Vətəndaş cəmiyyəti

quruculuğunda qadınların rolu

 

 

Azərbaycan qadını həmişə öz zəkası, müdrikliyi, qəhrəmanlığı və ən önəmlisi analıq keyfiyyəti ilə xalqımızın adını uca tutub. Tariximizin bütün dövrlərində Azərbaycan qadını taleyüklü məsələlərin həllində daim öz töhvələrini verib. Bu gün də belədir, sabah da belə olacaq.

 

2017-ci ilin yanvar ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1 faiziniya 4 milyon 918,8 min nəfərini qadınlar təşkil edib. Ötən il doğulmuş 159,5 min körpənin  46,8 faizini qız uşaqları təşkil edib. Qadınların 54,8 faizi nəsilvermə qabiliyyətinə malikdirorta hesabla hər 10 qadın dünyaya 20 uşaq gətirir.

 

Dövlətin daim diqqət mərkəzində saxladığı ən mühüm məsələlərdən biri də qadınların sağlamlığının qorunmasıdır. Dövlət Statistika Komitəsinin saytında yer alan məlumata görə, hazırda ölkədə 18 doğum evi, 137 qadın məsləhətxanası, 250 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur. Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,2 faizdir.

 

Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 78,1 faizi, orta ixtisas təhsil müəssisələrində 76,1 faizi, ali təhsil müəssisələrində 51,9 faizi, həkimlərin isə 64,9 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 46,5 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 66,4 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,3 faizi qızlardır.

 

Elmin inkişafında da qadınların müstəsna rolu var. Elmi işçilərin 53,3 faizini qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm fəlsəfə doktoru elmi dərəcəsi olan qadınların sayı 2,2 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 4-ü, müxbir üzvlərindən isə 14-ü qadındır.

Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi ilkin məlumatlara əsasən 28,7 faiz, sahibkarlar arasında isə 20,9 faizdir. Bədən tərbiyəsi idmanla məşğul olanların  40,2 faizi qadınlardır.

 

Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkə Parlamentində qadınların xüsusi çəkisi 16,8 faizə çatıb.

 

İlk bələdiyyə seçkilərinə nisbətən son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı 6 dəfə artaraq 5236 nəfərə çatmış bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35,0 faiz olub. Bu göstərici ilk bələdiyyə seçkilərində 4,0 faiz təşkil edib.

 

Diqqəti cəlb edən faktlardan biri nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2016-cı ildə 6,5 faizədək artıb.

 

Dövlətimizin qadınlara həmişə böyük dəyər verib, onların cəmiyyətdəki fəallığının artırılması istiqamətində bir sıra addımlar atıb. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycan qadınının cəmiyyətdəki fəallığı bir qədər artdı, dövlətin qadın hərəkatına qayğısı çoxaldı. Heydər Əliyev Azərbaycan qadını ilə bağlı deyirdi: “Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər”.

 

Azərbaycan Respublikasının Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq edir demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaradıb. Konstitusiyamızın 25-ci maddəsində hamının qanun məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilib. Bu maddənin üçüncü hissəsi cinsindən asılı olmayaraq hər kəsin hüquq azadlıqlarının bərabərliyinə təminat verməklə yanaşı, insan vətəndaş hüquqlarının azadlıqlarının cinsi mənsubiyyətə görə məhdudlaşdırılmasını da qadağan edir.

Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə ölkədə Qadın problemləri üzrə Dövlət Komitəsinin yaradılması zərif cinsə verilən dəyər diqqətin göstəricisidir. 2006-cı ildə prezident İlham Əliyevin sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi Ailə, Qadın Uşaq problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırıldı. Hazırda adıçəkilən komitə ailə, qadın uşaq prolblemləri ilə sahəsində dövlət siyasətini tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

 

Dövlətin qadın siyasəti bu gün layiqincə davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qadınların cəmiyyətdəki roluna yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə həmişə diqqətlə yanaşır.

 

Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında 2006-cı ilin dekabrında “Gender (kişi qadınların) bərabərliyinin təminatları haqqındaqanun qəbul edilib. Qanunda gender balansının qorunması ilə bağlı hüquqi tənzimləmə mexanizmi öz əksini tapıb. Qanunun əsas məqsədi kişi qadınlar üçün ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni digər sahələrində bərabər imkanların təmin edilməsi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasıdır. Gender bərabərliyinin təmin olunması ilə bağlı müddəalar Ailə Əmək Məcəllələrində təsbit olunub.

 

Dövlət başçısının hər il 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrik onlara diqqətin göstəricisidir. Yeri gəlmişkən, iki gün əvvəl - martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan qadınlarını bu bayram münasibətilə təbrik edib. Təbrikdə Azərbaycan qadınının tarixən cəmiyyətdə tutduğu mövqeyin, həyatımızın bütün sahələrində mühüm nailiyyətlərə yol açan inkişafımızı təmin edən başlıca amil kimi müstəsna əhəmiyyətinin olduğu bildirilir: “Ötən əsrin ilk onilliklərində, dünyanın bir çox qabaqcıl ölkələrinin qadınlarından xeyli əvvəl seçib-seçilmək hüququ qazanan qadınlarımız zəngin ictimai-siyasi fəaliyyətləri sayəsində çoxsaylı müvəffəqiyyətlər əldə etmişlər. Bu ilin respublikamızdaİslam Həmrəyliyi İlielan edilməsi ilə əlaqədar xüsusi vurğulamaq lazımdır ki, mədəniyyətin, incəsənətin, elmin təhsilin müxtəlif istiqamətləri üzrə müsəlman Şərqində qadınlar arasında ilk addımları məhz onlar atmışlar. Gənc xanımlarımızın nəsillərin mənəvi varisliyi prinsipini bu gün qorumaqla özlərinin maarifpərvər sələflərinin ləyaqətli davamçılarına çevrilmələri sevindirici haldır.

 

Çoxəsrlik mədəni irsimizin təşəkkülündə misilsiz xidmətlərə malik Azərbaycan qadını dünyaya bəşər mədəniyyəti xəzinəsinin incilərini yaradan görkəmli ədiblər, tarixi şəxsiyyətlər, tanınmış elm sənət adamları bəxş etmişdir. Milli varlığımızın ifadəsi olaraq əxlaqi-mənəvi sərvətlərimizin mədəni-tarixi dəyərlərimizin, keçmişimizin ən mürəkkəb dövrlərində belə, qorunub yaşadılması bilavasitə onun adıyla bağlıdır.

 

Ana məfhumu minillərdən bəri xalqımızın təfəkküründə doğma yurdu, vətən torpağını dilimizi təcəssüm etdirmişdir”.

 

Prezidentin təbrikində qeyd olunur ki, analarımız azərbaycançılıq məfkurəsinə sadiq layiqli övladların tərbiyəsi üçün üzərlərinə düşən vəzifənin öhdəsindən bu gün şərəflə gəlirlər. İndi ürəyi ölkəmizə hədsiz sevgiylə dolu, vətəni ana qədər müqəddəs bilərək torpaqlarımızın hər qarışını qorumağa hazır olan, müstəqilliyimizlə yaşıd bir nəsil yetişmişdir. “Bu, Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən böyük töhfəsidir. İnanıram ki, yüksək mənəviyyatınız qurub-yaratmaq əzminizlə siz cəmiyyətimizin həyatına bundan sonra da yeni çalarlar gətirərək daim yeniləşən ölkəmizin müstəqillik salnaməsinə parlaq səhifələr yazacaqsınız”.

 

Bir sözlə, respublikamızda bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan dövlətinin qadınlarla bağlı həyata keçirdiyi siyasət hər cür ayrı-seçkiliyi aradan qaldıraraq qadınların bərabər hüquqlarını imkanlarını təmin etməyə yönəlib. Bu siyasət daimi dönməz səciyyə daşımaqla bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcək.

 

Murad MƏMMƏDLİ

 

Ekspress.-2017.-8-9 mart.-S.10.