Vətəndaş cəmiyyətində birgəyaşayış

 

Azərbaycanda dözümlülük, multikultural ənənələr normal yaşayış, həyat tərzi sayılır

 

Tarix boyu Azərbaycanda müxtəlif mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların nümayəndələri qarşılıqlı hörmət, birgəyaşayış şəraitində yaşayıb. Bu ənənənin bu gündavam etdiyi göz qabağındadır.

 

Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölokə kimi tanınır. Burada yaşayan bütün dinlərin, xalqların, etnik qrupların nümayəndələri eyni hüquqlara malikdirlər. Azərbaycanda dözümlülük, multikultural ənənələr normal yaşayış, həyat tərzi sayılır.

 

Təsadüfi deyil ki, BMT-nin Sivilizasiyalar Alyansının “İnkluziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” adı altında keçən il keçirilən 7-ci Qlobal Forumuna məhz Azərbaycanın paytaxtı Bakı şəhəri ev sahibliyi edib. BMT-nin Sivilizasiyalar Alyansının mədəniyyətlər və dinlərarası dialoq, sivilizasiyalar arasında hörmət və qarşılıqlı anlaşmanın təşviq edilməsi kimi ali məqsəd və məramlarına uyğun olaraq, 7-ci Bakı Qlobal Forumunun keçirilməsində məqsəd BMT-nin sülh və təhlükəsizlik, insan hüquqları və inkişafa dair təməl prinsipləri əsasında inkluziv cəmiyyətlərdə birgə yaşayış modellərinin müzakirəsi və həll yollarının müəyyən edilməsi olub. Azərbaycan Respublikası Mədəniyyət və TurizmXarici İşlər Nazirliklərinin birgə mətbuat açıqlamasında 7-ci Bakı Qlobal Forumda dünyanın 147 ölkəsindən 4000-dən artıq nümayəndənin iştirak etdiyi bildirilir.

 

Forumun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna Bakının ev sahibliyi etməsinin təsadüfi olmadığını bildirib. Dövlətimizin başçısı qeyd edib ki, tolerantlığın məkanı, multikultural dəyərlərə sadiq olan müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir.

İlham Əliyev Azərbaycanın əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olduğunu vurğulayaraq, bildirib ki, biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. “Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülükmultikulturalizm burada hər zaman mövcud olmuşdur. Multikulturalizm sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb. Bunun nəticəsidir ki, bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu, bizim ən böyük sərvətimizdir və biz tariximizlə fəxr edirik. Biz müxtəlif mədəniyyətləri özündə əks etdirən tarixi abidələrimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri Azərbaycanın qədim şəhəri olan Şamaxıda 743-cü ildə inşa edilmişdir.

 

Bununla yanaşı, ən qədim kilsələrdən biri - qədim Qafqaz Albaniyası dövrünə aid kilsə də məhz Azərbaycanda, daha bir qədim şəhər olan Şəkinin yaxınlığında yerləşir. Hökumətimiz məscidlərin, pravoslavkatolik kilsələrinin, habelə sinaqoqların inşası və təmirinə maliyyə vəsaiti ayırır” deyən dövlət başçısı bunun Azərbaycan dövlətinin siyasəti və həyat tərzi olduğunu bildirib.

 

“Azərbaycan ölkəmizdə mövcud olan siyasisosial vəziyyətə baxmayaraq bu sərvəti qoruyub saxlamışdır. Ölkəmiz yalnız 25 ildir ki, müstəqil dövlətdir. Lakin bu, qədim dövlətdir, dərin tarixi və mədəni köklərə malikdir. Bizim üçün multikulturalizm dövlət siyasətidir. Biz bu vacib məsələlərin müzakirə edilməsi üçün müxtəlif tədbirlər təşkil edirik”, - deyə dövlətimizin başçısı vurğulayıb (“prezident.az”). Hər iki ildən bir Azərbaycanda Mədəniyyətlərarası Dialoq Forumunun təşkil edildiyini, paytaxtımızın mütəmadi olaraq Bakı Beynəlxalq Humanitar Forumuna ev sahibliyi etdiyini xatırladan İlham Əliyevin sözlərinə görə, burada da əsas məqsəd müxtəlif dinlərin nümayəndələrinin bir araya gətirilməsindən, aramızda daha mühüm qarşılıqlı anlaşmanın yaradılmasından ibarətdir.

 

“Azərbaycan dinlərarası dialoq kimi vacib məsələyə həsr edilmiş Dünya Dini Liderlərinin zirvə toplantısına ev sahibliyi etmişdir. Hesab edirəm ki, bu mövzu bu gün dünyanın gündəliyində duran ən mühüm məsələlərdəndir və Sivilizasiyalar Alyansının rolu artmaqdadır. Əfsuslar olsun ki, biz, eyni zamanda, regionumuzda, Avropada, Yaxın Şərqdə, keçmiş Sovet İttifaqı ərazisində böyük narahatlıq doğuran meyillərin şahidi oluruq. Etnikya dini zəmində baş verən qarşıdurma və toqquşmalar çox təhlükəli meyillərdir”.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün ölkəmizin hər kəs üçün multikultural məkana çevrildiyinin təkzibedilməz fakt olduğunu deyir: “Azərbaycanda yaşayan müxtəlif xalqlar, mədəniyyət və din ardıcılları arasında qarşılıqlı hörmətin, birgəyaşayış ənənəsinin mövcudluğu əksər dünya ölkələri, beynəlxalq təşkilatlar, diplomatlar, din xadimləri tərəfindən də qəbul edilir və müxtəlif tədbirlərdə bir çox dövlətlər üçün örnək göstərilir”, - deyə Komitə sədri “Respublika” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Azərbaycanda heç zaman dini, milli zəmində qarşıdurma olmayıb. Bu sahədə cəmiyyətdə formalaşmış dözümlülük, tolerantlıq və multikultural ənənələri ilə yanaşı, düşünülmüş dövlət siyasəti də çox böyük rol oynayır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət tərəfindən bu sahədə yaradılan bütün zəruri şərait və dəstək dünyaya örnək sayılacaq səviyyədədir.

 

Vətəndaş cəmiyyətində din amilinin oynadığı rolonun birgəyaşayış prinsiplərinə təsiri barədə danışan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov “Trend”ə bildirib ki, bu gün dünyada dövlət-din münasibətləri, birgəyaşayış mühitinin təmin edilməsi, habelə dini radikalizm və ekstremizmlə birgə mübarizə olduqca böyük əhəmiyyətə malikdir. Onun sözlərinə görə, ötən əsrin sonlarından etibarən dünyanın bir sıra ölkələrində din anlayışının vətəndaş cəmiyyətinə daxil olma prosesi başlayıb ki, bu da özlüyündə qanunvericiliyin nəzəri əsasları üzərində sekulyarizmdin arasında əlaqələrlə bağlı müasir problemlərə gətirib çıxarıb: Yer üzündə mövcud olan üç əsas səmavi din - İslam, Xristianlıq və Yəhudilik dünya haqqında təsəvvür yaratmaqla yanaşı, ictimai idarəetmə prinsiplərini də tənzimləməklə, dinin bu proseslərdə həlledici rola malik olduğunu sübut etməkdədir”.

 

Müasir dünyada birgəyaşayış prinsiplərinin tənzimlənməsində hansı neqativ halların müşahidə edilməsi və bu prosesin sağlam müstəvidə qurulmasına hansı amillərin mənfi təsir göstərməsinə gəlincə, S.Heydərovun dediyinə görə, dünyəvi dövlət quruculuğuna malik bir sıra cəmiyyətlər müxtəlif dinlərə qarşı daha sərt, digər qisim cəmiyyətlər isə daha yumşaq mövqedən yanaşır. Bu da özlüyündə müxtəlif mənəvi-sosial problemlərə, bir sıra regionlarda hətta silahlı münaqişələrə belə zəmin yaratmaqdadır. “Belə ki, bu gün bəşəriyyət özünün təzadlı və məsuliyyətli dövrünü yaşayır. Bir tərəfdən, mədəniyyətlərarası dialoqun, xalqların və dövlətlərin əməkdaşlığının qurulması istiqamətində birgə fəaliyyət göstərilsə də, digər tərəfdən, dünyanın bir sıra nöqtələrində ksenofobiya, neonasizm, irqidini ayrı-seçkilik kimi təhdidlər getdikcə daha təhlükəli formada təzahür etməkdədir”.

 

Dini Komitənin sədr müavini hesab edir ki, bütun bunlar “sivilizasiyalararası dialoq”, “beynəlxalq sülh və təhlükəsizlik naminə əməkdaşlıq” kimi vacib, ümumbəşəri əhəmiyyət daşıyan pozitiv trendləri formal, deklarativ bəyanatlar səviyyəsinə endirərək, bəşəriyyəti yenidaha təhlükəli qarşıdurmalara sürükləməkdədir. “Nəticədə “mədəniyyətlərarası dialoqprosesi mahiyyətini dəyişərək geosiyasigeoiqtisadi maraqların ödənilməsi vasitəsinə, dünyanın güc mərkəzlərinin, xüsusilə də bəzi Qərb ölkələrinin ikili standartlarının monoloquna çevrilməkdədir”.

 

Ekspert Vahid Ömərov da ölkəmizdə vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun özünəməxsusluğu ondadır ki, onlar vahid orqanizm kimi qlobal cəmiyyətin daxili qarşılıqlı tərəfləri kimi özünü göstərdiyi qənaətindədir. Onun sözlərinə görə, vətəndaş cəmiyyəti üzvləri üçün birgə yaşayış qaydalarını özündə əks etdirən vətəndaş cəmiyyəti etikası formalaşır (“sesqazeti.az”). Vətəndaş cəmiyyətində dövlətdən fərqli olaraq tabeçilik əlaqələr deyil, üfüqi əlaqələr, yəni hüquqca azad və bərabərhüquqlu insanların əməkdaşlıq və sağlam rəqabət münasibətləri üstünlük təşkil edir, ictimai həyatda, kompromiskonsensus, dövlət üzərində ictimai nəzarət hökm sürür. “Vətəndaş cəmiyyətinin struktur elementləri sahələrə görə aşağıdakı kimi təsnif edilir: İqtisadi sahədə qeyri-dövlət müəssisələri, birliklər, aksioner təşkilatları, korporasiyalar, sahibkarlıq, təşəbbüskarlıq və digər könüllü birliklər və qeyri-dövlət sosial-iqtisadi əlaqələr”.

 

Murad MƏMMƏDLİ

Ekspress.-2017.-4-6 mart.-S.10.