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisi, bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə yerləşdirilən küçə reklamlarına görə ödəniş, kurort rüsumu, mehmanxana rüsumu, avtomobillərin dayanacaqları üçün rüsumqanunla müəyyən edilən digər yerli ödənişlər, Azərbaycanın dövlət büdcəsindən verilən dotasiya, subvensiyassudalar, qanunvericiliyinə uyğun olaraq bələdiyyə əmlakının özəlləşdirilməsindən və icarəyə verilməsindən gəlirlər, lotereyalardan daxil olan vəsait, habelə bələdiyyələrin fəaliyyətindən əldə edilən digər gəlirlər, fizikihüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların maliyyə yardımları və qrantları, dövlət əhəmiyyətli tədbirlərin və dövlət orqanlarının qərarları nəticəsində yaranan xərclərin ödənilməsi üçün maliyyə vəsaiti, yerli (bələdiyyə) vergilər və ödənişlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanmış faizsanksiyalar aiddir.

 

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin apardığı bir araşdırmada qeyd edilir ki, yerli özünüidarə qurumlarının normal fəaliyyəti üçün onların maliyyə potensialının güclü olması vacib şərtdir. Maliyyə imkanlarının zəif olması bələdiyyələrə öz səaliyyətlərini tam yerinə yetirməyə imkan vermir. Nəticədə əhalinin bu qurumlara olan inamı azalır və cəmiyyətdə bələdiyyələrin lazımsız qurum olması fikrinin formalaşmasına gətirib çıxarır. Beynəlxalq təşkilatlar və müstəqil ekspertlər Azərbaycanda real yerli hakimiyyətin formalaşması üçün bələdiyyələrə əlavə səlahiyyətlərin və maliyyə mənbələrinin verilməsini tövsiyə edir.

 

Fiziki şəxslərdən əmlak vergisinin aşağı yığım səviyyəsi də bələdiyyələrin ən çox üzləşdiyi problemlərdən biridir. Araşdırmalar göstərir ki, hətta bir sıra bələdiyyələr, ümumiyyətlə, bu vergini toplaya bilmirlər.

 

Vasif CƏFƏROV

Ekspress.-2017.-3 mart.-S.11.