Vətəndaş cəmiyyətində

cinayət hüquq nəzəriyyəsi

 

Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyilə ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərliliyinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” insan və vətəndaş hüquqlarının müdafiəsi sahəsində aparılan məqsədyönlü siyasətin bir nümunəsidir.

 

Hüquqşünaslar qeyd edirlər ki, cinayət məsuliyyətinin əsaslarının müəyyən edilməsinə qanunvericilik və cinayət hüquq nəzəriyyəsi iki aspektdən yanaşır: hüquqifaktiki əsaslar. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. O da qeyd olunur ki, cinayət məsuliyyətinin vacib və yeganə əsasları törədilmiş əməldə qanunda göstərilmiş cinayət tərkibinin mövcud olmasıdır. Belə ki, şəxsi əqidə, niyyət və baxışlarına görə cinayət məsuliyyətinə cəlb etmək olmaz. Bununla belə, əməl ictimai-təhlükəli olmalı, yeni ictimai münasibətlərə ziyan vurmalıdır (“muhaz.org”). Bu da o deməkdir ki, əgər subyektin davranışının müəyyən forması cinayət məsuliyyətinin faktiki əsasları hesab olunursa, onda törədilmiş əməldə qanunda nəzərdə tutulan konkret cinayət tərkibinin mövcud olması onun hüquqi əsaslarını təşkil edir.

 

Hər bir sahə kimi cinayət hüququnun da üzərinə müəyyən vəzifələr düşür. Belə ki, cinayət hüququnun əsas və başlıca vəzifəsi cəmiyyəti nisbətən təhlükəli cinayətlərdən qorumaqdan ibarətdir. Yəni cinayət hüququnun qoruyucu vəzifəsinin mahiyyəti onun sülhün və insanlığın təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayət əməlindən qorumaqdan ibarətdir. Əslində bunların içərisində şəxsiyyətin, onun hüquq və azadlıqlarınin qorunması vəzifəsi əsas yer tutur.

Ekspertlər qeyd edirlər ki, hüquqi demokratik dövlətlərdə cinayət hüquqi ilk növbədə insan hüquq və azadlıqlarını qorunmasını təmin etməlidir. Cinayət hüququnun xüsusi xəbərdaredici vəzifəsinə gəldikdə qeyd etmək lazımdır ki, cinayət törətmiş şəxs qanunda nəzərdə tutulan cəza verilirbu yolla onun tərəfindən ikinci dəfə yeni cinayət törədilməsinin qarşısı alınır. (“wikipedia.org”).

 

Hüquqi dövlətdə, iqtisadi cəhətdən müstəqil insan kütləsi məkanında vətəndaş cəmiyyətinin olması mümkündür. Hüquqi konstitusiya dedikdə isə, insanların hüquq və azadlıqlarına təminat verilməsi, dövlətin ali hakimiyyət orqanlarının fəaliyyətini tənzimləyən əsas prinsiplərin müəyyənləşdirilməsi, hüquqi sistemin əsaslarının yaradılması, dövlət, cəmiyyət və insan arasında münasibətlərin tənzimlənməsi başa düşülür.

 

Yeri gəlmişkən, cinayət məsuliyyətinin əsaslarının müəyyən edilməsinə qanunvericilik və cinayət hüquq nəzəriyyəsi iki aspektdən yanaşır: hüquqifaktiki əsaslar. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız cinayət qanunu ilə nəzərdə tutulan cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Yəni, cinayət məsuliyyətinin vacib və yeganə əsasları törədilən əməldə qanunda göstərilən cinayət tərkibinin ğövcud olmasıdır.

 

Hüquqşünasların fikrincə, cinayət tərkibi, konkret ictimai-təhlükəli əməli cinayət kimi xarakterizə edən əlamətlərin cinayət qanunu ilə müəyyən edilən məcmusudur. Cinayət hüquq nəzəriyyəsində cinayət tərkibini xarakterizə edən əlamətlər dörd qrupa bölünür: obyektobyektiv cəhəti xarakterizə, edən əlamətlər və subyektsubyektiv cəhəti xarakterizə edən əlamətlər. Əslində cinayətin obyektini cinayət qanunu ilə mühafizə edilən o ictimai münasibətlər təşkil edir ki, onlara cinayət nəticəsində mühüm ziyan yetirilir. Cinayətin obyektiv cəhətinə törədilmiş əməlin xüsusiyyətləri, bu əməlin nəticələri, yəni vurulan ziyan və cinayətin zahiri tərəfini xarakterizə edən digər əlamətlər, aiddir. Obyektiv cəhətin əlaməti kimi əməl, iki formada çıxış edir: cinayətkar hərəkət və cinayətkar hərəkətsizlik.

 

Hüquqşünaslar qeyd edirlər ki, cinayətkar hərəkətsizlik şəraitində hər şeydən əvvəl müəyyən qaydada hərəkət etmək vəzifəsini təyin etmək lazımdır. Hərəkət etmək vəzifəsi aşağıdakı əsaslardan irəli gəlir: bilavasitə qanundan, məsələn, qanunvericiliyə və ya xüsusi qaydalara müvafiq olaraq xəstəyə kömək etməyə borclu olan tibb işçisi tərəfindən üzrlü səbəblər olmadan xəstəyə tibbi yardım göstərilməməsi (maddə 142), təqsirli şəxsin xidməti mövqeyindən, məsələn, vəzifəli şəxsin öz vəzifəsini yerinə yetirməməsi, qohumluq münasibətindən, məsələn, uşaqlaraya valideynlərə kömək göstərməkdən qərəzli boyun qaçırma (maddə 176).

 

Xatırladaq ki, cinayət məsuliyyəti hüquqi məsuliyyətin bir növü olub, cinayət qanunu ilə dövlət tərəfindən müəyyən edilir. Cinayət məsuliyyəti cinayət törətməkdə təqsirli olan şəxsin dövlət adından mühakimə edilməsini və onun barəsində cəzanın tətbiqini nəzərdə tutur. Hətta cinayət qanunun bir çox normalarında adı çəkilsə də cinayət qanunvericiliyində cinayət məsuliyyətinin anlayışı verilmir. Belə anlayışı cinayət hüquq nəzəriyyəsi işləyib hazırlayır. Ancaq elmi ədəbiyyatda cinayət məsuliyyətinin anlayışı ətrafında fikir ayrılığı mövcuddur. Ümimiyyətlə götürdükdə isə cinayət məsuliyyəti cinayət törətməkdə təqsirli olan şəxsin etdiyi cinayətə görə dövlət qarşısında yaranan öhdəçiliyi olub,  dövlət tərəfindən onun əməlinin və şəxsiyyətinin pislənilməsində, belə şəxsə cəza və digər dövlət məcburiyyət tədbirlərinin tətbiqində və şəxs barəsində məhkumluğun yaranmasında ifadə olunur (“huquqiaktlar.gov.az”).

 

Hüquqşünas İsrayıl İmamlının fikrincə, konkret ictimai münasibətlərin tənzimlənməsi prosesində hüquqi normaların əhəmiyyətinin tam şəkildə üzə çıxarılması ilə yanaşı, həmçinin ictimai münasibətlərin tənzimlənməsi ilə əlaqədar problemlər də təzahür edir:Bütün bu göstərilənlər tam şəkildə təsdiq edir ki, hüquq yaradıcılığı beynəlxalq-hüquqi tənzimetmənin tərkib hissəsidir. Bu xüsusiyyətin üzə çıxarılması beynəlxalq hüquq yaradıcılığının tərifinin müəyyənləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Məhz bu əlamət hüquq yaradıcılığının hüquqi tənzimetmənin tərkib hissəsi olması xüsusiyyətini biruzə verir. Anlayışın mahiyyətinin açılması üçün müvafiq əlamətin həmin anlayışın tərkibinə daxil edilməsi zəruridir. Beynəlxalq normayaradıcılığının vacib meyarı beynəlxalq təşkilatların normativ imkanlarından istifadə edilməsidir. Belə ki, səlahiyyətlərinə aid sferalarda beynəlxalq vəziyyətin daim öyrənilməsi prosesində beynəlxalq təşkilatlar tez-tez müvafiq sahədə beynəlxalq-hüquqi tənzimetməyə dair tələbatları hiss edərək, buya digər konvensiyanın işlənib hazırlanması zəruriliyini qabaqcadan görürlər”.

 

İ.İmamlı onu da qeyd edir ki, beynəlxalq-hüquqi tənzimetmənin ilkin mərhələsi sayılan və ictimai münasibətlərin tənzimlənməsi məqsədilə onların inkişafının obyektiv qanunlarına uyğun beynəlxalq hüquq yaradıcılığı - beynəlxalq hüquqi normaların yaradılması və dəyişdirilməsinə istiqamətlənmiş, həmçinin beynəlxalq hüququn bir neçə subyektinin iradəsinin razılaşdırılması yolu ilə həyata keçirilən fəaliyyətdir: “Hüquqi cəhətdən məcburilik beynəlxalq-hüquqi normaların səciyyəvi əlamətidir. Bu əlamət onu dövlətlərarası sistemdə mövcud olan digər sosial normalardan fərqləndirir. Beynəlxalq hüquq elmində müxtəlif istiqamətlərə baxmayaraq, kiçik istisnalarla hamı onun normalarının hüquqi cəhətdən məcburiliyini qəbul edir. İstisna kimi, Yel universitetinin professoru M.Makduqalın irəli sürdüyü beynəlxalq hüquq normalarının qeyri-normativliyi konsepsiyasını göstərmək olar. Həmin konsepsiyaya görə, beynəlxalq hüquq dövlət üçün hüquqi cəhətdən məcburi normaların məcmusu deyil. Bu müddəa  beynəlxalq hüquq mütəxəssisləri tərəfindən birmənalı qəbul edilməmişdir” (“remedium.az”).

 

Hüquq elminin banilərindən biri olan H.Hrotsi yazır ki, öhdəliklər zəruridir, çünki məcburi qüvvəyə malik olmayan məsləhətlər və yaxud istənilən başqa tövsiyələr, məsələn, şərəf qaydaları qanun, yaxud hüquq adı daşımağa layiq deyil. Beynəlxalq hüquq normaları hüquqi cəhətdən məcburiliyinə görə dövlətdaxili hüquq normalarından fərqlənir. Bu da o deməkdir ki, dövlətdaxili hüquq normaları dövlətin iradəsinin ifadəsidir. Beynəlxalq hüquq normaları isə dövlətlərin razılaşdırılması iradələrinin məhsuludur. Formasına görə sənədləşdirilmiş və sənədləşdirilməmiş beynəlxalq hüquq normaları var. Sənədləşdirilmiş normalar müqavilə normaları və beynəlxalq təşkilatların, konfransların aktlarında əks olunmuş normalardır. Bu normalar müəyyən aktlarda müəyyənləşdirilmiş və təsbit edilmiş qaydalardır (“anl.az”). Sənədləşdirilməmiş normalar beynəlxalq hüquqi adət normalarıdır. Onlar subyektlərin təcrübələrində formalaşır, təsdiq olunur (məcburiliyi etiraf olunur) və elə bu təcrübədə də mövcudluğunu davam etdirir.

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25-ci maddəsinin 2-ci hissəsinə əsasən, şəxs öz əməlinin ictimai-təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Cinayət Məcəlləsinin yuxarıda göstərilən maddəsinin 3-cü hissəsinə əsasən, şəxs öz əməlinin ictimai-təhlükəli olduğunu dərk etmiş, onun ictimai-təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Bundan başqa Cinayət Məcəlləsinin 26-cı maddəsində təqsirin ehtiyatsızlıq formasının iki növü: cinayətkarcasına özünə güvənmə və cinayətkarcasına etinasızlıq növlərindən bəhs olunur.

 

Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai-təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur (“e-qanun.az”). Məsələn, sürücü öz sürücülük məharətinə güvənərək maşını qadağan edilmiş sürətlə sürərkən qəfildən yoldan keçən piyada ilə qarşılaşır və ehtiyatsızlığı üzündən ona ağır bədən xəsarəti yetirir.

 

Rəşid RƏŞAD

Ekspress.-2017.-17 mart.-S.10.