Vətəndaş hüququnun əhəmiyyəti

 

Azərbaycan Konstitusiyasına əsasən hakimiyyət xalqa məxsusdur. Xalq sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək kimi suveren hüquqa sahibdir.

 

Xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi- referendumümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir. Burada xalq dedikdə hansısa etnik qrup yox, ölkə vətəndaşları nəzərdə tutulur. Azərbaycan xalqı Azərbaycan ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan vətəndaşlarından ibarətdir.

 

Konstitusiyanın bu normativindən aydın olduğu kimi xalqın bütün hüquqları məhz vətəndaş hüquqları şəklində öz əksini tapır. Hər bir ölkədə xalqın mənafeyi, hüquqları dedikdə vətəndaş hüquqları başa düşülür. Vətəndaşlara daha geniş hüquqlar verməklə, onların azadlığını təmin etməklə xalqın inkişafına nail olunur. Bu baxımdan hüquqi dövlətlər öz vətəndaşları ilə münasibətlərinin inkişafında, vətəndaş hüquqlarının genişləndirilməsində maralıdır.

 

Vətəndaş hüquqları ayrılıqda mövcud olmur. Onlar insanların təbii hüquqlarına əsaslanaraq hazırlanır və özündə bütün demokratik haqları əks etdirməlidir. Demokratik dəyərlər nəzərə alındıqdıqda belə cəmiyyət vətəndaş cəmiyyəti adlanır, burada ali hakimiyyəti həyata keçirən dövlət isə hüquqi dövlət hesab edirlir.

 

Təbii hüquqlar adətən oxşar olur, ölkələr üzrə fərqlənmir. Vətəndaş hüquqları isə hər bir ölkənin, dövlətin siyasi təbiətindən, cəmiyyəyin xüsusiyyətlərindən asılı olaraq fərqlənə bilir. Adətən vətəndaş hüquqları dedikdə bu anlayış özündə siyasi hüquqları təcəssüm etdirir.

 

Təcrübə göstərir ki, vətəndaş cəmiyyəti quruculuğunda təbii hüquqlar qədər vətəndaş hüquqlarının da əhəmiyyəti yüksəkdir. Buna görə də vətəndaşların hüquq və azadlıqlarının vəziyyəti ölkədə mövcud olanvətəndaş cəmiyyətinin vəziyyətini təzahür etdirir.

 

Politoloya elmində yer alan şərhə əsasən, vətəndaş hüquqlarının təbii hüquqlardan fərləndirilməsinin əsas məqsədi vətəndaş cəmiyyətində şəxsiyyətin özünümüəyyən etməsini, özünürealizəsini, onun hər hansı qanunsuz müdaxilədən qorumaq, şəxsiyyətin muxtariyyətini və müstəqilliyini təmin etməkdən ibarətdir.

 

Azərbaycanın əsas qanunu olan Konstitusiyamızda vətəndaş hüquqları ilə bağlı bir neçə maddə var. Konstitusiyamıza əsasən Azərbaycan dövlətinə mənsub olan, onunla siyasihüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşı sayılır. Əsas qanunda qeyd edilib ki, Azərbaycan vətəndaşı heç bir halda Azərbaycan vətəndaşlığından məhrum edilə bilməz.

 

Azərbaycanın vətəndaşı heç bir halda Azərbaycandan qovulaya xarici dövlətə verilə bilməz. Azərbaycan onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan vətəndaşlarının hüquqi müdafiəsinə təminat verironlara hamilik edir.

 

Konstitusiyada vurğulanır ki, vətəndaşların cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququ var. Dövlətə qarşı qiyamaya dövlət çevrilişinə müstəqil müqavimət göstərmək Azərbaycan Respublikasının hər bir vətəndaşının hüququdur.

 

Azərbaycan vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququ vardır. Bu hüququ onlar bilavasitə və ya nümayəndələr vasitəsilə həyata keçirə bilər.

 

Vətəndaşları dövlət orqanlarında qulluq etmək imkanına malikdirlər. Dövlət orqanlarının vəzifəli şəxsləri Azərbaycan vətəndaşları sırasından təyin edilirlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət qulluğunaqanunla müəyyənləşdirilmiş qaydada qəbul edilə bilərlər.

Qanun vətəndaşların dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ verir.

 

Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunan şəxslərin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur.

Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin bu Konstitusiyadaqanunda nəzərdə tutulan digər şəxslərin seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər.

 

Vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilən qaydada və müddətlərdə yazılı cavab verilməlidir.

 

Azərbaycan vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan isə tənqid sayıla bilməz.

 

Konstitusiyada bildirilir ki, hər kəsin başqaları ilə birləşmək hüququ vardır. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaqya mövcud birliyə daxil olmaqhüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir.

Heç kəs hər hansı birliyə daxil olmağaya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz.

 

Azərbaycanın bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi güdən birliklər qadağandır. Konstitusiyanı və qanunları pozan birliklərin fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər.

 

Göründüyü kimi, vətəndaş hüquqları arasında siyasi hüquqlar əsas rol oynayır.

 

Vətəndaşların hüquqlarından olan sərbəst toplaşmaq hüququ xarakterinə və təbiətinə görə siyasi hüquqlar sırasına aiddir. Bu onunla əlaqələndirilir ki, sərbəst toplaşmaq siyasi məzmunlu tələblərin bildirilməsi ilə əlaqəlidir. Həmçinin sərbəst toplaşmaq hüququndan siyasi qüvvələr bir-birinə qarşılıqlı təsir göstərmək məqsədilə istifadə edirlər.

 

Sərbəst toplaşmağın bir neçə forması var. Onlardan yığıncaq, mitinq, nümayişi fərqləndirmək olar.

Yığıncaq insanların hər hansı məsələni müzakirə etmək həmin məsələyə dair qərar qəbul etmək üçün keçirilən toplantıdır.

Mitinq kütləvi tədbirdir burada insanlar fikirlərini ifadə edir, ümumi çağırışlar edir tələblər irəli sürürlər.

 

Nümayiş isə bir qrup şəxsin ictimai dövlət həyatı ilə bağlı məsələlərə dair öz fikirlərini bildirməsi üçün keçirdiyi kütləvi tədbirdir.

Vətəndaşların digər hüquqlarından olan məlumat azadlığı hüququ da siyasi əhəmiyyətli hüquqlardan sayılır. Hər bir kəs qanunla qadağan olunan hallar istisna edilməklə informasiya əldə etmək yaymaq hüququna malikdir.

 

İnformasiya iki cür fərqləndirilir. Bunlardan birincisi kütləvi informasiyadır.

Əhalinin daha çox hissəsi üçün nəzərdə tutulan informasiya kütləvi informasiya sayılır.

Digər növ informasiya məhdud dairə üçün hazırlanan informasiyadır. Bu növ informasiya müəyyən qrup şəxsin ya dövlətin istifadəsi üçün əldə edilir.

Konstitusiya qeyri-kütləvi informasiyanın yox, kütləvi informasiyanın azadlığına təminat verir.

 

Vətəndaş hüquqlarından dövlətin idarə olunmasında iştirak etmək hüququ da mahiyyətcə siyasi çalarlıdır. Konstitusiyaya əsasən, Azərbaycan vətəndaşlarına öz dövlətinin idarə olunmasında iştirak etmək imkanı verir.

 

Vətəndaşlar dövlətin idarə edilməsində iki formada iştirak hüququ əldə edri. Bunlardan birincisi seçkilərdir. Referendum, prezident, parlament, bələdiyyə seçkiləri seçkilərdə iştirakı göstərir.

 

Dövlət qulluğuna girmək yolunun mahiyyəti ondan ibarətdir ki, vətəndaşlar dövlət orqanlarında xidmət (qulluq) etməklə dövlətin idarə olunmasında iştirak edirlər. Həmin vətəndaşlar dövlət qulluqçuları adlanır.

 

Referendumdaiştirak etməklə vətəndaşlar dövlət ictimai həyatın ən mühüm vacib məsələləri barəsində öz fikrini bildirirlər. Bununla onlar seçki hüququnu həyata keçirirlər.

 

Rederendumda iştirak etmək aktiv süçki hüququna aiddir. Azərbaycan vətəndaşları yalnız 18 yaş həddinə çatdıqda aktiv süçki hüququna malik olurlar.

Vətəndaşların seçilmək hüququ dedikdə, onların nümayəndəli orqanlara (həm nümayəndəli dövlət orqanlarına, həm nümayəndəli yerli özünüidarə orqanına), habelə seçkili vəzifəyə seçilmək hüququ başa düşülür.Söhbət vətəndaşların Milli Məclisə deputat, prezident, bələdiyyə üzvü seçilmək hüququndan gedir.

Vətəndaşların seçilmək imkanına passiv seçki hüququ deyilir.

 

Vətəndaşlar seçkilərdə ümumi, bərabər birbaşa seçki hüququ əsasında sərbəst, gizli şəxsi səsvermə yolu ilə iştirak edirlər.

 

Bərabər seçki hüququ səsvermə zamanı hər bir vətəndaşın yalnız bir səsə malik olmasını bu səsin başqalarının səsi ilə eyni hüquqi qüvvəsinin ifadə edir.

Birbaşa seçki hüququ hər bir vətəndaşın yalnız bir namizədə səs verməyə ixtiyarı çatır. Eyni vaxtda iki daha çox namizədə səs verilməsi qadağandır.

Sərbəst seçki hüququ vətəndaşlar seçkilərdə azad heç kəsdən asılı olmadan öz iradəsini ifadə edə bilməsi başa düşülür. Seçkilərdə iştirak edib-etməməsi, hansı namizədə səs verib-verməməsi məsələsinivətəndaşın özü həll edir.

 

Vətəndaşlar dövlət idarəetməsində dövlət qulluğun qəbul edilməklə iştirak edir. Bu cür vəzifə sahibləri məmur adlanır.

 

Konstitusiyamızda qeyd edilir ki, əsas qanunda təsbit edilən insan vətəndaş hüquqlarını azadlıqlarını gözləmək qorumaq qanunvericilik, icra məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan vətəndaşhüquqlarının azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Yalnız hər kəsin hüquq azadlıqları bu Konstitusiyada qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq azadlıqları iləməhdudlaşır.

 

Müharibə, hərbi vəziyyət fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan vətəndaş hüquqlarının azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaqşərti ilə qismən müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir.

 

Vasif CƏFƏROV

 

Ekspress.-2017.-18-27 mart.-S.10